Vüsalə Yunusova haqqında
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Əməkdə, Təhsildə və İctimai fəaliyyətdə xüsusi nəaliyyətlərinə görə "2017-ci ilin "Peşəkar Gənci" fəxri adına layiq görülmüş,"Bozo Art House" Türkiyə rəssamlar qrupunun üzvü, bir çox yerli və onlayn xarici sərgilərin iştirakçısı Yunusova Vüsalə Dəyanət qızı
1985-ci il Dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur.1988-1989-cu il Tibb İşçilərinin Mədəniyyət evində rəqs, ingilis dili, rəssamlıq, fortepiano kursları. 1991-1992-ci il Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin "Fortepiano" sinifi. 1992-1999-cu il Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin "Fortepiano" sinifi.
1992-2003-cü il Xətai rayonu 147 saylı texniki-humanitar litsey. 2003-2004-cü il 15 nömrəli peşə litseyi III dərəcəli modelyer.
2005-2008-ci il 1 saylı Bakı Tibb Kollecinin "Mamalıq işi" fakültəsi.
2008-2012-ci il Azərbaycan Texnologiya Universitetinin "Dizayn" ixtisaslaşması üzrə Bakalavr. 2018-2020-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Qrafik Dizayn" ixtisaslaşması üzrə Magistr.
Bundan başqa müxtəlif yerli və xarici foto, rəsm müsabiqə və sərgilərdə iştirak etmişdir.
Bundan əlavə: inkisaf.az; sabaha-inamla.az; dunyaxeber.info saytlarında gedən bir çox sərgi və tədbirlərin məqalələrinin fotoqrafı kimi fəaliyyət göstərmişdir.
Yer: Azərbaycan Bakı


