Fələklər yandı ahimdən Elektrik qatarının sərnişinləri

Elektrik qatarının sərnişinləri…


     ... Və həmin qızcığaz, yəni mən, bir neçə ildən sonra Səttar Bəhlulzadə ilə - o görkəmli
rəssamla yenə rastlaşdıq.
Əmircan elektrik stansiyasının dayanacağında dayanıb qatarın gəlməsini gözləyirdim. Musiqi
məktəbinin fortepiano şöbəsində təhsil alırdım. Həmin dövrdə məktəbin binası Əmircandan bir
dayanacaq o yanda yerləşirdi və həftənin üç günü eyni vaxtda elektrik qatarı ilə dərsə getməyə
məcbur idim. Səttar Bəhlulzadə isə həftədə bir dəfə həmin qatarla Suraxanı istiqamətində harasa
gedərdi və mən məhz onun mindiyi vaqona minər, onun oturduğu skamya ilə üzbəüz əyləşər,
diqqətlə ona baxardım.
   Hündürboy, arıq, az qala çiyninə tökülmüş bozarmış, yəni ağlı-qaralı dağınıq saçları, uzun
qolları və sanki heykəldən düzəlmiş əlləri var idi. Əyninə açıq boz rəngdə plaş geyinərdi. Qatarda
oturduğu yerdən gözlərini pəncərə şüşəsinə dikər və çölə tamaşa edərdi. Onun gözləri... onun

55

gözlərini, baxışlarını mən heç zaman unuda bilmədim. Dumduru, saf ala gözləri var idi.
Barmaqlarının arası papirosdan saralmışdı. Birdən onun əllərini qurumuş ağac budağına
bənzətməyimi xatırladım və ona da həmin balaca qız olduğumu xatırlatmaq istədim, lakin qatar artıq
növbəti dayanacaqda dayanmış və mən düşməyə məcbur qalmışdım. Hər zaman onunla qatarda belə
görüşərdim və bircə dəfə də olsun o çevrilib üzümə baxmazdı ki, ona deyim: Bu mənəm, həmin o
balaca qızcığaz...
    Çox güman ki, o bu qatarla Mərdəkana – fəsillərdən asılı olmayaraq, dəniz sahilinə təbiəti seyr
etmək üçün gedərdi. Onun qatarın pəncərə şüşəsindən bayıra fikirli halda baxması da məni
çəkindirərdi. Qorxardım ki, birdən onun fikrini yayındıraram və bu onun xoşuna gəlməz. Adətən o
oturduğu skamyada heç kəs oturmazdı. Bir tək mən öz marağımın gücünə burda əyləşərdim. Onun
haqqında mənə ən çox qohumu, mənim isə orta məktəbdə sinif yoldaşım Suğra danışardı. Özümə
maraqlı gəlirdi deyə tez-tez onu sorğu- suala tutardım. O da həvəslə nə eşitsəydi tez gəlib mənə
danışardı.
    Əmircan elektrik stansiyasının dayanacağında Ağaismayıl adlı bir kişi də qeyri-adi
hərəkətlərilə başqalarından fərqlənərdi. Onu demək olardı ki, bütün əmircanlılar tanıyardı və hamı
