Vinsent van Qoq. səhifə 7
- Tiens, tiensl - Vinsent tanış ses eşitdi. - Cest monsieur Vinsent1. Gəlmisiniz görəsiniz ki, biz iki frank yarımı necə qazanırıq? Jak dərhal şaxtaçıların lampalarım nəzərdən keçirməyə başladı. Onlarda alovun dilləri mavi haşiyəyə alınmışdı. - Ona bura düşmək olmaz, - Dekruk gözlərini ağardaraq bu barədə Vinsentin qulağına pıçıldadı. - Onun boğazından qan açıla bilər, sonra da gəl onu bloklarla yuxan daşı. - Dekruk! - Jak dedi. - Sizin lampalarınız səhərdən belə yanır? - Bəli, lap belə, - Dekruk laqeydliklə dilləndi. - Mədəndə qaz günügündən daha çox yığılır. Nə vaxtsa partlayış olacaq və bizim bütün bədbəxtliklərimizə birdəfəlik son qoyulacaq. - Axı bu qazmcaqlarda qazı keçən bazar günü çəkmişdilər, - Jak qeyd etdi. - GÖrürsenmi, yenə də yığılıb, - Dekruk nəzərə çarpan razılıq hissi ilə, daz başını qaşıyaraq dedi. - Elə isə bir günlüyə işi dayandırıb yenə qazı çəkmək lazımdır. Kömürçıxaranlar narazılıq elədilər. - Onsuz da uşaqian dolandırmağa çörək pulumuz çatmır! - Zəhmət haqqı çox azdır, belə olsa, bütöv bir günümüz də batacaq! - Qoy qazı bir şaxtada olmayanda çəksinlər; biz de adamıq bizə dolanmaq lazımdır. - Yaxşı, yaxşı, Vemey, - Dekruk gülümsədi. - Qorxma, şaxta məni yeməyəcək. Cəhd eləyib, amma bir şey çıxmayıb. Mən qocalanda, Öz yorğandöşəyimdə öləcəyəm. Yeri gəlmişkən, indi ki, yeməkdən danışdınız, de görək saat neçədir? Jak saatını lampanın mavi alovuna yaxınlaşdırdı. - Doqquz. - Əla. Düz nahar vaxtıdır. Gözlərinin ağı panldayan qara, tər basmış adamlar alətlərini atdılar, kürəklərini divara söykəyərək yerə oturdular və çantalarını açmağa başladılar. Onlar bir az sərin olan tərəfe sürünməyə cürət etmirdilər, çünki buna bir on beş dəqiqə vaxt lazım idİ, şaxtaçılar isə on beş dəqiqədən çox istirahət etməyi özlərinə rəva görmürdülər. Dözülməz istidə onlar acgözlüklə kəsmik ilə çörək yeməyə başladılar, əllərinə bulaşmış kömür tozu çörəkdə yağlı qara izlər salırdı. Kömürçıxaranlar naharın üstündən pivə butulkasında özləri ilə gətirdikləri ihq qəhvə
(1 Paho! Bu ki, cenab Vinsentdir ifrans.)
