Fələklər yandı ahimdən /Ayrılıq olmayaydı
Ayrılıq olmayaydı
Evlilik həyatı Maral üçün çox gözəl keçirdi. Sevdiyi bir insanla tək ailə həyatını deyil,
yaradıcılıq sahəsindəki düşüncələrini də həvəslə bölüşürdü. İqor da mükəmməl rəssam idi və hər
sahədə sevgilisinə kömək etməkdən yorulmazdı.
Maral yorulmadan çalışır, bir-birindən gözəl rəsm əsərləri yaradırdı. Öz işinə o qədər aludə
olmuşdu ki, hətta ailə - dünyaya övlad gətirmək onun üçün ikinci plana keçmişdi.
Vaxtında sərgilərdə əsərlərini nümayiş etdirmək üçün dəfələrlə bətnindəki övladını tələf etmiş
və özünü büsbütün incəsənətə həsr etmişdi. Ailəli olsa da onun gözəlliyi bir çox kişinin başını
gicəlləndirir və bundan həyat yoldaşının qısqanclığı söz-söhbətə səbəb olurdu. Xüsusilə İnstitutda
ona dərs deyən San Sanıç qadını sanki hər dəfə gözlərilə yeyir, ona eşq elanı edirdi. Bütün
bunlardan İqorun qətiyyən xoşu gəlmir və məcbur olub San Sanıçı qarşısına alıb, ona əxlaq dərsi
verirdi. İqorun təpkisindən sonra müəllim nəhayət özünü yığışdırmağa məcbur oldu. Maral ilə
İqorun isə sevgisi günü gündən daha da möhkəmlənir və özlərini dünyanın ən xoşbəxt gəncləri
sayırdılar.
Lakin Böyük Vətən müharibəsi başlayan zaman hər evə, ailəyə əsən qara yellər bu iki gəncin
də ayrılmağına səbəb oldu. İqor cəbhəyə yollandıqdan bir müddət sonra Maral Moskvada tək
qalmaq qorxusundan Bakıya dönmək məcburiyyətində qalır. Onun doğma şəhərinə qayıtmasına bir
səbəb də sevimli müəllimi Əzim Əzimzadənin məktubu olur. İqorla bağlı sirrini gizli saxlamaq
məqsədilə o, müəlliminin məktubuna xeyli müddət cavab yazmır, lakin hər dəfə onu oxuyanda göz
yaşları ilə isladırdı. İqor cəbhəyə getdikdən sonra Maral özünü çox yalqız hiss edir və sanki hər dəfə
oxuduğu bu məktub ona doğmalarından hərarət gətirirdi. Nəhayət, o qəti qərara gələrək, tez bir
zamanda doğmalarının yanında olmağa can atır.
Bakıda ailəsinin çətin dolanışığı gənc qadını çox sarsıdır, onlara atasızlığı hiss etdirməmək
üçün gecə-gündüz işləyib pul qazanmaq qərarına gəlir. Atası Yusif kişinin onlar üçün yaratdığı
şəraitdən, dolanışıqdan əsər-əlamət qalmamışdı. Moskvada olduğu müddətdə repressiyaya düçar
olmuş bu ailənin nələr çəkdiyini o indi daha yaxşı görür və anlayırdı. Bunun üçün birinci növbədə
Sovetski deyilən məkanda bir ev tutur və ora qeydiyyata düşür. Müharibə vəziyyəti olduğu üçün
əhali kartoçka sisteminə keçmişdi və Maral ömrünün sonuna qədər özünə bağışlaya bilmədiyi bir
hərəkəti edir. Komendant kartoçkaları paylayan zaman səhvən Marala artıq sayda verir və qadın
ailəsinə yardım etmək məqsədilə onların xilası üçün susmağa məcbur olub alınan çörək paylarını
gizlicə evlərinə çatdırır, sonra isə öz yaşadığı yerə qayıdırdı. Bu oğurluq “damğa”sını özü-özünə
vursa da həmişə narahat yaşayır.
Bakıda sevimli müəlliminə baş çəkməyi də unutmur, tez-tez onunla görüşür və məsləhətlər
alırdı. Əzim müəllim öz evində Səttarla Maralı qəbul edir və hər iki tələbəsinin yenidən mehriban
münasibətlərinin yaranmasına sevinirdi.
Səttarın da Marala qarşı hirsi soyumuş, ona bir cəbhəçi arvadı kimi lazımi köməkliklər edirdi.
