Fələklər yandı ahimdən / Moskvadan məktub
Moskvadan məktub
Aylar ötür, Səttar Mərdəkandan ayağını kəsmiş və Maraldan əli üzülmüş halda bütün gücünü,
fikrini və vaxtını yalnız rənglər aləminə həsr etmişdi. O ya saatlarla molbertin qarşısında dayanar
düşündüklərini əlvan rənglərlə çəkər, ya da vaxtının çoxunu təbiət qoynunda keçirərdi.
Əslində Səttar Maraldan yox, öz taleyindən incimişdi. Sevgisindən qarşılıq almayan gənc
intizarla Maralın gözəl surətini göz önünə gətirər və onu bir daha görmək həsrətilə alışıb yanardı.
Səttar ürəyini odlandıran bu eşqi qəlbinin dərinliklərində gizlədər və bu barədə kimsəyə bir söz
deməzdi. Hərdənbir Marala haqq qazandıraraq öz-özünə deyinərdi:
“Əlbəttə Maral məni bəyənməz. O, gözəl- göyçək bir qız, mən isə səhralar dəlisi Məcnuna
bənzədilən bir insan. Məgər Məcnun Leylinin eşqindən o çöllərə düşməyibmi? Məgər o hamıdan
uzaq düşüb saf məhəbbətinin qurbanı olmayıbmı? Bəs niyə onu ələ salıb gülüblər? Niyə onun
ürəyinin səsini dinləməyiblər? Axı Qeysin məcnun olub səhralara düşməyinin əsas səbəbkarı
ətrafındakılar deyildimi? O nə istəyirdi? Heç nə! Hamı kimi öz sevgilisinə qovuşmaq. Məgər bu
günahdır? Eh, Maral, Maral. Məndən Məcnun olar, amma səndən Leyli çıxmaz. Harda idi səndə o
ürək?“
Bu düşüncələrdən sonra Səttar yenə fırçasını əlinə alıb molbertin qabağına keçdi.
Çox kədərli gəzərdi və onun bu halını görən anası Hökumə xanım, bacıları Bikəxanım və
Pərzad dinmir səbəbini Səttarın öz dilindən eşidəcəkləri günü səbirsizliklə gözləyirdilər.
Qard aşlarının susqunluğunu, gecə-gündüz vaxtını yalnız şəkil çəkməyə sərf etdiyini və
Mərdəkandan ayağını tam üzdüyünü, ümumiyyətlə Maralla əlaqələrini kəsdiyini hiss edən bacıları
və anası çox narahat idilər. Səttarın demək olar ki, üzü heç gülmürdü. Yalnız gözləri bir nöqtəyə
dikilir, elə hey düşünür, daşınır və yenidən molbertin qabağına keçirdi. Hətta yeməyini də güc-bəla
ilə yeyirdi, sanki tərki dünya olmuşdu. Lakin bu belə davam edə bilməzdi, nə isə bir şey fikirləşmək
lazım idi. Pərzad elə bu fikirlərlə qardaşına yaxınlaşdı:
- Nə çəkirsən? Yeməyini də yemədin. Onsuz da arıq, cansızsan. Bir dəri, bir sümük qalmısan,
belə olmaz axı, qardaş? Atamızı itirəndən sonra Fəttahla sən bizə əmanətsiniz. Niyə belə eləyirsən?
Maral xətrinə dəyib?
Aramsız şəkil çəkən Səttar bacısının ardıcıl verdiyi suallara cavab vermək üçün əlindəki
fırçanı kənara qoyub gözlərini Pərzada dikib dedi:
- Ağəz, sən nə vaxt böyüdün, heç xəbərim olmadı? Əvvəla biz sənə yox, siz bizə, yəni
mənimlə qaqaşa əmanətsiniz, bu bir. İkincisi, Maral məndən küsüb, mən ondan yox. Əslinə qalsa
mən özüm-özümdən küsmüşəm. Bilirsən, hər kəs gərək öz babını tapsın, onunla yoldaşlıq eləsin.
Maralın ata-anası, qohum- əqrəbası, çoxlu dost- tanışları, malı- mülkü, özü də gözəl- göyçək. Bəs
mənim nəyim var? Heç nəyim. Barı surətim yaraşıqlı olaydı. Maral məni neyləyir?
- Elə demə, Səttar. Allaha acıq gedər. Səndə heç kəsdə olmayan ürək var. Hamısı gəldi-
gedərdi, mal da, mülk də, gözəllik də. Amma səndəki ürək başqa şeydir, həlim, saf, təmiz, geniş...
İndiki zəmanədə kimdə var belə ürək, hə? Maralın minnəti olsun, sənin kimi dostu, arxanı hardan
tapacaq? Allahın sənə verdiyi nemətləri yadına sal, şükr elə, yeməyini ye. Məni də dərdə salma.
Vallah pis oluram səni belə görəndə.
- Eh, ürək a, kim görür o ürəyi? – dedi və bacısının könlünü almaq niyyətilə ona yaxınlaşıb
əllərilə saçını sığalladı : - Baş üstə, balaca anam. Yeməyimi yeyib, gedirəm Əzim müəllimin yanına.
Amma qoy sənə bir məsələni də deyib sonra gedim:
Füzulidən soruşmuşlar dünyada ən gözəl şey nə deyə?
"Sevmək" demiş...
"Yaxşı sonra?" demişlər...
"Sevilmək" demiş...
"Yaxşı bəs niyə sevmək sevilməkdən əvvəl gəlir?" demişlər...
O da demiş ki "İnsan sevdiyinə sevildiyindən daha çox əmindir.."
Belə yerdə birdə Füzuli deyib ki:
Oluram məsti xumar yarı görəndən-görənə,
Gül düşür yadıma əttarı görəndən-görənə.
Yox olur dərd-ələmim, qüssə çıxır yadımdan,
Könlümün həmdəmi dildarı görəndən-görənə.
