Vinsent van Qoq,səhifə 4

Ertəsi gün, şəhərin üzərinə axşam qaranlığı çökəndə Vinsent pəncərənin
önündə dayanıb Admiralhğı seyr edirdi. Solğun səmanın fonunda cərgə ilə
hündür və qamətli qovaq ağaclan görünürdü. “İndi ki, mən məktəb elminin
öhdəsindən gelə bilmirəm, - Vinsent Öz-Özünə fikirləşirdi, - bu o deməkdirmİ
ki, men faydasız, xeyirsiz adamam? Məgər Allaha məhəbbətlə ancaq yunan və
latın dillərimi bağlıdır?”.
Aşağıda Admİralltğm həyətində Yan əmi gəzişirdi. Uzaqda dok- larda
lövbər salan gəmilərin dor ağaclarının yanında isə qırmızı və boz monitorların
arasında qapqara qaralan “Atye”ni seçmək olurdu.
“Mən həmişə, bütün ömrüm boyu Allaha xidmət etmək istəyinəm, daha
üçbucaqlarla, çevrələrlə məşğul olmağa yox. Mən heç vaxt böyük məhəllə
kilsəsi və bəlağətli moizələr arzulamamışam. Mən binəsiblərə və əzabkeşlərə
kömək etmək istəyirəm, ele indicə, beş İldən sonra yox!”
Zəng çalındı, Admirallığın həyətindən fəhlələr dəstə-dəstə çıxmağa
başladılar. İşıqçı fənərləri yandırdı. Vinsent pəncərədən çəkildi.

