Vinsent Van Qoq İkinci hissə /səhifə 4
4 Minxer German Geysbert Terstex Haaqa rəngkarlıq məktəbinin təşkilatçısı və bütün Hollandiyada ən iri şəkil taciri idi. Bütün Ölkədə şəkil almaq istəyənlər məsləhət üçün onun yanına gəlirdilər, əgər minxer Terstex tablonun layiqli olduğunu təsdiq etsəydi, deməli əslində de belədir. O zaman Terstex, Vinsent Van Qoqun Qupildə müdir vəzifəsində işləyən əmisinin yerinə keçəndə ümid verən gənc holland rəssamları harada gəldi, Ölkənin müxtəlif yerlərində yaşayırdılar. Anton Mauve və Yosef Amsterdamda idilər. Yakob və Villem Marislər əyalətdə olurdular. Yosef tzraels, İohanes Bosboom və Blommers isə daimi yaşayış yerləri olmadığından şəhərbəşəhər gəzirdilər. Terstex onların hamısına belə bir məktub yazdı: “Niyə biz öz qüvvələrimizi Haaqada birləşdirməyək və bu şəhəri holland incəsənətinin paytaxtı etməyək? Biz bir-birimizə kömək edib bir-birimizdən də öyrənə bilərik, gelin hamımızın birgə səyi nəticəsində Frans Xalsın və Rembrandtın vaxtında haqlı olaraq qazanılmış ümumdünya şöhrətini holland rəngkarlığına qaytarmağa nail olaq”. Rəssamlar dərhal cavab vermədilər, amma tədricən Terstexin axtardığı bütün istedadlı rəssamlar bir-bir Haaqaya gəldilər. Həmin illərdə onlar Öz tablolarından bir dənə də sata bilmədilər. Bu rəssamların şəkillərinə tələbat olmadığına baxmayaraq, Terstex onlarda əsl ustalıq əlamətlərini gördüyündən onlara himayədarlıq etdi. O, İzrael- sin, Mauvenin ve Yakob Marisin əsərlərini xalqın diqqətini cəlb etdiklərindən altı il əvvəl almağa başladı. İllər keçirdi, Terstex səbirlə Bosboomun, Marisin və Neyxeysin eserlərini alır, onları mağazasının arxa otağında divara söykəyirdi. O, əmin idi ki, sənətin zirvəsinə aparan çətin yollarla irəliləyən bu rəssamları qoruyub saxlamaq lazımdır; eger Hollandiya cəmiyyəti özünün milli istedadlarım qiymətləndirmək üçün uzaq görən deyilsə, onda Terstex bir tənqidçi və işgüzar adam kimi, bu gözəl gənclərin dünyaya verə biləcəklərini verə bilən qədər onları yoxsulluqdan, şöhretsizlikdən və uğursuzluqdan məhv olmağa qoymayacaq. Terstex onların tablolarını alır, işlərini tənqid edir, bir-birləri ilə tanış edir və bütün bu ağır illəniə onları hər vasitə ilə ruhlandırırdı. Günügündən, o, hollandların zövqünü inkişaf etdirməyə, nəhayət, həmvətənlərinin 120 downloaded from KitabYurdu.org böyük istedadlarının bütün gözəlliyini və gücünü görmək üçün onların gözünü açmağa çalışırdı. Vinsentin Haaqaya getməyə hazırlaşdığı vaxt Terstex artıq müvəffəqiyyətə nail olmuşdu. Mauve, Neyxeys, İzraels, Yakob və Villem Marislər, Bosboom və Blommers nəinki Qupil vasitəsilə bütün əsərlərini böyük pula satırdılar, həm də tezliklə klassik olmağa ümid bəsləyirdilər, Minxer Terstex qədim holland ruhlu qəşəng kişi idi: iri sifəti, üzünün qüvvətli cizgiləri vardı, hündür alnı, arxaya daranmış şabalıd rəngində hamar saçları, qulaqlarının dibindən başlayaraq üzüaşağı nazik qırxılmış saqqalı və Hollandiya səması kimi aydın, bozumtul-mavi gözləri ona yaraşıq verirdi. O, şahzadə Alberto