Çəkirəm əl daha cənnət deyilən sevdadən
18
Baği-cənnət kimi rüxsarı görəndən-görənə.
Oyanır qış yuxusundan elə bil duyğularım,
Dönürəm bülbülə gülzarı görəndən-görənə.
Itirib əqlimi sanki düşürəm tilsiminə,
Bu təbiətdəki əsrarı görəndən-görənə.
Fırlanır başıma aləm, pozulur əhvalım,
Səri-kuyində kəc əğyarı görəndən-görənə.
Gəlir hər dəfə bu Yasin təzədən dünyayə,
Yox olur qəmləri qəmxarı görəndən-görənə.
- Füzulinin qəzəllərini əzbərləyə-əzbərləyə eşqdən başı gicəllənib bunun əməlli- başlı. Allah
axırın xeyir eləsin,- deyə Pərzad gülə-gülə qardaşını yola saldı.
***
Əzim müəllim sevimli tələbəsi və dostunu böyük sevinclə qarşıladı:
- Bax, burda deyiblər ki, ürəkdən ürəyə yol var. Mən elə səni axtarırdım. Sənə də, Marala da
şad xəbərim var. Onların şəhərdəki evlərinə getdim dedilər ki, Mərdəkandadır. Artıq qalanı sənin
işindir. Hə, nəhayət, gözlədiyiniz ...
... Elektrik qatarı Mərdəkana çatar-çatmaz Səttarın bir ayağı vaqonun qapısının kandarında, bir
ayağı havada nəsə deyərək qışqırırdı. Maralgili həyətdən onun bu vəziyyətinə tamaşa edib heç nə
anlamırdılar. Onlara elə gəldi ki, Səttarın köməyə ehtiyacı var. Xoşbəxtlikdən Yusif də kənddə idi
və tez gəncin qabağına qaçdı. Səttar isə təngənəfəs halda elə hey qışqırırdı:
- Gəldi, Maral, xəbər gəldi. İkimizi də Moskvada qəbul eləyiblər.
Səttar məktubu Yusifə verdi və sevincli baxışlarla Marala baxdı. Qız isə intizarla atasının
məktubu oxuyub bitirməsini gözlədi.
Yusif gülə-gülə dedi:
- Hə, düz deyir, qızım. Sən Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olmusan.
Maral sevincək atasının boynuna atıldı, lakin Yusifin üzünün birdən-birə tutulması qızı
qorxutdu:
- Nə oldu, ata? Yoxsa sən sevinmədin?
Yusif ciddi görkəm alaraq dedi:
- Əvvəl sevinməyimə sevindim, amma fikirləşəndə ki, sən oralarda təkbaşına neyləyəcəksən,
dilxor oldum.
Maral narahatlıqla tez Səttara baxdı. Sanki qız bu baxışlarla ondan kömək istəyirdi.
Vəziyyətdən çıxmaq üçün Səttar dilləndi:
- Yusif əmi, tək niyə? Bəs mən nəyəm? Axı mən də qəbul olmuşam. Azərbaycandan yeddi
nəfər qəbul olub, onlardan da ikisi bizik. Narahat olmayın.
Yusif bu sözləri eşidib rahat nəfəs aldı və dedi:
- Onsuz da Bakıda da Maral sənə əmanət idi. Elə əvvəldən qızımı sənə etibar eləmişəm,
gedine, gedin, oxuyun, inkişaf edin. Bu Allahın sizlərə verdiyi böyük nemətdir. Qədrini bilib istifadə
edin. İndi isə gedək görək Xədicə xanım bizim üçün nə təamlar bişirib süfrəyə düzəcək. Getdik.
Maral sanki dilotu yemişdi. Elə hey danışır, dil boğaza qoymurdu. Səttar da sevinirdi. Həm
aradakı umu-küsünün getməsi, Maralın onu dindirməsi, qızın sevinci, həm də Moskva kimi böyük
bir şəhərə birlikdə yola düşüb orda təhsil almaları, sevdiyi qızla tez-tez təmasda olacağı anları
düşünmək ona ləzzət edirdi. Maral:
- Bilirsiniz, bu dəqiqələrdə mən özümü dünyanın ən xoşbəxt adamı bilirəm. Moskvada
Rəssamlıq İnstitutunda təhsil alan azərbaycanlı qadınların içində mənim adım Bədurə Əfqanlıdan
sonra gələcək. Mən ikinci qadın olacağam ki, belə böyük bir sənət ocağında təhsil alacağam
19
Nəhayət, hər iki gəncin gözlədiklərin avqust ayı gəldi və Yusif onları Moskva qatarına
mindirib yola saldı.
Moskva həyatı onlar üçün başdan başa bir yenilik oldu. Səttar üçün ən çox çətinlik yaradan an
yazı yazmaq məqamı idi və hər dəfə deyinərdi:
- Alə, adam neçə dəfə hərf dəyişər. Gül kimi ərəb əlifbasında yazırdıq, bəyənməyib keçdilər
latın qrafikasına. İndi də gəl, rusların əlifbasını kirilli öyrən. Adam çaşbaş qalır. Heyif deyil, əski
əlifbamız, elə bil vərəqə bəzək vurursan, gül- çəmən şəkli çəkirsən.
Belə bir vaxtda yadına “Kommunist” qəzetində çəkdiyi karikaturalar düşərdi.
Xüsusilə əlifba dəyişikliyi ilə bağlı onun bir karikaturası oxucular tərəfindən daha çox
bəyənilmişdi. Səttar təsvirdə özündən razı məmurla türk dilindən başqa özgə dili bilməyən kəndlini
çarəsiz vəziyyətdə üz-üzə qoymuşdu. Karikaturanın məzmuna görə "Mən türkcə bilmirəm, ərizəni
qəbul etmirəm" adlandırılması da təsvirə baxan hər bir kəsdə gülüş və eyni zamanda təəssüf
doğurur.
