İlin gənci Roza Muradova haqqında
Gənc rəssam Roza Muradova “İlin gənci” fəxr adına layiq görülüb. İl ərzində bir çox tədbirlərin təşkilində, Vətən müharibəsində arxa cəbhədə , qlobal pandemiya ilə mübarizədə könüllülük fəaliyyətləri olub.
Hal hazırda o, Rəssamlıq Akademiyasının magistratura tələbəsidir. Eyni zamanda, Mədəniyyət tvdə yayımlanan “Kinokitab” verlişinin rəssamıdır.
2017ci ildə Rusiya Ressamlıq Akademiyasının nəzdində olan i. E. Repin adına Sankt Peterburq Dövlət Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda Yay məktəbinin aylıq kurs proqramını bitirib.
Bir çox yerli və beynelxalq sərgilərin iştirakçısı olmuşdur. (2009-2020)
Əsərləri Sinqapur, Paris və Almaniyada sərgilənmişdir.
2020ci ildə Rəssamlar ittifaqının Gənclər birliyinin üzvü olmuşdur.