Xocalı tarixin qan yaddaşı rəsm sərgisi
"Xocalı tarixinin qan yaddaşı" adlı peşəkar rəssamların rəsm sərgisi
Xocalı soyqırımı ilə bağlı layihə Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyədə təqdim ediləcək.
BAKI / Trend Life / - Azərbaycanda böyük bir layihə - Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı Tarixin Qan Yaddaşı" adlı rəsm sərgisi başlamışdır.
Fırça və heykəltaraş ustalarının ilk əsərlərinin sərgisi fevralın 2-də, saat 14.30-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində təqdim olunacaq.
Layihə fevralın 1-dən 15-dək Quba və Gəncədə, fevralın 16-dan 26-dək - Gürcüstan, Rusiya və Türkiyədə təqdim ediləcək və fevralın 28-də Bakıda başa çatacaqdır.
"Xocalı Tarixin Qan Yaddaşı" sərgisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası çərçivəsində keçiriləcəkdir.
Layihənin məqsədi Xocalı soyqırımının heç vaxt unudulmayacağını, bunun təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı dəhşətli vəhşilik olduğunu göstərməkdir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq ağır hərbi texnikaları Xocalıya daxil edərək yerlə yeksan etdikləri şəhər sakinlərinə misli görünməmiş qəddarlıqlar etdilər. Bu təcavüz zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan da daxil olmaqla 613 şəhər sakini öldürüldü, 487 mülki şəxs ağır yaralandı, 1275 nəfər girov götürüldü.
Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranmışdı. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəsə nail oldular və yenə də ATƏT-in Minsk Qrupunun himayəsi altında və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir.
BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən hələ də icra edilmir.
(Müəllif: Vüqar İmanov)
Mənbə: trend.az
Rus dilindən tərcümə etdi etudlar.com' da yerləşdirdi Süleyman Hüseynov.