Vinsent Van Qoq İkinci hissə /səhifə 7


 O başa düşürdü ki, öz işini Keydən qat-qat çox sevir. Ona seçmək lazım gəlsəydi, bir dəqiqə də tərəddüd etməzdi. Amma o indi birdən- bım şəkil çəkməyə olan həvəsini, zövqünü itirmişdi. İş artıq onu maraqlandırmırdı, Divardan asılan Brabant şəkillərinə baxanda bir daha əmin oldu ki, onda Keyə qarşı məhəbbət oyanandan bəri, öz sənətində xeyli irəli addımlamışdır. Hiss edirdi ki, çəkdiyi şəkillərdə nə isə kobudluq, sərtlik olsa da, Keyə olan məhəbbəti onları yumşaldacaq, baxımlı edəcək. O, Keyi elə dərindən, elə ehtirasla sevirdi ki... Key nə qədər “Yox, heç vaxt, heç vaxt!” desə də, onu məhəbbət yolundan yayındıra bilməyəcək. Keyin etirazı, rədd cavabı Vinsent üçün ürəyinə sıxıb əridəcəyi buz qayası idi.
140
Onun qəlbində işə başlamağa mane olan şübhə baş qaldırırdı. Birdən onun qətiyyətini sarsıtmaq Vİnsentə nəsib olmadı? Axı o, yeni məhəbbətin mümkünlüyünü fikrinin özünü belə günah hesab edir. Vinsent onu müdhiş xəstəlikdən qurtarmaq, inadla yapışdığı lənətə gəlmiş keçmişdən ayırmaq istəyirdi. O özünün şəkil çəkən iri əli ilə onun incə əlini birləşdirməyə çalışaraq gündəlik ruzi və xoşbəxtlik hüququ qazanmaq istəyirdi. Bütün günü o, öz otağından çıxmadı və Keyə ehtiras və yalvarışla dolu məktublar yazdı. Keyin bu məktubları heç oxumadığım başa düşənə kimi bir neçə həftə keçdi. O, demək olar, hər gün özünün şəxsi şübhələrinə qarşı mübarizə apararaq, valideynləri ilə möhtərəm Strikkerin birgə hücumlarından qorunaraq bütün sirlərini etibar etdiyi qardaşı Teoya məktubunda yazırdı. O, əzab, bərk əzab çəkirdi, bunu həmişə gizlədə bilmirdi. Anası mülayim baxışları ile onu sakitləşdirməyə çalışdırdı. - Vinsent, - o bir dəfə dedi, - sen başım daşa vurursan. Strikker dayın deyir ki, Key seni qəti rədd edir. - Tüpürüm dayımın dediklərinə. - Əzizim, axı Key özü bunu dayına deyib. - Deyib ki, məni sevmir? - Hə, onun axırıncı sözü belə olub. - Yaxşı, buna biz hələ baxarıq. - Sənin ümid bəsləməyə bir əsasın yoxdur, Vinsent. Strikker deyir ki, Key səni sevmiş olsa belə, sənə ərə getməyə razılıq verməz, indinin özündə sən ildə heç min frank qazana bilmirsən. Özün yaxşı bilirsən, bu sənin üçün helə çox uzaqdadır. - Ah, ana, kim sevir, o yaşayır, kim yaşayırsa o işləyir, kim işləyirsə o, çörəksiz qalmır. - Bütün bunlar çox yaxşı, mənim əzizim, axı Key həmişə sərvət içində yaşayıb. Onda həmişə hər şeyin yaxşısı olub. - Bütün bunlara baxmayaraq, o indi çox da xoşbəxt deyil, - İkiniz də elə həssassınz ki, siz evlənsəniz do, yalnız bir dərd olar, kasıblıq, aclıq, soyuq, xəstəliklər. Sen bilirsən ki, atan sənə bir frank da verməyəcək. - Mən bütün bu hücumları sınaqdan keçirmişəm, ana, bu məni qorxutmur. Bütün bunlarla yanaşı, biz bir yerdə olsaq, daha yaxşı olar, nəinki ayrılıqda. - Mənim balam, axı Key səni sevmir!