Nə qədər deyinib gileylənsə də Səttar yaxşı bilirdi ki, müasir dövrlə barışmalı və qanunlara
tabe olmalıdır. Hər iki gənc V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda üçüncü kursa
qədər bir yerdə oxumuş, hətta bir partada əyləşmiş, sonradan isə ixtisas yolları dəyişmiş, Səttar
rəngkarlıq, Maral isə qrafika ilə məşğul olmağa başlamışlar. Təhsildə ayrılsalar da yataqxanada
qonşu otaqlarda qalar və dərsdən sonra bütün günlərini bir yerdə keçirərdilər. Səttar Maralın demək
olar ki, hər addımını izləyirdi. Qızın istiqanlı və gözəgəlimli olmasına görə ətrafına çoxlu
pərəstişkarlar toplanar və bu da Səttarın xoşuna gəlməzdi. O tez-tez rəfiqəsinə qürbət yerdə ehtiyatlı
olmasını, hər kəslə dostluq etməməsini tapşırardı. Maral isə Səttara:
-Niyə narahat olursan? Mən məgər uşağam, yoxsa ağlım yoxdur? Niyə məni güdürsən? Yoxsa
onları mənə qısqanırsan? Mənim üçün hamı bir yana, sən başqa bir yana. Sən mənim ilk və əbədi
dostumsan, bunu unutma.
Səttar isə:
- Səni Yusif əmi mənə əmanət edib. Səni qorumaq mənim borcumdur. Hər adamdan dost
olmaz. Onlar elə-belə səninlə vaxt keçirmək istəyirlər, bunları niyə anlamaq istəmirsən?
Maral isə Səttarın sözlərinə əhəmiyyət verməyib məhəbbət gölündə üzürdü. Ona tələbələrlə
yanaşı müəllimlər də biganə deyildi və bu Səttarı çox əsəbiləşdirirdi. Maral bütün bunların fərqinə
varmadan hər gün Səttara yaraşıqlı oğlanlar tərəfindən ona edilən sevgi etiraflarından bəhs edir və
dostunu qıcıqlandırırdı. Səttar dediklərinin heç bir əhəmiyyəti olmadığını görüb, nəhayət susmağa
üstünlük verdi. O hər gecə sevgisini bildirə bilmədiyindən özünü aciz sayar və gecələr xəlvətə
çəkilib gizlicə ağlayardı. O bilirdi ki, Maral onun xətrini çox istəyir, onu özünə hamıdan yaxın, əziz
bilir. Lakin Səttar onu da bilirdi ki, bu istəyin sevgi olacağına əmin deyil. O bilirdi ki, tək Yusif
əminin tapşırığına görə yox, həm də öz məhəbbəti naminə rəfiqəsini hamıdan qorumalıdır. Xüsusilə
onun Səttara, mənim üçün hamı bir yana, sən başqa bir yana. Sən mənim ilk və əbədi dostumsan,
bunu unutma, deməyi gənci bir az da cəsarətləndirmişdi. Çox götür-qoydan sonra sevgisini izhar
etmək üçün Marala bir məktub yazmaq qərarına gəlir, sevgilisinin rəsmini də çəkməyi unutmayıb bu
sətirləri əlavə edir:
“ Əzizim, Maral. Yəqin ki, bu məktubumu oxuyanda güləcək və təəccüblənəcəksən ki,
günümüzün çox hissəsini bir yerdə keçirdiyimiz halda sənə ürəyimdəkiləri yazmaqla bildirirəm.
Özün də yaxşı bilirsən ki, yazmaqla mənim heç aram yoxdur. Mənimki şəkil çəkməkdir. Amma buna
məcbur qaldım. Çünki mən sənin kimi cəsarətli deyiləm. Sən mənə nə qədər əziz olduğunu çox yaxşı
bilirsən. Sənin ayağına bir daş dəysə elə bilərəm ki, mənim ürəyimə dəyir. Düzdür, biz son vaxtlar
tez-tez dalaşırıq, mən səni hamıdan qoruyuram. Səbəbi aydındır, çünki səni hamıya qısqanıram. Axı
sən mənim qiymətlimsən. Yadına gəlir, bağda olarkən dəniz qırağına getməyimiz, sənin ləpədöyəndə
dayanmağın, bax, həmin ləpələrə belə səni qısqanırdım. Mən səni sevirəm, hava kimi, su kimi,
rənglər kimi. Biz ikimiz də nə havasız, nə susuz, nə rənglərsiz qala bilmərik. Ya ürəyimdə sənə qarşı
20
baş qaldıran bu sevgini yaşatmaqda mənə kömək elə, ya da ki... Sən mənə Məcnun deməkdəhaqlısan, mən məhəbbətimin cavabını həsrətlə gözləyən bir aşiqi Məcnunam...
Şəha, könlüm pərişan oldu sənsiz
Cigərim dopdolu qan oldu sənsiz.
Yəqindir səndən ayru, şahi- xuban,
Bu könlüm təxti viran oldu sənsiz.
Gözüm yaşı cahanı tutdu, ey can,
Görən aydır ki, tufan oldu sənsiz.
Nəsimi quluna qıl çarə, dərman,
Ki, canlı gəldi bican oldu sənsiz.
Hörmətlə, cavabını həsrətlə gözləyən Səttar.”
Məktubu bitirdikdən sora dərindən ah çəkən gənc sanki ürəyindən ağır bir yük götürmüş kimi
yüngülləşdi:
- Hə, işin əsas hissəsini gördük. İndi də qaldı məktubu Marala necə verək. Orası asan
məsələdir, bir şey fikirləşərik,- deyə Səttar kefi kökəlmiş halda öz-özünə təsəlli verdi.
Sonra isə vərəqi qatlayıb dəfələrlə oxuduğu və çox sevdiyi Məmməd Səid Ordubadinin romanı
olan “Qılınc və qələm” adlı kitabın arasını vərəqlədi və 159- cu səhifəyə qoydu. “ On beşi ad
günüm, doqquzu isə doğum ilim”, -deyə fikirləşərək gülümsədi.