içirdilər. Qəhvə, çörək ve kəsmik — bunların naminə onlar gün ərzində on üç saat işləməli idilər. Vinsent artıq altı saat idi ki, vaxtım yerin altında keçirirdi. O, hava çatışmazlığından boğulur, istidən və tozdan taqətdən düşürdü. Hİss edirdi kt, bundan sonra on dəqiqə de dözə bilməz, Jak deyəndə ki, getmək vaxtıdır, çox sevindi. - Qaza nəzarət elə, Dekruk, — Jak gedərkən xəbərdarlıq etdi. — Əgər pis olsa, arteli yuxan çıxarmaq lazımdır. Dekruk boğuq səslə güldü. - Əgər kömürü şaxtadan yerin üstünə çıxartmasaq, onlar bizə iki frank yanm verərlərmi? Bu sualın cavabı yox idi, Dekruk bunu Vemeyİn özündən pis bilmirdi. Jak çiyinlərini çəkdi və qamı üstə yeraltı yolla süründü. Vinsent gözlərini tutmuş tərdən demək olar, irəlini görmürdü, kor- koranə onun dalınca gedirdi. Yanm saatdan sonra onlar qaldıncı qurğunun adamları ve kömürü çəkib çıxartdığı mədənin həyətində idilər. Jak at saxlanılan tövləyə döndü ve qara bəlğəm tüpürərək uzun müddət öskürdü. Şaxtadan qalxan qaldırıcı qurğunu quyudan çəkilən vedrəyə bənzədərək Vinsent dedi: - Heç nə anlamıram, Vemey, görəsən niyə bu adamlar şaxtadan belə bərk yapışıblar? Niyə başqa bir yera köçmürlər, başqa iş axtarmırlar? - Ah, əziz Vinsent, elə bilirsən başqa yerdə iş var. Başqa yerə də köçə bilmərik, bizim pulumuz yoxdur. Bütün Borinajda elə ailə tapa bilməzsiniz ki, heç olmasa dar gününə on frank qoymuş olsun. Biz harasa köçə bilsəydik de bunu bacarmazdıq. Bax, məsələn, dənizçi bilir ki, gəmidə onu hər cür təhlükə gözləyir, amma quruya ayağı dəyən kimi dəniz üçün darıxmağa başlayır. Eləcə də biz, cənab Vinsent. Biz öz şaxtalarımızı sevirik, bizə yerin altında, üstündə olduğundan daha yaxşıdır. Bizə lazım olan İsə dolanışığa çatan məvacib, qısa iş günü və yaxşı əmək mühafizəsidir. Qaldırıcı qurğu yuxan çatdı və dayandı. Qış gününün tutqun işığından kor kimi olmuş Vinsent qar basmış həyətdən keçib getdi. Əl- üz yuyulan yerdə güzgüyə baxanda gördü ki, o, peçin qapağı kimi qapqaradır. Ancaq o, yuyunmadı. Başına nə gəldiyini dərk etmədən ciyər dolusu soyuq havanı udaraq cəld çölə çıxdı. Görəsən, o, qızdırmaya tutulmayıb ki, bəlkə bütün bunları o, dəhşətli yuxuda görüb? Axı Allah götürməz ki, onun fağır bəndələri belə kölə vəziyyətinə düşsün! Yox,
O, yavaş-yavaş yamaca doğru qalxaraq Deninin evinə çatdı. Mətbəx isti və səliqəli idi. Madam Deni ona su qızdırdt, Vinsent yuyundu. Səhər yeməyinə ona buxarda bişirilmiş, dünəndən qalma dovşan əti verdi. Vinsentin yorğun və pərişan olduğunu görən madam Deni onun çörəyinə bir qədər yağ yaxdı. Vinsent yuxarı, öz otağına qalxdı. Yeməkdən sonra onun bədəninə xoş bir istilik yayıldı. Çarpayısı enli ve rahat idi, yastıqüzüləri dümağ ağarırdı. Divarlarda dahi sənətkarların şəkillərinin qravürleri asılmışdı. O, şifoneri açdı, dəstə-dəstə yığılmış köynəklərə, alt paltarlarına, corablara, jiletlərə nəzər saldı. Paltar şkafına yaxınlaşdı və İki cüt ayaqqabısına, qalın paltosuna və kostyumlarına baxdı. İndi başa düşdü ki, o yalançıdır, həm də qorxaqdır. O, kömürçıxaranlan inandırırdı ki, kasıblıq — ləyaqətdir, özü isə gör necə də rahat və firavan yaşayır. O, sadəcə ikiüzlü və boşboğazdır. Onun etiqadı, inamı vəziyyəti deyişmir, onlardan heç bir fayda yoxdur, Kömürçıxaranlar ona nifrət etməlidirlər, onu Borinajdan qovmalıdırlar. O özünü elə göstərirdi ki, guya onlann dərdinə şərikdir, özünün isə qəşəng, isti paltan var, rahat, yumşaq yorğan-döşəkdə