onu Dəli Ağaismayıl deyə çağırardı. Ağaismayıl hərdənbir qatarda yumurta da satardı. Tez- tez
dediyi gülməli ifadə o dövrdə dillər əzbəri olmuşdu. Deyirdi: Ay Allah, nə olaydı, hər şey ucuz, bir
tək yumurta baha olaydı. Nadinc, balaca oğlan uşaqları ona sataşar, “dəli”, “dəli” deyə çağırardılar.
O, elektrik qatarına minər, sərnişinlərdən dilənərdi. Altı vaqonlu qatarın dörd vaqonundan pulunu
yığar və ən qəribəsi o olardı ki, Səttarı həmin vaqonlara minməyə qoymazdı. Ona elə gəlirdi ki,
Səttar da dilənir və özünün “səxavəti”lə qalan iki vaqonu rəssamın ixtiyarına verərdi. Səttar
Ağaismayılın ruhi xəstə olduğunu bilib bu hərəkətlərinə əhəmiyyət verməzdi və eyni – qatar
istiqamətilə ikinci vaqona minərdi.
   Lakin heç kəs bilmirdi ki, bu qatarda gedən Səttar da dəli idi, təbiət dəlisi, gözəllik dəlisi...
Səttar şəhər istiqamətinə gedən qatara minəndə isə əksinə həmişə yanında həmsöhbətləri çox olurdu.
    Onunla bu qatarda tez – tez Qəyyur da gedirdi. Onlar birlikdə Abşeron bağlarını, mavi gözlü
Xəzəri ziyarət edər gözəl rəsm əsərləri yaradırdılar.
     Eyni skamyada oturar, yol boyu Qəyyur həm qohumu, həm böyük ustadının verdiyi
məsləhətləri dinləyər, ən primitiv üsullardan, məsələn, adi fırça yumaqdan tutmuş kətan üzərində
hansı rəsmi hansı texnika ilə, yağlı boya ilə və ya quaşla, qarışıq texnika ilə çəkməyin yollarını
öyrənirdi. Səttar çox vaxt Qəyyuru dərsdən yarımçıq çıxarar və qəfil getdiyi rayon və ya kəndlərə
özü ilə aparardı. Onun məqsədi Qəyyura daim axtarışda olmağı öyrətmək idi və dayınəvəsi dediyi
şagirdinə tez-tez deyərdi:
       - Sən əgər mükəmməl rəssam olmaq istəyirsənsə birinci növbədə güllərin, çiçəklərin, otların,
suyun, torpağın, daşın-kəsəyin dilini, rəngini öyrənməlisən. Bunları duymasan, qoxusunu almasan
heç nəyə nail ola bilməyəcəksən.
    Qatara tanış simalardan bir nəfər də minərdi. Əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq
Bayram. O da 1934-cü il dekabrın 16-da Əmircanda anadan olmuş, müasir ədəbiyyatımızda öz
dəsti-xətti və söz qüdrəti ilə sevilib seçilən şairlərimizdən biri kimi tanınıb. Ondan çox şeirlər
kitabının müəllifi və rus dilindən bir neçə şeir toplusunun tərcümələrinin müəllifidir.
Şair “Səttar çələngi” adlı silsilə şeirlərini Səttar Bəhlulzadəyə həsr etmiş və böyük rəssama
olan duyğularını nəzmlə əks etdirmişdir.