Rəssamlar İttifaqı da tez-tez Marala sifarişlər verir, maddi yardım edirdilər.
***
1943-cü ilin yazın ilk ayında, yəni mayın 7-sində Səttar evdə molbertin qarşısında şəkilçəkərkən, bacısının otağa daxil olub heyrətlə qorxa-qorxa: Maral gəlib, məməylə həyətdə söhbət
edirlər deməsi rəssamı işindən ayırdı.
Pərzadın qorxmasının səbəbi o idi ki, qardaşı bir rəsm üzərində işləyəndə kiminsə onun fikrini
yayındırmasını hamıya qadağan etmişdi. Əlindəki boya və fırçanı qoyub həyətə çıxdı. Pərzadın da,
Səttarın da heyrətlənməsinə səbəb Maralın Moskvadan gələndən sonra onlara ilk gəlişi idi. Qadın
dostunun təəccübünə fikir verməyib soruşdu:
- Sən hələ hazır deyilsən? Axı bu gün biz ad gününə getməliyik?
- Bu gün ayın neçəsidir?- deyə Səttar təlaşla soruşdu. Vay, az qala yadımdan çıxacaqdı. Axı bu
gün Əzim müəllimin ad günüdür, nə yaxşı ki, gəldin. Bir az gözlə, bu dəqiqə, - deyib tez otağa
qaçdı.
Heç on dəqiqə keçməmiş əlində bir bağlama, geyimini dəyişmiş halda otaqdan çıxdı və:
- Getdik, -dedi.
33
Pərzad və anası da Səttarın kənardan məzəli görünən bu hərəkətinə xeyli güldülər.
- Bizim də dilimizdən təbrik edərsiniz, - deyə Pərzad arxalarıyca dilləndi.
Maral Səttarın əlindəki bağlamaya işarə verib dedi:
- Bu nədir, hədiyyədir? Səttar şəstlə:
- Bəli. Hədiyyəsiz ad günü olar?- dedi.
Hər iki dost deyə-gülə Əzim müəllimin yaşadığı ünvana çatdılar, lakin qapını üzlərinə həkim açanda duruxdular. Sən demə, müəllimləri ciddi xəstə imiş və həkimin dediyinə görə ömrünə sayalı günlər qalıbmış. Bu xəbər onları çox sarsıtdı və müəllimlərini yataqda uzanmış halda gördükdə hər ikisinin gözləri yaşla doldu. Çünki Əzim Əzimzadə onlar üçün tək müəllim yox, həm də bir ata, bir dost, həyat yollarında bir mayak idi. Elə bu vaxt Əzim müəllimin xırıltılı səsi eşidildi:
- Orda niyə durmusunuz, balalarım, gəlin əyləşin yanımda.
Maral kədərini gizlətmək məqsədilə zorla da olsa gülümsədi və:
- Əzim müəllim, bu gün sizin doğum gününüzdür, ad gününüz mübarək. Biz sizi təbrik etməyə gəlmişik.
Səttar bağlamanı açaraq, yeni çəkdiyi rəsmi müəlliminə uzatdı. Bu gün tamamladığım işdir və bu kiçik hədiyyəm qoy sizə ərməğan olsun.
Əzim müəllim sulu boya ilə çəkilmiş bağ mövsümü ilə bağlı şəklə sevinclə baxdı və dedi: - Övladlarım, sizin hər ikiniz nəinki tək mənim üçün, sizin varlığınız bütün Azərbaycan üçün böyük hədiyyədir. O ki, qaldı bu sənin dediyin “kiçik hədiyyə”yə, bu böyük və dəyərli bir rəsm əsəridir. Bunun qiymətini yalnız ariflər bilər. Hər iki dost müəllimləri ilə uzun- uzadı maraqlı söhbətlər etdikdən sonra sevimli ustadlarından ayrılıb evlərinə yollandılar. Lakin heç birinin ağlına belə gəlmirdi ki, bu onların son görüşü olacaqdı. Çünki düz səkkiz gündən sonra, yəni Azərbaycanın Xalq Rəssamı, Azərbaycan karikatura sənətinin banisi, bir çox görkəmli rəssamlar yetişdirmiş, millətinə dəyərli rəsm əsərləri töhfə etmiş görkəmli rəssam Əzim Əzimzadə 1943-cü il mayın 15-i gözlərini həyata əbədi yumacaqdı. Onun vəfatı bütün Azərbaycan xalqı üçün ağır itki olsa da Maralla Səttar üçün ikiqat ağır idi.
