Rəngkarlığın ilkin anlayışları və bərpa metodları/müzakirəsi
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 19 fevral saat 17:00-da AXIN üzvləri üçün nəzərdə tutulmuş növbəti tədbirdə bərpaçı rəssam Sabir Hüseynovun iştirakı ilə “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusu müzakirə olunacaqdır. İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələrini resmqalereya@gmail.com adresinə göndərə bilər.
Göndərdi: Elnarə Xanlarova


