Vinsent van Qoq. Səhifə 9.
Nəhayət, mart öz yerini aprelə verdi, yaşamaq bir qədər yüngülləşdi. Sərt küləklər sinib yatdı, günəş getdikcə dağı-daşı qızdırdı, qar əriməyə başladı. Qara çöllər çılpaqlaşır, torağaylar ötür, meşədə ağaclarda tumurcuqlar əmələ gəlirdi. Qəsəbədə qızdırma yoxa çıxdı, İsti havalar başlanan kimi qadınlar yenə Markass terrikonlarına, kömür dalınca getdilər, Tezliklə girdə peçlər yenə də alovlandı, uşaqlara bütün günü çarpayıda uzanmağa ehtiyac qalmadı. Vinsent yenə də Uşaq Salonunu açdı. Birinci moizəyə bütün qəsəbə yığışmışdı. KÖ- mürçıxaranlarm qəmgin gözləri yenə də təbəssüm saçırdı, adamlar bir balaca ruhlanmışdılar. Salonun daimi ocaqçısı vəzifəsini öz öhdəsinə götürən Dekruk peç barədə zarafatlar edir, məzəli sözlər danışır, ciddiyyətlə tez-tez öz dazını qaşıyırdı. - Yaxşı günlərimiz hələ qabaqdadır, - Vinsent kafedradan şən səslə deyirdi. - Allah sizi sınayırdı, siz öz etiqadınızı sübuta yetirdiniz. Ən acı müsibətlərimiz və əzablarımız arxada qalmışdır. Tezliklə zəmilərdə sünbüllər dənə dolacaq, iş günündən sonra Öz evinizin qabağında oturub dincələndə günəş canınızı qızdıracaqdır. Uşaqlar torağayların nəğməsini dinləyəcək, meşəyə giləmeyvə dalınca gedəcəklər. Nəzərlərinizi Allaha çevirin, çünki həyatda sizə sevinci o bəxş edir. Allah çox mərhəmətlidir. O sizin inam ve səbrinizin əvəzini verər. Gəlin Allaha şükür edək, çünki yaxşı zamanlara az qalıb. Gözəl dövran gələcək! Kömürçıxaranlar Allaha minnətdarlıqlarını bildirib qızğın dua etdilər. Şən səslər eşidildi, hamı bir-birinə deyirdi: - Cənab Vinsent haqlıdır. Bütün əziyyətlərimiz arxada qalmışdır. Qış keçdi. Yaxşı günlər qabaqdadır! Bir neçə gündən sonra Vinsent bir dəstə uşaqla terril dağında eşələnəndə qaldırıcı mexanizmin yerləşdiyi binadan kiçik, qara insan fiqurlarının necə atıldığını və çöldə hərəsinin bir tərəfə qaçdığını gördü. - Bu nədir? - Vinsent təəccüblə soruşdu, yoxsa saat üçdür? Günəş hele zenitə qalxmayıb.
