Vinsent van Qoq. səhifə 8


14 . Bu qış fevral ayı dəhşətli soyuq keçdi. Tez-tez vadiyə adamları ayaqdan salan güclü, sərt küləklər soxulurdu. Daxmaları qazdırmaq üçün şaxtaçılara indi daha çox terril lazım idi, ancaq şaxta ve külək o qədər şiddət edirdi ki, qadınlar terrikonlara gedə bilmirdilər. Onların cod yubkadan və koftadan, pambıq corabdan və yaylıqdan başqa geyməyə bir şeyləri yox idi. Soyuqdan donmamaq üçün uşaqlar bütün günü yataqdan çıxmırdılar. İsti xörəyə tamarzı qalmışdılar, peçi yandırmağa bir şey yox idi. Fəhlələr od saçan yeraltı komalardan
72
çıxanda soyuq dərhal iliklərinə işləyir, qar basmış açıq düzlərdə külək adamların sifətini qılmc kimi doğrayırdı. Hər gün kimsə vərəmdən və ya sətəlcəmdən ölürdü. Təkcə bu ay ərzində Vınsent neçə-neçə cənazənin başı üstə durub axirət duası oxumalı olmuşdu. Vinsent soyuqdan göyərmiş uşaqlara savad Öyrədə bilmirdi, o bütün günü Markass dağında kömür yığır, yığdığı azca kömürü də daha kasıb ailələrin arasında bölüşdürürdü. İndi üzünə kömür sürtməyə ehtiyac qalmamışdı, qara kömürün damğası onun üzündən getmirdi. Kiçik Vama gələn hər hansı bir yolçu burada Vinsenti başqa “qarasifətlılər- dən” ayıra bilməzdi. Vinsent terril dağında saatlarla vaxt itirməyinə baxmayanıq, ancaq yarım torba kömür yığa bilmişdi. Gömgöy göyərmiş əlləri soyuqdan rəngi solmuş süxur parçalan ilə cızılmışdı. Saat dördə yaxın yığdıqlarını qəsəbəyə apardı: qoy heç olmasa bir neçə qadın ərlərinin gəlməsi üçün qəhvə qaynatsın, O, Markass şaxtasının darvazalarına fəhlələrin çıxdıqları anda yaxınlaşdı. Bəziləri onu tanıyır və “Voyan”' deyirdilər, qalanları ise küt baxışlarım yerdən ayırmadan, qamətləri bükük halda əlləri ciblərində yeriyirdilər. Darvazadan axınncı alçaqboy qoca çıxdı. O elə ağır öskürdü ki, bütün bədəni əsim-əsim əsdi, çöldə vıyıldayan küləyin zərbindən sen- dələdi, o az qala üzüqoylu, buz bağlamış yerə yıxılacaqdı. Nəfəsini derib gücünü topladı və hər dəfə küləkdən üzünü yan tutaraq çöllə keçib getdi. O, çiyninə bir parça təlis salmışdı. Vamda hansı dükandan- sa almışdı. Vinsent gördü ki, telisin üstündə iri hərflərlə nə isə yazılıb. Diqqətini toplayıb yazmı oxudu: “Şüşə. Atmaq olmaz”. Vinsent kömürü şaxtaçıların daxmalarına paylayıb öz evinə getdi, çamadandan bütün paltarlarını çıxarıb çarpayının üstünə sərdi. Onun beş köynəyi, üç dəst alt paltarı, dörd cüt corabı, iki cüt başmağı, iki kostyumu ve əsgər şinelinə oxşayan ikinci paltosu vardı. Bir köynəyi, bir cüt corabı və bir dəyişiklik alt paltarını o çarpayının üstünə qoydu, qalanlarını yenidən çamadana yığdı. Vinsent kostyumlardan birini kürəyində “şüşə” yazılan qocaya verdi. Alt paltan və köynəkləri təzədən biçilib uşaqlara tikildi. Corablar şaxtada işləyən vərəmlilər arasında bölüşdürüldü. İsti paltosunu Vinsent hamilə qadına bağışladı; onun eri bu yaxınlarda uçqun vaxtı ölmüşdü, iki uşağım dolandırmaqdan ötrü qadın şaxtada ərinin yerini tutmalıydı, 1
