Oriqami kağız qatlama sənəti
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 29 fevral 2020-ci il saat 15:00-da “AXIN” üzvləri üçün “Oriqami” ustad dərsi keçirəcəkdir.
“Oriqami” Yaponiyada kağızdan hazırlanan fiqurların incəsənətidir. Əsasən kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən,
sadəcə qatlayaraq müxtəlif canlı və cansız fiqurlar düzəldilir.
Masterklass Xarici Dillər Universitetinin Yapon dili
ixtisası üzrə tələbəsi Mehintac İbrahimova tərəfindən keçiriləcəkdir.
İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələri birqə tədbirin adını resmqalereya@gmail.com adresinə göndərə bilərlər.
Mənbə: Azərbaycan Dövlət Qalereyası
Axın üzvü olmaq üçün
0777173337 whatsapp nömrəsinə yaza bilərsiniz.