Vinsent Van Qoq İkinci hissə /səhifə 6


6
 Keye üz verən kədər onu ilahileşdirmişdi. O, ərini çox sevirdi, onun ölümü Keyin daxilində nəyi isə qırmışdı. Onun gülümsər sifəti dəyişmiş, gümrahlığı, enerjisi, şadlığı büsbütün itmişdi. Elə bil gur saçlarının rəngi solmuş, tutqunlaşmışdı. Uzanmış sifətindən tərki-dünya- lıq yağırdı, mavi gözlərində dərin, tünd ləkələr görünürdü, dərisinin valehedici parıltısı da getmişdi. Amsterdamda olarkən Vinsentİ heyran edən əvvəlki şuxluq qalmasa da, elə bil gözəlliyi daha da artmışdı, dözülməz kədər isə onun xasiyyətinə ağırlıq və böyüklük gətirmişdi. - Nə yaxşı oldu ki, siz nəhayət, bizə gəldiniz, Key, - Vinsent dedi. - Sağ olun, Vinsent. Onlar “xalaoğlu”, “xalaqızı” kəlmələrini işlətmədən bir-birini öz adı İlə çağırırdılar. Bunun belə olduğunu onlar özləri də bilmədilər, hiss etmədilər. - Yəqin ki, siz Yanı da Özünüzlə gətirmisiniz? - Beli, bağdadır. - Sİz axı ilk dəfədir Brabanta gəlirsiniz. Nə yaxşı ki, mən də buradayam, şəhəri sizə gösterə bilərəm. Biz çöllərdə gəzişərik, - Məmnuniyyətlə, Vinsent. Key mehribanlıqla danışsa da onda heç bir ruh yüksəkliyi duyulmurdu. Vinsent hiss etdi ki, xalası qızının səsi daha dərin və cingiltili olmuşdur. Vinsent Keyin Keyzersqraxdakı evdə ona necə səmimi münasibət bəslədiyini xatırlayırdı. İndi onun ərinin ölümü barədə söz salmaq, ona təskinlik verməyə cəhd etmək lazımdırmı? Əlbəttə, bu barədə nə isə demək pis olmazdı, amma hiss edirdi ki, onun kədərinə toxunmamaq daha nəzakətli olardı. Key Vinsentin nəcib hərəkətini qiymətləndirirdi. Əri Key üçün müqəddəs idi, onun haqqında danışmağa çətinlik çəkirdi, Vinsent kimi o da Keyzersqraxda Vos və valideynləri İlə kart oynadığı, Vinsentin isə uzaq bir küncdə, lampanın yanında oturduğu o gözəl qış axşamını yada saldı. Sinəsini küt ağn sancdı. Tünd-mavi gözləri dumana büründü. Vinsent ovcu ile yüngülcə onun əlini örtdü, həyəcanlı Key minnət -
 129

darlıq hissi İle ona baxdı. Vinsent açıqca görürdü ki, qüssə xalası qızının bütün duyğularını tarıma çəkir. Qabaqlar o, ancaq xoşbəxt bir qız idi, indi isə onun qarşısında dərin mənəvi iztirablardan əziyyət çəkən gözəl bir qadın oturmuşdu. Haradansa qədim müdrik bir kəlam onun yadına düşdü: “Gözəllik iztirabdan doğur”. - Bura sizin xoşunuza gələcək, Key, - o, astadan dedi, - mən bütün günü çölde gəzir ve şəkil çekirəm, biz Yam da götürüb bir yerdə gedərik, - Axı mən sizə mane olaram. - O-oo, yox mən tək gəzməyi xoşlamıram. Mən sizə çoxlu maraqlı şey göstərərəm. - İndi ki, belədir, böyük həvəslə sizinlə gedərəm. - Bu, Yana da çox xeyirli olar. Açıq havada o berkiyər. Key yüngülcə onun elini sıxdı. - Biz dost olacağıq, düzdürmü, Vinsent? - Bəyi, Key. Key onun əlini buraxdı, dolmuş gözlərini yolun o tərəfindəki Protestant kilsəsinə dikdi. Vinsent bağa çıxdı. Key üçün skamya gətirdi və Yana qumdan ev tikməyə kömək etdi. Bİr müddət o, Haaqadan necə vacib xəbər gətirdiyini tamam unutdu. Nahar vaxtı elan etdi ki, Mauve onu şagirdliyə götürməyə söz vermişdir. Başqa vaxt olsaydı o, Terstex və Mauvedən öz ünvanına eşitdiyi təriflərin bir kəlməsini de deməzdi, amma indi o, Keyin qarşısında yaxşı görünmək istəyirdi. Anna-Komeliya son dərəcə xoşlandı, - Sen hər işdə xalaoğlu Mauveyə qulaq asmalısan, - o, oğluna nəsihət verirdi. - Mauve xalaoğlu necə müvəffəqiyyət qazanmağın yolunu bilir. Səhər