Səttar çox ümidli idi. Axı niyə də olmasın? Maral onun uşaqlıq dostu, bir yerdə gəzər, bir
yerdə dərdləşər, sevinər, kədərlənərdilər. Marala Səttardan yaxın, doğma kim ola bilərdi ki. Elə bu
düşüncələrlə çarpayıya uzanaraq qollarını başının altına çarpazladı, gözünün önünə doğma
Xəzərinin sahili, Maral və bacıları ilə qaçdı-tutdu oynadığı, sahil qumluğunda birgə çəkdikləri
şəkillər, xoşuna gəlməyəndə yalın ayaqları ilə qum üzərində çəkilmiş şəkilləri pozmasını canlandırdı
və üzündə xoş bir təbəssümlə kiprikləri yavaş-yavaş aşağı enməyə başladı...
Səhər Səttar ehtiyatla Maralın qaldığı otağın qapısını döydü və dedi:- Tənbəl xanım, hələ yatmısan? Qalx, gedək dərsə.
Otaqdan Maralın səsi gəldi:
- Çoxdan oyanmışam, Səttar, gözlə, gəlirəm. Sabahın xeyir, xeyir ola, kefin kökdür?- deyə
Maral dostundan soruşdu.
Səttar məktub barədə bir söz demədi. Qərara aldı ki, dərsdən sonra romanı oxumağı Marala
tövsiyə edər və o da kitabı oxuyarkən məktubla tanış olar.
Dərs bitər-bitməz Maral Səttarı sinfində tapdı və böyük bir coşquyla dedi:
- Səttar, tez ol, çıx otaqdan, sənə deyiləsi sözüm var.
Gənc çaşqın halda təəccüblə:
- Nəsə olub, ağəz? Tez ol de, ürəyim partladı.
Maral eyni sevinclə:
- Əzim müəllimdən məktub gəlib, gedək oxuyaq. Sən hər dəfə Bakı ləhcəsilə danışanda
ürəyim əsir, yadıma evmizdəkilər düşür. Onlar üçün burnumun ucu göynəyir.
- Sən də danış. Bakılı döyülsən? İndi Bakıdan çıxmışam deyə ləhcəmi dəyişməyəcəyəm ki?
Uzaqda- böyük Moskva şəhərində olsalar da görkəmli rəssam Əzim Əzimzadənin bu iki
gəncin üzərində hər zaman atalıq qayğısı hiss olunurdu. Elə yazdığı hər məktubda da özü haqqında
qısaca məlumat verdikdən sonra əsasən tələbələrinə öz qayğı və nəsihətlərini bildirər, onlardan
nigaran olduğunu qeyd edərdi. Əzim müəllim tez-tez Yusifgilə də baş çəkməyi unutmazdı. Çünki
Yusif qızının Moskvada təhsil almasına icazə versə də ürəyi narahat idi. Qız övladından ayrı düşmüş
ata ürəyini ovutmaq üçün bu vəzifəni Əzim müəllim öz öhdəsinə götürmüşdü.
Yataqxanaya çatan kimi Maral Səttarı öz otağına dəvət etdi:
21
Keç içəri, sən başla məktubu ucadan oxumağa, mən də çay dəmləyim. Birlikdə içək.
Səttar məktubu oxuyub bitirdikdən sonra dedi:
- Əzim müəllim həm böyük rəssam, sənətkar, həm də böyük insandır. Gör, necə geniş ürəyi
var ki, hər dəfə bizdən nigaran qalır, çətinliklərimizlə maraqlanır, yol göstərir. Özü də igid, mərd
adamdır. Dörd- beş satirik jurnalda işləyib, hamısında da mənalı, düşündürücü karikaturalar çəkib.
Maral da dostunun dediklərini təsdiqlədi:
- Düz deyirsən. o öz çəkdiklərində müxtəlif təbəqələrdən olan tiplərin iç üzünü açır,
ədalətsizliyə, haqsızlığa qarşı çıxır. Onun mənzərə tabloları da çox gözəldir. İllah da Bakı ətrafı
bağlardan çəkdiyi silsilə rəsmlər. Deyirəm, Səttar, kaş yenə Bakıda olaydıq, o qumlu sahillərdə
ayaqlarımızı göygözlü Xəzərin sularında yuyaydıq. Eeh, can Bakı, can Bakının bağları... Yadına
gəlir, sən Mikayıl Müşfiqdən bir şeir deyərdin “Yenə o bağ olaydı”. Xahiş edirəm. Mənim xətrimə,
bir də de, özü də o dəniz səhnəsini, bağımızı, uşaqlığımızı yada salaq.
- Sən indi yada salmaq istəyirsən, amma mənim heç vaxt o günlər xatirimdən çıxmır, - deyən
Səttar çayını içib şeirdən bir parçanı söyləməyə başladı:
...Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı...
Şeiri dinlədikcə Maralın gözündən yaş yanaqlarına süzülməyə başladı. Səttarın ona heyrətlə
baxdığını görüb tez zarafata keçdi:
- Özün kifir olsan da, gözəl şeirlər əzbərləyirsən. Halaldı, vallah. Sənin klassiklərimizin
qəzəllərini necə yadda saxlamağına heyranam. Qulaq as, hər dəfə səndən soruşmaq istəyirəm, amma
baş qarışır, sualımı verə bilmirəm. Sənin adının mənası nədir?
- Neynirsən adımın mənasını, şəklini çəkəcəksən? – deyə Səttar zarafatla dedi.
- Yaxşı da, de. Mən inanıram ki, sən mənasını bilirsən. Mənim üçün çox maraqlıdır, ətir
sözündən əmələ gəlməyib ki?
Səttar gülümsəməyə davam edib dedi:
- Deyərəm, amma söz ver ki, mənasını bilən kimi şəklini çəkəcəksən. Danışdıq? Qızın
razılığını alan kimi söhbətinə davam etdi:
- Səttarül üyub- ərəb sözüdür. Eyibləri örtən, gizlədən mənasını verir.