Bu bir ilin ərzində atasının, Yan əminin, Strikker dayının ona çoxlu vaxt
ve pu! sərf etdiklərini yaxşı başa düşürdü. Əgər o, təhsildən əl çəksə, onlar belə
hesab edəcəklər ki, pulları havaya sovrulmuşdur.
Nə edəsən, o, vicdanla, var qüvvəsi ilə çalışırdı. Gün ərzində on iki
saatdan artıq işləməyə onun gücü çatırdı. Yəqin dərs oxumaq onunki- milərinin
məşğuliyyəti deyil. O, çox gec başlamışdı. Əgər Allahın kəlamım insanlara
çatdırsa, elə günü sabah vaiz olarsa, bunu onun uğursuzluğu kimi başa düşmək
olarım? Əgər o, ağrıyam sağaltsa, yorulam ruhlandırsa, günahkarı sakitləşdirsə,
dinsizi yolundan döndərsə, ondadamı uğursuz hesab olunacaq?
Qohumlar, əlbəttə, elə belə de deyəcəklər. Söyləyəcəklər ki, o, daim
uğursuz, avara ve nankor adamdır. Van Qoq nəslində qotur keçidir.
“Siz nə ile məşğul olsanız, - Mendes demişdi, - hər şeyi vicdanla
edəcəksiniz. Axırda Özünüzü tapacaqsınız, bu da həyatınızın təsdiqi olacaq”.
Gözüaçıq Key artır onda geridə qalmış, ucqar yerlərin məhdud keşişlərinə
məxsus nişanələri görmüş ve təəccüblənmişdi. Beli, o belə də olacaq, əlbəttə,
günü-günə satıb bütün arzu və istəklərinin boğulduğu Amsterdamda qalsa.
Vinsent yaxşı bilir ki, onun yeri hardadır. Mendes isə bu yeri tutmağa onda
cəsarət yaratdı. Qoy bütün yaxın adamları onu lənətləsinlər, indi bunun ona heç
dəxli de yoxdur. Məgər söhbət Allahdan gedəndə, adam özü barəsində düşünə
bilermİ? O, çamadanını cəld yığışdırdı, heç kəslə sağollaşmadan evdən çıxdı,
7
Möhtərəm Van den Brinkin, de Yonqun və Pitersenin daxil olduqları
Belçika yevangelist komitəsi Brüsseldə yeni, pulsuz məktəb açmaq fikrində idi,
burada şagirdlər ancaq yemək və mənzil üçün az miqdarda pul verməli
olacaqlar. Vinsent komitəyə müraciət etdi, onu məktəbə götürdülər.
- Üç aydan sonra, - möhtərəm Pitersen dedi, - siz Belçikanın harasındasa,
bir yerə təyinat alacaqsınız.
- Əgər o, kifayət qədər hazırlıqlı olsa, - möhtərəm de Yonq Pİter- senə
tərəf çevrilərək qaşqabaqla dilləndi.
De Yonq cavanlıqda dəyirmançı işləyərkən baş barmağını itirmişdi, bu da
onu ilahiyyat yoluna itələmişdi.
44
Vaizdən, cənab Van Qoq, hər şeydən ewəl adamlarla həm bəlağətli, həm 
də, başa düşüləcək tərzdə dartışmaq qabiliyyəti tələb olunur. - Möhtərəm Van 
den Brink xəbərdarlıq etdi. Bu söhbətin getdiyi kilsədən möhtərəm Pitersen 
Vinsentlə birgə çıxdı; göz qamaşdıran Brüssel günəşinin şəfəqləri hər İkisinin 
üzərinə düşəndə Pitersen onun qoluna girdi.
- Çox şadam ki, siz bizim məktəbə daxil olursunuz, mənim balam, -o 
dedi. - Belçikada görüləsi o qədər iş var ki, siz özünüzün gəndik çoş- ğunluğu 
itə burada çox lazım olacaqsınız.
Vinsent bilmirdi ki, onun canını qızdıran nədir, günəşin istisimi, yoxsa 
keşişin gözlənilməz xeyirxahlığı. Onlar her iki tərəfdən möhkəm qayaları 
xatırladan altımertəbə daş binaların arası ilə uzanan ensiz küçələrlə 
addımlayırdılar. Vinsent Pitersenə cavab verməyə söz tapmırdı. Nəhayət, 
Pitersen ayaq saxladı.
- Yaxşı, mən bu tərəfə getməliyəm, - o dedi, - bu da menim vizit 
vərəqəm, axşamlar, nə vaxt boş olsanız, bizə gəlin. Sizlə söhbət etməyə şad 
olaram.
Yevangeliya məktəbində Vinsent də daxil olmaqla cemi üç şagird vardı. 
Onları alçaqboy, ordlan batıq, anq Bokma müəllimə tapşırdılar, qəribə sifəti 
vardı, əgər onun qaşlarından çənəsinə qədər düz xətt çəkilsəydi bu xətt nə 
bumuna, nə də dodaqlarına toxunardı.
Vinsentin yoldaşları on doqquz yaşlı kəndli oğlanlar idi. Onlar bir- birilə 
çox tez dostlaşıb Vinsentİ ələ salmağa başladılar.
- Mən ürəyimdə mümkün qədər təvazökar olmaq istərdim - noutrir a moi￾meme,
1
- bir dəfə Vinsent hələ heç nədən şübhələnməyərək onlardan birinə 
dedi. Vinsentin fransız dilində olan mühazirələri necə əzbərlədiyini, yaxud da 
çox dərin, qəliz, qalın kitablar üzərində İşləyərkən necə qan-tərə batdığını 
izləyərək hər dəfə ondan söz çəkirdilər:
- Bu nədir, Van Qoq, yenə öz qınına qapılmısan?
Lakin ən kəskin toqquşmalar Vinsentlə Bokma müəllim arasında baş 
verirdi. Bokma öz şagirdlərindən məharətli natiq yaratmaq istəyirdi, evdə 
axşam hər kes moizə hazırlamalı, səhəri dərsdə oxumalı idi. Vinsentin 
yoldaşları gurultulu, lakin dayaz nitqlər yazır və inamla əzbər söyləyirdilər. 
Vinsent isə moizələri çox çətinliklə yazır, hər sətrə qəlbinin hərarətini 
hopdururdu. O, demək istədiyi hər fikri bütün varlığı ilə hiss etsə de, sinifdə 
cavab verərkən dili topuq çalırdı

