Vinsent Van Qoq səhifə 5

10
Vinsent inandı ki, kömürçıxaranlar avamdırlar, - onların əksəriyyəti
oxumağı bacarmır, - amma cəsurdurlar, açıqürək ve qayğıkeşdirlər, işlərində
zirəklik göstərir və ağıl işlədirlər. Anq, qızdırmadan solmuş və üzülmüş bu
adamlar yorğun görünürdülər. Onların boz, xəstə üzləri (kömürçıxaranlar
günəşi yalnız bazar günləri görürdülər), xırda qara ləkələrlə çillənmişdi.
Məzlumlara məxsus, çuxura düşmüş məlul gözlərindən ümidsiz itaətkarlıq
yağırdı. Bu adamlar Vinsentde mərhəmət doğururdu. Onlarda brabantlılara,
Zyundert ve Ettenin sakinlərinə məxsus sadəlik, mehribanlıq və çox oxşarlıq
görürdü, Artıq bu yerlər ona darıxdırıcı gəlmirdi, başa düşürdü ki, Borinajın öz
siması, öz xarakteri var, o indi bunu bütün qəlbi ilə duyurdu.
Bir neçə gün ötdü. Deninin çörək dükanının arxasında, köhnə anbarda
kömürçıxaranlar ilk dəfə İbadətə toplaşdılar. Vİnsent döşəməni tərtəmiz
süpürmüş, skamyaları düzmüşdü. Kömürçıxaranlar saat beşə yığışmışdılar,
onlar arvad-uşaqlarını da özləri ilə gətirmişdilər, hamının boynunda şərf,
başlarında kepka vardı. Vinsentin öz ev sahibindən qısa müddətə götürdüyü
neft lampasının tutqun işığında onlar yerlərini tapıb oturdular. Vinsentin
Bibliyam necə vərəqlədiyinə baxdılar. Üşüməsinlər deyə qollarını sinələrində
çarpazlayıb, ovuclarını qoltuqlarının altında gizlətdilər və diqqətlə ona qulaq
asdılar. Vinsent ilk moizə üçün hansı mətni seçmək barədə çox fikirləşmişdi.
Nəhayət, o, “Apostollann əməli” üzərində dayanmışdı - bu on altıncı surənin,
doqquzuncu ayəsi idi “Bir gecə Pavel yuxu gördü; onun qarşısında
makedoniyalı bir kişi peyda oldu və ondan xahiş etdi: Makedoniyaya gəl və
bizim imdadımıza çat”.
- Dostlar, makedoniyalı adı altında biz qəm və kədərdən əzab və
əziyyətdən, yorğunluqdan üzü qırış-qırış olmuş bir zəhmətkeş başa düşməliyik.
Lakin onun çöhrəsindən gözəllik və nəciblik yağır, onun Ölməz ürəyi vardır,
onun heç vaxt tükənməyən qidaya - Allah kəlamına ehtiyacı var. Allah istəyir
ki, İisus Xristos kimi insan itaətkar olsun, yüksək məqsədlərə can atmasın, aza
qane olsun, Öz qəlbini zənginləşdirsin, yazılanların tələb etdiyi kimi, təyin
olunan gündə Allah dərgahına getməyə və rahatlıq tapmağa hazır olsun.
Qəsəbədə çoxlu xəstə vardı, hər gün Vinsent həkim kimi onlara baş
çəkİFdi; imkanı olanda onlara süd və ya çörək, isti corab və ya
55
ədyal gətirirdi. Kömürçıxaranların la sotte ievre1
adlandırdıqları qann yatalağı
və qara qızdırmanın döymədiyi qapı qalmamışdı, xəstələr sayıqlayır, yuxuda
çabalayııdılar. Tamam anqlamış, üzülüb yatağa düşmüş adamların sayı gündən-
günə artırdı.