Maral dostunun açıqlamasını dinləyib heyrətlə dedi:
- Maraqlı mənası var, lakin mən onu necə təsvir edəcəyəm, bax, bu bir az mənə çətin gəldi.
Hər halda gərək bir şey fikirləşəm, söz verdim axı?
Səttar nəhayət, əlində gətirdiyi və məktub gizlətdiyi kitabı Marala uzatdı və dedi:
- Eybi yox, qoy mən kifir olum, sən gözəl. Əsl gözəlliyi zahirdə axtarmazlar, gözəl xanım.
İndi isə qulaq as. Hansısa bir şeiri və ya qəzəli yadda saxlamaq, onu anlamaq üçün birinci müəllifini
tanımalısan, onun yaşam tərzini öyrənməlisən. Bax, bu kitab Məmməd Səid Ordubadinin “Qılınc və
22
qələm” romanıdır. Onu oxuyandan sonra sən Nizami Gəncəvini, Əfzələddi Xaqanini, Məhsəti
Gəncəvini yaxından tanıyacaqsan. Onda biləcəksən ki, o dövrün cahilliyində, saray çəkişmələri
mühitində onlar Şeyx Nizamini haqsızlıqlarla üzləşməyə məcbur ediblər, dəfələrlə Məhsətini daş-
qalaq ediblər, Xaqanini həbsxanaya salıblar.
Maral dostunu diqqətlə dinləyib kitabı alaraq kənara qoyub dedi:
- Bu kitabı mütləq oxuyacağam. Amma elə bilmə ki, mən heç nə bilmirəm. İstəyirsən Məhsəti
xanımdan bir rübai də mən deyim:
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Ey fələk, ömrümü, gəl vermə bada,
Onsuz da hər gələn qalmaz dünyada...
İstəyirsən bir beyt də Nizami Gəncəvidən deyim, - Maral həvəslə dilləndi:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?
Görürsən, sənin təsirin mənə də keçib, mən də nəsə deyə bilirəm.
Səttar Maralı süzüb zarafatla dedi:
- Afərin sənə. Sən lap dərya imişsən ki. Eşq, sevgi, məhəbbət barədə Cəlaləddin Rumi də
gözəl deyib: “ Eşq sandığın qədər yox, yandığın qədərdir”. Sevən kəs ki, məhəbbət alovunda
yanmadı, demək ondan pərvanə olmaz, şamın ətrafında boşuna dolanmasın.
Axşama qədər edilən şirin söhbətin bitmə zamanı gəldi. Səhər poçtla yola salmaq üçün hər
ikisi Əzim müəllimin məktubuna cavab yazdı və Səttar getmək üçün ayağa qalxdı. Stolun üstünə
qoyulmuş kitaba işarə edib dedi:
- Mütləq oxu, peşman olmazsan.
***
Həmin gecə Səttar yatağına uzansa da yata bilmədi. Maralla etdiyi bütün söhbətlərixatırlayaraq bir-bir göz önünə gətirdi və gülümsədi. O heç vaxt rəfiqəsindən inciməzdi, hətta ona
“kifir” deməyi də Səttara xoş gəlirdi. Birdən nə fikirləşdisə cəld ayağa qalxıb stola yaxınlaşdı. Şam
yandırdı və əlini çənəsinə dayayaraq oturub tamaşa etməyə başladı. Alovun sağa-sola əyilərək
qıvrılması və şamın tədricən əriyib ətrafa tökülməsini müşahidə edərək pıçıldadı: “Şölən işıq
paylayır, özün isə alovun istisindən əriyib yox olursansa, bəs bu yanğı neyçündü?”
O gündən etibarən Səttarın baxışları Maralın üzünə dikilə qaldı, qızdan heç bir reaksiya
görmədiyindən nigaran idi. Məktub barədə soruşmağı da özünə ar bildi, fəqət susmağı da onu
içindən yeyib bitirirdi. Maral isə həmişəki kimi öz havasında idi: deyir, gülür, zarafatlaşırdı.
Aylar beləcə ötdü və Maral əlində bir zərf həyəcanla Səttarı çağırdı:
- Səttar, al, bu məktubu oxu. Məryəmdəndir, yazıb ki, atamı həbs ediblər. Sibirə sürgünə
yollayıblar.
Səttar məktubu oxumamış suallarını yağdırdı:
- Yusif əminin kiminlə nə işi var? Onu niyə həbs ediblər ki?
Məryəmin məktubu bu məzmunda idi:
“Əziz bacım, Maral. Salam. Necəsən? Bizlərin də yaxşı olduğunu yazmaq istərdim, amma
heyif ki, bu belə deyil. Atamızı tutub həbs ediblər. Dediklərinə görə dükanda olanda dilini dinc
saxlamayıb yanındakılara hökumətin əleyhinə danışıb ki, bu camaatı hər gün niyə həbs edirlər.Belə
gedişlə, bu tünbətünlərin hakimiyyəti çox çəkməz
23
Bunu dediyi günü axşam qara geyimli adamlar gəlib atamızı apardılar. O gündən anamızın
gözünün yaşı qurumur, nənənin də ürəyi dözmədi rəhmətə getdi. Babanı itirəndən sonra nənə bütün
mehrini atamıza salmışdı. Evdə vəziyyət ürək açan deyil. Atadan sonra qohum-qonşular da bizdən
soyuyub, heç kəs qapımızı açmır. Sağ olsun Əzim müəllim. Bir tək o bizə baş çəkir, yardım edir.
Atamın bütün qır-qızıllarını da müsadirə adıyla aldılar. İndi heç nəyimiz yoxdur. Ən pisi odur ki,
atamızı görə bilmirik. Dediklərinə görə onu Sibirə göndəriblər. Bağışla bacı, bu xəbərləri
yazmağımla sənin də kefini pozdum. Amma neyləyim? Fikirləşdim ki, həqiqəti bilsən yaxşıdır.
