Su və boya ahəngi
"Su və boya ahəngi"
Azərbaycan suluboya rəssamlarını IWS Azerbaijan suluboya cəmiyyətinin keçirəcəyi ilk sərgisində iştirak etməyə dəvət edirik!
Sərgi 1 mart Müasir İncəsənət Mərkəzində keçiriləcək.Mövzu: Sərbəst
İşlərin qəbulu: 2020-ci ilin 20 fevral ayına qədər
İştirak qaydaları
Sərgidə iştirak 18 yaşından etibarən bütün suluboya rəssamları üçün açıqdır. İştirak haqqı 25 manat.Bütün işlər suluboya ilə yerinə yetirilməlidir, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İşlərin ölçüsü - sərbəst, hər bir rəssam 3-4 iş yerləşdirə bilər.
Sərgi üçün işlər onlayn olaraq cəmiyyətin sədri və sədr müavini tərəfindən seçiləcək.
20 fevrala qədər işlərinizin şəkillərini Watercolor in Azerbaijan facebook qrupunda yükləyə bilərsiniz
İşin peşəkar fotosu çəkilməlidir (2-5MB), aşağıdakı məlumatlar işin yanında qeyd olunmalıdır:
Adı və soyadı. İşin adı. Ölçüsü
Sərgidə iştirak edəcək rəssamların siyahısı 21 fevral qoyulacaq.
Sərgiyə dəstək olaraq Ecaz art&hobby shop mağazası və Nevskaya palitra brendi tərəfindən hər bir iştirakçıya kiçik hədiyyələr veriləcək, Nevskaya palitra brendinin 3 ən yaxşı hesab etdiyi işlərə görə rəssamlara xüsusi mükafat təqdim olunacaq.