Bir sinədə üç ürək
Necə şeir deyir bu lal qayalar?
Nə gözüm yorulur, nə könlüm doyur,
Bu dilsiz ağaclar necə oxuyur?
Dil açıb danışır rənglər, boyalar.

56

Rəssamlıq ilahi vergiydi səndə,
Bəs necə oxutdun gülü, çiçəyi?
Görünür üç ürək varmış sinəndə:
Füzuli, Üzeyir, Səttar ürəyi!
Yamanlığa yaxşılıq
Təbiət gözəllik vermədi sənə,
Həmişə gözlərin qəmə büründü.
Bir ürək bəxş etdi odlu sinənə,
O ürək əlində fırçaya döndü.
Sən də əvəz çıxıb kamına çatdın,
Bu «pislik» hamının gəlməz əlindən;
Onu özündən də gözəl yaratdın,
Təbiət utansın öz əməlindən.
Dahilik
Şəninə yüz yerdə tərif, söz olub,
Rəqibin az olub desəm, düz olmaz.
Neçə siyahıdan adın pozulub,
Tarixə yazılıb, heç vaxt pozulmaz.
Məcnunu olduğun təbiət kimi
Xalqın ürəyində ilahiləşdin.
Bütün paxıllara bir ibrət kimi
Rəqiblər kiçildi, sən dahiləşdin.
Ağlı korlar
Sənə «mənzərəçi» deyirdi biri,
Elə bil muğama o, caz deyirdi.
Elə bil Sabirə qəzəl şairi,
Dahi Rafaelə rəngsaz deyirdi.
Anlada bilmədim o ürəksizə
İnsan ürəyidir çəkdiyin çiçək.
Fırçanla sən bizi göstərdin bizə,
Bunu ağlı korlar çətin görəcək.