yatır ve bir oturuma şaxtaçının bir həftəyə görmədiyi ləziz xörəklər yeyir. Bütün bu dəsgahı, bu rahatlığı öz əməyi ilə ödəmir. O yalnız boş-boş danışır, özünü yaxşı adam kimi qələmə verir. Borinaj- lılar onun bir sözünə də inanmalı deyillər, onun moizələrinə gəlməməli, onu öz pastorlan saymamalıdırlar. Bütün bu qayğısız, yüngül həyat onun sözlərini sanki yalan çıxarır. Deməli o yenə de, əvvəlkindən daha dəhşətli iflasa uğrayıb! tndi □, iki yoldan birini seçməlidir: nə qədər ki, kömürçıxaranlar onun yalançı, qorxaq köpək olduğunu başa düşməyiblər, gizlicə, gecə ilə, mümkün qədər də tez, Borinajdan qaçıb getməlidir, ya da bu gün onun gözünün qarşısında olanlardan nəticə çıxarıb həqiqətən də Allah adamı olmalıdır. O, bütün şeylərini şifonerdən çıxartdı və tələsik çamadana yığdı. Kostyumlarını, başmaqlannı, kitablarını və qravürlerini də oraya soxdu. Çamadanı stulun üstünə atıb küçəyə qaçdı. Yarğanın dibi ilə kiçik çay axırdı. Çayın o biri sahilindəki yamacda şam meşəsi göyərirdi. Meşənin içində bir neçə şaxtaçı daxması vardı. Yarım saat gəzib dolaşan Vinsent orada pəncərəsiz, boş qalmış taxta daxma tapdı. Daxma yarğanın üstündə, sıldırım bir yerdə tikilmişdi. Torpaq döşəməsi əvvəl burada yaşayanların ayaqlan altında döyəclənib bərkimişdi, kobud dirəklər üstə dayanmış tavanından qar əriyib
Vamın ətrafındakı dörd şaxtanın birləşdiyi “Şarbonaj beljik” şirkətinin direktoru Vİnsentin təsəvvür etdiyi qeder də xəsis heyvan deyildi. Doğrudur, bir qədər gombul idi, lakin onun xeyirxah, mehriban gözləri, bir qədər də günahkar ədaları vardı. Kömürçıxaranların ağır həyatı barədə Vİnsentin qızğın nitqini diqqətlə dinlədikdən sonra o dedi: - Mən bilirəm, cənab Van Qoq. Bu köhnə məsələdir. Adamlar ele bilir ki, daha çox qazanmaq məqsədilə biz onları qəsdən acından öldürürük, inanın ki, bu belə deyildir. İcazə verin, Parisdə beynəlxalq mədən sənayesi bürosunun buraxdığı diaqramları sizə göstərim. O, böyük bir kağız vərəqini stolun üstünə sərib barmağı ilə aşağıdakı göy xətti göstərdi. - Baxın, cənab Van Qoq, Belçikanın kömür mədənləri dünyada ən yoxsul mədənlərdir. Burada kömür çıxarılması o qədər çətinləşdirilib ki, indiki rəqabətdə mənfəət götürmək demək olar ki, ağlasığmazdır. Bizim istehsal xərclərimiz bütün Avropada ən yüksək, gəlirimiz isə ən aşağıdır! Siz başa düşürsünüzmü, biz kömürü tonu xeyli ucuz başa gələn şaxtaların satdığı qiymətə xınd etməyə məcburuq. Biz hər an müflis ola bilərik. Siz məni başa düşürsünüzmü? - Deyəsən, bəli. - Əgər biz şaxtaçıların haqqını gündə bir frank artırsaq, xərclərimiz kömürün bazar qiymətini vurub ötəcək. Onda biz mədənləri bağlamalı olacağıq. Belə olduqda, fəhlələr doğrudan da acından öləcəklər. - Sahibkarlar bir qədər az gəlir götürsələr olmazmı? Onda fəhlələrə də çox qalardı. Direktor qəmgin-qəmgin başını buladı. - Xeyr, cənab Van Qoq, Siz bılirsinizmi, şaxta nəylə yaşayır? Kapitalın hesabına, bütün başqa işlər kimi. Kapital isə gəlir verməlidir, yoxsa o başqa yerə axıb gedər. Hazııda “Şarbonaj beljik”in səhmləri cəmi üç faiz gəlir gətirir. Əgər dividendlər' heç olmazsa yarım faiz aşağı düşsə, sehm sahibləri özlərinə məxsus kapitalı geri götürərlər və şaxtalarımız bağlanar, çünki pulsuz İşləmək olmaz. Kömürçıxaranlar bir 1
1 Dividend - müəssisə şəriklərinin qoymuş olduqları kapitala görə götürdükləri mənfəət
downloaded from KitabYurdu.org
(1 Paho! Bu ki, cenab Vinsentdir ifrans.)