Səttar necədir? Yəqin həmişə sənin yanındadır. Bizdən ona salam deyərsən. Sən fikir eləmə.
Əlimizdən nə gəlir ki? Olacağa çarə yoxdur. Tətilə az qalıb, gələrsiniz görüşüb doyunca danışarıq.
Evdəkilərin də sizə çoxlu salamı var. Səni bərk-bərk öpüb bağrımıza basırıq. Özünüzdən muğayat
olun. Hörmətlə, bacın Məryəm.”
Maral məktubda yazılanlardan çox təsirlənmişdi. Qəriblik hissi indi daha çox hiss edilirdi.
Ailəsinin bu çətin, ağır günündə onlardan uzaq düşmüş qız nə edəcəyini bilmirdi. Elə hey o yan bu
yana vurnuxur, bir yol axtarıb tapmaq istəyirdi. Birdən üzünü Səttara tutub dedi:
- Səttar, günü sabah mən yollanıram Bakıya. Hər şeyi- təhsilimi, gələcək planlarımı,
arzularımı Moskvada buraxıb əzizlərimin yanına gedirəm. Bəlkə də gedib aydınlaşdırar, atamın
günahsız olduğunu sübut edə bilərəm. Nə olsune nəsə deyib. Oğurluq eləməyib, adam öldürməyib.
Bunun üçün atamı həbsə atmalıdırlar? Bir də ki, düz deyir də çatanı tutub basırlar türməyə. Zülm
etməklə hakimiyyəti saxlamaq olar?
Səttar Maralın hirslə dediyi sözlərdən narahat oldu və dedi:
- Sus, az danış. Belə danışsan səni heç Bakıya çatmamış tutub basacaqlar dama. Neynirsən?
Heç yana getdi yoxdur. Qalıb təhsilini davam etdirirsən, diplomunu alandan sonra kimdi səni burda
saxlayan? Sübut eləmək istəyənə bax, guya onlar özləri bilmir ki, o günahsızdır? Bilə-bilə belə
eləyirlər ki, heç kəs qorxudan cınqırını çıxarmasın. Nəyi sübut edəcəksən? Onsuz da biz hamımız
bilirik ki, o günahsızdır.
Səttarın kəskin tənbehi Maralı təslim olmağa məcbur etdi.
Artıq bir neçə il idi ki, bu iki dost ixtisaslarına görə yollarını ayırmışdılar. Maral qrafika üzrə,
Səttar isə müəllimi görkəmli rus rəssamı Mark Şaqalın məsləhəti ilə rəngkarlıq fakültəsində təhsilini
davam etdirirdilər. Mark Şaqal həmkarı Vladimir Favorskinin tələbəsi Səttarın Krımda yay təcrübəsi
zamanı çəkdiyi rəsmləri görüb bəyənmiş və bundan sonra onu öz işlədiyi fakültəyə dəvət etmişdi.
Müəllim barədə gənc rəssamın bəxti yaman gətirmişdi. O, burada Vladimir Favorskidən başqa,
Mark Şaqal, Lev Bruni, P.Pavlikov, K.İstomin kimi tanınmış rəssamlardan rəngkarlığın sirlərini
öyrənmiş və çəkdiyi əsərlərdə tətbiq etmişdi.
Son illərdə fakültələri ayrılandan sora Maral artıq dəyişmiş, Səttara əhəmiyyət verməyib yenə
öz aşiqlərilə fəxr edir və dostunu öz söhbətlərilə əsəbiləşdirirdi. Düzdür, Maral ətrafında dolananlara
məhəl qoymasa da onun ürəyini ovsunlayan tələbə yoldaşı İqora laqeyd deyildi.
İqor da hər gün dərsdən çıxarkən Maralı yataqxanaya qədər ötürər və Səttarın hirslənməyini
vecinə almırdı. Bu ötürmələr sonralar sıx-sıx görüşmələrlə əvəzləndi və bütün bunlar İqorun evlilik
təklifi ilə nəticələndi. Maral da bu təklifə biganə deyildi, lakin aralarındakı milli mənsubiyyət
fərqliliyi qızı narahat edirdi. Gənc qız sevgilisinin hər dəfə evlilik təklifinin cavabını ləngidir və
ailəsilə məsləhətləşməyi bəhanə gətirirdi.
Bir axşam, yataqxanada olarkən Maral Səttarın otağının qapısını ehmalca döydü və içəri
keçmək üçün icazə istədi. Səttar rəfiqəsinin sözlü adam olmduğunu baxışlarından anladı və dedi:
- Buyur, səni dinləyirəm. Nə deyəcəksənsə de. Eşidirəm.
Maral Səttardan belə soyuq münasibəti birinci dəfə idi ki, görürdü. Əvvəlcə çaşıb qaldı və
sonra dedi:
- Səttar, bilirəm məndən incimisən, mənimlə danışmaq istəmirsən. Amma bir məni də dinlə
gör mən nə deyirəm, ondan sonra istəyirsən danla, istəyirsən lap otaqdan qov. İqorla mən bir-
birimizi sevirik. O, yaxşı oğlandır, yaxından tanısan sən də bəyənəcəksən. Biz evlənmək istəyirik,
24
amma bilirəm ki, bizimkilər buna icazə verməyəcəklər. Bəlkə sən onları başa salasan, razılıqlarını
alasan, hə? Biz axı dostuq?