Vaizi bütün kiçik Vam “cənab Vinsent” deyə çağırırdı. Bu sözlərdə ona
qarşı hem məhəbbət, həm də nə isə bir çəkinmə vardı. Hər dəfe çörək və
təskinlik gətirən Vinsent elə bir daxma yox idi ki, içəri girib xəstələrə qulluq
etməsin, bu bədbəxtlərlə birlikdə dua-sena oxumasın, günahkarları tövbəyə
çağırmasın. Milad günündən bir qədər əvvəl onun gözünə Markassın
yaxınlığında baxımsız qalmış at tövləsi sataşdı - buraya düz yüz nəfər dindar
sığışdırmaq olardı. Tövlə çox soyuq, səliqəsiz idi, lakin Kiçik Varam
kömürçıxaranlan lap qapının ağzına qədər dolmuşdular. Vinsent onlara
Vifleyemadan, yer üzündə sülhdən danışırdı. Borinajda olduğu altı həftə
ərzində ona aydın olmuşdu ki, kömürçıxaranların həyatı günü-gündən ağırlaşır,
amma o burada bir şeyə nail olmuşdu - bu soyuq tövlədə, hisli lampaların zəif
işığında, üzləri qapqara qaralmış, soyuqdan tir-tir əsən bu adamların qəlbinə
İsanın surətini həkk edə bilmiş, Allah dərgahına bağlanan ümid ilə onların
qəlbini isitmişdi.
İndi yalnız bir şey Vinsentin həyatını kədərləndirir, daim onu narahat
edirdi! O hələ də atasının hesabına yaşayırdı. Hər axşam o, dua edirdi ki,
tezliklə elə bir vaxt gəlsin ki, özünün kiçik ehtiyaclaram ödəmək üçün bir neçə
frank qazana bilsin.
Hava pisləşdi. Göy üzünü qara buludlar örtdü. Yağış elə bir şırnaqdan
tökülürdü, yollar palçıqla örtülmüşdü, palçıq şaxtaçıların daxmalarının torpaq
döşəmələrində də şappıldayırdı. Yeni ilin ilk günü Vama getmiş Jan-Batist
oradan Vinsentə məktub gətirdi. Zərfin üstündə yuxandan sol küncdə möhtərəm
Pİtersenin adı yazılmışdı. Həyəcandan titrəyən Vinsent yuxarıya, öz otağına
qaçdı. Yağış damı bərk-bərk döyəcləyirdi, lakin o, bunu eşitmirdi. Sanki qıc
olmuş barmaqları ile o, zərfi cırdı və məktubu oxudu.
''Əziz Vinsent!
Yevangelİst komitəsinə sizin fədakar işiniz məlum olduğundan komitə
yanvarın l-dən etibarən müvəqqəti olaraq altı aylığa, sizi Kiçik Vama vaiz təyin
edir, 1
1 Axmaq qızdıram ifrans.)
56
Əgər iyunun axırmadak har şey yaxşı getsə, siz daimi təyinat alacaqsınız.
O vaxtadək sizə ayda əlli frank verilməsi qərara alınıb.
Mənə tez-tez yazın və gələcəyə inamı itirməyin.
Sizə sadiq olan Pitersen ",
Vinsent məktubu əlində sıxaraq özünü çarpayıya saldı. O, yerə- göyə
sığmırdı. Axır ki, müvəffəqiyyət qazana bildi! Həyatda öz yolunu, Öz işini
tapdı! O lap çoxdan buna can atırdı, geriyə baxmadan, qətiyyətlə getməyə
ancaq gücü ve cəsarəti çatmırdı. O, ayda əlli frank alacaq, bu dolanmaq xərci və
ev kirayəsi üçün tamamilə kifayət İdi. Artıq beç vaxt özgənin hesabına yaşamaq
lazım gəlməyəcək, indi heç kəsdən asılı deyil.
Stolun arxasında əyləşdi, atasının yardımına daha onun ehtiyacı olmadığı,
valideynlərinə Özünün kömək edə biləcəyi barədə həyəcanlı, təntənəli bir
məktub yazdı. Məktubu yenicə tamamlamışdı ki, pəncərədəki işıqlar söndü,
Markas sın başı üstündə göy guruldadı, ildırım çaxdı. Vinsent pilləkənlərlə
aşağı cumdu, sevincdən sərxoş kimi mətbəxdən yüyürüb yağışın altına qaçdı.