içirdilər. Qəhvə, çörək ve kəsmik — bunların naminə onlar gün ərzində on üç saat işləməli idilər. Vinsent artıq altı saat idi ki, vaxtım yerin altında keçirirdi. O, hava çatışmazlığından boğulur, istidən və tozdan taqətdən düşürdü. Hİss edirdi kt, bundan sonra on dəqiqə de dözə bilməz, Jak deyəndə ki, getmək vaxtıdır, çox sevindi. - Qaza nəzarət elə, Dekruk, — Jak gedərkən xəbərdarlıq etdi. — Əgər pis olsa, arteli yuxan çıxarmaq lazımdır. Dekruk boğuq səslə güldü. - Əgər kömürü şaxtadan yerin üstünə çıxartmasaq, onlar bizə iki frank yanm verərlərmi? Bu sualın cavabı yox idi, Dekruk bunu Vemeyİn özündən pis bilmirdi. Jak çiyinlərini çəkdi və qamı üstə yeraltı yolla süründü. Vinsent gözlərini tutmuş tərdən demək olar, irəlini görmürdü, kor- koranə onun dalınca gedirdi. Yanm saatdan sonra onlar qaldıncı qurğunun adamları ve kömürü çəkib çıxartdığı mədənin həyətində idilər. Jak at saxlanılan tövləyə döndü ve qara bəlğəm tüpürərək uzun müddət öskürdü. Şaxtadan qalxan qaldırıcı qurğunu quyudan çəkilən vedrəyə bənzədərək Vinsent dedi: - Heç nə anlamıram, Vemey, görəsən niyə bu adamlar şaxtadan belə bərk yapışıblar? Niyə başqa bir yera köçmürlər, başqa iş axtarmırlar? - Ah, əziz Vinsent, elə bilirsən başqa yerdə iş var. Başqa yerə də köçə bilmərik, bizim pulumuz yoxdur. Bütün Borinajda elə ailə tapa bilməzsiniz ki, heç olmasa dar gününə on frank qoymuş olsun. Biz harasa köçə bilsəydik de bunu bacarmazdıq. Bax, məsələn, dənizçi bilir ki, gəmidə onu hər cür təhlükə gözləyir, amma quruya ayağı dəyən kimi dəniz üçün darıxmağa başlayır. Eləcə də biz, cənab Vinsent. Biz öz şaxtalarımızı sevirik, bizə yerin altında, üstündə olduğundan daha yaxşıdır. Bizə lazım olan İsə dolanışığa çatan məvacib, qısa iş günü və yaxşı əmək mühafizəsidir. Qaldırıcı qurğu yuxan çatdı və dayandı. Qış gününün tutqun işığından kor kimi olmuş Vinsent qar basmış həyətdən keçib getdi. Əl- üz yuyulan yerdə güzgüyə baxanda gördü ki, o, peçin qapağı kimi qapqaradır. Ancaq o, yuyunmadı. Başına nə gəldiyini dərk etmədən ciyər dolusu soyuq havanı udaraq cəld çölə çıxdı. Görəsən, o, qızdırmaya tutulmayıb ki, bəlkə bütün bunları o, dəhşətli yuxuda görüb? Axı Allah götürməz ki, onun fağır bəndələri belə kölə vəziyyətinə düşsün! Yox,
67