İllər ötür, nəhayət, insanların həsrətlə gözlədiyi gün gəlib çatır. Sovet Ordusu böyük rəşadət göstərərək Alman Faşizmi üzərində qələbə çalır. 1945-ci il 9 May- Qələbə günü hamının ən əziz bayramına çevrilir. Hər yerdə sevinc, gülüş sədaları yayılır. Əsgərlər öz doğma yurd-yuvalarına dönürlər. Ətrafda toy-büsat əhval-ruhiyyəsi duyulur. Qəhrəman, igid əsgərlərimizin şərəfinə mahnılar, şeirlər həsr olunur. Beş ilə yaxın çəkilən aclıq, əzab-əziyyətdən sonra insanların yeni həyata, gələcəyə inamı daha da qüvvətlənir. Səttar bir də ona görə sevinirdi ki, bu qələbədə doğma Əmircanından olan oğullarının da payı var. Ən çox da qonşusu məğlubedilməz nümunəvi qvardiyaçı mayor Əliyev Mövlan Məzahir oğlu - İlk və yeganə Azərbaycanlı ki, 41-45-ci illər müharibədən sonra - böyük Sovet ordusu ona olduqca böyük inam göstərmişdir. O, Almaniyanın Maqdeburg rayon komendantı vəzifəsində işləyib və çox böyük şücaətlər göstərib.
Səttar Mövlanı xatırlayarkən qəlbində onun da rəsmini çəkmək arzusu oyandı. İllər keçsə də təbiətə olan vurğunluğundan bu qəhrəmanın şəklini çəkməyə isə vaxt tapmadı... Müharibə insanların daxili xasiyyətlərini də üzə çıxarmışdı. Bir çoxu daha da mehribanlaşmış, qonşusunun sağ qalması üçün son tikəsini də bölməyə hazır olardılar. Fəqət, həmin dövrdə pis xislətli adamlar da çoxalmışdı. Ən çox ölkədə oğurluq, tamahkarlıq baş alıb gedirdi. Belə bir vaxtda Əmircanda “Xan” ləqəbli biri peyda olur. Bu həmin quşbaz Ağabalanın Səttara danışdığı Xan idi.
Əsl adı Allahverdi deyilən Xan qanuni oğru olub. Xanın uşaqlığı çox çətin və qəliz olmuşdur. Xan 8 yaşinda ata və anasını itirmiş və nənəsinin himayəsində böyümüşdür. 11 yaşında olanda Xana dostu oğurluq öyrədir və Xan ilk oğurluqda 11 yaşında tutulur. O vaxtın qanunlarına görə hökm olunur və 8 il azadlıqdan məhrum edilir. İlk məhkumluğunu Zaqatalada uşaq koloniyasında keçirir, həddi buluğa çatandan sonra Bakıdakı Bayıl türməsinə göndərilir. 19 yaşinda azadliğa buraxılandan sonra Xan həyatını tamamilə oğru aləminə verir və Sanka Zver ləqəbli (Cabir Qasimovla) biri ilə
34
dostluq edir. 3 ildən sonra Əmircan qəsəbəsində həbs olunur və 6 il iş alır, az müddət həbsxanada
qaldıqdan sonra isə Xan ordan qaçır. Bir neçə ildən sonra Xan Azərbaycanda ən nüfuzlu oğrulardan
birinə çevrilir. Hətta Xan və Sanka Zver dövlət işçilərindən və bəzi dövlət yerlərindən də xərac
alırdılar. Xan 24 yaşinda həbs edilir və 13 il azadlıqdan məhrum edilir, cəzasını çəkmək üçün
Vorkuta qapalı həbsxanasına, sonra isə "Qara Zindan " adlandırılan Sibir türməsinə göndərilir.
Ancaq Xan yenə də içəridə çox qalmır 3 ildən sonra Cabir və Xan türmədən qaçmağı bacarırlar.
Qaçandan sonra Cabir yaxalansa da Xan 3 il ortalıqda olmur. Xana ümumilikdə 32 il iş kəsilib,
ancaq 15 ilini yatıb. 1941-1945-ci illər müharibəsindən sonra Xanın dəstəsindən olan bir qrup gənc "varlıların"
əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin,
xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar...
Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu
hərəkətinə haqq qazandırır... Bir gün Xanın dəstəsindən olan biri qadının saatını oğurlamışdı. Xanın yanına qalxanda artıq
məsələdən xəbərdar olan Xan saatın necə olduğunu soruşmuşdu. Oğru cavabında saat taxmıram,
bilmirəm deyir. Xan ona bir sillə vuraraq demişdir ki, qadın saatıdır deyə taxmırsan. Bizə yaraşar
belə eləmək?! Get qadının saatını qaytar! Hünəri var idi qaytarmayaydı...