Stulda əyləşərək rəfiqəsini əsəblə dinləyən Səttar yerindən sıçradı və dedi:
- Sənin ağlun çaşıb, ağəz? Heç bilirsən nə danışırsan? Bəyəm mən özüm bu evliliyə razıyam
ki, anongili də razı salım? Sənin ağlun o qədər çaşıb ki, bir azərbaycanlı, bir müsəlman qızı
olduğunu da yaddan çıxarmısan. Yenə öz millətimizdən olsaydı, susardım. Ağəz, oturub-oturub rusu
tapdın? Bizim qızlardan hansı rusa ərə gedib ki, sən gedəsən? Buna baxe, deyir, bilirəm məndən
incimisən. Bəs inciməyim, neləyim? Sənin atan Yusif əmi, Əzim müəllim, bütün evinizdəkilər
hamısı səni mənə əmanət deyiblər, möhkəm tapşırıblar ki, səni qoruyum, amma sən məni
dinləmədin. Çox dedim, çox danladım, sən yenə öz bildiyini elədin. Yaxşı deyiblər ki, qızı özbaşına
qoyarsan ya zurnaçıya gedər, ya da urusa. Bude gedirsən urusa, papağımızı yerə soxursan.
- Yaxşı da, Səttar,- deyə təhqirlərə dözməyən Maral dilləndi:
Mən səndən kömək istəməyə gəlmişdim, daha tonla acı söz eşitməyə yox. Yardım eləmirsən
eləmə, amma məni də zəhərləmə. Mən onsuz da fikrimdə qətiyəm və səndən məsləhət almağa
gəlməmişdim. Elə bilirdim ki, bizim həqiqətən möhkəm dostluğumuz var. Heyif...
Bu sözlərdən sonra Maral otağı tərk etdi. Səttar isə yenidən stula çöküb “ mən ağılsız da
oturub bundan məktubumun cavabını gözləyirəm” deyərək üzünə axan göz yaşlarını əllərilə silməyə
başladı.
Səttarla münasibətlərinin gərildiyinə baxmayaraq Maral İqorla ailə həyatı qurmaq qərarına
gəldi. Bir axşam İqor Maralı evlərinə- valideynlərilə tanış etmək üçün dəvət etdi. Valideynlər
gələcək gəlinlərini çox mehriban qarşıladılar və onların doğma münasibəti bu böyük qərib şəhərdə
isti yuva quracağına Maralda əminlik yaratdı.
Onlar tezliklə VVAQ şöbəsinə gedib kəbin kəsdirdilər. İqorun atası tort, şokolad və bəzi
meyvə-çərəzlər aldı və evlərində ailə arası kiçik məclis düzəldib evliliyi qeyd etdilər. O gündən
etibarən Maral İqorla ailələrilə birlikdə yaşamağa başladılar. Lakin bu evlilikdən Maralın ailəsinin
xəbəri olmadı. O bilirdi ki, anası və digər qohumları buna kəskin şəkildə etiraz edəcəklər, ona görə
də susmağı qərara aldı.
Səttarı da dərsə gedəndə az-az görürdü və hər görüşdə dostunun üzünü yana tutub
keçməsindən anlayırdı ki, hələ də bağışlanmayıb. Lakin bir gün eşidəndə ki, artıq Səttar diplom işini
təhvil verib Bakıya qayıtmaq istəyir, onda onun qabağını kəsib dedi:
- Salam, Səttar, necəsən? Eşitdim Bakıya qayıdırsan, dedim kitabını qaytarım. Mən İqorla ailə
qurmuşuq. Bizi təbrik etmək istəmirsən? Lakin Bakıya getsən, xahiş edirəm bizimkilərlə görüşəndə
evliliyimdən bir söz demə. Çünki mən onlara hələlik heç nə yazmamışam.
Səttar vaxtilə rəfiqəsinə oxumağı tövsiyə etdiyi və arasına sevgi məktubunu qoyduğu “Qılınc
və qələm” romanını əlinə alıb və:
- Mən sənə adımın mənasını demişəm. Mənim adın Səttardır. Yəqin ki, mənasını xatırladın,
narahat olma, deyərək kitabın 159-cu səhifəsini açdı və məktuba toxunulmadığına əmin oldu.
Dostunun soyuq və quru davranışı Maralı özündən çıxartdı:
- Səttar, sən nə vaxtacan məni görəndə üzünü yana çevirəcəksən? Niyə anlamırsan? Mən
İqorla çox xoşbəxtəm. Biz bir-birimizi ürəkdən sevirik. Sən necə dostsan ki, mənim xoşbəxtliyimə
sevinmirsən?
Səttar qızın üzünə maddım-maddım baxaraq yalnız bu sözləri deyə bildi:
- Yox, səhv edirsən. Sən artıq mənim dostum deyilsən.
Sözləri bitirib- bitirməmiş oradan uzaqlaşdı.
Maral isə doluxsunmuş halda onun arxasınca qışqırdı:
- Məndən nə qədər uzaqlaşsan da onu bil ki, ən yaxın və əziz dostum elə sən olacaqsan.
Bildin? Sən!
25
1940-cı ıldə Səttar diplom işi kimi “Babək üsyanı” adlı möhtəşəm bir əsər üzərində çalışır.
Onun çəkdiyi bu möhtəşəm rəsm əsəri müəllimi Mark Şaqalın diqqətini cəlb edir və Səttardan
soruşur:
- Səttar, sən niyə bu mövzunu götürdün? Mənim üçün sənin cavabın çox maraqlıdır.
Ümumiyyətlə, Babək kimdir? Üsyankarı təsvir eləmək nə dərəcədə doğrudur? Zəhmət olmasa mənə
bu barədə məlumat ver.
Gənc rəssam böyük həvəslə izahına başladı:
- Babək, siz dediyiniz kimi, üsyankardırsa o, xalqına, vətəninə edilən haqsızlıqlara qarşı
üsyana qalxıb. Hövsələniz çatarsa mən sizə bu üsyan haqqında ətraflı məlumat verə bilərəm və
bundan sonra mənim çəkdiyim rəsmə bir də diqqətlə baxıb fikrinizi deyərsiniz. Razılaşdıq?
(müəlliminin razılığını aldıqdan sonra) Deməli belə. İslamın Azərbaycana ayaq basmasından əvvəl
Azərbaycanda əsas din Atəşpərəstlik idi. Albaniyanın bir hissəsinə isə xristianlıq yayılmişdı.