76
- Bədbəxtlik baş verib! - Uşaqlardan böyüyü qışqırdı. - Mən bir dəfə adamların şaxtadan çıxıb belə qaçdıqlarını görmüşəm. Yerin altında nə isə olub! Uşaqlarla birlikdə Vinsent dağdan üzüaşağı atıldı, - daşlar onların əllərini cızıb yaralayır, paltarlarını cınrdı. Markass şaxtasının ətrafındakı bütün çöldə qarışqa kimi qara fiqurlar qaynaşırdı, - adamlar təhlükədən xilas olmağa çalışırdılar. Vinsent şaxtaya yaxınlaşanda adamlar qəsəbədən buraya axışıb gəlmişdilər: çöldə var gücü ilə qaçan qadmlar uşaqlan qucaqlarında aparır, ya da dallannca sürüyürdülər. Təngnəfəs şaxtanın darvazasına çatan Vinsent ətrafda “Qaz! Təzə lağımda! onlar batdılar! Onlar çıxa bilməyəcəklər!” qışqırtılarını eşitdi. Soyuqlarda yatağa düşən Jak Vemey indi var qüvvəsini toplayıb çöldə güclə yeriyirdi. O, dəhşətli dərəcədə anqlamış, sinəsi lap batmışdı. Onunla üzüze gələndə Vinsent soruşdu. - Deyin, nə olub? - Dekrukun keçdiyi yeraltı yol! Mavi alov yadmızdadırmı? Mən elə bilirdim bu partlayışla qurtaracaq! - Orada neçə adam var? Neçə? Onları necə xilas etmək olar? - Siz ki, görmüsünüz, orada on iki qazıncaq var. Hərəsində də beş adam. - Biz bir şey edə bilərikmi? - Bilmirəm. Bu saat könüllülərdən ibarət xilaskarlar komandası yığıram. - Məni götürün. Mən də kömək etmək istəyirəm. - Yox, yox. Mənə təcrübəli adamlar lazımdır. - Jak həyətdən keçib qaldırıcı qurğuya doğru qaçdı. Ağ at qoşulmuş araba şaxtanın darvazalarına yaxınlaşdı. Neçənci dəfə idi ki, ağ at qoşulmuş bu araba ilə meyitləri və şikəstləri qəsəbəyə daşıyırdılar! Çöldə qaçan kömürçıxaranlar adamların arasından öz ailələrini axtarmağa başladılar. Qadınlardan bəziləri fəryad qoparır, bəziləri də gözlərini bərəldib baxa-baxa dinməzcə addımlayırdılar, uşaqlar ağlaşırdılar. Xilaskar komanda yığan briqadirlər təşvişlə kimisə adbaad çağırırdılar. Hay-küy və qışqırıq qəfildən kəsildi. Əllərində ədyala bükülmüş nə isə aparan bir neçə adam asta-asta pillələrlə düşərək həyətə çıxdı. Bir anlığa ətrafa əzablı sükut çökdü. Sonra adamlar yenə də qışqırdı və hönkürtü İlə ağladı. - Kimi apardılar?
77
- Onlar sağdırmı? - Yoxsa ölüblər? - Siz Allah, onları bizə göstərin! - Adlarım çəkin! - Ərim yerin altmdaydı! - Uşaqlarım!.. Mənim iki uşağım qazıncaqdaydı!.. Qaldırıcı mexanizmdən çıxan adamlar ağ atlı arabanın qabağında dayandılar, Onlardan biri adamlara müraciət ederek dedi: - Öz vaqonları ilə partlayışdan kənarda olan üç fəhlə xilas edilib. Amma möhkəm yanıblar. - Kimləri xilas ediblər? Allah xatirinə, deyin, kim xilas olunub? Onları göstərin! Gösterin! Oğlum yerin altmdaydı! Mənim oğlum, mənim ciyərparəm! Xilaskarlardan biri ədyalı açdı, doqquz yaşlı iki qızın və on yaşlı bir oğlanın yanmış sifətləri göründü. Hər üçü huşsuz idi. Həm dəhşət, həm də sevinc bildirən bağırtıyla qohumları onların üstünə atıidı. Sonra onları ağ atlı arabaya uzadıb kələ-kötür yolla çöllə apardılar. Vinsent və zərər çəkənlərin qohumları ağır nefes alaraq, arabanın yanı ilə qaçırdılar. Vinsent arxadan gələnlərin hönkürtü ilə ağladıqlarını və bərkdən ağı dediklərini eşidirdi. O, ətrafına baxdı və arxada, üfüqdə cərgə ilə düzülmüş terril piramidalarını gördü. - Qara Misir! - sanki dərdini və ümidsizliyini dağıdaraq ucadan dilləndi. - Allahın xəlq etdiyi bu adamların köləlikdən əziyyət çəkdiyi Qara Misir. Aman Allah, sən necə bunu rəva görürsən? Sen necə də qıyırsan! Xilas olunmuş qızlar və oğlan yanıqdan ölmədilər, amma onlaruı başında bir tük də qalmamışdı, üzlərinin və əllərinin dərisi tökülürdü. Vinsent arabadakı qızlardan birinin içəri keçirtdikləri daxmaya girdi. Anası ağlayır və əllərini çırpırdı. Vinsent uşağı soyundurub qışqırdı: - Bitki yağı. Cəld olun! Qadın azca yağ tapdı. Vinsent yanan yerlərə çəkdi. - İndi sarğı! Qadın ona dəhşətlə baxır və susurdu. - Sarğı! - Vinsent acıqlı-acıqlı təkrar etdi. - Yoxsa siz istəyirsiniz ki, uşaq ölsün? - Bizdə heç nə yoxdur, - qadın hönkürə-hönkürə dilləndi, - Evdə bir parça da yoxdur. Payızdan bəri!..