Onun ardınca kandarda madam Deni göründü.
- Cənab Vinsent, hara belə? Paltonuzu geyinin, şlyapanızı da götürün!
Vinsent heç cavab da vermədi. O, yaxınlıqdakı təpəyə tərəf götürüldü və
üzüyuxarı dırmaşmağa başladı, qarşısında, demək olar, bütün Borinajı, onun
borularını, terrikonlanm, kiçik şaxtaçı daxmalarını gördü. Hər yerdə, indicə
şaxtadan çıxmış, qanşqa kimi qaynaşan qapqara insan fiqurları vurnuxurdu.
Uzaqda şam meşəsi qaralırdı, onların fonunda balaca ağ evlər, daha uzaqda
kilsənin milləri və köhnə yel dəyirmanı görünürdü. Ətrafda hər şey yüngül
dumana bürünmüşdü. Səmada süzən buludlar yerdə qəribə işıq və kölgə oyunu
oynayırdı. Borinajda otduğu müddət ərzində ilk dəfə Vinsent gördü ki,
qarşısında açılan mənzərə ona Mişlenin və Reysdalın tablolarını xatırladır.
ıı
İndi, artıq Vinsent rəsmi təyinat aldıqdan sotıra ona ibadətlər üçün daimi
yer lazım idi. Uzun axtarışlardan sonra o, şam meşəsindən keçən çığırın
kənarında, yarğanın lap dibində kifayət qədər böyük bir ev gördü; bu ev uşaq
salonu adlanırdı, nə vaxtsa burada uşaqlara rəqs
57
öyrədirmişlər. Vinsent özündə olan reproduksiyalar və qravürlərlə evi bəzəyib
selıqe-sahman yaratdı. Axşamlar Vinsent dörd yaşından səkkiz yaşınadek
balaca uşaqları buraya yığır, onlara oxumaq öyrədir, Bibliyadan mümkün qədər
sadə və aydın dildə bir əhvalat danışırdı. Uşaqların gördüyü de, öyrəndiyi də
elə bu idi.
- Görəsən haradan kömür tapaq? - Vinsent uşaq salonunu almaqda ona
kömək edən Jak Vemeydən soruşdu. — Uşaqlar soyuqdan donarlar, bir də ki,
peç yansa dindarlar burada axşamlar daha çox otura bilərlər.
Jak bir an fikirləşib dedi:
- Sabah gündüz bura gəlin, mən sizə kömür tapmağı öyrədərəm.
Ertəsi gün uşaq salonuna şaxtaçıların çoxlu arvadları ve qızları top-
laşmışdı. Hamı qara kofta ve yubka geyinmiş, başına göy yaylıq örtmüşdü, hər
kəs özü ile bir boş torba gətirmişdi.
- Cənab Vinsent, bu da sizin torbanız, — Vemeyin cavan qızı ucadan
dedi. - Siz də onu ağzınacan doldurmalısınız.
Onlar daxmaların arası ilə dolanbac cığırlarla üzüyuxarı yamaca qalxdılar,
təpənin başında Deninin çörəkxanasını ötüb keçdilər, ortasında Markass şaxtası
olan çölü də adladılar, dolanıb qara terrikona çatdılar. Burada hərə bir tərəfə
dağıldı və dağa çıxdılar, qarışqalar çürük kötüyə daraşan kimi onlar da dağı
bürüdülər. - Yuxan çıxın, cənab Vinsent, kömür oradadır, - Vemeyin qızı dedi.
- Aşağıda qalmayıb, neçə illərdir ki, oranı tərtəmiz təmizləmişik. Gedəyin, men
sizə kömürün yerini göstərim.
Qız dağa çəpiş kimi çox asanlıqla dırmandı, Vinsent isə az qala iməkləyə-
iməkləyə qalxırdı - terril də hey ayaqlan altında sürüşürdü. Vemeyin qızı
Vinsenti ötüb keçir, qabaqda oturur, dəcəllik edib yuxarıdan ona bir-birine
yapışmış gil parçalan atırdı. O, qəşəng, qırmızıya- naq, çevik bir qız idi: atası
usta olanda onun yeddi yaşı vardı. Ona bir dəfə də olsun şaxtaya düşmək
qismət olmamışdı.