1 Men öz aləmimdə ölmək istərdim (frans,)
45

Sizdən nə vaiz olacaq, Van Qoq, - Bokma onu danlayırdı, - əgər siz iki 
kəlməni bir-birinin ardınca qoşub deyə bilmirsinizsə?.. Sizə kim qulaq asacaq?
Vinsent bədahətən danışıqdan qəti imtina etdikdə, Bokma lap qəzəbləndi. 
Vinsent gecə yarıya qədər oturub moizəsini öyrənir, fransız dilində səylə daha 
dəqiq sözlər axtarıb tapır, daha məzmunlu etməyə çalışırdı. Ertəsi gün onun hər 
iki sinif yoldaşı heç bir çətinlik çəkmədən dəftərinə bir-iki dəfə gözucu 
baxmaqla, nicat və İisus Xristos haqqında danışdılar. Bokma razılıqla başını 
tərpətdi. Növbə Vinsentə çatdı. O, əlyazmasını açıb oxumağa başladı. Bokma 
heç qulaq asmaq istəmədi.
- Bunları sənə Amsterdamda öyrədiblər? Sən bil ki, Van Qoq, elə bir vaxt 
olmayıb ki, menim buraxdığım şagirdlərdən kimsə istənilən dəqiqədə, 
bədahətən danışa bilməsin və camaatı da ağlatmasın.
Vinsent bədahətən danışmağa başladı, elə həmin dəqiqə də fikrinin 
ardıcıllığım itirərək çaşdı. Şagirdlər xəcalət çəkmədən, onun hıqqınmağına 
gülüşdülər. Bokma da onlara qoşuldu. Amsterdamda keçirdiyi o əzablı ildən 
sonra Vinsentin əsəbləri çox korlanmışdı.
- Qulaq asm, cənab müəllim, - o dedi, - mən moizələri istədiyim kimi də 
oxuyacağam. Mən bu moizələri yaxşı yazıram, heç kəsə izn vermərəm ki, meni 
ələ salsın.
Bokma özündən çıxdı;
- Sənə necə əmr edirəmsə, elə da edəcəksən, - o bağırdı, - yoxsa buradan 
qovaram.
O vaxtdan bəri onların arasında açıq-aşkar döyüş başladı. Vinsent moizə 
moizə ardınca, tələb olunduğundan dörd dəfə artıq yazırdı, yuxusu ərşə 
çəkilmişdi. Gecələr yatağa girib uzanmağın da mənası yox idi. İştahadan da 
kəsilmişdi, arıqlamışdı, əsəbi olmuşdu.
Noyabrda onu məzunlara təyinat vermək üçün komitənin yığışdığı kilsəyə 
çağırdılar. Nəhayət, bütün çətinliklər arxada qalmışdı, yorğunluğa baxmayaraq 
o, Özündə razılıq hissi duyurdu. Kilsəyə daxil olanda sinif yoldaşlarının ikisini 
də orada gördü. Hörmətli Pitersen heç ona tərəf baxmadı, amma Bokmanın 
gözlərindən bədxahlıq yağırdı. Möhtərəm de Yonq Vinsentin şagird 
yoldaşlarını məktəbi uğurla bitirdiklərinə görə təbrik etdi və onların təyinatlannı 
verdi. Birini Xoxstraatenə, o birini İsə Etyexova göndərdi. Onlar qol-qola girib 
bayıra çıxdılar.
- Cənab Van Qoq, - de Yonq dedi, - komitə əmin deyil ki, siz 
ilahiyyatdan dərs deməyə qabilsiniz. Mən çox təəssüflənirəm, ancaq biz sizə 
təyinat verə bilməyəcəyik.