Bəli, Səttar Əmircanda yaşaya-yaşaya insanların hər üzünə bələd olur və mümkün qədər onlardan uzaqlaşmaq qərarına gəlir. Belə vaxtda onun köməyinə əlvan rənglər, fırça və kətan çatır. Günlərin bir günü Rəssamlar İttifaqına gələrkən Marala şad xəbər deyildi. Ona yan otaqda bir nəfərin gözlədiyini xəbər verdilər. Qadın çox təəccübləndi, çünki bu şəhərdə onun gözlədiyi bir kimsə yox idi. Otağın qapısını ehtiyatla açıb içəri boylandı və yerində donub qaldı. Tək bir kəlmə “İqor” deyib ərinin boynuna atıldı...
İqor cəbhədən birbaşa Bakıya Maralın yanına gəlmişdi. Qadın sevindiyindən sanki uçurdu. Neçə ilin od-alovundan çıxıb gəlmiş sevgilisi onun üçün nağıllardakı qəhrəmanlara bənzəyirdi. Artıq ayrılığa son deyib yenidən birlikdə yaşamağa başlamaq olardı.
Maral ərinin qoluna girib dedi: - Əzizim, gəl, əvvəlcə səni rəssam dostlarımla tanış edim, sonra isə sənə hər zaman haqqında danışdığım gözəl Xəzərimi göstərim. Gedək. İqor isə arvadının sözünü kəsərək: - Yox, sevgilim, mən istəyirəm birinci növbədə sənin adı dilindən düşməyən müəlliminlə tanış olum.
Maral bir anlığa duruxdu: - Əzim müəllim artıq həyatda deyil. Biz onu itirdik. Əgər bilsən onun nəsihətləri üçün necə darıxıram.Yeri yaman boş görünür, - deyə, dolmuş gözlərinin yaşını silərək dedi. - Heyif, demək onu görmək mənə nəsib olmadı. Görünür, qismət beləymiş. Sənin dostun necədir? Səttarı soruşuram, - İqor səsində bir nikbinlik yaratmağa çalışdı.
Maral gülümsədi:
- Hə, Səttar yaxşıdır. Gözəl əsərlər çəkib yaradır. Yorulmadan gecə- gündüz çalışır. Hərdən mən də, rəssam dostlarımız da deyirik ki, ay Səttar, nə olub? Bir dur, nəfəs al, bu qədər şəkil çəkmək olar? Hara tələsirsən? Cavabında bilirsən mənə nə deyir? İqor baxışları ilə sualın cavabını gözlədiyini bildirdi. Maral: - Mənə deyir ki, qəbrə tələsirəm. Biz hamımız bu dünyada yolçuyuq və üzü məzara sarı yol gedirik. Kimisi tez çatır, kimisi gec. Əsas məsələ gec və ya tez çatmaqda deyil. Əsas məsələ ondadır

35
ki, gedəndə özündən sonra nə qoyursan və özünlə nə aparırsan. İqor, sən bir şey anladın onun
dediklərindən?
İqor gülümsəyərək dedi:
- Filosof rəssam. Heyif ki, məni görməyə gözü yoxdur, yoxsa onunla söhbət etmək mənim üçün də maraqlı olardı.
Maral etiraz elədi:
- Yox, İqor, sən onu yaxşı tanımırsan. Onun kini yoxdur, ürəyi uşaq ürəyi kimi saf, təmizdir. Münasib bir vaxt tapan kimi söz verirəm ki, sizi görüşdürəcəyəm.
Onlar küçədə yol gedə- gedə söhbət edərkən birdən Maralın gözü bir afişaya sataşdı. Bazar günü Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşası olacaq. Maral Səttarın zəif damarına bələd idi deyə, yaxşı bilirdi ki, onunla görüşmək üçün bundan gözəl fürsət bir də ələ düşməyəcək... Nəhayət, gözlənilən bazar günü gəldi. Səttar teatrın qarşısında İqorla Maralı görəndə qanı qaraldı və ürəyində: “Heyif ki, şəhərimizin qonağıdır, yoxsa mən bilərdim ona nə deyərdim. Hələ utanmaz-utanmaz gəlib gör hansı tamaşaya baxmaq istəyir. Alə, sən hara, Füzuli hara, sən hara “Leyli və Məcnun” hara, sən hara Üzeyir bəy hara. Nə isə, lənət sənə kor şeytan.”