üslubunda enli qara sürtük, ştibletlərini örtən zolaqlı, enli şalvar geyinərdi. Hündür yaxalıqlı köynəyinin üstündən hər səhər arvadı onun üçün qara qalstuk bağlayırdı. Terstex Vinsenti sevirdi ve gənci Qupil firmasının London şöbəsinə keçirəndə oradakı müdirə çatdırmaq üçün ona səmimi bir zəmanət məktubu göndərmişdi. O, Vinsent üçün Borinaja Barqm “Kömürlə məşğələlər” və “Şəkil çəkmək kursu” kitablarını göndərmişdi, gənc rəssama bunların faydalı olacağına inanırdı. Nə qədər ki, Qupil firmasının Haaqa şöbəsi Vinsentin əmisi Van Qoqa mənsub idi, Vinsent Terstexin ona rəğbət bəslədiyinə şübhə etmirdi. O elə adam deyildi ki, işi necə İdare etməyi ona öyrədəydilər. Qupİlin qalereyası Plaatsda, Haaqanın ən kübar meydanında, 20 nömrəli evdə yerləşirdi. Bura, ətrafinda Haaqa şəhərinin salındığı Haaqa qalasının lap yaxınlığında idi. Burada həm orta əsrlərə mənsub balaca həyat, həm də İndi gözəl bir gölə çevrilmiş çökək, evlərin arxasında Rubensin, Xalsın, Rembrandtın ve kiçik holland ustalarının rəsmləri asılan Mauritsxöys yerləşirdi. Vağzaldan Vinsent dar, dolanbac və izdihamlı Vegenstraatla getdi, qalanın yanındakı Pleyn və Binnenhofiı da keçib Plaats küçəsinə çıxdı. Axırıncı dəfə o, Qupil firmasının binasından səkkiz il bundan qabaq çıxmışdı; kədər dalğası axıb Vinsentin qəlbinə və vücuduna doldu, qulaqlarını kar etdi. Səkkiz il qabaq! Onda hamı onu sevir, onunla fəxr edirdi. O, Vinsent əminin sevimli qardaşı oğlu idi. Heç kəs şübhə etmirdi ki, o, nəinki əmisini bütün işlərdə əvəz edəcək, həm də onun varisi olacaqdır. Vinsent İndi hamının hörmət etdiyi qüdrətli, varlı bir adam ola bilərdi. Tədricən də o, Avropanın ən böyük şəkil qalereyalarını əlinə keçirə bilərdi.
121
Bəs ona nə olub?
O bu sual üzərində düşünməyə vaxt itirmədi, Plaatsı keçib firmanın
binasına daxil oldu. Burada hətta Vinsentin artıq unutduğu şeylərdə də dəbdəbə
və zəriflik möhürü vardı. Əyninə geydiyi qara velvet iş kostyumunda o dərhal
özünü dilənçi və məzlum hiss etdi. Binanın aşağı mərtəbəsini tünd krem rəngli
ağır pərdələrlə bəzədilmiş çox böyük salon tutmuşdu, onun üstündə şüşə
tavanlı başqa bir salon da vardı, ondan yuxarıda isə aynca təntənəli kiçik
qalereya vardı. Geniş pillələrin ucaldığı ikinci mərtəbədə Terstexin kontoru və
mənzili yerləşirdi. Pillənin üstündəki divardan başdan-ayağa şəkil asılmışdı.
Qalereyadakı hər şey aşıb-daşan var-dövlətdən və yüksək mədəniyyətdən
xəbər verirdi. Mağaza xidmətçiləri əla telim keçmişdilər, incə zövqlərile
fərqlənirdilər. Tablolar ürəkaçan fonların arxasında, bahalı çərçivələrdən
asılmışdı. Vinsent ayağının altında yumşaq və gözəl xalılar olduğunu hiss
etdikcə xatirinə gəldi ki, salonun künclərində qoyulmuş stullar çox qiymətli
qədim mebeldir, O, cır-cındır içində şaxtadan kömürçıxaranları, terril
yığmaqdan belləri bükük arvadları, Brabant yerqazanlanm və əkinçilərini təsvir
edən şəkilləri barədə fikirləşirdi. O, düşünürdü, görəsən, bir vaxt onun da sadə
şəkillərini burada, bu təntənəli sənət sarayında satışa qoyacaqlarını?