46

Sonsuz görünən sükutdan sonra Vinsent soruşdu:
- Məgər mən pis oxumuşam?
- Siz böyüyə itaət etməkdən imtina etmisiniz. Bizim kilsənin en başlıca
tələbi danışıqsız itaətdir. Bundan başqa siz bədahətən danışmağı
öyrənməmisiniz. Müəlliminiz belə hesab edir ki, siz vaizlik vəzifəsinə hazır
deyilsiniz.
Vinsent möhtərəm Pitersenə baxdı, o isə gözlərini harasa, pəncərəyə tərəf
dikmişdi.
- İndİ mən nə etməliyəm? - Vinsent ayn-aynlıqda heç kəsə müraciət
etmədən soruşdu.
- Siz yarım İl də məktəbdə qala bilərsiniz, - Van den Brink cavab verdi. -
Bəlkə ondan sonra...
Vinsent gözlərini aşağı dikib bir neçə yerdən cınq, kobud, enliburun,
başmaqlanna baxdı. Deməyə söz tapmadığından dönüb ümumi sükut içərisində
çölə çıxdı.
tti addımlarla bütün şəhəri adlayıb keçdi və Lakenə gəlib çıxdı, buraya
çoxlu emalatxanalardan səs-küy gəlirdi. Budur, evlər və tikililər arxada
qalmışdı, Vinsent açıq düzdə idi. Qocalıb əldən düşmüş, anq, ayaqlarını zorla
çəkən ağ bir at tənbəl-tənbəl vurnuxurdu. Ətraf sakit və boş idi. Yerdə at kəlləsi
vardı, bir az aralıda dərisoyamn komasının yanında bütöv bir skelet ağarırdı.
Vinsente hakim kəsilmiş donuqluq yavaş-yavaş əriməyə başladı, tələsmədən
elini qəlyana atdı. Tütünün tüstüsü ona qeyri-adi, acı təsir bağışladı. Yaxınlıqda
atılıb qalmış dirəyin üstündə oturdu. Qoca ağ at yaxınlaşıb onun çiyninə
toxundu. O da çevrilib atın boynunu tumarladı. Çox keçmədi, Allahı xatırladı,
bu ona təsəlli verdi ki, “lisus öz təmkinini tufanda da saxlayırdı, - öz-özünə
dedi. - Men tək deyiləm, Allah məni atmayıb. Bİr vaxt, necə olur olsun, men
Allaha xidmət etmək üçün öz yolumu tapacağam”.
O öz otağına qayıdanda, möhtərəm Pitersen onu orada gözləyirdi.
- Gəldim ki, sizi nahara dəvət edim, Vinsent, - o dedi.
Onlar evlərinə tələsən fəhlələrlə dolu küçələrlə İrəliləyirdilər. Sanki heç nə
olmayıbmış kimi, Pitersen ordan-burdan danışırdı. Vinsent qulaq asıb onun hər
kəlməsini qeyri-adi aydınlıqla dərk edirdi. Pitersen Vinsenti bədii
emalatxanaya çevrilmiş dəhlizə apardı. Divardan bir neçə akvarel asılmışdı,
küncdə də molbert dururdu.
- Necə? Deməli, siz şəkil çekirsiniz? - Vinsent ucadan dedi. - Mən bunu
bilmirdim.