tezdən Key və Yan Vinsentlə birlikdə şəkil çəkməyə hazırlaşdığı Lisbosa getdilər. O heç vaxt özü ilə yemək götürməzdi, bu dəfə isə anası hər üçünə yemək qoyduğu zənbili onun əlinə dürtdü. Anası elə xəyal edirdi ki, onlar seyrə çıxmağı qərara alıblar. Qəbiristandan keçərkən üstündə sağsağan yuvası olan hündür akasiya ağacı diqqətini cəlb etdi, uşaq bundan çox həyəcanlandı. Vinsent ona sağsağan yumurtası tapmağı vəd etdi. Tezliklə onlar ayaqlanma altında qupquru iynəyarpağın çırtıldadığı şam meşəsinə gəlib çıxdılar sonra da sanmtıl-boz qumlu talaya çıxdılar. Orada onlar sınıq-salxaq kotana və arabaya rast gəldilər. Vinsent öz kiçik molbertini qurdu, Yam arabaya oturtdu və cəld qaralamalar etdi. Key Yanın necə oynadığını daha yaxşı
 130
 görmək üçün kənara çəkildi. O, qaradinməz olmuşdu. Vinsent isə onu bezdirmək istəmirdi, onun yanında olmasını kifayət hesab edirdi. Qabaqlar heç təsəvvürünə gətirməzdi ki, yanında qadın olanda işləmək necə de yaxşıdır. Onlar üstü samanla Örtülmüş bir neçə evin yanından keçdilər və Rozendala gedən yola çıxdılar. Yalnız bura çatanda Key dilləndi: - Bilirsiniz, Vinsent, - o dedi, - sizi molbert arxasında gördükdə, mən teztez Amsterdamda ağlıma gələn bir şeyi xatırladım. - Bu nədir, belə Key? - Söz verirsinizmi, inciməyəcəksiniz? - Əlbəttə, söz verirəm! - Onda deyərəm. Men həmişə əmin idim ki, siz dini pastor olmaq üçün yaranmamısımz. Bilirdim ki, siz öz vaxtınızı nahaq yerə bu işə sərf edirsiniz. - Bəs niyə siz bunu mənə o vaxt demədiniz? - Mənim buna hüququm çatmırdı, Vinsent. O, sarımtıl-qızılı saçından bir neçəsini qara şlyapasının altında gizlətdi; sərt dönüş onu Vinsentın çiyninə sığınmağa məcbur etdi. Tarazlığını saxlamaq və Keyə kömək etməkdən ötrü onun dirsəyindən tutdu və əlini çəkməyi unutdu. - Mən başa düşürdüm ki, hər şeyi siz özünüz eldə etməlisiniz, ~ o davam etdi, - söhbətlər isə heç bir fayda verməzdi. - İndi yadıma düşür, — Vinsent dedi. — Siz məni məhdud pastor olmaqdan necə də çəkindirirdiniz! Keşiş qızının dilində bu, çox qəribə səslənirdi. O, mehribanlıqla gülümsədi, amma Keyin gözləri kədərli görünürdü, - Bəlİ, əlbəttə, - Key dedi. - Görürsünüzmü, Vinsent, Vos mənə özümün heç vaxt başa düşməyəcəyİm çox şeyləri öyrədib. Vinsentin Keyin dirsəyini tutan əli dərhal yanına düşdü. O hər dəfə Vosun adım eşidəndə özü ile Key arasında aradan qaldırıla bilməyən, gözəgörünməz bir maneə dururdu. Bir saatdan sonra onlar Lisbosa çatdılar, Vinsent işləmək üçün molbertini qurdu. O, kiçik bir bataqlığı çəkmək istəyirdi. Yan qumda eşələnməyə başladı, Key isə arxada Vinsentin özü ilə götürdüyü qatlama stulda əyləşdi. O, əlində kitab tutmuşdu, amma oxumurdu. Vinsent çox cəld, ilhamla çəkirdi. Etüd onun əlinin altında əvvəllər heç vaxt olmayan bir sürətlə yaranırdı. Vinsent özü də bilmirdi ki, onun
 131
 karandaşı birdən-birə niyə belə cəsarətli və İlhamlı olmuşdu, Mauvenin təriflərindən sonramı belə olmuşdu, yoxsa Keyin onun yanında oturmağındanmı. Vinsent bir-birinin ardınca bir neçə şəkil çekdi. O, bir dəfə də olsun dönüb Keye baxmırdı. Key də onunla danışmırdı, lakin Keyin onun yanında olması fikri qeyri-adi heyat bütövlüyü hissi ilə Vinsenti zənginləşdirirdi. Bu gün Key ona valeh olanadək, mümkün qədər yaxşı çəkmək istəyirdi. Yemək vaxtı çatanda onlar yaxınlıqdakı pahdlığa girdilər və serin kölgəlikdə Key