- Cəld olun, cənab Vinsent, cəld olun, - o qışqırırdı, - yoxsa sizin torbanız
axıradək boş qalacaq!
Qız üçün bu, yalnız şən əyləncə idi: şaxta sahiblərinin şirkəti Vemeyə
kömürü ucuz qiymətə verirdi.
Lakin nə qız, nə də Vinsent piramidanın başınadək qalxa bitmədi, gah bu,
gah da o biri tərəfdən vaqonlar müəyyən fasilə ile buraya yaxınlaşır, boş
süxurları əndərirdilər. Kömür yığmaq o qədər də asan deyildi. Vemeyin qızı
bunun necə edildiyini Vinsentə göstərdi: əlin içinə terril yığıb bütün gərəksiz
şeyləri - qumu, daşı, gili barmaqların
58
arasında eləmək lazımdır. Kömür az idi. Şirkət heç nəyi tullamırdı. Şaxtaçıların
arvadları pula getməyən, ancaq belə kömürü yığıb apara bilərdilər. Qar və yağış
terrili islatmışdı. Çox keçmədi ki, Vinsentin elləri cıztq-cızıq oldu, sıyrıldı,
bununla belə, torbasının dörddə bir hissəsini doldura bildi, torbasmdakılann
ancaq kömür olduğuna şübhə etmirdi. Qadınlar isə torbalarını ağzına qədər
doldurmuşdu. Arvadlar torbalarını gətirib uşaq salonuna qoydular, özləri isə
tələsik evlərinə, şam yeməyi hazırlamağa dağılışdılar. Hamısı axşam moizəyə
qulaq asmağa gələcəklərinə və ərlərini də gətirəcəklərinə söz verdilər, Vemeyin
qızı Vinsenti şam yeməyinə dəvət etdi, o da məmnuniyyətlə razılaşdı. Vemeyin
yaşayış yeri iki hissəyə bölünürdü: birində peç, mətbəx avadanlığı, yemək qab-
qacağı vardı, o birində isə çarpayılar qoyulmuşdu. Jak çox kasıb olmasa da,
evində sabun yox idi. Vinsent yaxşı bilirdi ki, Borinajın sakinləri üçün sabun -
ağılasığmaz sərvətdir. Oğlanların şaxtaya getdikləri, qızlann isə terrildə
eşələndikləri gündən düz ölənədək borinajlılar heç vaxt üzlərini kömür tozundan
əməlli-başlı yumurdular.
Vemeyin qızı Vinsent üçün küçəyə bir ləyən soyuq su getirdi. O, səylə ol-
üzünü yudu. Əlbəttə, Vinsent bilmirdi ki, tər-təmiz yuyuna bilib ya yox, amma
stolun arxasına keçib qızın qarşısında oturdu, onun üzündə kömür tozunun və
hisinin qara izlərini gördükdə başa düşdü ki, özü də qızdan təmiz deyildir. Qız
bütün axşamı şən-şən danışır, hey üyüdüb-tökürdü.
- Görürsünüzmü, cənab Vinsent, - Jak dedi. — Siz iki aya yaxındır ki,
Kiçik Vamda yaşayırsınız, amma Borinajı əməlli-başlı tanımırsınız.
- Bu, doğrudur, - Vinsent itaətlə razılaşdı, - ancaq mənə elə gəlir ki,
buradakı adamları get-gedə daha yaxşı başa düşürəm.
- Mən başqa şey deyirəm, - Jak bumunun deşiyindən uzun bir tük çəkib
çıxartdı və maraqla nəzərdən keçirərək etiraz etdi. - Demək istəyirəm ki, siz
bizim heyatımıza yalnız üzdən bələdsiniz. Bu isə əsas məsələ deyildir. Axı biz
ancaq yerin üstündə yatırıq. Bizim həyatımızı lap yaxşı bilmək istəyirsinizsə,
gərək şaxtaya düşəsiniz, bizim nccə işlədiyimizi görəsiniz - səhər saat üçdən
axşam dördədək əlləşirik.
