Yarat "ARTIM Lab" layihəsinə portfolioların qəbuluna start verdi
Yarat müasir incəsənət məkanı.
"ARTIM Lab" layihəsinə portfolioların qəbuluna start veririk!
Layihə 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir.İncəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr layihədə iştirak edə bilər.
Məqsəd:
• Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır
• Müxtəlif materiallar, sənət texnikası və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq
• Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək
• Mövcud mənbələr ilə konseptual şəkildə işləmək bacarıqlarını inkişaf etdirmək
Layihə çərçivəsində YARAT-ın təminatı:
• Təlim proqramı müddətində "ARTIM Lab Studio" məkanında şərikli emalatxana
• YARAT-ın kuratorlar və təhsil komandası ilə daimi görüşlər
• Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.)
• Proqram çərçivəsində 3 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi
• Yekun sərgi üçün məhdud büdcənin ayrılması
İştirakçılar üçün:
• Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT Akademiyası-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər. Gündəlik emalatxana təcrübəsi isə proqram iştirakçılarının praktiki bacarıqlarını möhkəmləndirəcək.
• Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək
• Həftədə 10 saat emalatxana təcrübəsi
• Həftənin cümə axşamı, cümə və şənbə günləri rəssamlar, kuratorlar, beynəlxalq rezidentlər və ustadlar tərəfindən xüsusi modul mövzuları üzərində mühazirə, müzakirə və ustad dərslərində iştirak etmək
• YARAT Akademiyasının mühazirələri və rəssamlar ilə iştirak (mart-may, sentyabr-noyabr aylarında hər bazar ertəsi, çərşənbə axşamı və cümə günləri, 19:00)
• Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 3 qısa təqdimat sərgisi üçün 3 fərqli incəsənət əsərinin yaradılması (əsərin istehsalı hər hansı bir xərc tələb edərsə, iştirakçı tərəfindən qarşılanmalıdır)
Yekun sərgidə iştirak üçün tələblər:
Səkkiz modulda iştirak, həftədə 10 saatlıq emalatxana təcrübəsi, təhsil proqramlarının 90 faizində fəal iştirak və 4000 sözdən ibarət yekun esse
Yekun sərginin qalibi müstəqil müstəqil münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq (yeni əsərin istehsalat xərcləri)
ARTIM Lab modulları:
1) Aprel: Əsas bədii idarəçilik bacarıqları
2) May: Araşdırma bacarıqlarının inkişafı
3) İyun: Birinci studiya təqdimatı
4) İyul: İctimai məşğuliyyət
5) Avqust: 6 aylıq hesabat imtahanı; ikinci studiya təqdimatı
6) Sentyabr: Yeni texnika
7) Oktyabr: Ətraf mühit
8) Noyabr: Tarix və yaddaş
9) Dekabr: Üçüncü studiya təqdimatı
10) Yanvar: Konseptual incəsənət
11) Fevral: Yekun sərgiyə hazırlıqlar
12) Mart: Yekun sərgi
Portfolioların son göndərilmə tarixi: 1 Mart 2020-ci il
Portfoliolarınızı artimlab@yarat.az poçt ünvanına göndərə bilərsiniz
Seçilmiş namizədlərin elanı: 2020-ci il mart ayının ortaları
Layihənin müddəti: Aprel 2020 – Aprel 2021
Əlavə məlumat: +994 12 505 1414; +994 50 246 9292