zənbildən yeməyi çıxartdı. Küləksiz bir gün idi. Güclə hiss olunan palıd yarpaqlarının iyinə su zanbaqlarının bataqlıqlardan gələn ətri qarışırdı. Keyle Yan zənbilin bir tərəfində, Vinsent isə o biri tərəfində əyləşdilər. Key ona pendir-çörək verdi. Vinsent xatırladı ki, Mauvenin ailəsi də bax, beləcə, sakit süfrə arxasında oturmuşdu. Vinsent Keyə baxır və fikirləşirdi ki, heç vaxt ondan gözəl qadın görməmişdir. Qalın, san pendir dilimləri çox ləzzətli idi, anasının bişirdiyi çörək də dadlı idi, amma Vinsent yeyə bilmirdi. Getdikcə onda qarşısıalınmaz, şiddətli aclıq əmələ gəlirdi. O, ovsunlanmış kimi Keyin zərif dərisinə, qəşəng sifətinə, fikirli, tünd-mavi gözlərinə, indi bir qədər solmuş, yəqin tezliklə çiçək kimi açacaq dolğun, təmiz dodaqlarına baxırdı. Yeməyi yeyib qurtardıqdan sonra Yan başını anasının dizi üstünə qoyub yatdı. O, Keyin uşağın qayğısız sifətinə baxaraq açıq saçlarını tu- marlamasına tamaşa edirdi. Vinsent bilirdi kİ, ana oğlunun cizgilərində başqa cizgilər, ərinin cizgilərin! axtarır, özü də öz xalası oğlu Vin- sentle Brabantm mərkəzindən uzaq yerlərində deyil, orada Keyzers- qraxdafcı evində, sevdiyi adamla bir yerdədir. Axşam qaranlığı düşənədək şəkil çəkdi, Yan tez-tez onun dizləri üstündə otururdu. Uşaq Vinsentə bağlanmışdı. Vinsent ona enqr kağızına qara ləkələr çəkməyə İcazə verdi. Oğlan ucadan gülür, qışqırır, talada qaçır, tez-tez Vinsentin yanına gəlib nə barədəsə soruşur, yerdən nə isə götürüb göstərir, təkid edirdi ki, onu əyləndirsinlər. Vinsent əsəbiləşmirdi, əksinə, xoşuna gəlirdi ki, balaca, mehriban məxluq ona yaxınlıq edir, onu belə məhəbbətlə sevir. Erkən batan güneş payızın dağlann arxasında deyil, yaxında olduğunu xəbər verirdi. Evə qayıdarkən onlar qürubun kəpənək qanadlarına bənzər əlvan rənglərinin suda əksinə tamaşa etmək üçün tez-tez göllərin yanında ayaq saxlayırdılar. Günəş yavaş-yavaş sönür, qaranlıqda yox olundu. Vinsent Keyə çəkdiyi şəkilləri göstərdi. O da gözü 132 
 nün ucu ilə baxdı. Bunlar Keyə kobud ve yöndəmsiz görünürdü. Lakin Vinsent Yanla çox mehriban idi, həm də Key ağnnm nə demək olduğunu yaxşı bilirdi. - Şəkillərin xoşuma gəlir, - o dedi. - Doğrudanmı, Key? Bu tərifdən onun bütün hissləri cuşe gəldi, Key ona qarşı Amsterdamda o qədər mehriban olmuşdu ki, yəqin onun nəyə can atdığını başa düşəcəkdi. Bəlkə de bütün dünyada təkcə Key onu başa düşə bilər. Qohumlarla danışmaq yersizdir - onlar heç əməlli bilmirlər, söhbət nədən gedir, Terstex və Mauve qarşısında isə heç hiss etmədən həmişə özünü təvazökar göstərmək lazım gəlirdi. O tələsik, elaqəsiz İfadələrlə danışaraq bütün qəlbini Keyin qarşısında açırdı. Ruh yüksəkliyindən yaranan coşqunluqdan özü de bilmədən hey addımlarını yeyinlədirdi, Key onunla güclə ayaqlaşırdı. Vinsent nədənsə həyəcanlananda onun təmkinindən əsər-əlamət qalmırdı, o, əsəbi və sərt olurdu. Bütün günü Özünü ədəbli, tərbiyəli göstərən İnsanı sanki dəyişdirmişdilər: bu yonulmamış, kobud, avam əyalət adamı Keyı eyni zamanda həm təəccübləndirirdi, həm de qorxuya salırdı. Onun ehtiraslı arzuları Keyə qəribə uşaqsayağı yüngül görünürdü. Key təsəvvürünə gətirmirdi ki, Vinsent ona yalnız kişinin qadına gösterə biləcəyi nadir hörməti göstərir. O, Teo Parisə gedəndən bəri özündə gizlətdiyi hər şeyi Keyin qarşısında açıb tökdü. Vinsent Keyə öz arzuları, planları barədə