Görünür, bu ağlasığmazdır.
Mauveııin çekdiyi qoyun başına heyrətlə baxan Vinsent yerində donub
qalmışdı. Mağazanın xidmətçiləri üzərində estamplar olan stolun yanında öz
aralarında nə isə yavaşcadan danışırdılar, onlardan heç biri Vinsentin palpaltarına məhəl qoymadılar, ona nə lazım olduğunu da soruşan olmadı. Terstex
şəkillərin kiçik qalereyada asılmasına göstərişlər verib əsas salona düşdü.
Vinsent onu görmədi.
Terstex pillələrin aşağısında ayaq saxlayıb keçmiş işçisini gözdən keçirdi.
Qısa vurulmuş saçlan, yanağında sarı cod tükləri, kobud kəndli başmaqları,
əynində iş paltarı, qalstuksuz və qoltuğunda bərk- bərk sıxdığı iri bağlama olan
bir nəfər onun diqqətini cəlb etmişdi. Vinsentdə no isə bir yöndemsizlik, qeyriadilik hiss olunurdu, burada təntənəli salonda isə bu, xüsusilə özünü büruzə
verirdi.
- Oho, Vinsent, - yumşaq xalıya sakitcə ayaq basan Terstex dedi. -
Görürəm, sən bizim tablolardan zövq alırsan.
Vinsent cəld çöndü.
- Ah, bunlar sadəcə olaraq füsunkar şəkillərdir! Necəsiniz, minxer
Terstex? Mənim qocalarım sizə salam göndərirlər.
122
Onlar səkkiz ildən sonra bir-birinin əlini sıxdılar.
- Siz çox gözə! görünürsünüz, minxer Terstex. Hətta mən sizi axırıncı dəfə
gördüyüm vaxtdan da indi yaxşısınız.
- Hə, illər mənim xeyrimədir, Vinsent. Ona görə də mən qocalmıram.
Gedək kabinetimə.
Vinsent enli pillələrlə onun ardınca addımladı, gözlərini divarlardan
asılmış tablolardan çəkə bilmədiyindən, daim büdrəyirdi. Teo ilə Brüsseldə
keçirdiyi az müddətdən sonra ilk dəfə idi ki, əsl rəngkarlıq nümunələri görürdü.
O, sarsılmışdı. Terstex öz kabinetinin qapılarını taybatay açdı və Vİnsenti
içəriyə dəvət etdi.
- Buyur, əyləş, Vinsent, - Terstex hiss etdi ki, Vinsent indiyə qədər
tanımadığı Veysenbruxun şəklindən gözlərini çəkə bilmir. Vinsent oturdu,
əlindən yerə saldığı bağlamanı qaldırıb Terstexin pardaqlanmış yazı stolunun
üstünə qoydu.
- Sİzin lütfkarlıqla menə göndərdiyiniz kitabları gətirmişəm, minxer
Terstex,
O, bağlamanı açdı, köynək və corablarını bir kənara çəkdi.
“Kömürlə məşğələlər” kitabım çıraxıb stolun üstünə qoydu.
- Men şəkil üzərində çox işləmişəm, bu kitaba görə də sizə çox
minnətdaram.
- Çəkdiyin surətləri göstər görüm, - Terstex əsas məsələyə keçərək dedi.
Vinsent kağız qalağını araşdırdı və Borinajda çəkdiyi rəsmləri götürdü.
Terstex dinməz gözləyirdi. Vinsent nədənsə, Ettendə seriya İlə çəkdiyi başqa
şəkilləri cəld ona verdi. Şəkilləri nəzərdən keçirən Terstex arabir qeyri-müəyyən
tərzdə “hmm, hmm” eləsə də, heç bir söz demirdi. Vinsent üçüncü seriya
şəkilləri çıxartdı, bunları Haaqaya yola düşməzdən bir qədər əvvəl çəkmişdi.
Terstex maraqlandı,
- Bax bu cizgilər yaxşıdır, - o, bir şəkil barəsində dedi, - Kölgə verməyin
menim xoşuma gəlir, - o, digər şəkil barəsində də dedi. - Sənə nə lazımsa,
demək olar, nail olmusan.