Azərbaycanın ərəblər tərəfindən işğalı 639-cu ildə başladı və təxminən 90 il sürdü. Əhali
arasında işğalçılara qarşı nifrət var idi və tez-tez üsyanlar baş verirdi. Növbəti üsyana Babək (798-
838) başçılıq etdi.
Məhz onun zamanında üsyan geniş şəkil almağa başladi. Babəkin ordusu məşhur Bəzz
qalasında yerləşirdi. Babək 816-833-cu illər arasında bir dəfə də məğlub olmadı.O, xilafətin bütün
ordularını məğlub edirdi. Onun ən məşhur döyüşlərindən biri 830-cu ildə Həmədan döyüşü idi. Bu
döyüşdə Babəkin qələbəsindən sonra Xəlifə Bizansla döyüşu dayandıraraq bütün qüvvəsini Babəki
məhv etməyə cəmlədi.
Ümumiyyətlə bütün döyüşlərdə Babək 1-1,5 milyon ərəbi öldürmüşdü.
Xəlifə Mötəsim Babəkin üstünə məşhur sərkərdə əslən fars olan Afşin ibn Kavusu göndərdi.
Afşin əvvəlcə Babəklə gizli danışığa getdi. O, təklif etdi ki, “sən təslim ol. Xəlifə səni ərəb ordusuna
sərkərdə təyin etsin və sonra biz ikimiz birləşərək Sasani dövlətini bərpa edək”.
Babək isə ona, “Mən ona görə döyüşmürəm ki, kimisə hakimiyyətə gətirim və sonra özüm ona
qul olum” deyə cavab verərək təklifi rədd etdi. O,Azərbaycann müstəqilliyini tələb edirdi.
Bu cavabdan sonra Afşin həlledici döyüşə girdi.
Orta əsrlər tarixinə ən böyük insan itkisi ilə bitən döyüşlərdən biri kimi düşən Bəzz döyüşü
başladı. Bu döyüşdə ərəblər 100 min, xürremilər 80 min insan itirsə də, sonda qələbə ərəblər tərəfdə
oldu. Qalada cəmi 7600 insan sağ qaldı ki, onlar da əsir düşdü.
Babək özü isə kiçik bir dəstə ilə mühasirəyə düşdü. O, bu muhasirəni yardı və bir neçə nəfərlə
qalaya girməyin mümkünsüzlüyünü görərək Araz çayından quzeyə keçdi. Babək Konstantinopola
gedərək Bizans imperatorundan kömək istəməyi planlaşdırırdı. Yolda erməni hakimi Səhl Sumbat
onu evinə qonaq çağırdı və təklif etdi ki, ”bir neçə gün qonağım ol, dincəl, sonra yola duşərsən.”
Babək razılaşdı. Səhl Sumbat isə öz adamlarını Afşinin yanına göndərərək Babəki satdı. Bu
satqınçılığa görə xəlifə Səhl Sumbata 2 milyon dinar qızıl pul verdi.
Babək isə bir erməni xəyanətinin qurbanı olaraq 838-ci il Samirə şəhərində edam olundu.
Böyük və güclü ərəb xilafətinə qarşı 22 illik mübarizədən sonra İgid sərkərdənin əvvəlcə qollarını,
sonra ayaqlarını, sonra isə başını kəsdilər. Son nəfəsdə də o Vətən deyib gözlərini əbədi yumdu...
Onun məşhur bir kəlamı indi də xalqımızın dilində əzbərdir: “ 40 il kölə olmaqdansa, bir gün azad
yaşamaq yaxşıdır”
Dərin bir sükutdan sonra Mark Şaqal dedi:
- Maraqlı məlumatdır. Heç inanmazdım ki, kiçik bir Azərbaycandan belə bir böyük sərkərdə
çıxa bilər. Demək orda da erməni xəyanəti olub? Mən başa düşmürəm siz niyə yola getmirsiniz?
Səttar müəlliminə hörmət və məhəbbət dolu baxışlarla nəzər yetirərək dedi:
- Bilirsiniz, əvvəla Azərbaycan indi kiçilib. Vaxtilə mənim vətənimin ümumi sahəsi 2.800.000
kv. km olub. İran, Gürcüstan, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan
26
ki, Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd
əyalət fəth etmişdi.
Bizim şərəfli tarixi keçmişimiz olub və həmişə torpağımız igid və mərd sərkərdələr yetişdirib.
O ki qaldı ermənilərlə bizim yola getməməyimizə, təəssüf ki, onlar bizimlə yola getmirlər. Ta
qədimdən indiyədək üzümüzə gülüb, ayağımızın altını qazıblar.
Müəllim səbirsizliklə soruşdu:
- Axı, niyə?
Səttar isə gülümsəyərək cavab verdi:
- Bu sualınızın cavabını sizin dahi şairiniz Aleksandr Sergeyeviç Puşkin verib: “ Sən oğrusan,
sən köləsən, sən ermənisən.”
Mark Şaqal tələbəsinin bu sözlərinə o ki var ürəkdən güldü və ayağa qalxıb Səttarın çəkdiyi “
Babək üsyanı” tablosuna diqqətlə baxdı və dedi:- Doğrudan da bu rəsm çox qiymətli əsərdir və sən mənə danışdıqlarını rənglərlə çox gözəl
təsvir edə bilmisən. Əhsən, sənin istedadına. Lakin onu da yadda saxla ki, sən rəssam olmasaydın,
yaxşı tarixçi ola bilərdin. Mən isə sevinirəm ki, nə yaxşı sən elə rəssamlığı seçmisən və mənim
tələbəm olmusan.
Səttar isə eşitdiyi təriflərdən utanaraq belə dedi:
- Mən yaxşı azərbaycanlı olmaq istəyirəm...
Əsər tamamlandıqda diplom işinə təhvil verilən zaman 1941-ci ildə Böyük Vətən Müharibəsi
başlayır və Səttar Bakıya geri dönür. Onun Bakıya qayıtmasının bir səbəbi də Maral idi...