danışdı, şəkillərin süjetinə nəyi daxil etmək istədiyindən söhbət açdı. Key orum həyəcanını başa düşmədi, sözünü də kəsmədi, amma ona qulaq da asmırdı. Key bütünlüklə öz keçmişinə qapılmışdı, yalnız öz keçmişinə. İşıqlı gələcəyə kiminsə belə inamla nəzər salması onun xoşuna gəlmirdi. Vinsent də həddindən artıq özünə aludə olmuşdu. Keyin soyuqluğunu, uzaqlığını hiss etmirdi. Nəhayət, Keyin diqqətini cəlb edən adı eşidənədək o, el-qolunu ölçə-ölçə hey danışdı. - Neyxeys? Bu, Amsterdamda yaşayan rəssamdır? - Əvvəllər yaşayırdı. İndi isə Haaqadadır. - Bəli, bəli. Vos onunla dostluq edirdi. Ərim onu bir neçə dəfə bizə gətirmişdi. Vinsentin dərhal dili dolaşdı. Vos! Həmişə, hər yerdə Vos! Niyə? Axı o ölüb. Bir ildən çoxdur ölüb. Onu unutmaq vaxtıdır. Vos da Ursula kimi keçmişə məxsus idi.
133

Nəyə görə Key bir şey olan kimi Vosu xatırlayırdı? Hələ Amsterdamda olanda Keyin ərindən Vİnsentin xoşu gəlmirdi. Payız özünü göstərdi. Şamlıqda torpağı örtmüş İynəyarpaq xalı paslıqəhvəyi rəngə boyanmışdı. Key ilə Yan hər gün Vİnsentle birlikdə çölə gedirdilər. Uzun-uzadı gəzintilər nəticəsində Keyİn yanaqları yüngülcə allanmışdı, yerişi isə inamlı və möhkəm olmuşdu. O da özü ilə iş zənbilini götürürdü ki, Vinsent kimi məşğul olsun, İndi o əvvəlkindən daha çox, həm də həvəslə danışırdı, öz uşaqlıq illəri barədə, oxuduğu kitablardan, Amsterdamda tanıdığı maraqlı adamlardan danışırdı. Van Qoqlar ailəsi belə gəzintiləri bəyənirdilər. Vinsent Keyi əyləndirir, onda həyata maraq oyadırdı. Onun evdə görünməsi də Vİnsentin xarakterini yumşaldırdı, Anna-Komeliya əri Teodorla hər gün Allaha dua edir və əllərindən gələni əsirgəmirdilər ki, cavanlar tez-tez bir yerdə olsunlar. Vinsent Keydə görüb sezdiyi, demək olar, hər şeyi, onun sadə qara paltarı altında sıxılmış zərif, incə qamətinə çölə gedərkən başına qoyduğu qəşəng qara şlyapasına, hər dəfə ona tərəf əyilərkən bədənindən yayılan ətrə, tez-tez danışarkən dodaqlarım tərpətmək tərzinə, tünd-mavi gözlərinin sınayıcı baxışlarına, Yanı ondan alarkən toxunduğu əllərinin titrəyişinə, yatağa uzanarkən qəlbində səslənən və bütün vücudunu sarsıdan sinəsindən gələn nazik səsinə, dodaqları ile ona qısılmaq ehtirası oyadan dərisinin parlaq ağlığına məftun olmuşdu. İndi başa düşdü ki, uzun İllər yarımçıq həyat sürübmüş. Gör nə qədər sərf olunmamış incəlik itib, onun qurumuş dodaqları buz kimi təmiz məhəbbət bulağına sığına bilməmişdi. Yalnız Key onun yanında olanda özünü xoşbəxt sayırdı, birgə olanda sanki o, nəvazişlə əhatə olunurdu. Key onunla çölə gedəndə o, çox yeyin və asanlıqla yaradırdı, Key evdə qalanda o, hər xetti, cizgini çox çətinliklə başa vururdu. Axşamlar qonaq otağında böyük taxta stolun arxasında Keylə üz-üzə əyləşir, başını aşağı əyib etüdlerinin üzünü köçürərkən belə, onun incə siması gözləri qarşısından çəkilmirdi. Arabir gözlərini qaldınb Keyə baxır, o isə böyük san lampanın tutqun işığında zəif, qəmli və mehriban təbəssümlə ona cavab verirdi. Hərdən ona elə gəlirdi ki, bir an da dözə bilməyəcək, dərhal yerindən sıçrayacaq və onu var qüvvəsi ilə qucaqlayıb bağrına basacaq, alışıb-yanan dodaqlarını onun sərin dodaqlanna sıxacaq. O, Keyin təkcə gözəlliyinə deyil, onun bütün vücuduna, hər bir hərəkətinə: sakit, ahəstə yerişinə, qəribə iradəsinə, bütün hərəkətlərində hiss olunan tərbiyəsinə pərəstiş edirdi.