78
Qız çabalayır və zarıyırdı. Vinsent paltosunu soyundu, alt ve üst köynəyinin ikisini də əynindən çıxartdı. Paltosunu yenidən çılpaq bədəninə geyindi, köynəklərini isə uzun-uzun hissələrə bölüb qızı başdan ayağa sandı. Yağ bankasını götürüb ikinci qıza tərəf qaçdı, onu da sandı. Oğlanı sanmağa bir şey qalmadı. O, ölüm ayağında idi. Vinsent altdan geyindiyi yun tumanını da parçalayıb onu sandı. O, paltosunu çılpaq sinəsinə bərk-bərk sıxaraq çöldən keçib Markassa tərəf yollandı. Uzaqdan gələn hıçqmqlan, anaların və arvadların ağlaşma səsini eşidirdi. Kömürçıxaranlar şaxtanın darvazası ağzına toplaşdılar. Fəlakət baş verən yerin keçidi darısqal olduğundan ora yalnız bir xilaskar komanda yollamaq olardı. Xilaskarlar öz növbəsini gözləyərək işsiz dayanmışdılar. Vinsent briqadirlərdən biri ilə danışdı. - Xilasa ümid varmı? - Qorxuram ki, onlar artıq ölmüş olalar. - Onların yanma gedib çıxmaq olarmı? - Onlar süxur altmda qalıb. - Uçqunu təmizləmək üçün nə qədər vaxt lazımdır? - Həftələr, bəlkə də aylar. - Axı niyə? Niyə ki? - Bundan tez olmaz. - Onda, əlbəttə, sağ qalmazlar! - Orada əlli yeddi nəfər adam var, kişilər də, qızlar da!.. - Hamısı məhv olacaq, hamı bir nəfər kimi. - Beli, biz onları heç vaxt görməyəcəyik! Xilaskar komandalar bir-birini əvəz edərək fasiləsiz düz otuz altı saat işlədilər. Yerin altında ərləri və uşaqları qalan arvadları şaxtadan qovmaq heç cür mümkün olmadı. Onlara deyirdilər ki, bütün şaxtaçıları mütləq xilas edəcəklər, lakin qadınlar bu sözlərin ancaq təsəlli olduğunu yaxşı bilirdilər. Bəlanın toxunmadığı adamlar öz bədbəxt qonşularına İstİ qəhvə və çörək daşıyırdılar, ancaq yeməyə əlini uzadan yox idi. Gecəyarısı şaxtadan ədyala bükülmüş Jak Vemeyi çıxartdılar. Ondan güclü qan axırdı. Səhərə yaxın keçindi. İki gün keçəndən sonra, Vinsent Dekrukun arvadını uşaqlarla bərabər evə getməyə razı saldı. Xilaskarlar on iki gün işlərini dayandırmadılar. Hasilat dayanmışdı. Şaxtadan kömür çıxarılmadığına görə, heç kimə pul vermirdilər. Şaxtaçıların dar günlərinə saxladıqları qəpik-quruş tez əridi. Madam Deni bişirdiyi çörəyi ev sahiblərinə nisyə paylayırdı. Onun pulu qurtarmışdı, tam iflas təhlükəsi qarşısında idi. Şirkət
79