- Mən özüm də hiss edirəm ki, bu, bir o qədər də pis deyil, - Vinsent
dilləndi.
O, bütün işlərini Terstexə gösterdi, onun nə deyəcəyini gözlədi.
- Hə, Vinsent, - Terstex uzun, nazik əllərini stolun üstünə qoydu və astaasta taqqıldadaraq sözə başladı, - sen bir qədər irəliləmişəm Çox da yox, amma
hər halda irəliləmisen. Men sənin ilk rəsmlərinə baxanda az qala qorxmuşdum.
Ancaq bunlara baxanda görünür ki, sən çalışırsan.
123
- Çalışıram? Vəssalam? Təkcə səy? Bəs istedad?
Vinsent bilirdi ki, belə sual verməzlər, amma özünü saxlaya bilmədi.
- Məncə istedaddan, qabiliyyətdən danışmaq hələ tezdir, Vinsent.
- Nə olar, bəlkə də bu doğrudur. Men bir neçə orijinal rəsm də
gətirmişəm. Onlara baxmaq istəməzdiniz?
- Məmnuniyyətlə.
Vinsent kömürçıxaranlan və kəndliləri təsvir edən bir neçə şəkil çıxartdı.
Bütün Hollandiyada məşhur olan gərgin sükut hökm sürməyə başladı, gənc
rəssamların işlərinin heç nəyə yaramadığını bildirən qəti hökmün verildiyi
dəhşətli sükut. Terstex hətta özünün adət etdiyi “hmm” səsini çıxarmadan
bütün şəkilləri gözdən keçirtdi. Vinsentin kürəyinin altı sancdı. Terstex
kresloya yaşlandı ve pəncərəyə, Plaatsm arxasında qu quşlarının üzdüyü nohura
baxdı. Vinsent öz təcrübəsindən bilirdi ki, əgər o, birinci danışmasa, sükut heç
vaxt qurtarmayacaq.
- Yəqin mən heç bir şeyə nail olmamışam, minxer Terstex? - o soruşdu. -
Sizə elə gelirmi ki, mənim Brabantda çəkdiyim qaralamalar, Borinajda
çəkdiklərimdən yaxşıdır?
- Sən haqlısan, - Terstex pəncərədən aralanaraq dedi, — bu şəkillər
yaxşıdır. Amma onları lap yaxşı adlandırmaq olmaz. Orada bünövrənin özündə
düz olmayan nə isə var. Ancaq nə var? Bu saat mən özüm de deyə bilmərəm.
Mənə elə gəlir ki, bir müddət sən surət çıxarmağı davam etdirsən, yaxşıdır.
Orijinal rəsmlər çəkmək üçün hələ yetişmə- misən. Senə aid şeyləri yaxşıca
mənimsəmək, sonra isə naturaya keçmək lazımdır.
- Mən Haaqada yaşayıb öyrənmək istərdim. Sizcə, bu faydalı olar- dımı?
Terstex Vinsent barəsində heç bir öhdəlik götürmək istəmirdi. Bütün
bunlar ona çox qəribə görünürdü.
- Haaqa, əlbəttə, gözəl şəhərdir, - o dedi. - Həm yaxşı qalereya- zlan, həm
də çoxlu gənc rəngkarlan var. Ancaq düzü, bilmirəm onun Antverpendən,
Parisdən və ya Brüsseldən nəyi yaxşıdır?
Vinsent Terstexin yanından kifayət qədər yaxşı əhval-ruhiyyə ilə çıxdı.
Axı Terstex hər halda onun bəzi müvəffəqiyyətlərini etiraf etmişdi, amma
bütün Hollandiyada onun kimi hər şeyə qulp qoyan tənqidçinin tayı-bərabəri
yox idi. O da yaxşıdır ki, Vinsent öz yerində dayanıb durmur. Özü gözəl bilir
ki, naturadan çekdiyi şəkillər kamillikdən uzaqdır, hər halda uzun müddət və
inadla işləsə, onda şübhəsiz ki, öz istəyinə nail ola bilər.
downloaded from KitabYurdu.org