 134 
 Heç tesəwür edə bilmirdi ki, Ursulanı itirdiyi bu yeddi il ərzində necə yalqız qalıb. Bütiin ömrü boyu heç bir qadın ona xoş bir söz deməyib, heç bir qadın ona mehriban, sevən nəzərlər bəxş etməyib, heç kəs onun üzünə astadan toxunmayıb və dodaqlanna təmas etməyib, onun indicə öpdüyü barmaqlann hərarətini ömründə görməyib. Heç bir qadın onu sevməyib. Belə həyat ölümə bərabərdir. O, Ursulam sevdiyi vaxt, bu o qədər də dəhşətli deyildi, çünki o vaxt - gənclik dövründə o özü-özünü qurban verməyə can atırdı, onu bundan məhrum etdilər. İndi isə, yetkin kişi məhəbbətinin coşduğu anlarda o yalnız özünü həsr etmək istəmirdi, həm də eyni dərəcədə almaq istəyirdi. Özlüyündə qət eləmişdi ki, əgər Key ona hakim kəsilən yanğım söndürməsə, həyat mənasız olacaq. Bir gecə o, Mişleni oxuyarkən belə bir ifadəyə rast gəldi: “Jl faut guune femme souffle sur toi pour quetu sois homme, \ ] Həmişə olduğu kimi, Mişle haqlı idi. Vinsent, kişi deyildi. İyirmi səkkiz yaşı olmasına baxmayaraq, sanki hələ də doğulmamışdı. Key ona gözəlliyi ilə, sevgisinin bihuşedici ətri ilə nəfəs verdi, yalnız indi, nəhayət, kişi oldu. 0 indi Keyi qarşısıalınmaz kişi ehtirası ilə istəyirdi. Var qüvvəsi ilə, hərarətlə sevirdi. O, Yanı da vurulduğu qadının bir hissəsi, ciyer- parası olduğuna görə sevirdi. Ancaq o, Vosa nifrət edirdi, bütün varlığı İle nifrət edirdi, çünki Key onu unuda bilmirdi, heç unutmaq da İstəmirdi. Keyin Vosa əvvəlki məhəbbəti və ona ərə getməsi Vinsentə Ursulanın məhəbbətinin verdiyi əzablı illərdən heç de az deyildi. Onların hər ikisi - Vinsentlo Key əziyyət sınağında berkiyib möhkəmlənmişdi, belə məhəbbət də yalnız təmiz ola bilər. Vinsentə elə gəlirdi ki, Keyi keçmişdə qalan o adamı unutmağa məcbur edə biləcək. Onun məhəbbəti elə odlu-alovlu olacaq ki, bu keçmişi heç bir nişanə qoymadan külə döndərəcək. Tezliklə o, Haaqaya gedəcək, Mauvedən dərs alacaq. O, Keyi də özü ilə aparacaq, onun Eyleboomda gördüyü ailəyə bənzər öz ailəsi olacaq. Vinsent istəyirdi ki, Key ona ərə getsin, onlar həmişə bir yerdə olsunlar. O arzulayırdı ki, evi-eşiyi, özünə oxşayan uşaqları olsun. O, kişi olmuşdu, artıq ava- raçılığı atmaq vaxtı çatmışdı. Ona məhəbbət lazım idi. Sevgi yöndəmsiz hərəkətləri qaydasına salacaq, o, məhəbbətin köməyi ilə bundan sonra kobud şəkillər çəkməyəcək, sevgi onlara həyat verəcəkdir. 1 1 Kişi olmaq üçün senə qadın nəfəsi dəyməlidir İJrans.).
