Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi


Press-reliz
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilən “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatmışdır.
Müsabiqəyə Respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır.
Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur.
Həmçinin yekun sərgidə tanınmış rəssam Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Cəlal Ağayev özünün müsabiqənin adı ilə eyni adlı “Şəhid şəhər” əsəri ilə təmsil olunur.
Müsabiqənin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbi, 4 nömrəli Uşaq İncəsənət məktəbi, 2 saylı İncəsənət məktəbi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi Rəssamlıq şöbəsi, H.Abbasov adına Maştağa Mədəniyyət mərkəzi, 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, 147 saylı texniki humanitar lisey, 2 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Hədəf Liseyi, Masallı r. Onbirillik İncəsənət məktəbi, Abşeron Buzovna art studio, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 108 nömrəli tam orta məktəb, Bilender tədris mərkəzi-Raziyaart, ƏSRA tədris mərkəzi, Gəncə ş. Uşaq Incəsənət məktəbi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi və s. rəssamlıq dərnəkləri daha çoxluqla təmsil olunurlar.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.


Sərgi 24 fevral 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

Popular Posts