 141 
KitabYurdu.org - Mən bircə Amsterdama getsəydim, səni inandırıram ki, o razılaşacaq. Sevdiyi qadının dalınca gedə bilmədiyini, bilet almağa bir frank belə qazana bilmədiyini Vinsent petües miseres de la vie humaine' kimi qəbul edirdi. Acizliyi onu qəzəbləndirirdi. Onun İyirmi səkkiz yaşı vardı, on iki il idi yalnız zəruri olanlardan başqa, qalan hər şeydən imtina edib səylə çalışmağa cəhd göstərsə də, yenə də heç olmazsa Amsterdama bilet almağa lazım olan məbləği əldə edə bilmirdi. Vinsent yüz kilometrlik yolu piyada getməyi fikirləşirdi bu o demək İdİ ki, Vinsent Amsterdama çirkli, ac, cır-cmdır içində gəlib çıxacaqdı. Çətinliklər onu qətiyyən narahat etmirdi, ancaq Pitersenin evinə getdiyi kimi möhtərəm Strikkerin evinə girmək olardımı, yox, bu ağlasığmazdır! Səhər tezdən Teoya uzun bir məktub yolladığına baxmayaraq, Vinsent həmin gün qardaşına bir məktub da yazdı: "Əziz Teo. Amsterdama getməyə mənə çox təcili pul lazımdır. Heç olmazsa bilet pulu. Sənə bir neçə şəkil göndərirəm, yaz görüm, onları niyə almırlar və nə etmək lazımdır ki, bu şəkilləri satmaq mümkün olsun. Mən pul qazanmalı, onun dalınca getməli və bu "Yox, heç vaxt, heç vaxt”tn nə demək olduğunu öyrənməliyəm Bir neçə gündən sonra Vinsentin qüvvəsi sel kimi aşıb-daşırdı. Məhəbbət ona cəsarət vermişdi. O, Özündə olan bütün şübhələri boğdu və özünü möhkəm inandırdı ki, Keylə görüşməsinə dəyər, onun gözlərini açmağı bacarar, qəlbini başa düşməyə Keyi vadar edər və “Yox, heç vaxt, heç vaxt!” sözlərinin əvəzinə “Hə, həmişəlik, həmişəlik!” sözlərini eşidər. O yeni həvəslə işə girişdi. Onun daxilində hələ də möhkəmliyin və ustalığın çatışmadığına baxmayaraq, məğlubedilməz bir inam yaşayırdı. Vaxt ona işdə və Keye olan məhəbbətində öz İstəyinə nail olmağa kömək edəcək. Ertəsi gün o, möhtərəm Strikkerə açıq məktub yazdı. O heç nəyi gizlətmədi və dayısının bu məktubu oxuyarkən nə deyəcəyini fikirləşdikcə, gülümsədi. Atası Strikkerə yazmağı Vinsente qadağan etmişdi - evdə hər an əsl tufan qopa bilərdi. Teodor hesab edirdi ki, həyatda əsas şey — itaət və ədəb qay1 1 İnsan həyalının kiçik müsibətləri (frans.)
142
 dalanna ciddi riayət etməkdir; İnsan qəlbinin ehtirasları barədə o heç nə eşitmək istəmirdi. Əgər oğul valideynləri İlə yola gedə bilmirsə, onda yalnız oğul günahkardır, valideynlər yox. - Oxuduğun bütün bu fransız kitabları isə... - şam yeməyi zamanı Teodor dedi, - Oğrularla, qatillərlə bir oturub durursansa, sənin sözə qulaq asan oğul və vicdanlı adam olacağını güman etmək olarmı? Vinsent gözlərini Mişlenin kitabından ayırdı, təəccüblə atasına baxıb dedi: - Oğrular, qatillərləmi deyirsən? Səncə Viktor Hüqo, Mişle oğru, qatildirlər? - Yox, amma onlar, ancaq hər cür fırıldaqçılardan yazırlar. Onların kitabları şərlə doludur. - Boş şeylərdir, ata. Mişle Bibliya kimi pakdır, - Bəsdir mənim evimdə küfr danışdın, cavan oğlan! - Hiddətlənmiş Teodor qəzəblə qışqırdı. - Bütün bu kitablar əxlaqsızlıq təbliğ edir. Səni məhv edən de belə fransız ideyalarıdır. Vinsent ayağa durub stolun ətrafına fırlandı və “Məhəbbət” və “Qadın” kitabını atasının