Foyedə söhbət yaratmaq məqsədilə İqor Səttardan soruşdu:
- Səttar, siz bu əsərlə tanışsınız? Yoxsa tamaşasına birinci dəfə gəlirsiniz?
Səttar üzünü Marala tutub öz ana dilimizdə dedi:
- Bu da sənin Məcnunun. Mən indi buna nə cavab verim?
Maral pərt halda əvvəl Səttara öz dilimizdə, sonra İqora rus dilində xitab edərək dedi:
- Yaxşı da, Səttar, sən bu yazıqdan nə istəyirsən? İqor, Səttar “Leyli və Məcnun”u sənə əzbərdən deyər. Sən isə tanış olmaqdan danışırsan.
Səttar da Maralın dediklərinə qüvvət verərək dedi:
- Nəinki mən, hətta mənim anam, rəhmətlik atam, babalarım, nənələrim də sənə məlumat verə bilərdi. Bu əsər Şərq incilərindən sayılır...
Bu vaxt tamaşanın başlanması vaxtını bildirən zəng çalındı və Səttar söhbətini belə bitirdi: - Yaxşısı budur, siz operaya baxın, fikrinizi bildirin, sonra müzakirəyə keçərik.
İqor sevincək razılaşdı. Tamaşa getdiyi müddətdə İqor Üzeir musiqisinin sehrinə düşmüş, hadisələri isə Maralın qısa təfsilatı ilə anlamağa çalışırdı. Sonuncu pərdədə Məcnunun Leylinin qəbri üzərində yanıqlı səslə ifası zamanı İqor qəfildən Səttara nəzər yetirdi. Səttarın gözündən yaş sel kimi üzünə axırdı. Zahirindən tam fərqli olaraq onun belə kövrək qəlbli olması İqoru təəccübləndirdi. Tamaşa bitdikdən sonra üç gənc birlikdə oturub söhbət etmək üçün Maral israrla Səttarı evlərinə dəvət etdi.
Çay süfrəsi arxasında qızğın söhbət başladı. İqor heyrətini gizlətmədən dedi: - Sizin musiqiniz həqiqətən də insanı ovsunlayır. Lakin məzmunu tam başa düşməsəm də anladım ki, bu tamaşada bir nakam eşq hekayəsindən bəhs edilir. Amma onu da qeyd etmək istərdim ki, mövzu “Romeo və Cülyetta” ya çox oxşardır. Bilmirəm Vilyam Şekspir sizdən oğurlayıb, yoxsa siz Şekspirdən.
Səttar bu istehzalı sözlərdən əsəblərini güclə cilovlayıb “rəqibinin payını “vermək qərarına gəldi və dedi:
- Siz deyəndə ki, sənin baxdığın bu əsər Məhəmməd Füzuliyə məxsusdur, o isə yaşayıb XVI əsrdə, amma Şekspir XVII əsrin klassik şairidir, yəni Füzuli dünyasını dəyişəndən sonra Şekspir anadan olub. Füzulinin oğurluğa ehtiyacı yox idi, çünki “Leyli və Məcnun” movzusuna təkcə bizdə hələ XII əsrdə Nizami Gəncəvi müraciət edib. Halbuki Şərqin demək olar ki, əksər tanınmış şairləri bu mövzuyla bağlı poemalar yazıblar və Şərq heç bir zaman öz üstünlüyünü Avropa üzərində göstərməyə cəhd etməyib. Düzdür, müasir dövrdə Avropada “Romeo və Cülyetta”, Şərqdə isə “Leyli və Məcnun” ən güclü məhəbbət əsəri kimi qeyd olunur. Lakin mən sənə sübut edərəm ki,

36
Şərqin, xüsusilə də Füzuli qələmindən çıxan “Leyli və Məcnun” poeması “Romeo və Cülyetta”dan
məzmun etibarilə qat-qat üstündür.
İqor özünü saxlaya bilməyib dedi: - Maraqlıdır, üstün olmasını nə ilə isbatlayacaqsan? Və geridə qalmış Şərq sivilizasiyası sürətlə inkişaf edən Qərbdən nə ilə üstün sayıla bilər?