onun gördüklərinin hamısı dəhşətli yuxudan başqa bir şey deyil! O, De- ninin evinin yanından keçdi, özü də hiss etmədən şaxtaçılar qəsəbəsinin çirkli dolanbaclarma girib Dekrukun daxmasına tərəf yollandı. Onun qapım döyməsinə əvvəlcə heç kim cavab vermədi. Sonra qapıda yaşma görə alçaqboy, altı yaşlı oğlan göründü. Amma bu solğun bənizli, zəif, sısqa uşaqda Dekrukun yaddaqalan çox qəribə döyüşkəp coşqunluğu duyulurdu. İki ildən sonra bu balaca oğlan hər səhər saat üçdə Markass şaxtasına düşəcək və vaqonları kömürlə dolduracaq. - Anam tenil dağına gedib, ~ oğlan nazik səslə dedi. - Mən isə körpələrə baxıram. Siz gözləməli olacaqsınız, cənab Vinsent. İki körpə döşəmədə oturub balaca taxtalarla ve iplərlə oynayırdı; əyinlərində yahnqat köynək vardı, soyuqdan gömgöy göyərmişdilər. Böyük oğlan peçə kömür atdı, peç yaxşı qızdırmırdı. Uşaqlara baxanda Vinsent sarsıldı. O, uşaqları çarpayıya uzatdı və çənələrinə qədər üstlərini örtdü. Vinsent özü de bilmirdi ki, bu miskin evə ııə üçün gəlib. Onu gözə görünməyən bir şey, təkcə bir şey, təkcə bir duyğu narahat edirdi: o nəsə etməliydi, bu adamlara ne isə demeliydi, ne yolla olur- olsun, onlara kömək etməliydi. Heç olmasa o hiss etdirməlidir ki, onların yoxsul həyatının bütün əzablarını başa düşür. Dekrukun arvadı evə qayıtdı, onun əlləri ve üzü qapqara idi. O, Vin- senti dərhal tanımadı. O qədər qaralmışdı ki, tanmmalısı qalmamışdı. Arvad yemək saxlanılan yeşikdən qəhvə çıxartdı, peçin üstündə qızdırdı. Bu xeyirxah qadına xoş gəlsin deyə, Vinsent acı dadan ilıq qəhvəni içdi. - Terril daha heç nəyə yaramır, cənab Vinsent, - Dekrukun arvadı şikayətləndi. - Şirkət bizə heç kömür qırıntısı da vermir. Bos uşaqlarımı neylə qızdınm? Pal-paltarları da yoxdur, yahnqat köynəkdən başqa. Bir də təlisdən tikdiyim bir-iki para şey. Təlis də onların bədənlərini qızarana qeder sürtür. Həmişə də çarpayıda saxlasaq, necə böyüyərlər. Vinsent qəhərləndi, bir kəlmə söz deyə bilmədi. Belə dəhşətli yoxsulluğu o hələ görməmişdi. Uşaqları soyuqdan donan bu qadına dualar və müqəddəs kitablar nə verə bilərdi? Görəsən Allah-taala hara baxır? Bu fikir ilk dəfə idi ki, Vinsentin ağlına gəlirdi. Onun cibində bir neçə frank vardı, o, pulları Dekrukun arvadına uzatdı. - Uşaqlara, zəhmət olmazsa, yun tuman alın, - dedi. Vinsent dərk edirdi ki, bu əlbəttə, heç nəyi dəyişməyəcək. Borinajda yüzlərlə uşaq soyuqdan donur. Dekrukun uşaqları da isti tumanları yırtandan sonra yenə de soyuqdan əsəcəklər.