135 
Yalnız indi başa düşdü ki, məhəbbətsiz onda çox şey ölü imiş. Qabaqlar bunu vaxtında anlaya bilsəydi, heç fikirləşmədən qarşısına çıxan ilk qadına vurulardı. Sevgi - həyatda əsasdır, insan yalnız məhəbbətdə varlığın səadətini duya bilir. İndİ o hətta şad idi ki, Ursula onu sevmirdi. Məhəbbət o vaxtlar necə de xırda və səthi imiş, indi necə dərin və zəngindir! Əgər Ursu- laya evlənsəydi heç vaxt məhəbbətin ölçüsünü bilmək ona nəsib olmazdı. O heç vaxt Keyi sevməzdi! İlk dəfə olaraq, o öz-özünə hesabat verdi ki, Ursula hər cür həssaslıqdan və mənəvi ləyaqətdən uzaq olan yüngül, yelbeyin uşaq imiş. O necə də boş yerə əzab çəkərək uzun illəri Öldürmüşdür! Keylə keçirilən bir saat Ursula ilə olan bütün iztirablara bəraət verirdi. Heyat bundan sonra yaxşı gedəcək: o çalışacaq, sevəcək, şəkillər çəkərək pul qazanacaq. Onlar birlikdə xoşbəxt olacaqlar. Hər insanın həyatda öz məqsədi, öz idealı var, bu ideala nail olmaq üçün səbirlə çalışmaq lazımdır. Coşqun təbiətinə və sevgidən məst olmağına baxmayaraq Vinsent əl-qol açmırdı. Çöldə Keylə üzbəüz müxtəlif boş şeylər barəsində danışanda o çox vaxt demək istəyirdi: “Bura bax, gəl bütün bu riyakarlığı, bütün bu saxtalığı bir kənara qoyaq! Mən səni qollanm üstünə alıb uzun zaman dodaqlarından öpmək, nəhayətsiz dərəcədə öpmək istəyirəm. Mən istəyirəm ki, sen mənim arvadım olasan, heç vaxt meni tərk etməyəsən! Biz bir-birimiz üçün doğulmuşuq, biz yalqızıq, bir- birimizə lazımıq!” Ancaq hansı möcüzə iləse özünü ələ alıb saxlayırdı. O durduğu yerdə öz sevgisindən danışa bilmirdi - bu çox ədəbsizlik olardı. Key heç vaxt bundan ötrü onun əlinə bəhanə vermirdi. O, məhəbbət və evlənmək haqqında hər cür söhbətdən İnadla uzaq qaçırdı. Bəs Vinsent öz qəlbini ona necə, nə vaxt açsın? O başa düşürdü ki, bunu çox da təxirə salmaq olmaz, qışın gəlməyinə az qalıb, Haaqaya yola düşmək vaxtı da yaxınlaşır. Nəhayət, o, dözə bilmədi. Bu hadisə Bredaya gedən yolda baş verdi. Vinsent bütün səhəri yerqazanların şəkillərini çəkmişdi. Sonra o, Keylə birlikdə qarağac altındakı kiçik çayın kənarında oturub yemək yeyirdilər. Yan otun üstündə yatırdı. Key yemək-içmək olan zənbilin yanında oturmuşdu. Dizi üstə çökən Vinsent çəkdiyi şəkilləri ona göstərirdi. Birdən dilinin dolaşdığını hiss etdi. Şəklin üzərinə əyilmiş Keyin çiyninin hərarəti onu yandırırdı. Vinsent sözünü deye bilmir, çaşırdı. Ne dediyini anlamırdı. Keyin çiyni onun ağlını başından
136 
 çıxararaq yandırırdı. Bu uzun çəkmədi, şəkillər əlindən düşdü, kobud coşqun hərəkətlə o, Keyi Özünə tərəf sıxdı, şiddətli ehtirasdan kükrəyən söz seli axmağa başladı. - Key, men əzab çekirəm, mən daha susa bilmirəm! Bilin, Key, mən sizi sevirəm, həyatımdan daha çox sevirəm! Men sizi Amsterdamda gördüyüm ilk gündən sevmişəm! Mən istəyirəm ki, siz həmişə menimlə olasınız! Key, siz deyin, heç olmazsa bir azca məni sevirsi- nizmi? Biz Haaqaya gedərik, ikilikdə orada yaşayarıq. Bizim öz ev- eşiyimiz olacaq, biz xoşbəxt yaşayacağıq. Axı sız meni sevirsiniz, Key! Deyin, biz evlənəcəyik, Key, əzizim! Key onun ağuşundan çıxmağa çalışırdı. Dəhşətdən və utandığından onun sifəti əyilmişdi, O ele bil, heç ne eşitmirdi, sanki bir söz belə başa düşmürdü, yox, onun nə demək istədiyini anlayırdı və qorxudan titrəyirdi. Keyin tündmavi gözlərində kəskin bir ifadə əmələ gəldi, qışqırmamaq üçün o, ağzım ovcu ilə sıxdı. - Yox, heç vaxt, heç vaxt! - o, acıqla dedi. Əsəbi halda Vinsemti itələdi, yatmış uşağı qamarlayıb qucağına aldı və