Mühazirə
Afaq Kərimova xalçaçı rəssam
Mühazirə
8 fevral saat 14 00- 15 00 daAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan xalça muzeyi birlikdə "Afaq Kərimovanın yaradıcılığında sujetli xalçalar" mövzusunda mühazirə təşkil edir
Dəyərli dostlar!
Azərbaycan Milli Xalça Muzeyi sizi “Afaq Kərimova yaradıcılığında süjetli xalçalar” mühazirəsini dinləməyə dəvət edir.
Mühazirədə Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan şəxsiyyətlərə həsr olunmuş süjetli xalçaların müəllifi, xalçaçı-rəssam Afaq Kərimovanı dinləmək imkanı qazanacaqsınız. Onun müxtəlif dövrlərdə yaratdığı “Dədə-Qorqud”, “Nizami”, “Məhsəti Gəncəvi”, “Füzuli-500”, “Vazeh”, “Hüseyn Cavid”, “Sənsiz”, “Natəvan”, “Səməd Vurgun”, “60-cılar”, “Ziyalı” və digər süjetli xalçaları barədə maraqlı məlumatlar əldə edəcəksiniz.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Milli Xalça Muzeyi
Ünvan : Bakı ş.Mikayıl Useynov pr 28
Tel: (+994) 012 497 20 16
Giriş sərbəsdir .