Səttar təmkinini pozmadan söhbətinə davam etdi:
- Əgər Şərqlə Qərbi müqayisə etsək, bu çox geniş və vaxt aparan mövzu olacaq. Yalnız bir-iki kəlmə ilə fikrimi bildirmək istəyirəm. Mən sadəcə ipucu verim, gerisini vaxtınız olanda araşdırarsınız. Avropa, ümumilikdə bütün Qərb dünyası Şərq fəlsəfəsi, elmi, mədəniyyəti üzərində qurulub. Sizinkilər çəlləkdə çiməndə bizdə artıq xüsusi qurğularla, arxitekturalı hamamlar mövcud idi. Şərqin İbn Sina kimi, Tusi kimi, Şeyx Nizami kimi mütəfəkkirləri olub. Şeyx Nizami Azərbaycan torpağının övladıdır, Kirovabadda (Gəncədə) doğulub. O həm şair, həm filosof, həm riyaziyytçı və s. bir çox sahələr üzrə elmin sirlərinə yiyələnib. Sən də öz həmvətənlərinizdən birinin adını çək, zəhmət olmasa. Susursan, çünki elə birisini tapa bilmirsən. Sizin poeziyanız XVIII əsrdən ən məşhur şairiniz Aleksandr Puşkinin adıyla başlayır. Bizdə isə XI əsrdə Həsənoğlunun qəzəlləri günümüzə qədər gəlib çatıb. Yeri gəlmişkən heç Puşkin də təmiz rus olmayıb, axı.
İqor Səttarın qəfil “hücum”undan “nokaut”a düşməmək üçün dilxor halda tez dilləndi:
- Kim deyir ki, Rus poeziyası bizdə yalnız XVIII əsrdən başlayır. Əvvəllər də olub, yalnız itibat olub gedib və bugünümüzə gəlib çatmayıb. Bir də ki, biz axı deyəsən “Romeo və Cülyetta” ilə “ Leyli və Məcnun ”u təhlil və müqayisə edirdik. Hardan başladıq hara gəlib çıxdıq.
Səttar yenə də həmişəki halı ilə təmkinini pozmayıb Marala dedi:
- Bax, görürsən, əsl Qərb siyasəti. Elə ki, bir az ayağını basdın tez mövzunu dəyişirlər. Deyirsən ki, ədəbiyyatınız qorunmayıb, itibat olub gedib. Mən də sual verirəm ki, niyə qorunmayıb? Bu axı milli sərvətinizdir. Keçmişə nəzər salsaq siz axı bizim qədər işğallara məruz qalmamısınız? Bizim torpaqlar həmişə talanıb, nə qədər milli dəyərlərimiz yadellilər tərəfindən qamarlanıb aparılıb. Amma bununla belə biz yenə də fəxrlə öz keçmişimizi, bugünə qədər qoruduğumuz milli sərvətimizi üzə çıxara bilirik.
Günlərin bir günü Şekspirdən soruşurlar:
- Qadınlar ağıllıdır, yoxsa kişilər?
Şekspir cavab verir:
- Əlbəttə, qadınlar.
Yenə sual verirlər:
- Niyə qadınlar ?
Şekspir deyir:
- Çünki qadınlar heç bir kişinin ayağına baxıb "Çox gözəl kişidir" demirlər. Bizdə isə Şekspirdən fərqli olaraq ağlı cinsə görə yox, insanın dərrakəsinə görə qiymətləndirirlər.
Hə indi keçək əsas mətləbə. Romeo - Cülyetta sevgisi adi nakam bir kişi- qadın sevgisidir. Şekspirin məhəbbət rəvayətində sevgililər qovuşurlar, onlar eşq şərbətini birlikdə dadırlar, zəhər içməklə özlərinə qəsd edərək ayrılırlar. Mənim fikrimcə Leyli Cülyettadan daha qiymətli, daha üstündür. Məcnunun ona əli belə toxunmadığı halda sevgilisinin xəyalları ilə yaşayıb, eşq odunda alışıb yanıb. Leyli toxunulmaz, əlçatmaz, ülvilik, paklıq rəmzidir. Adətən insan xisləti elədir ki, həsrətində olduğu bir şeyi əldə etdikdə o adiləşir. Lakin ən qiymətli və dəyər verdiklərimiz bizim üçün həmişə əlçatmaz, müqəddəs olub. Bizləri yaradan Allaha da bağlıyıq, onu yalnız xəyallarımızda canlandırırıq. O bizə əzizdir, ona tərəf can atırıq, lakin əlimiz çatmır. Çünki O pak, müqəddəs və alidir. Əsl adı Qeys olan Məcnun Leylinin həsrətindən çöllərə, səhralara üz tutur, hər yerdə sevgilisinin surətini görür. Ətrafdakılar onu anlamırlar, bu böyük eşq sahibini dəli adlandırırlar. Düzdür, onları da ölüm ayırır, amma qəsdi ölüm yox, həsrətdən, hicrandan doğan ölüm... və ruhən bir-birinə qovuşan bu iki aşiqi heç bir qüvvə ayıra bilmir...