47

Pitersen tutuldu.
- Mən sadəcə olaraq həvəskaram, - o dilləndi. - Əyləncə xatirinə, boş
vaxtlanmda hərdənbir çəkirəm. Ancaq xahiş edirəm, bu barədə mənim
həmkarlarıma bir şey deməyin.
Onlar nahara əyləşdilər. Pitersenin ürkək görkəmi on beş yaşında bir qızı
vardı, nahar vaxtı qız bir dəfə də olsun gözlərini boşqabdan qaldırmadı.
Pitersen tamam başqa şeylərdən danışırdı, Vinsent nəzakət xatirinə özünü heç
olmasa bir şey yeməyə məcbur edirdi. Birdən o, Piter- senə maraqla qulaq
asmağa başladı, heç hiss eləmədi ki, Pitersen söhbeti deyişib başqa mövzuya nə
vaxt keçdi.
- Borinaj, - ev yiyəsi dedi, - daş kömür şaxtaları rayonudur. Orada,
demək olar hamı kömür çıxarır. Kömürçıxaranlar, hər dəqiqə həyatlarını risqə
qoyurlar, qazanclan isə güc-bəla ilə dolanmağa çatır. Uçuq- sökük daxmalarda
yaşayırlar, arvad-uşaqları soyuqdan və aclıqdan əziyyət çəkirlər.
Vİtısent anlaya bilmirdi ki, Pitersen bütün bunlan nəyə görə ona danışır.
- Bu Borinaj haradadır? - o soruşdu.
- Belçikanın cənubunda, Monsun yaxınlığında. Bu yaxınlarda orada
olmuşam, sizi inandınram ki, Vinsent, Allah kəlamı və onları təskinləşdirən
adama ehtiyac duyulan bir yer varsa, o da Borinajdır.
Vinsentin nəfəsi kəsildi, tikəsi boğazında qaldı. Çəngəli stolun üstünə
qoydu. Görəsən Pitersen ona niyə belə əziyyət verir?
- Vinsent, - keşiş dedi, - nəyə görə siz Borinaja getməyəsiniz?
Cavanlığınızla, enerjinizlə siz daha çox xeyirxahlıq göstərə bilərsiniz.
- Bəs mən necə edim? Komitə...
- Başa düşürəm. Bu yaxınlarda mən atanıza yazıb her şeyi izah etmişdim.
Bu gün də cavab almışam. O, sizə ilk vaxtlar kömək etməyə hazır olduğunu
bildirir. Sonralar mən de sizin üçün Borinaja təyinat almağa kömək edərəm.
Vinsent ayağa qalxdı.
- Siz mənə təyinat düzəldəcəksiniz!
- Bəlİ, ancaq bunun üçün vaxt lazımdır. Komitə yaxşı İşlədiyinizi
görəndə şübhəsiz ki, yumşalacaq. Əgər yumşalmasa... Tezliklə de Yonqla Van
den Brink mənə müraciət edəcəklər, İşləri düşüb, mən də əvəzində onlara
deyəcəyəm... O yerlərdə yoxsullara, Vinsent, sizin kimi adam lazımdır, Allah
şahiddir ki, bütün yollar yaxşıdır, təki siz ora düşəsiniz!

48

Qatar cenub sərhədlərinə yaxınlaşarkən üfüqdə dağlar görünməyə başladı.
Flandriyanın yekrəng düzləri Vinsenti yorduğundan dağlan görəndə Özündə
sevinc və yüngüllük hiss etdi. Tezliklə anladı ki, bu dağlarda nə isə qeyri-adilik
var. Dağların hər biri sanki düzənlik yerin altından baş qaldırıb bir-biri ilə
yanaşı durmuşdu.
- Qara Misir, - Vinsent pıçıldadı, pəncərəyə sıxılaraq əcaib piramidalar
yığınına tamaşa etdi. O, qonşusuna tərəf çevrilib soruşdu:
- Bilmirsiniz, bu dağlar haradan əmələ gəlib?
- Niyə bilmirəm, - səmişin cavab verdi. - Onlar terrildən ibarətdir, -
kömürlə birgə çıxanlan bu süxuru burada belə adlandırırlar. Orada, lap zirvədəki
balaca vaqonları gorürsünüzmü? Baxın, görün nə edəcək.
O, sözünü qurtarmamış vaqon böyrü üstə çevrildi və piramida şəkilli dağın
döşünü örtdü, yanından qara bulud süründü.
- Bu dağlar bax beləcə böyüyürlər. - Vinsentin müsahibi davam etdi. -
Artıq əlli ildir ki, mən hər gün onlann yavaş-yavaş hündürə qalxdığını
izləyirəm.
Qatar Vamda dayandı, Vinsent vaqonun pillələrindən yerə sıçradı. Şəhər
ürəksıxan vadidə yerləşirdi, çəpəki şüalarını şəhərin üstünə salmış günəşin zəif
işığında Vinsent gordü ki, havada kömür tozundan sıx örtük asılıb, təpənin
yamacında üzüyuxarı iki sıra hisli kərpic binalar düzülmüşdü. Kərpic evlər
orada təpədə qurtarırdı, - Bu, Kiçik Vam idi.
Təpə İle üzüyuxarı addımlayan Vinsent sakitliyin hökm sürdüyü bu
yerlərdə çox az adam olduğuna təəccüb etdi. Bir nəfor kişiyə rast gəlmədi,
evlərin kandarında təkəmseyrək qadınlar dayanmışdı, onların bənizi solğun və
donuq idi.
Kİçİk Vam şaxta qəsəbəsi İdi. Orada, təpənin başında bircə daş ev vardı, o
da çörəkçi Jan Batist Deniyə məxsus idi. Vinsent də bu daş evə təıəf gedirdi.
Möhtərəm Pitersen bir vaxt Deniden Borinaja göndəriləcək yeni vaizi öz evinə
buraxacağı barədə razılıq məktubu almışdı.
Madam Deni Vinsenti çox yaxşı, gülərüz qarşıladı, onu acımış xəmir iyi
verən çörəkxanadan keçirib, yuxanda, lap damın altında onun üçün aynlmış
otağa apardı, pəncərədən Kiçik Vamda yeganə olan küçə görünür, arxa divar
boyunca eyri-üyrü yanqlar uzanırdı. Burada hər şey madam Deninin iri, işgüzar
elləri ile par-par parıldayana qədər yuyulmuşdu. Bu qadın ilk baxışdan
Vinsentin xoşuna gəldi. O, hədsiz