Səttar qatarda olmayanda da onun haqqında sərnişinlər arasında söhbətlər gedərdi.
Danışardılar ki, onu Mədəniyyət Nazirliyindən bəzi məmurlar bəyənmirdilər. Hər dəfə onu
sındırmaq üçün, ruhdan salmaq üçün çəkdiyi rəsmləri su qiymətinə alıblar. Səttar onları səhv işlərinə
görə üzlərinə danlayar, onlar da bunun acığını belə çıxardılar.
Bir dəfə Səttarın Moskvada Ümumittifaq sərgisində Qazaxıstanın Mədəniyyət Nazirliyinin
əməkdaşları onun "Xəzər gözəli" adlı əsərini görüb bəyənirlər və Bakıya gəlib yaxşı bir qiymətə bu

57

əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildirirlər. Səttar isə istehzalı bir
gülüşlə deyir:
- Gecikmisiniz. Bu rəsm əsərimi artıq Azərbaycan Dövlət İncəsənət Muzeyi alıb.
Qonaqlar isə təkidlə rəsmi almaq istədiklərini qeyd edərək deyiblər ki, muzeyə neçəyə
satmısınızsa biz onun ikiqat qiymətini verməyə hazırıq. Hətta lap indicə iyirmi beş min rubl verə
bilərik.
     Səttar isə bir xeyli qazax həmkarlarına baxıb deyir:
  - Amma onlar mənim bu rəsmimə cəmi 600 rubl verdilər.
Bəli, Səttarı belə sındırmaq istəyirdilər. Onun yorulmaz eşqlə, həvəslə vəsf etdiyi gözəllikləri
görməməzlikdən gəlib zəhmətini ucuz qiymətləndirirdilər.
    Bir dəfə sənətşünas Ziyadxan Əliyevin böyük rəssam haqqında söylədiklərinin şahidi oldum.
O deyirdi : “Səttar doğrudan da bənzərsiz və təkrarsız idi, ona görə ki, o dünyanı müasirlərindən,
rəssam həmkarlarından da çox fərqli duyur, görür və kətanda gerçəkləşdirirdi. Əslində o qəribə
barmaqlar və sanki "magik kristal"dan dünyaya göz qoyan baxışlar məhz belə bir nağılvari-ideal
bədii gözəllik yaratmaq üçün ona bəxş olunmuşdu. O, bu qədər təzadlı olan dünyamızda özünü həm
də lirika ilə ifadə edən "kədər məcmusu" idi. Odur ki, bütün ömrü də kədəri dərk etmiş bir
şəxsiyyətin acılı-şirinli hekayətidir...
     Əgər rəssamın sözlə portretini çəkmək kimi bir çətin işə qol qoysaq, onda deməliyik ki, onun
çox sadə görkəmi vardı. Nimdaş geyimdən “boylanan” bu sadəlik zəmanəsinə görə o dərəcədə
qabarıq idi ki, bəzən ona onu tanımayanların münasibəti də ağlasığmaz dərəcədə təzadlı və
gözlənilməz olurdu. O, bundan çox vaxt inciməzdi də... Az qala bu dünyanın adamı olmadığını hər
addımda hamıya sübut etdirən Səttar yəqin ki, elə bu cür də olmalı idi. Moskvalı sənətşünas Qriqori
Anisimovun təbirincə desək, Səttarın bu dünyaya sığışmadığını söyləməyə tam əsası vardı. Fiziki
mənada bizimlə-hamı ilə olsa da əsl dünyası emalatxanası, bir də ünsiyyətdə və əhatəsində olduğu
çox sadə adamlar idi. Adi kənd adamına ən qiymətli əsərini qızırqanmayan rəssam, onu xoşu
gəlməyən ən yüksək vəzifəliyə belə verməzdi. Bu gün çəkdiyi portretin Roma papasının
kolleksiyasında olması ilə öyünən rəssamdan fərqli olaraq Səttar əsərinin Azərbaycanın ən ucqar bir
nöqtəsində, adi bir insanın evində asılmasından qürur hissi keçirərdi... ... Onun sehrli fırçası, bu cür
təsirli, çoxmənalı, ecazkar və solmaz boyaları doğma Azərbaycan təbiətini sözün əsl mənasında
bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən
tanıtdırdı, desək, yanılmarıq...”
   Bir dəfə qatarda əmircanlıların çox hörmət etdiyi bir dindar və imanlı kişi Səttara bu dünyanın
faniliyindən söhbət edir. Səttar isə bu dünyada yaşayan ikiüzlülərdən, ədalətsizliklərdən danışır və
deyir ki, mənim dərdim odur ki, belələrinin axırı görəsən necə olacaq. Bu vaxt nurani şəxs ona belə
bir hədis danışır:
  Birisi Hz Əli (ə)-a dedi: - O qədər dərdliyəmki sıxıntıdan ölürəm.
Həzrət buyurdu: - İki sual soruşacağam cavabını verib dərmanını tapacaqsan.
Adam dedi: - Soruş, ya Əli (ə).
Həzrət buyurdu: Dünyaya gəldiyin zaman bu dərd səninlə birlikdəmi dünyaya gəldi?
Adam: -Yox.
Hz Əli (ə): - Dünyadan gedərkən bu dərd səninlə birlikdə olacaqmı?
Adam: - Yox.
Hz Əli (ə): -Səninlə birlikdə gəlməyən və gedərkən də səninlə birlikdə olmayacaq olan bir
dərd sənin bu qədər zamanını almalı deyil. Səbrli ol. Yer üzündəkilərə çox ümid bağlamaqdansa
üzünü Allaha tərəf çevir!... Çünki hər şeyi bilən Odur.”
Həmsöhbətinin dedikləri Səttarın xoşuna gəldi və:
   - Bəli, hər şeyi bilən Odur.
Səttarın Füzuliyə bağlılığı o qədər möhkəm olur ki, hətta rayonlara- təbiət qoynuna gedəndə
də özü ilə Füzuli sevərlərin getməsini istəyirdi. Bir gün Qəyyur, Tofiq Bayram, Emin Sabitoğlu belə
58