1 Salam (fransızca vonyoiç sözünütı pozulmuş ifadəsi)
 73
Uşaq salonunu bağlamaq lazım gəldi, çünki Vinsent ev sahiblərini bir ovuc kömürdən məhrum etmək istəmirdi. Ayaqlarım islatmamaq üçün borinajlılar fövqəladə ehtiyac olmadan, çox nadir hallarda küçəyə çıxırdılar. Vinsent özü bir-bir evlərə gedir və tələsik dua oxuyurdu. Lakin tezliklə o əmin oldu ki, yalnız praktik İşlərlə məşğul olmaq lazımdır; xəstələri yuyundurmaq və müalicə etmək, içməyə isti bir şey və dərman hazırlamaq. Xəstələri yoluxmağa gedərkən, o, artıq özü ilə Bibliya aparmırdı, onsuz da onu açıb oxumağa vaxt qalmırdı. Allah kolamı İndi artıq kömürçıxaranların özlərinə rəva görmədikləri bir dəbdəbə idi. Martda havalar sındı, əvəzində qızdırma tüğyana qalxdı. Fevral ayının maaşından Vinsentin qırx frankı xəstələr üçün dərmana və yeməyə getdi, özü İsə demək olar, lap az yeyirdi. Doyunca yeməməkdən anqlayıb əldən düşmüşdü, daha əsəbi və sərt olmuşdu. Soyuqlar onu elə hala salmışdı ki, özü də qızdırmaya tutulmuşdu. Çuxura düşmüş gözləri tutqun şəfəq saçırdı, Van Qoqlara məxsus enli alnı elə bir quruyub kiçilmişdi. Yanaqlarında derin çökəklər əmələ gəlmişdi, yalnız irəli çıxmış sivri çənəsi həmişəki kimi vüqarlı görünürdü. Dekrukun böyük oğlu qarın yatalağına tutuldu və o biri uşaqlara yatmağa yer olmadı. Cəmi iki çarpayı vardı; birində valideynlər, o birində üç uşaq yatırdı. Əgər körpələr xəstə oğlanla bir çarpayıda qalsa idilər, onlar da yoluxacaqdılar. Yerdə yatsaydılar, sətəlcəm olacaqdılar. Valideynlər döşəmədə yatsaydılar, səhər işləməyə taqətləri qalmayacaqdı. Vinsent bu çətinliyi araşdırıb dərhal vəziyyətdən çıxmağa çalışdı: - Dekruk, — şaxtaçı işdən qayıdanda o dedi, — şam yeməyinədək bir İşdə mənə kömək etməzsiniz? Dekruk yorulub taqətdən düşmüşdü, baş ağrısı da ona əziyyət verirdi, lakin cınqırım çıxarmadan, şikəst ayağrnı sürüyə-sürüyə Vinsentin ardınca, onun daxmasına getdi. İçəri girəndə Vinsent çarpayıdan bir ədyal götürüb - onun İkİ ədyalı vardı - Dekruka dedi: - Çarpayının o tərəfindən yapışın görüm; biz bunu sizə, oğlunuz üçün aparacağıq. Dekruk qəzəblə dişlərini qıcadı: - Bizim üç uşağımız var, - o dedi, - əgər Allaha lazımsa, biz onlardan biri ilə vidalaşa bilərik. Lakin hamının qayğısına qatan və qəsəbədə hamını müalicə edən bizim yalnız bir cənab Vinsentimiz var, mən onun özünə belə qəsd etməsinə yol verə bilməı'öm!
