Yusufov Bəxtiyar Rasim oğlu haqqında

 




YUSUFOV BƏXTİYAR RASİM oğlu 

TƏRCÜMEYİ-HAL     

Yusufov Bəxtiyar Rasim oğlu 1983 -cü il 23 iyulda Bakı Şəhərində anadan olub.

Rəssamlıq təhsili: 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 2002-2006 Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" fakültəsində bakalavr piləsində, 2008-2010-cu illərdə həmin fakültənin magistr pilləsində təhsil almışdır. 2013-ci ildən Azərbaycan dövlət Rəssamlıq Akademiyasında Doktorantura pilləsinə qəbul olmuş,2017_ci ildə uğurla müdafiə etmişdir.2018_ci ildə Sənətşunaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür.

Rəssamlıq sərgilərində iştirakı: 2000-ci ildən Respublika və

 Beynəlxalq sərgilərin iştirakçısıdır.

2000-ci il "Gənc rəssamlar" adlı sərgi. Bakı şəh.

2000-ci il "Neft sərvətimizdir" adlı sərgi. Bakı şəh.

2002-ci il "Gənc rəssamlar" adlı sərgi. Rəssamlar İttifaqı.

2002-ci il Azərbaycan Dölət Rəssamlar İttifaqı.Bakı şəh.

2003-cü il "Azərbaycan" adlı sərgi. Dövlət Rəsm Qalereyesı. Bakı şəh.

2004-cü il "Soyqırım" adlı sərgi Rəssamlar İttifaqı.

2005-ci il "Xocalı soyqırımı" adlı sərgi. Bakı şəh.

2006-cı il Yakın Doğu Universitesinde düzenlenen "Kıbrıs manzaraları" adlı qrup sərgisi. K.K.T.C Lefkoşa.

2007-ci il "Gənc rəssamlar" qrup sərgisi. Bakı şəh.

2008-ci il Almaniya Federativ Respublikasının Azərbaycandakı I səfirliyinin təşkil etdiyi sərgi.

2009-cu il Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin təşkil etdiyi qrup sərgisi.

2010-cu il Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkil etdiyi qrup sərgisi.

2010-cu il Gürcüstanın Tiflis şəhərində keçirilən qrup sərgisi.

2010-cu il sərgi-müsabiqə.Müstəqil Dövlətlər Birliyi gənc rəssamları.moskva şəh. Diploma layiq görülmüşdür.

 2011-ci il Cənubi koreyada keçirilən qrup sərgisi.

2012-ci il Almaniyada keçirilən "Xocalıya ədalət" adlı sərgi.

2013-cü il VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni irsin mühafizəsi simpoziumu.Səlcuk universitesi.

2012-ci il Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkil etdiyi beynəlxalq sərgi.

2013-cü il Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilən "Neft xalqın sərvətidir" adli sərgi-müsabiqədə II yerə layiq görülmüşdür.

2014-cü il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Akvarel" rəsm müsabiqəsində II yerə laiq görülmüşdür.

2014-cü il Çin Xalq Respublikasında Beynəlxalq Simpoziumda keçirilən qrup sərgisində mükafata layiq görülmüşdür.

2015-

2016-

2017

2018-Türkiyə Giresun şəh Giresun Universitesi simpozuym qrup sərgi.

Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik Rəngkarlıq və Kompozisiya" kafedrasında baş müəllim vəzifəsində çalışır.

Əsərləri şəxsi kolleksiyalarda və bir çox ölkələrdə sərgilənir. Misal olaraq Türkiyə, Gürcüstan, Rusiya, Koreya, Yaponiya, Çin, Amerika, Almaniya və s.

Xalq rəssamı professor Davud Kazımovun həyat və yaradıcılığı üzərində araşdırmalar aparır  

 

 

   

Popular Posts