komürçıxaranlara heç ne ilə kömək etmirdi. On üçüncü günü xilasetmə işlərini dayandırmaq, yenidən kömür çıxarmağa başlamaq barədə əmr verildi. O vaxtadək Kiçik Vamda bir santim də pul qalmamışdı. Kömürçıxaranlar tətil elan etdilər. Vinsent aprel ayınm maaşını aldı. O, Vama getdi, əlli franklıq ərzaq alıb şaxtaçıların arasında bölüşdürdü. Bu, kömürçıxaranları cemi altı gün gördü. Sonra onlar meşədəki giləmeyvə və yeyilən bitki kökləri ilə dolanmağa başladılar. Adamlar hər cür heyvan - siçovul, sünbüiqıran, ilbiz, qurbağa, kərtənkələ, pişik, it ovuna çıxırdılar, təki qarınlarını bir şeyle doldursunlar və daimi əzablı aclığın qarşısını alsınlar. Çox keçmədi ətrafda nə pİŞİk qaldı, nə də siçovul. Vinsent Brüsselə məktub yazıb, yardım istədi. Cavab gəlmədi. Əlləri qoynunda qalmış kömürçıxaranlann gözləri qarşısında arvad-uşaqları acından ölürdü. Bır dofo onlar Vınsentdən fəlakət zamanı həlak olmuş elli yeddi nəfərin ruhuna dua oxumasım xahiş etdilər. Yüz nəfərə yaxm kişi, qadın və uşaq onun kiçik daxmasına dolmuş və qapısının ağzına toplaşmışdı. Vinsent neçə gün idi ki, ancaq qəhvə ile dolanırdı. Partlayış günündən bəri, o, demək olar, ağzına bir şey atmamışdı, ayaq üstə dayana bilmirdi. Qızdırmadan titrəyirdi, qəm və ümidsizlik qəlbinə hakim kəsilmişdi. Hədoqesində sancaq ucu kimi qaralan gözləri nazilmişdi, yanaq sümükləri çıxmışdı, bütün sifətini çirkli sarı saqqal basmışdı. Vinsent həm alt paltarı, həm üst geyimini əvəz edən cod tə- lisə bürünmüşdü. Sınıq tirdən asılmış fener daxmam tutqun işıqlandırırdı. Vinsent əlini başının altına qoyaraq küncdə samanın üstündə uzanmışdı. Divanlarda əcaib kölgələr səyriyir, sayrışan İşıq ətdən düşmüş kömürçıxaranlann iztirab çəkmiş sifətlərinə düşürdü. Vinsent zəif boğuq səslə danışmağa başladı, lakin sakitlikdə onun hər sözü aydın eşidilirdi. Qaraüzlü, anq, acından və fəlakətlərdən üzülmüş adamlar ona Allahın özünə baxdıqları kimi baxırdılar. Təəssüf ki, Allah onlardan çox uzaq idi. Birdən hardansa eşikdən həyəcanlı yad səslər eşidildi. Sonra qapı açıldı və hündürdən uşaq səsi gəldi: - Cənab Vinsent burdadır! Vinsent öz nitqini kəsdi, hamı başını qapıya tərəf döndərdi. Yaxşı geyinmiş iki nəfər daxmaya daxil oldu. Fanar bir anlığa parlaq işıq saçdı, Vinsent içəri girənlərin sifətində qorxu və dəhşət ifadəsi hiss etdi. - Salam, möhtərəm de Yonq və möhtərəm Van den Brink, - o, yerindən qalxmadan dedi. - Biz şaxtada diri-diri basdırılmış elli yeddi
80