74
O, axsaya-axsaya daxmadan çıxdı. Vinsent çarpayını divardan araladı, çiyninə alıb sürüyə-sürüyə Dekrukun komasına apardı. Quru çörək və qəhvə ilə şam edən Dekrukla arvadı təəccüblə başlarını qaldırdılar. Vinsent xəstə uşağı öz çarpayısına köçürdü və üstünü adyalla örtdü. Həmin axşam Vinsent Denigile getdi və özünə yataq düzəltmək üçün ondan saman istədi. Madam Deni samanın nəyə gərək olduğunu eşidəndə heyrətləndi. - Cənab Vinsent, - o dedi, - otağınız hələ tutulmayıb. Tozedən ora keçə bilərsiniz. - Siz çox mərhəmətlisiniz, madam Deni, amma bacarmaram. - Bilirəm, sizi kirayə haqqı narahat edir. Amma, doğrusu, bu barədə danışmağa dəyməz. Biz Jan Batistlə kifayət qədər qazanırıq. Bizdə havayı yaşaya bilərsiniz, qardaş kimi. Axı siz özünüz dəfələrlə demisiniz ki, Allahın Övladları - qardaşdırlar! Vinsent hiss edirdi ki, o donub, soyuq lap iliklərinə qədər işləyib, o həm də ac idi. Bir neçə həftədən bəri ona əziyyət verən qızdırmadan titrəyirdi. Yeməməzlik- dən və yuxusuzluqdan zəifləmişdi. Bütün qəsəbənin düçar olduğu bədbəxtlik və əzab-əziyyətdən o, başını itirmişdi. Yuxarıda onu isti, rahat, təmiz yataq gözləyirdi. Madam Deni ona şam yeməyi verəcək və ürəyini sıyıran aclıq yox olacaq; madam Deni onu qızdırmadan müalicə edəcək, ona tünd, qızdırılmış şərab verəcək, titrətmə keçəcək, canı qızacaq. Vinsent titrəyirdi, halı xarablaşırdı, az qalmışdı ki, çörək- xananın qırmızı kaşı döşəməsinə yıxılsın. Amma özünü ələ alıb zəifliyinə üstün gəldi. Allah onu axırıncı dəfə sınağa çəkir. Əgər o, ruhdan düşsə, ya da geri çəkilsə, onun etdikləri əbəs, mənasız olacaq. Doğrudanmt qəsəbədə heç vaxt görünməmiş ehtiyacın və fəlakətin hökm sürdüyü bu günlərdə o sarsılacaq, tutduğu yoldan dönəcək, fürsət düşən kimi rahatlığa və bolluğa tamah salan rəzil və qorxaq olacaq. - Allah sizin xeyirxahlığınızı görür, madam Dcnİ, o sizi mükafatlandıracaq, - Vinsent dedi, - amma siz meni öz vəzifəmi yerinə yetirməkdən çəkindirməyin. Əgər sizdə bir qucaq saman tapılmasa, qorxuram quru yerdə yatam. Xahiş edirəm, mənə samandan başqa heç nə təklif etməyin, onsuz da götürməyecəm. O, samam daxmasının küncündə, nəm torpağın üstünə döşədi və nazik ədyala büründü. Bütün gecəni yata bilmədi, səhər açılanda isə onu öskürək incitməyə başladı, gözləri əvvəlkindən də çuxura düşmüşdü. Qızdırma getdikcə şiddətlənirdi, o, nə edəcəyini artıq anışdıra bilmirdi.
75
Onun terrili yox idi: o belə hesab edirdi ki, qara dağda yığdığı yanaciiq- dan bir ovuc da götürməyə ixtiyarı yoxdur, şaxtaçılara zərər vurur. Özünü güclə iki-üç tikə boyat çörəyi çeynəyib udmağa məcbur etdi, sonra daxmadan çıxaraq öz adi işləri ilə məşğul olmağa başladı.




downloaded from KitabYurdu.org

Popular Posts