37
Dərin bir sükutdan sonra İqor dilləndi:
- Hmm... Çox təsiredici və mənalı bir təhlil. Doğrudan da çox dərin və fəlsəfi bir məna var bu hekayədə. Mən təslim, - deyə gülərək əllərini qaldırdı. İndi isə mən sənə sizin Leyli, bizim isə Cülyettamızın rəsmini göstərmək istəyirəm. Sənin fikrin mənim üçün çox önəmlidir. Amma səmimi, - deyərək yan otağa keçib əlində bir tablo ilə qayıtdı.
Tabloda Maral təsvir olunmuşdu. İqor həqiqətən də Maralı tabloda çox gözəl təsvir etmişdi. İqor şəstlə həmkarından soruşdu:
- Hə, necədir? İşim xoşuna gəlir?
Səttar şəkli həqiqətən bəyəndiyini etiraf edərək dedi:
- Əladır. Rənglər bir-birini tamamlayır, açıq-tünd fonlar rəsmə xüsusi parlaqlıq verir. Amma bir şey deyim, bu sizin Cülyettadır, bizim Leyli deyil. Çünki bizim leylilər heç vaxt qeyrimüsəlmana ərə getməzdilər.
İqor əlini havada oynadaraq Səttarın sözünü kəsdi: \
- Siz Allah, atın bu köhnə fikirləri başınızdan. Sevgi olan yerdə nə din, nə millət? Mən bilirəm ki, siz əvvəldən Marala mənimlə evlənməyinə etiraz etmisiniz. Əgər belədirsə, niyə onda sizin kişilər bizim qadınlarımızla evlənirlər?
- Bunu özünüzdən soruşun. Demək qadınlarınızı qoruya bilmirsiniz, ya da onların yanında nüfuzunuz yoxdur. Kişi üçün əgər bir şüşə araq qadından, uşaqdan, ailədən qiymətlidirsə burda sözüm bitir. Əgər insan sevgisi naminə dinini qurban verirsə, inan, o məhəbbət də müvəqqətidir. Çünki verən də Allahdır, alan da,- bunu deyib Səttar gözlərini Marala zillədi.
Maralın yanaqları allanmış, susqun halda onları dinləyirdi.
İqor masa arxasından ayağa qalxıb əlini Maralın çiyninə qoydu və dedi:
- Bizim sevgimiz əbədidir, mən buna əminəm. Elə deyilmi, əzizim Maral?
Maral zorla gülümsəməyə özünü məcbur etdi. Səttar da getmək üçün qalxıb ev sahiblərindən icazə istədi:
- Artıq gecdir, getmək lazımdır. Kifayət qədər söhbət etdik, xoşca qalın.
İqor əlini uzadaraq dedi:
- Səttar, mən çox heyfslənirəm ki, səni Moskvada yaxından tanıya bilmədim. Bu gün mən səni kəşf etdim və tanışlığımıza çox sevindim. Sən indi mənim üçün Şərqin müasir filosofusan. Yəqin ona görə təkliyi xoşlayırsan.
Səttar da İqorun gözlərindəki qara buludların əvəzində aydın baxışları görüb gülümsədi və dedi: - Mən tək deyiləm, ətrafım dost- tanışla doludur. Mən tənhayam, eynilə Məcnun kimi. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm, gecəniz xeyrə qalsın.
Ordan çıxan kimi Səttar Sabunçu vağzalına- sonuncu elektrik qatarına çatmaq üçün addımlarını sürətləndirdi.
İqor isə arxadan qapını bağlayıb Marala dedi:
- Sizin bütün kişiləriniz belə hikmətlə danışır? Yəni hər şeyi belə dərindən təhlil edir?
Maral da öz növbəsində Səttarın söhbətlərinin təsirindən hələ çıxmadığı üçün söylədi:
- Bura Şərqdir. Bəs sən nə bilmişdin?