bir gəzintiyə getməyi qərara alırlar. Bu vaxt Tofiq Bayram yanında gənc bir şairlə gəlir və Səttara bu
cavan oğlanı da onlarla getməsinə icazə verməsini xahiş edir. Səttar cavan oğlanı süzüb deyir:
    - Bura bax, sənə bir sual verəcəyəm, əgər mən istəyən cavabı versən gedəcəksən. De görüm,
Füzuli güclü şairdir, yoxsa Nəsimi?
Gənc şair bu sual qarşısında özünü itirir və deyir:
- Səttar müəllim, onların ikisi də güclü şairlər olublar.
Elə bu vaxt Tofiq Bayram cavanın köməyinə çatıb pıçıltı ilə deyir:
- Füzulini de, Füzulini deməsən, batdın.
Oğlan Füzulinin adını çəkən kimi Səttarın kefi açılır və:
- Onda getdik.
Səttarın qəribəliklərindən daha maraqlı bir- iki söhbət.
Rəssamın çox kövrək, tez inciyən qəlbi vardı. Bir ara Rəssamlar İttifaqından tamam ayağını
kəsir, kimlərdənsə incidiyi üçün ora getmir. Rəssam yoldaşları onun yoxluğundan nigaran qalır və
həmkarları Elbəy Rzaquliyevi “kəşfiyyat” a göndərirlər. Elbəy Əmircana gəlir və görür ki, Səttar
onunla incik danışır, bir az söhbət edib ürəyini alandan sonra evdən çıxarkən həyətdə darvazaya
yaxınlaşanda görür ki, Səttar evin pəncərəsini açıb əlindəki bloknotu göstərərək deyir: “Elbəy, bax,
sənin adını bu bloknotdan sildim”.
Bu qatarda Səttarın yan-yörəsinə yığışanlar təkcə incəsənət adamları deyildi, onlardan biri
Əmircan kəndinin yetirməsi görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki
Sumbatzadə Əlisöhbət Sumbat oğlu – (doğulub 1907, Bakının Əmircan kəndi – vəfat edib 1992) idi.
Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad
elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri
olmuşdur. Bununla belə onun Səttarla olan şirin və maraqlı söhbətləri hamının diqqətini cəlb edirdi.
Səttar da böyük alimə hörmətlə yanaşar və deyərdi:
- Əlisöhbət, baxmayaraq ki, təxminən yaşıdıq, yəni aramızda iki il yaş fərqi var, amma mən
səndən çox böyüyəm.
Akademik həmsöhbətindən maraqlı cavab alacağını əvvəlcədən duyduğundan tez soruşar:
- O necə olur, Səttar? Mənim bildiyimə görə, mən səndən iki yaş böyüyəm, lakin sən məndən
çox böyük necə olursan, anlamadım.
- Hə, səbrini bas, indi səni başa salaram, - deyə Səttar həvəslə söhbətini davam elədi. – Bax,
Əlisöhbət, sən bu dünyada dəftər- kitabdan gözünü ayırıb nə görmüsən? Heç nə. Bütün ömrünü həsr
eləmisən elmə, axtarışlara. Düzdür? Amma mən bu torpağı qarış - qarış gəzmişəm, hamısının dilini
bir- bir öyrənmişəm - gülünü-çiçəyini, otunu qoxlamışam, bulaqlarının pıçıltısına, çaylarının
şırıltısına qulaq asmışam, dağlarıyla həmdərd, sirdaş olmuşam. Hər gəzib- gördüyümü ağ kətana
köçürənə qədər onları cismimdə hazırlayıb gözümün yaddaşından qəlbimə yerləşdirmişəm. Gecələr
mənə haram olub, dərvişlər kimi yata bilməmişəm, yuxularım ərşə çəkilib. İndi sən biləni mənim
neçə yaşım olar?
- Sənin ürəyin bir nəğməkar şair ürəyi kimi kövrək, düşüncələrin bu dünyanın dərd yükünü
çiynində daşıyan müdrik bir filosofun həyata baxışıdır. Sən elə əsl dərvişsən, - deyə akademik
dilləndi, - özündən başqa hamını fikirləşirsən - bu qədər çəkdiyindən özündə nə qalıb? Hamısını
paylamısan.
- Qədeş, həmkəndlimiz Axund Hacı Turabla Hacı Zeynalabdinin söhbətini yəqin ki, eşitmisən.
Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir.
Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir:
Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə
minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.O hadisədən
sonra Hacının axunda o qədər böyük hörməti var idi ki, hətta öz şəxsi faytonundan istifadə etməyə
ancaq Hacı Turaba icazə vermişdi.
59

