Xocalı soyqırımının 28-ci il dönəminə hə Xocalı soyqırımının 28-ci il dönəminə həsr olunmuş sərgi

"Xocalı soyqırımının 28-ci il dönəminə hə Xocalı soyqırımının 28-ci il dönəminə həsr olunmuş sərgi"


26 fevral  2020-ci il saat  12:00-da  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi Kompleksində Rəssamlıq Akademiyası və ADRA nəzdində İncəsənət  Kollecinin  müəllim  və  tələbə heyətinin  “Xocalı soyqırımı”nın 28-ci il dönümünə  həsr olunmuş sərgisi keçiriləcəkdir.                                                                   
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və ADRA nəzdində İncəsənət Kollecinin birgə təşəbbüsü ilə  həyata keçirilir.
Sərginin əsas məqsədi Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəyi dünyaya çatdırmaq,  gənclərin milli-mənəvi dəyərlərlə bağlı düşüncələri və vətənpərvərlik hisslərinin ifadəsi olaraq rəsmlərinin nümayiş etdirilməsi vasitəsi ilə həmyaşıdlarına təbliğini təmin etməkdir. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. 
Ümumilikdə sərgidə 150-dən artıq rəsm işi nümayiş olunacaqdır.
Qeyd etmək istəyirik ki, sərgiyə hazırlıq çərçivəsində 2020-ci il 24 fevral tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin sərgisi keçirilmişdir.
Sərginin açılış mərasimi 26 fevral 2020-ci il saat  12:00-da  Rəssamlıq Akademiyasının  Muzey-Sərgi Kompleksində  (H. Əliyev pros. 24) keçiriləcəkdir.

Popular Posts