AXIN qrupunun 2020-ci il üçün nəzərdə tutulmuş mərhələsinə start verilir
AXIN qrupunun 2020-ci il üçün nəzərdə tutulmuş mərhələsinə start verilir.
Diqqət! AXIN qrupunun 2020-ci il üçün nəzərdə tutulmuş mərhələsinə start verilir. Növbəti mərhələdə hər bir AXIN üzvü öz üzvlüyünü təsdiq edən, üzərində xüsusi sıra nömrəsi olan kartları əldə edərək AXIN üzvü olmağın üstünlüklərindən istifadə edə bilərlər.
Kartın arxa hissəsindəki QR kodu smartfonlarınızla oxudub həmin ay üçün nəzərdə tutulan tədbirlərlə tanış ola bilərsiniz.
•AXINın gənc rəssam üzvləri üçün hər ilin fevral ayında təşkil olunan yekun sərgisində iştirak etmək hüququ.
• Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi bütün sərgi və seminarlarda ödənişsiz və ya xüsusi endirimlərlə iştirak hüququ;
• Respublikada fəaliyyət göstərən əməkdaşlıq etdiyimiz muzey və qalereyalara sərbəst və endirimli giriş hüququ;
• Sadəcə AXIN üzvləri üçün nəzərdə tutulmuş həftəlik, aylıq nəzəri və praktiki ustad dərslərində iştirak hüququ;
• AXIN qrupunun istedadlı üzvlərinə öz bilik və bacarıqlarını nümayiş
etdirmək və inkişafına dəstək üçün lazımi şəraitin yaradılması;
• AXIN qrupunun fəal üzvlərinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi konsert və teatr tamaşalarına xüsusi dəvətnamələri əldə etmək şansı;
• AXIN qrupunun sənətşünas üzvlərinin elmi məqalələrinin Azərbaycan Dövlət Rəsm Qalereyasınınrəsmi saytında (azgallery.az) mütəmadi olaraq yayımlanması;
• Azərbaycan Dövlət Rəsm Qalereyasının Azərbaycan Rəssamlarının Vahid İnformasiya bazasından istifadə etmək hüququ;
• Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi plenerlərdə, etüd səfərlərində və digər yaradıcılıq ezamiyyələrində iştirak hüququ.
Qeyd: AXIN kartlarının qiyməti simvolik olaraq 1 illik üzvlük üçün 20 azn təşkil edir.
Əlavə məlumat üçün:
0777173337 whatsapp nömrəsinə yaza bilərsiniz
0777173337 whatsapp nömrəsinə yaza bilərsiniz