Hacı Zeynalabdin o vaxt bu söhbətə fikir verməsə də, bolşeviklər tərəfindən hər şeyi əlindən
alınandan sonra bu uzaqgörən kişinin sözlərini tez- tez xatırlayır. Ona görə də vəsiyyət edir – məni
onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir.
İndi mən də. Varım- yoxum çəkdiyim o şəkillərdir, elə sağlığımda özüm paylayıram ki, mən
öləndən sonra o, bu dağıdıb məhv eləməsin. Rəhmətimi elə sağlığımda qazanıram.
Bu qatarda söhbətə həvəslə qoşulan daha biri var idi. 1910-cu il martın 15-də Bakının
Əmircan kəndində doğulmuş, görkəmli Azərbaycan bioloq alimi, biologiya elmləri doktoru,
professor, AEA-nın müxbir üzvü, sonralar, yəni 1980 – ci ildə (Səttar Bəhlulzadənin vəfatından çox-
çox sonra) AMEA-nın həqiqi üzvü Mirzəağa Hacıbala oğlu Əlizadə idi.
Bir bioloq alim kimi Səttarla onun söhbəti daha maraqlı keçərdi. Səttar hələ Moskvada V.
Surikov adına Rəssamlıq akademiyasında oxuduğu vaxtlarda başqa tələbə yoldaşlarından fərqli
olaraq imtahan zamanı “Anatomiya” fənnindən “əla” qiymət alardı. Onun fikrincə mükəmməl
rəssam anatomiya, biologiya elmindən də xəbərdar olmalıdır. Buna görə də onun Mirzəağa
müəllimlə söhbətlərinə heç kəs müdaxilə etməyə cəsarət etməzdi.
Səttar işığına yığışanların içində iki gənc də - onlardan biri kinorejissor Ələkbər Muradov,
digəri isə xalçaşı rəssam Eldar Mikayılzadə var idi. Ələkbər Muradov (1948-2013) – Azərbaycan
kino və televiziya rejissoru, ssenari müəllifi, kinooperator, aktyor, operator assistenti, ikinci
operator, Azərbaycanın əməkdar incəsənət xadimi idi. Ələkbərgilin evi həm də Səttarın evinin
yaxınlığında idi. Onlar qonşu olduqlarından bir-birlərini daha tez-tez görürdülər. Bundan əlavə
Ələkbərin atası Yunus kişi Səttarın dostu idi və onların demək olar ki, hər görüşündə Ələkbər də
iştirak edərdi. O, Səttarın bir rəsm üzərində işləməsinə diqqətlə baxar, onun rəsmi ərsəyə gətirənə
qədər çəkdiyi əziyyətlərin şahidi olardı. Bəlkə də Səttarın rəsm aləminə heyran olduğu vaxt o artıq
özünü rəssam kimi görməyə başlamışdı. Elə buna görə də ilk işlərinin birinci rəy verəni də məhz
Səttar olar, ona həm iradlarını deyər, həm də ürək -dirək verərdi. Ələkbər də onun səyyah dostu idi.
Respublikada elə bir bölgə qalmamışdı ki, onu özü ilə aparmasın. Ələkbər sonradan kino rejissor
ixtisasına yiyələnir və öz ustadına hörmət və ehtiramını bildirərək "Səttarın şamı" kimi əsərini və
“Sonuncu dərviş” filmini ithaf edir.
Ümumiyyətlə Səttar – o, böyük ustad. Həqiqətən də sözün əsl mənasında ustad idi. Səttarın
istedadlı gənclərə dediyi bir şüar var idi: yaxşı rəssam emalatxanada yox, təbiət qoynunda püxtələşib
inkişaf edər. O, gənc rəssamları həvəsləndirər, ruhdan düşməməyə çağırardı. Hələ yeniyetmə
yaşlarında olan Zakirə isə deyərdi: “Sən sənət dünyasına xan gəldin”. Belə bir ustadın dilindən belə
bir tərifi eşitmək hər adama nəsib olmazdı və hər tanınmış rəssam əlinə yenicə fırça almış uşağa belə
yüksək qiymət verməzdi. Bunu yalnız Səttar ürəyi bacarardı.
Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur.1971-1975-ci
illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə
bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ
Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir.
Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir 1977-ci ildə
yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni
Xilə" adlandırmışdır. Xalçaçı rəssamın Səttar Bəhlulzadəyə həsr etdiyi “Səttar” və “ Səttarın arzusu”
işləri əsl sənət əsərləridir.
Vaxt gələcək Eldar elə ad- san qazanacaq ki, onun “Kəhkəşan” adlanan xalçasına əsrin
möcüzəsi deyiləcək.
Azərbaycanda 4 nəfərin 5 ilə toxuduğu nadir xalça bir il qırx gün ərzində yundan, ipəkdən
toxunub, qızıl, qiymətli daşlardan istifadə edilib. Daşlar dörd rəngdədir. Xalçanın ərsəyə gəlməsində
725 qızıl daş (hərəsi 1,5 qram) işlədilib. Beləliklə, xalçada 1 100 qram qızıl tətbiq edilib. Xalçanın
əsas mahiyyəti kəhkəşanda bürcləri və onunla əlaqəlı elementləri göstərməkdən ibarətdir. Xalça
boyu tünd haşiyədə Şumer və Babildəngəlmə 39 bürc və hazırda bütün dünyada tətbiq edilən 12
bürc təsvir olunub.
...Eh, bu elektrik qatarında daha kimlər getməyib, kimlər Səttarla həmsöhbət olub və onun
şirin əmircan ləhcəsilə söhbətlərindən feyziyab olub Nizami, Füzuli, Nəsimi poeziyasından
qidalanmayıb?
60







Popular Posts