tələsik çol ilə qaçmağa üz qoydu. Vinsent onun dalınca atıldı. Qorxu Keyə cəldlik gətirmişdi. Key onu çox arxada qoymuşdu. Vinsent nə baş verdiyini dərhal kəsdirə bilmədi. - Key! Key! - o qışqırırdı. - Dayanın! Onun qışqırığım eşidən Key daha yeyin qaçmağa başladı. Vinsent dəli kimi əl-qol atır, onun dalınca qaçırdı, başı kobud surətdə yırğalanırdı. Birdən Key büdrədi və oyuğa yıxıldı. Yan ağladı. Vinsent çirkabın içində dizləri üstə çökərək Keyin əlindən tutdu. - Key, siz niyə məndən qaçırsınız? Axı mən sizi çox sevirəm! Siz görmürsünüz, mən sizsiz yaşaya bilmirəm. Siz də sevirsiniz, məni sevirsiniz, Key! Qorxmayın, axı men ancaq sevirəm demişəm. Biz keçmişi unudacağıq, Key, yeni həyata başlayacağıq. Bir an ewəl dəhşətlə baxan Keyin gözləri indi Vinsento dərin nifrətlə zillənmişdi. O, əlini dartıb çıxartdı. Yan da tamam ayıldı. Vin- sentin ehtirasdan yanan divanə sifəti, boğuq, həyəcanlı səsi uşağı qorxutmuşdu. O, balaca əlləri ilə anasının boynunu qucaqladı və ağladı. - Key, əzizim, de ki, məni sevirsən, heç olmazsa bir damcı! - Yox, heç vaxt, heç vaxt. Key ayağa sıçrayıb yenə de çölə yola tərəf götürüldü. Vinsent torpağın üstə çöküb sarsılmış halda qaldı. Key qarşısındakı yola çıxdı və gözdən itdi. Vinsent var qüvvəsini toplayıb onu ucadan harayladı və 137
yenə də arxasınca qaçdı. O, yola çıxanda gördü ki, Key çox uzaqdadır, hələ de ayaq saxlamadan qaçırdı, uşağı da bağrına basmışdı. Vinsent yerində donub qalmışdı. Key yolun döngəsində yox oldu. O, uzun müddət tərpənmədən dayandı. Sonra ayaqlarını sürüyə-sürüyə çöllə geriyə qayıdıb yerdən etüdlərini yığışdırdı. Şəkillər bir az batmışdı. O, yeməkləri zənbilə yığdı, molbertini çiyninə aldı, ayaqlarını güclə sürüyərək yorğun halda evə tərəf yollandı. Evdə İsə qara dumanlar daha da sıxlaşmışdı. Vinsent kandara ayaq basan kimi bunu hiss etdi. Key Yanla birlikdə öz otağında idi, qapını arxadan kilidləmişdi. Anası ilə atası qonaq otağında oturmuşdular. Onlar nə barədəsə danışırdılar, Vinsent içəri girən kimi dərhal söhbətlərini kəsdilər. O, qapım dalınca kip örtdü. Atası yəqin ki, bərk qəzəblənmişdi, sağ gözünün qapağı tamam örtülmüşdü. - Vinsent, sən necə oldu kİ?„ - anası şikayətli bir səslə başladı. - Nə olub ki? - o qəti anlaya bilmirdi ki, onu nədə təqsirləndirirlər. - Sən öz xalan qızını necə təhqir edə bildin! Vinsent bilmədi nə cavab versin. O, molberti çiynindən götürüb bir küncə qoydu. Atası hele də özündə deyildi, sanki nitqi tutulmuşdu. - Key sizi başa saldı ki, məhz ne olub? - Vinsent soruşdu. Atası qızarmış boynuna batan hündür yaxalığım dartıb qopartdı. O biri əli ilə stolun kənarım sıxdı. - Key dedi ki, sən azca qalıbmış onu boğasan, quduz kimi də qışqınrmışsan. - Mən onu sevdiyimi dedim, - Vinsent sakitcə etiraz etdi. - Bilmirəm, burada onu təhqir edən ne var? - Sənin ona dediklərin ancaq bundan ibarətdir? - atasının tonu buz kimi soyuq idi. - Yox. Mən xahiş etdim ki, o mənim arvadım olsun. - Sənin arvadın! - Hə. Sizi belə təəccübləndirən nədir? - Oh, Vinsent, - anası dedi, - sen hamdan belə bu fikrə düşdün? - Sən özün də deyəsən, bu barədə fikirləşirdin... - Amma mən fikirləşmirdim ki, sən ona vurularsan! - Vinsent, - atası qışqırdı, - bilirsənmi ki, Key sənin xalan qızıdır, - Bəli, bilirəm. Hə, bundan nə olsun ki? - Sən xalaqızmla evlənə bilməzsən, bilməzsən... bilməzsən. Pastor özünü məcbur edə bilmirdi ki, bu menhus sözü dilinə gətirsin. Vinsent pəncərəyə yaxınlaşdı, fikirli-fikirli gözlərini bağa tuşladı.