Səttar bir gün Maralın emalatxanasına gəlib ona çəkdiyi rəsmlərdən birini verib dedi:
- Maral, o günkü söhbətimizdən bir xatirə olaraq bunu İqora verərsən. Maral şəklə baxdı. Səttar yenə Məcnunun rəsmini çəkmişdi. Qadın dedi:
- Ah, Səttar, Səttar. Görəsən, sənin qədər Məcnunu duyan varmı? Səttar emalatxanadan çıxarkən qapının kandarında dayanıb gülümsəyərək dedi:

38
- Əlbəttə var. Füzuli. Dahi şair deyib ki, "Məcnunla mənim dərdimin əfsanəsi birdir. Söz
ayırsa da aşiqi-divanəsi birdir"
Bakıda ətrafındakı insanlardan hörmət görsə də, burdakı şəraitə heç cürə uyğunlaşmayan İqor bir gün Marala yenidən Moskvaya qayıtmağı təklif etdi.
Maral isə ərinin bu təklifinə kəskin etiraz edərək dedi:
- Sən nə danışırsan, İqor. Görmürsən, mənim ailəm ehtiyac içindədir? Onlar mənim yardımıma möhtacdırlar? Mən getsəm, onlara kim baxacaq?
İqor Maralın bu sözündən xoşlanmayaraq dilləndi:
- Sənin ailən artıq mənəm, onlar yox. Nə vaxta qədər sən yalnız onları düşünəcəksən. Bəs biz nə vaxt tam bir ailə olacağıq? Bütün günün emalatxanada keçir. Sən axı qadınsan, özü də ərli, ailəli qadın. Mən də istəyirəm bizim uşaqlarımız olsun, mehriban ailə kimi birlikdə yaşayaq. Mən hər dəfə içəri girəndə uşaqlarımız qabağıma qaçsın, sən isə mətbəxdən məni salamlayasan və dadlı şorbanın ətrini hiss edim. Amma hanı? Bunalrın heç birisi yoxdur. Sənin qayğın yalnız anan, bacıların və qardaşın üçündür. Bəs mən nəyəm? Söylə. Mən sənin üçün kiməm? Moskvada yaşayanda da sən bir sənət fədaisi idin, amma heç olmasa hərdənbir birlikdə gəzməyə çıxardıq, xoş günlərimiz olardı. Amma indi... İndi heç nə yoxdur, heç nə... - deyərək əsəbi halda əllərini bir-birinə sürtdü. Bax, sənə deyirəm, ya mənimlə Moskvaya gedirsən, ya da burda ailənlə birlikdə qalırsan, mən tək qayıdıram. İndi seçim özünündür. Mən sözümü dedim.
İqorun verdiyi bu qəti qərar Maralı çox sarsıtdı. O bir anlığa sehrlənmiş, dil- boğazı qurumuşdu. İqor ona nə fikirləşməyə, nə də kiminləsə məsləhətləşməyə belə möhlət vermirdi. Maral bir anlığa anasını, bacılarını düşündü. O getsə qardaşı yenə özünə gün ağlayacaq, amma bacılarının təhsili yarımçıq qala bilər, anasının gözü yenə həsrətlə onun yolunu gözləyər. Bir anlığa hamıdan hörmət və diqqət gördüyünü xatırladı. Bura onun vətənidir, o doğmalarının əhatəsindədir. Qürbətə - yad insanların yanına niyə getməlidir ki? Əgər İqor onu həqiqətən də sevirsə onun yanında olmalıdır. Bu düşüncələrlə təhlilini aparandan sonra Maral ayağa qalxıb ondan cavab gözləyən İqora sakitcə, asta səslə dedi:
- Mən burda - öz vətənimdə və doğmalarımın yanında qalmaq istəyirəm. Bu ayrılıq ağır olsa da hər ikisi qərarını verdi və İqor Moskvaya tək yola düşdü. Yola düşməzdən əvvəl isə Səttarı axtarıb tapdı və ona: - Mən çox şad oldum ki, burda sənin kimi Maral demişkən, uşaq qəlbi kimi saf, lakin müdrik düşüncəyə malik bir insanla tanış oldum. Nə vaxt Moskvaya yolun düşsə məni axtar. Görüşək. Və bir məsələdə sən yenə də haqlı çıxdın. Sevgini, məhəbbəti verən də Allahdır, alan da. Səttar isə İqorun dediyinə kiçik bir düzəlişlə əlavəsini etdi: - Təkcə sevgini, məhəbbəti yox, hər şeyi, o cümlədən canımızı da verən və alan Allahdır. Odur ki, canından muğayat ol. Bu isti sözlərdən sonra onlar mehribanlıqla ayrıldılar. Və bu ayrılıq ömürlük oldu...

39