qarşısına qoydu. - Səni necə inandırmağı yaxşı bilirəm, - o dedi. - Heç olmazsa özün bir neçə sətir oxu. Görərsən, senin xoşuna gələcək. Mişle yalnız çətinlikləri və xırda narazılıqları aradan qaldırmaqda bizə kömək etməyə çalışır. Teodor şər işləri süpürüb atan mömin bəndələr kimi kitabı yerə çırpdı. - Mən sənin kitablarım oxumayacağam! - o bağırdı. - Sənin bir baban vardı. Van Qoqlar nəslində təkcə o, fransız ideyalarına yoluxmuşdu, sonra da içki düşkünü oldu! - Mille pardons,1 Mişle ata, - Vinsent mızıldanaraq kitabı yerdən qaldırdı. - İcazə ver soruşum, niyə görə sən, bu kitabı Mişle ata adlandırasan? - Teodor soyuq xəbər aldı. - Meni təhqir etmək istəyirsən? -Bu mənim heç ağlıma da gəlməzdi, - Vinsent etiraz etdi. - Amma açığım deməliyəm, məsləhət lazım olsa, onu səndən yox, Mişledən alaram. Bu daha doğru, düzgün olar. - O-oo, Vinsent, - anası yalvardı, - bele sözlər nəyə lazımdır? Nəyə görə san ailənlə əlaqəni kəsmək İstəyirsən? 1 1 Yüz dəfə üzr istəyirəm (Jrans.).
 143 
KitabYurdu.org - Hə, o, məhz belə etmək istəyir, - atası ucadan dedi. - O, ailəsi ilə əlaqəni kəsmək istəyir. Vinsent, sən Özünü çox abırsız aparırsan... Rədd ol menim evimdən, hansı cəhənnəmə istəyirsən itil get! Vinsent öz otağına qalxıb çarpayısında oturdu. Səbəbini özü de bilmədən ağır zərbələrdən sonra o, həmişə stulda yox, çarpayıda oturardı. O, çəkdiyi şəkillər asılmış divarları nəzərdən keçirdil yerqazan- lar, səpİnçilər, ustalar, tikişçilər, aşpazlar, meşəqıranlar, Xeykenin dərsliyindən köçürülmüş surətlər. Hə, o, bəzi müvəffəqiyyətlər qazanmışdı. Açıq-aşkar irəli getmişdi. Lakin o, Ettendə hələ mümkün olduğundan çox az İş görmüşdü. Mauve indi Drentdədİr, gələn aydan tez qayıtmayacaq. Vinsent Ettendən getmək istəmirdi. Burada İşləmək rahatdır, başqa yerdə həyat ondan daha çox xərc tələb edəcək. Vaxt lazım idi ki, şəkil üzərində daha incə, daha həssas işləsin, çatışmazlığa üstün gəlsin, brabantlıların əsl ruhunu duysun, bax, onda getmək olardı. Atası isə onu evdən qovur, o demək olar ki, Vİnsenti lənətləmişdi. Amma bütün bunlar onun hirsli vaxtında deyilib. Əgər atası elə doğrudan da fikirləşdiyini deyibsə, bes onda necə?.. Yəni o bu qədər axmaq adamdır kİ, ata evindən onu qovurlar? Səhərisi o, birdən-birə iki məktub aldı. Biri möhtərəm Strikkerdən - Vinsentin sifarişli məktubuna cavab İdi. Məktuba onun arvadının bir barmaq kağızı da əlavə olunmuşdu. Qnlann hər ikisi Vinsentin keçmişi barədə çox pis fikirdə olduqlarını yazır və bildirirdilər ki, Key başqasım, çox varlı bir adamı sevir və Vinsentdən xahiş edirlər ki, onların qızlarına mənasız iddialarından dərhal əl çəksin. “Hə, görünür, yer üzündə kilsə xadimlərindən də allahsız, ürəksiz və qəddar adam yoxdur”, - öz-özünə deyən Vinsent Strikkerin məktubunu ovcunda elə qəzeble əzişdirdi ki, sanki möhtərəm pastorun özü onun əlinin içində idi. İkinci məktub Teodan İdi. “Çəkdiyin şəkillər çox ifadəlidir. Onları satmaq üçün əlimdən gələni edirəm. Hələlik isə Amsterdama getmək üçün iyirmi frank göndərirəm. Sənə uğurlar diləyirəm, qoca

 downloaded from KitabYurdu.org

Popular Posts