- Düzü şaxtaya düşməyi çox istərdim, - Vinsent dedi, - amma şirkət icazə
verərmi?
- Mən bu barədə soruşub öyrənmişəm, - qatran kimi qara, ilıq qəhvəni
qurtum-qurtum içən Jak ağzında bir tikə qənd cavab verdi. - Əməyin
mühafizəsinin necə təşkil olunduğunu yoxlamaq üçün sabah mən Marka&s
şaxtasına düşürəm. Məni səhər saat üçə on beş dəqiqə qatmış
59
Deninin evinin yanında gözləyin, sizi de özümlə apararam. Uşaq salonuna
Vemeylər ailəsi Vİnsentlə birgə getdilər; evdə, istidə sağlam ve qıvraq görünən
Jakı burada dəhşətli öskürək tutdu və geri qayıtmağa məcbur oldu. Anri Dekruk
Vinsentİ gözləyirdi; şikəst qıçım sürüyə- sürüyə peçin yanında qurdalanırdı.
- A-aa, cənab Vinsent, axşamınız xeyir! - o, Vinsentİ qarşıladı, təbəssüm
onun balaca qırışıq sifətini işıqlandırdı. - Bu peçi bütün Kiçik Vamda məndən
başqa heç kes yandıra bilmir. Onun dilini ancaq mən bilirəm. Lap çoxdan,
buralarda rəqslər təşkil olunduğu vaxtdan. Bu, çox məkrli peç olsa da, onun
hiylələri mənə bəllidir,
Torbalardakı kömür nəm çıxdı, həm də bunun çoxu kömür deyildi. Dekruk
peçi alışdıra bildi, ətrafa xoş isti yayıldı. Dekruk hələ də vurnuxurdu, başının
daz yeri qıpqırmızı qan rəngində idi,
Vinsentin uşaq salonundakı ilk moizəsinə qulaq asmağa, demək olar, Kiçik
Vamm bütün kömürçıxaranlan gəlmişdi. Skamyalarda boş yer qalmadıqda
qonşu evlərdən yeşik və stul gətirdilər. Üç yüzdən artıq adam yığışmışdı.
Vinsent kömür dalınca gedən qadınlara qızğın minnətdarlığını bildirdi, nəhayət,
öz məbədində moizə oxuduğuna ürəkdən sevinir, elə bəlağətlə və İnamla
danışırdı ki, borinajlılann qaş-qabaqlı sifətləri açılmağa başlayırdı.
- Qədim, lap qədim bir rəvayətdə deyilir ki, - Vinsent qarasifətli kö-
mürçıxaranlara deyirdi, - biz yer üzündə yalnız bir müsafirik. Bu, həqiqətən
belədir. Amma biz tək deyilik, çünki bizim atamız Allah həmişə bizimlədir, Bİz
bu dünyada bir səyyahıq, bizim həyatımız - bu göylər səltənətinə gedən uzaq
yoldur.
Sevincdən kədər yaxşıdır, çünki ürək sevinəndə de kədərlidir. Kef məclisi
ve şadlıq olan evə girməkdənsə, kədər və göz yaşı məskən salan evə girmək
yaxşıdır, çünki qəlbi yalnız dərd yumşaldır.
lisus Xristosa iman gətirənlərə kədər təkcə üz vermir, ümidlə birgə gəlir.
Hər an biz yenidən doğuluruq, hər an qaranlıqdan işığa irəliləyirik.
Bizi müsibətdən, bəladan qoru, ey yaradan! Bizə nə kasıblıq göstər, nə də
sərvət bəxş elə, bizə yalnız gündəlik ruzi ver.
Amin!
Vinsentə birinci Dekrukun arvadı yaxınlaşdı. Onun gözləri dolmuş,
dodaqları titrəyirdi.
- Cənab Vinsent, - o dedi, - mənim həyatım o qədər ağır keçib ki,
Allahımı da unutmuşdum. Amma siz onu yenidən mənə qaytardınız. Buna görə
sağ olun.
60

downloaded from KitabYurdu.org

Popular Posts