68
69
damcılayırdı. Qışda bu daxmada heç kim yaşamırdı, ona görə də taxtaların arasındakı dəlmə-deşiklərdən buz kimi soyuq külək vururdu. - Bu kimin daxmasıdır? - Vinsent yolda rastlaşdığı qadından soruşdu. - Vamh bir tacirin. - Bilmirsiniz, bunun haqqı neçədir? - Ayda beş frank. - Çox gözəl. Men onu kirayə götürmək istəyirəm. - Axı, cənab Vinsent, siz burada yaşaya bilməzsiniz. - Niyə? - Axı... Axı tamam uçulub dağılır. Mənimkindən də betərdir. Bütün Kiçik Vanıda bundan pisini tapmaq olmaz. - Mənə də elə beləsi lazımdır. Vinsent Deninin evinə qayıtdı, indi elə bü bir balaca rahatlanmışdı, qəlbi de durulmuş kimi idi. O, yarğana gedib qayıdanadək madam Deni təsadüfən onun otağına girmiş, yığılmış çamadanı görmüşdü. - Cənab Vinsent, - onun qarşısına atılaraq dedi, - nə olub? Niyə siz belə tələsik Hollandiyaya getməyə hazırlaşırsınız? - Men Hollandiyaya getmirəm, Madam Deni, Borinajda qalıram. - Bəs onda nə olub? - qadının sifəti təəccübdən uzandı. Vinsent hər şeyi izah edəndə o, mülayim dedi: - İnanın Vinsent siz orada yaşaya bilməzsiniz, siz buna alışmamı- smız, tisus Xristosun vaxtından çox şeylər dəyişib, indi hamı daha yaxşı yaşamağa can atır, Gördüyünüz İşlərdən hamı bilir ki, siz doğrudan da yaxşı adamsınız. Vinsent yolundan dönməz idi. O, Vamdakt taciri axtarıb tapdı, daxmanı kirayə götürdü və ora köçdü. Bir neçə gündən sonra oiıa ilk qazancını — əlli frank! ıq çek göndərəndə o, ensiz taxta çarpayı və köhnə peç aldı. Bundan başqa özünü ayın axırınadok çörək, kəsmik və qəhvə ilə təmin etməyə pulu da qaldı. Rütubətdən qorunmaq üçün çardağa torpaq daşıdı, dəlik-deşikləri də kişlə tutdu, tndi o da bütün kömürçı- xaranlann daxmasına bənzər daxmada yaşayır, onların yediklərindən yeyirdi, onlarınkı kimi çarpayıda yatırdı. Vinsent onlardan heç nə ilə seçilmirdi. İndi onlara Allahın kəlamını yetirə bilərdi.
70
13Vamın ətrafındakı dörd şaxtanın birləşdiyi “Şarbonaj beljik” şirkətinin direktoru Vİnsentin təsəvvür etdiyi qeder də xəsis heyvan deyildi. Doğrudur, bir qədər gombul idi, lakin onun xeyirxah, mehriban gözləri, bir qədər də günahkar ədaları vardı. Kömürçıxaranların ağır həyatı barədə Vİnsentin qızğın nitqini diqqətlə dinlədikdən sonra o dedi: - Mən bilirəm, cənab Van Qoq. Bu köhnə məsələdir. Adamlar ele bilir ki, daha çox qazanmaq məqsədilə biz onları qəsdən acından öldürürük, inanın ki, bu belə deyildir. İcazə verin, Parisdə beynəlxalq mədən sənayesi bürosunun buraxdığı diaqramları sizə göstərim. O, böyük bir kağız vərəqini stolun üstünə sərib barmağı ilə aşağıdakı göy xətti göstərdi. - Baxın, cənab Van Qoq, Belçikanın kömür mədənləri dünyada ən yoxsul mədənlərdir. Burada kömür çıxarılması o qədər çətinləşdirilib ki, indiki rəqabətdə mənfəət götürmək demək olar