138
Bəyəm nə olardı ki? - Günah! Vinsent özünü güclə saxladı. Onlar onun məhəbbətini her cür çeynənmiş sözlərlə ləkələməyə necə cürət edirlər! - Ata, sən özünə layiq olmayan mənasız sözlər danışırsan. - Mən sənə deyirəm, bu günahdır! - Pastor qışqırdı. - Mən Van Qoqlar nəslində belə biabırçılığa yol vermərəm! - Hə, Bibliyadan sitat gətirdiyini yəqin təsəvvür etmirsən! Xala- oğlunun xalaqızma nikahına həmişə izn verilib. - Oh, Vinsent, əziz Vinsent, - anası yalvardı, - əgər ona vurulmu- sansa, nəyə görə bir qədər gözləməyəsən? Əri cemısi bir il əvvəl ölüb. O hələ də bütün qəlbiylə rəhmətliyi sevir. Bundan başqa özün bilirsən, sənin arvad saxlamağa pulun yoxdur. - Sənin hərəkətlərini mən uşaqlıq və ədəbsizlik hesab edirəm, - atası dedi. Vinsent ikrahdan diksindi. Cibindən qəlyanını axtardı, çıxarıb bir neçə saniyə əlində saxladı və təzədən cibinə soxdu. - Ata, mən qətiyyətlə xahiş edirəm, belə ifadələr işlətməyəsən. Mənim Keyə olan məhəbbətim - həyatda neyim varsa, hamısından işıqlı, hamısından müqəddəsdir. Mən istəmirəm ki, sən onu uşaqlıq və ədəbsizlik adlandırasan. Vinsent molbertini qamarladı və öz otağına getdi. Çarpayıda oturub özündən soruşdu: “Nə olub ki? Men nə etmişəm? Mən Keyə dedim ki, onu sevirəm, o da qaçdı. Niyə? Yəni mən ona belə iyrənc görünürəm?” O gecəni əzab-əziyyətlə keçirdi, baş verənləri dönə-dönə xatırladı. Onun düşüncələri hər dəfə, həmişə eyni şeylə qurtarırdı: “Yox, heç vaxt, heç vaxt!” Bu qısa sözlər onun qulaqlarında matəm sədalan kimi, talenin hökmü kimi səslənirdi. O özünə zor gəlib aşağı enəndə artıq səhər qurtarırdı. Evdəki qara buludlar elə bil çəkilmişdi. Anası mətbəxdə əlləşirdi. Vinsenti öpdü və mehribanlıqla yanağını tumarladı. - Necə yatdın, əzizim? - o soruşdu. - Key haradadır? - Atan onu Bredaya apardı. - Niyə? - Qatara. Evlərinə gedir. - Amsterdama? - Hə.
139 
 - Başa düşürəm... - Key hesab edir ki, bele yaxşıdır, Vinsent, - Mənə bir şey yazıbmı? - Yox, əzizim. Otur, yeməyin hazırdır. - Bir kəlmə də yazmayıb? Dünənki barede? Menə acığı tutub? - Yox, yox, o, sadəcə olaraq, evə, valideynlərinin yanına getməyi qət edib. Anna-Komeliya Keyin dediklərini açıb ağartmadı, cınqırını çıxartmadan yumurtam sındırıb tavaya tökdü. - Qatar Bredadan saat neçədə yola düşür? - Qn birə iyirmi dəqiqə işləmiş, Vinsent mavi mətbəx saatına baxdı. - Elə indi saat on birə iyirmi deqİqe İşləyir. -Hə. - Deməli, mən heç nə edə bilmərəm, - Otur yeməyini ye, oğul. Mən hisdə qurudulmuş dadlı dil hazırlamışam. O, mətbəx stolunun üstünü təmizlədi, kiçik süfrə saldı, yeməyi qoydu. Anası yemək üçün Vinsenti dilə tutur, ondan aralanmırdı. Nədənsə ona elə gəlirdi ki, əgər oğlu qarnını yaxşıca doldursa, hər şey keçib gedəcək. Vinsent anasına xoş getsin deyə, hamısını axır qırıntısına qədər yedi. Lakin Keyin dediyi; “Yox, heç vaxt, heç vaxt!” sözlərinin acısı hər tikəsini zəhərə döndərirdi. 7

downloaded from KitabYurdu.org

Popular Posts