kömürçıxarana rəhmət oxuyuruq. Bəlkə siz adamlara təskinləşdirici bir söz deyəsiniz? Çaşıb qalmış keşişlər nitqə gələnədək xeyli vaxt keçdi. - Biabırçılıqdır! Özü də yekəsindən! - de Yonq öz gombul qarnına bərkdən vuraraq dilləndi. - Belə fikirləşmək olar ki, guya biz Afrika cəngəlliklərindeyik. - Van den Brink acıqlı-acıqlı dedi. — Bir Allah bilir, o burada nə qədər ziyan törədib! - Bu adamlan xristian kilsəsinin ağuşuna qaytarmağa neçə illər lazım gələcək! - de Yonq əllərini qarnının üstündə çarpazladı və əlavə etdi: - Mən sizə dedim ki, ona təyinat vermək lazım deyildir. - Beli, əlbəttə... amma Pitersen... Kİm fikirləşə bilərdi?.. Bu adam həqiqətən dəli olub. - Mən lap əvvəldən şübhələnirdim, onun ağlı çaşıb. O məndə heç vaxt etimad doğrultmurdu. Keşişlər bir-birilə təmiz fransız dilində danışırdılar, o qədər cəld danışırdılar ki, borinajlılar bir kəlmə də başa düşmürdülər. Vinsent İsə onların dediklərinin bütün mənasmı araşdıra bilmək üçün çox zəif və xəstə İdİ. De Yonq oradakıları öz şişman qamı ilə itələyə-itələyə Vinsentin lap yanına gəldi və acıqlı halda pıçıldadı: ~ Bu murdar itləri qovun evlərinə! - Bəs rəhmətə gedənlər?.. Biz hələ duam qurtarmamışıq,,. - Tüpürüm onlara. Mən sizə deyirəm, qovun onları! İşin nə yerdə olduğunu anlamayan kömürçıxaranlar yavaş-yavaş dağılışmağa başladılar. - İlahi siz özünüzü ne kökə salimsiniz! - keşişlər Vinsentin üstünə düşdülər. - Görəsən, siz belə bir yerdə ibadət edəndə nə fikirləşirsiniz? Axı bu vəhşilikdir! Hansısa yeni bütə ibadət! Sizdə azca da olsa ləyaqət hissi varmı? Xristian vaizinə özünü belə aparmaq yaraşarmı? Yoxsa siz ağlınızı tamam İtirmisiniz? Siz bizim kilsəni biabır etməkmi istəyirsiniz? Möhtərəm de Yonq bir dəqiqəliyə susdu və Vinsentin yoxsul, qaranlıq daxmasım, onun saman yatağım, büründüyü təlisi və bulaşıb çuxura düşmüş gözlərini nəzərdən keçirtdi. - Kilsəmizin xoşbəxtliyidir ki, cənab Van Qoq, - o dedi, - sizə yalnız müvəqqəti təyinat vermişik, özünüzü azad hesab edə bilərsiniz. Bizdən bir də təyinat gözləməyin. Siz özünüzü çox pis və biabırçı aparmısınız. Siz bundan sonra məvacib almayacaqsınız, sizin yerinizi
81
dərhal başqası tutacaq. Əgər sizi mərhəmətə layiq dəli hesab etməsəydim, deyərdim, Belçikanın Yevangelist kilsəsinin bu vaxtadək görmədiyi xristianlığın en qatı düşmənisiniz! Daxmaya sükut çökdü. - Hə, cənab Van Qoq, özünüzü müdafiə üçün nə deyə bilərsiniz? Vinsent Brüsseldə bu keşişlərin ona vaiz yeri verməkdən boyun qaçırdıqları günü xatırladı. Qəlbində elə bir boşluq əmələ gəldi ki, bir kəlmə də söz deyə bilmədi. - Nə edə bilərik, gedəyin, qardaş de Yonq, - Van den Brink uzun sürən sükutdan sonra dedi. — Burda bizlik bir iş yoxdur. Ümidsiz vəziyyətdir, heç nə ilə kömək etmək olmaz. Vamda münasib mehmanxana tapmasaq, ele bu gün Monsa yola düşərik.
downloaded from KitabYurdu.org


