Vinsent Van Qoq İkinci hissə /səhifə 5
124
5
Haaqa, bəlkə də bütün Avropada en səliqəli və yaraşıqla şəhərdir. Əsl
holland ruhunu saxlayan bu şəhər doğrudan da sadə, ciddi və gözəldir. Gülçiçek açmış ağaclarla haşiyələnmiş tər-təmiz küçələri, qəşəng və səliqəli evləri
vardır. Hər evin qarşısında məhəbbətlə qulluq edilən qızılgül və ətirşahdan
kiçik çiçəklik salınmışdır. Orada xarabalıqlar, yoxsullar məhəlləsi, göz
oxşamayan heç bir şey yoxdur; hər şeydə ciddi holland xarakteri duyulurdu.
Artıq çoxdan bəri Haaqanın rəsmi gerbində leylək tesvir olunur. Həqiqətən
də onun əhalisi ildən-ilə artırdı.
Ertəsi günün səhəri Vinsent Eylebootnendəki 198 nömrəli evdə yaşayan
Mauvenin yanına yollandı. Mauvenİn qaynanası Karbentuslar ailəsindən olsa
da, Arma-Komelİyanın bacısı hesab oluntırdu; bu dairələrdə qohumluq
əlaqələri böyük əhəmiyyətə malik olduğundan Vinsentİ çox mehriban
qarşıladılar.
Mauve çiyinləri əyilmiş, sinəsi geniş bir kişi idi. Terstexdə və demək olar
Van Qoqların hamısında olduğu kimi, onun görkəmində hər şeydən əvvəl
bədənin bütün ezalanni özünə tabe edən iri alnı diqqəti cəlb edirdi. Onun bir
qədər qəmli görünən gözləri açıq rəngdə idi, qığırdaqlı bumu düz qaşının
üstündən uzanırdı, qulaqları kəlləsinə yapışırdı, çöhrəsinin düzgün dairəsini
örtən çallaşmış saqqalına elə bil duz səpilmişdi. Mauvenin saçları yana
daranmışdı, qalın dalğavari tükləri sağ qaşının üstünü örtürdü.
Mauve çox qüvvətli adamdı, enerjisinin boş yerə sərf olunmasına yol
verməzdi. O həmişə nə isə yazırdı, yorulub əldən düşəndə, əlindəki işi kənara
atar, başqasından yapışardı. Çox keçməzdi ki, özünü gümrah hiss edər və
üçüncü işin qulpundan tutardı,
- Yet evdə yoxdur, Vinsent, - Mauve dedi. - Bəlkə biz emalatxanaya
keçək? Məncə, orada bizə daha rahat olar.
- Nə deyirəm gedək, - emalatxananı görməyə can atan Vinsent razılaşdı.
Onlar evdən çıxıb Mauvenin emalatxanasına yollandılar. Mauvenin
emalatxanası evlə yanaşı, bağın ortasında, böyük taxta tikilidən ibarət idi. Bağı
qalın çəpər əhatə edirdi, Mauve işləyəndə yer üzündə heç nə ona mane ola
bilmirdi.
Tütünün valehedici iyi, qədim qəlyanlar və laklanmış ağac - bütün bunlar
astananı adlayan kimi Vİnsenti əhatə etdi. Emalatxana döşəme
125
sinə qalın Deverıter xalısı salınmış geniş otaq İdi. Burada çoxlu şokil olan
molbertlər düzülmüşdü, divarlardan etüdlər asılmışdı, qarşısına İran xalçası
sərilmiş bir küncdə qədim stol qoyulmuşdu. Şimal tərəfdə divarm yarısını tutan
böyük pəncərə vardı. Hər tərəfdə atılıb qalmış kitablar gözə dəyir, rəssamlığa
gərək olan avadanlığa rast gəlinirdi. Emalatxanada çoxlu oşya olmasına
baxmayaraq, Vinsent hiss etdi ki, burada Mauvenin xarakterinə xas olan və
bütün otaqda Özünü göstərən müəyyən səliqə və sahman hökm sürür.
Ailə işləri barədə söhbət cəmisi bir neçə dəqiqə vaxt apardı: Mauve ilə
Vinsent yalnız bundan sonra hər ikisini maraqlandıran əsas söhbətə keçdilər.
Mauve neçə müddət idi ki, rəssamlarla görüşdən qaçırdı (o həmişə deyirdi ki,
ya gərək rəngkarlıqla məşğul olasan, ya da bu barədə boşboğazlıq edəsən,
onların hər ikisini birləşdirmək mümkün deyil), öz yeni planları ilə məşğul idi.