ki, ağlasığmazdır. Bizim istehsal xərclərimiz bütün Avropada ən yüksək, gəlirimiz isə ən aşağıdır! Siz başa düşürsünüzmü, biz kömürü tonu xeyli ucuz başa gələn şaxtaların satdığı qiymətə xınd etməyə məcburuq. Biz hər an müflis ola bilərik. Siz məni başa düşürsünüzmü? - Deyəsən, bəli. - Əgər biz şaxtaçıların haqqını gündə bir frank artırsaq, xərclərimiz kömürün bazar qiymətini vurub ötəcək. Onda biz mədənləri bağlamalı olacağıq. Belə olduqda, fəhlələr doğrudan da acından öləcəklər. - Sahibkarlar bir qədər az gəlir götürsələr olmazmı? Onda fəhlələrə də çox qalardı. Direktor qəmgin-qəmgin başını buladı. - Xeyr, cənab Van Qoq, Siz bılirsinizmi, şaxta nəylə yaşayır? Kapitalın hesabına, bütün başqa işlər kimi. Kapital isə gəlir verməlidir, yoxsa o başqa yerə axıb gedər. Hazııda “Şarbonaj beljik”in səhmləri cəmi üç faiz gəlir gətirir. Əgər dividendlər' heç olmazsa yarım faiz aşağı düşsə, sehm sahibləri özlərinə məxsus kapitalı geri götürərlər və şaxtalarımız bağlanar, çünki pulsuz İşləmək olmaz. Kömürçıxaranlar bir 1
1 Dividend - müəssisə şəriklərinin qoymuş olduqları kapitala görə götürdükləri mənfəət
71
tikə çörəyə möhtac qalarlar. Gördüyünüz kimi, cənab Van Qoq, nə səhmdarlar, nə də şirkətin direktorları Borinajdakı dəhşətli əmək şəraiti üçün məsuliyyət daşımırlar. Bütün məsələ kömür laylarının pis yatımmdandır. Buna görə, mənə elə gəlir ki, yalnız Allahı günahlandırmaq lazımdır! Başqa vaxt olsaydı Vinsent bu küfr danışıqdan diksinərdi, İndi isə bunu qulaqardına vurdu. O, direktorun dediklərini götür-qoy edirdi. - Heç olmazsa, iş gününü qısaldın. Axı on üç saatlıq iş ölüm deməkdir. Tezliklə bir fəhləniz da qalmayacaq. - Cənab Van Qoq, biz iş gününü qısalda bilmərik, bu, əmək haqqının artmasına bərabərdir. Axı fəhlə gündə iki frank yanmın miiqahilinHa daha az kömür verəcək və bir ton kömürə olan xərclər artacaq. - Her halda şaxtaçıların aqibətini yüngülləşdirməyə imkanınız var. - SİZ əmək mühafizəsinimi deyirsiniz? - Düz tapmısınız. Bədbəxt hadisələrin sayını azaltmağı, əlbəttə, bacararsınız. Direktor yenə de qətiyyən əsəbiləşmədən başını buladı. - Xeyr, cənab Van Qoq, bacarmarıq. Biz yeni səhmlər buraxa bitmərik, çünki bizim dividendlər aşağıdır. Her cür təkmilleşdirmələrə əlavə xərci haradan alaq? Ah, cənab Van Qoq, həqiqətən de çıxılmaz vəziyyət alınır. Bu ümidsiz İşdir. Mən bu barədə min dəfə fikirləşmişəm. Nəticədə əqidəli katolikdən qatı ateistə çevrilmişəm. Başa düşə bilmirəm, her şeyə qadir olan Allah niyə qəsdən həyatda belə şərait yaradıb, heç bir ümid yeri qoymayan bütöv bir insan nəslini ömürlük köləliyə və yoxsulluğa məhkum edib. Vinsentin daha deməyə bir sözü yox idi. Dərindən sarsılmış halda ağır-ağır öz daxmasına getdi.downloaded from KitabYurdu.org