O, ürəksıxan toranın şəfəqində dumanlı bir peyzaj təsvir etmək Fikrində idi. O,
Vinsentlə məsləhətləşmədən, sadəcə olaraq etiraza yol vermədən bu layihəni
onun öhdəsinə atdı.
Mauvenin arvadı gəldi və Vinsenti dilə tutub şam yeməyinə saxladı.
Möhkəm qəlyanaltı edəndən sonra Vinsent ocağın qarşısında oturub Mauvenin
uşaqları ilə oynamağa başladı, eyni zamanda fikirləşirdi: nə yaxşı olardı, kiçik
də olsa öz ailəsi olsun, onu sevən və gücünə inanan arvadı, onu “ata” əvəzinə
“imperator” və ya “hökmdar” çağıran uşaqları olsun? Bu, necə böyük
səadətdir! Görəsən, bu xoşbəxtlik mənə də qismət olacaqmı?
Bir qədər sonra Mauve Vinsentlə birlikdə yenə emalatxanaya getdilər,
məmnuniyyətlə xeyli oturub qəlyan çəkdilər. Vinsent çəkdiyi şəkillərin surətini
çıxartdı. Mauve cəld onlan təcrübəli mütəxəssis baxışı ilə nəzərdən keçirdi.
- Bu, pis çəkilməyib, - o qeyd etdi. - Çıxarılmış surət kimi pis deyil.
Ancaq bunlardan nə fayda?
- Nə fayda? Düzü, deyə bilmərəm,
- Sən, Vinsent, məktəbli kimi hər şeyin surətini çıxarırsan. Amma əsl işi
senin əvəzinə kimsə, başqası görüb.
- Mən elə güman edirdim ki, surət çıxarmaq mənə naturanı daha yaxşı
hiss etməyi öyrədər.
- Cəfengiyyatdır. Əgər sən yaradıcılığa can atırsansa, həyata müraciət
elə. Vaxtını yamsılamağa sərf etmə. Sənin öz çəkdiyin qaralamalar varmı?
126
Vinsent Terstexin onun şəkilləri barədə dediklərini xatırladı. Onları
Mauveyə göstərməyə deyərmi? O, Haaqaya ona görə gəlib ki, Mauvedən onu
şagirdHyə götürməyi xahiş etsin. Birdən onun bütün sınaqları baş tutmasa...
- Hə, - o cavab verdi, - men həmişə məişət şəkilləri çəkmişəm.
- Çox gözəl!
- Manim bezi qaralamalarım var, Borinaj kömürçıxaranlannı və Brabant
kəndlilərini çəkmişəm. Bunlar bir o qədər de uğurlu deyil, amma...
- Bu vacib deyil, - Mauve onun sözünü kəsdi. - Onları göster görüm. Sən
necə olsa oradakı adamların həqiqi ruhunu tutmalıydın.
Vinsent vərəqləri verərkən hiss etdi ki, nəfəsi tıncıxır. Mauve şəkillərə
tərəf əyildi, elini bir neçə dəfə gur saçlarına aparıb onları tu- marladı. Birdən o,
sanki ağappaq ağarmış saqqalının zəiflədib udduğu yüngül istehza ilə giildü. O,
yenə də əlini aparıb başım sığalladı, gur saçlarını qanşdınb pırtlaşdırdı və
Vinsentə qısqanc bir nəzər saldı. Sonra kömürçıxaran təsvir olunmuş şəkli
götürüb ayağa qalxdı, onu özünün yarımçıq qalmış qaralamasındakı insan
fiquru eskizi ilə yanaşı qoydu.
- İndi yaxşı görürəm səhvim nədədir, - dedi.
O, karandaşı qapıb molberti işığa tərəf çevirdi, Vinsentin şəklindən gözünü
çəkmədən tələsik bir neçə xətt çəkdi.
- Bax indi yaxşıdır, - lövhədən kənara çəkilərək dedi. - Elə bil dilənçi
canlı insana bənzədi.
O, Vinsentə yaxınlaşdı və əlini onun çiyninə qoydu.
- Narahat olma, - dedi, - sən düzgün yoldasan, qaralamaların kobuddur,
lakin onların mayası həqiqətdir. Onlarda mənim çox zaman tapa bilmədiyim
həyat və ritm var. Çıxardığın surətlər qoy cəhənnəm olsun, tulla getsin onlan,
Vinsent, fırçadan, palitradan yapış! Rənglərlə, nə qədər tez işləməyə başlasan,
bir o qədər yaxşıdır. Çəkdiyin şəkil hələ fərli deyil, onun üzərində çox işləmək
lazım gələcək.
Vinsent qərara gəldi kİ, risk etmək vaxtıdır.
- Mauve xalaoğlu, həm Haaqaya köçmək və işimi burada davam etdirmək
fikrindəyəm, - o dedi. - Siz mənə kömək edərmisiniz? Sizin kimi adamın
köməyinə ehtiyacım var. Bu gün öz etüdüniizde göstərdiyiniz xırda şeylərdə de
menalar tapmaq olur. Hər bir gənc rəssama müəllim lazımdır, Mauve xalaoğlu,
mənə öz rəhbərliyiniz altında işləməyə razılıq versəniz, sizə çox minnətdar
olaram.
127
Mauve yarımçıq qalmış bütün tablolarını fikirli halda nəzərdən keçirdi. O
öz işindən azacıq da olsa aralananda evdə, ailə üzvlərinin arasında olmağı
xoşlayırdı. Onun Vinsenti qarşılayarkən gösterdiyi hərarət və səmimiyyət
birdən-birə sanki əriyib yox oldu. Bunları qəfil özgələşmə əvəz etdi. Özünə
qarşı dəyişikliyi həmişə yaxşı hiss edən Vinsent bu barədə ona qarşı
münasibətin dəyişdiyini dərhal hiss etdi.
- Mənim işim-gücüm başımdan aşır, Vinsent, — Mauve dedi. - Başqalarına kömək etmək mənə çətindir. Rəssam gərək xudbin olsun, o Öz
vaxtının saniyəsinin qədrini bilməlidir. Senə ciddi yardım gösterəcəyimə əmin
deyiləm.
- Mən çox şey ummuram! - Vinsent dilləndi, - heç olmazsa hərdən sizinlə
burada işləməyə, şəkli necə çəkdiyinizə baxmağa icazə verin. Bu gün
danışdığınız kimi, mənə öz işinizdən danışın. Mən isə sizin fikirlərinizin necə
təcəssüm etdirildiyinə tamaşa edərəm. Hərdən siz istirahət edəndə mənim
şəkillərimə baxar, səhvlərimi gösterərsiniz. Xahişim bircə budur.
- Sənə elə gəlir ki, az şey istəyirsən, amma inan, şagird götürmək - məncə
zarafat iş deyil.
- Düzü, mən sizə yük olmaram.
Mauve dərin fikrə getdi. O, şagird götürmək istəmirdi, İş vaxtı yanında
yad adamın olmasına dözə bilmirdi, öz şəkilləri barədə dartışmağa çox nadir
hallarda həvəs göstərirdi, təzə başlayanlara məsləhət verdikdə, cavabında ancaq
təhqir eşidərdi. Ancaq Vinsent onun qohumu idi, Vinsent Van Qoq dayı ilə
Qupİl onun şəkillərini alırdılar, bundan əlavə, Vinsentin şəkillərində kobud da
olsa özünə rəğbət qazandıran nə İsə sərt bir qəribəlik vardı.
- Di yaxşı, Vinsent, - Mauve dedi. - Gət, baxaq görək.
- O-oo, Mauve xalaoğlu!
- Yadında saxla, sənə ne isə vəd etməkdə çətinlik çəkirəm. Bundan
qətiyyən heç bir şey çıxmaya da bilər. Burada yerini rahatladıqdan sonra
yanıma, emalatxanaya gəl, baxaq görək bir- birimizə kömək edə bilərikmi.
Payızda mən Drentə getməyə hazırlaşıram, sən isə Haaqaya, qışın əvvəllərində
gələrsən,
- Elə mən də o vaxt gəlmək fikrində idim. Hələ Brabantda bir neçə ay
işləməliyəm.
- Deməli, danışdıq.
Geri qayıdarkən yol boyu Vinsentin qəlbində ne isə susmaq bilməyən bir
sevinc, bir səs oyandı: “Menim müəllimim var.
128
Müəllimim! Tezliklə men dahi bir rəngkardan dərs alacağam. Tezliklə özüm
şəkil çekməyə başlayacağam, men işləyəcəyəm, neyə nail olacağımı o özü
görəcək”.
Ettenə qayıtdı, Key Vosu da orada gördü.
downloaded from KitabYurdu.org
Van Qoq un əsərlərindən