49

dərəcədə həyəcanlı olduğundan şeylərini açmadı, kobud taxta pillələrlə aşağı
mətbəxə endi və madam Deniye dedi ki, bir az gəzmək İstəyir,
- Amma şam yeməyinə gecikməyin, - qadın xəbərdarlıq etdi. - Bİz saat
beş tamamda yeməyə otururuq.
Madam Deni get-gedə Vinsentin daha çox xoşuna gəlirdi. Hiss edirdi ki, o,
hər şeyi başa düşən, mübahisəyə girməyi xoşlamayan adamlardandır.
- Mən tez qayıdacağam, madam, - o cavab verdi. - Bu yerlərə baxıb
görmək istəyirəm.
- Bu gün bizə bir nəfər yaxın dost gələcək, onunla tanışlıq pis olmazdı. O,
Markassda usta İşləyir, sizin işinizə fayda verən çoxlu, maraqlı şeylər danışa
bilər.
Qəsəbə ağappaq qann altında idi. Vinsent ətrafdakı şaxtaların daimi
tüstüsündən qaralmış bağlara və çölləri ayıran çəpərlərə baxa- baxa
addımlayırdı. Deninin evindən şərq tərəfdə, əksərən şaxtaçı komaları yerləşən
eniş dərin bir yarğana aparırdı; o biri tərəfdə, əksərən şaxtaçı komaları yerləşən
eniş dərin bir yarğana aparırdı; o biri tərəfdə geniş düz uzanırdı, düzün tən
ortasında isə terrildan dağ görünür, uzaqda Markass şaxtalarının boruları
qaralırdı, burada Kiçik Vamın sakinləri yaşayırdı. Düyünlü ağacların
kötüklərindən salınmış və tikanlı kollarla haşiyələnmiş yol dayaz dərədən keçib
gedirdi.
Markass şaxtası digər yeddi şaxta ilə birlikdə “Şarbonaj beljik” şirkətinə
məxsus idi, bura bütün Borinajda en qədim və ən təhlükəli yer sayılırdı. Bu
şaxta barəsində çox pis əhvalatlar danışılırdı: guya qaldırıcı qurğunu aşağı
salanda, yaxud yuxan qaldıranda, zəhərli qazdan, yaxud su içində boğulan
kömürçıxaranlann sayı-hesabı yox idi. Partlayışlar ve uçqunlar da tez-tez baş
verirdi, İki alçaq kərpic binada qaldırıcı kranlar işləyir, yuxanda kömür
çeşidləyir, vaqonlara doldururdular. Bir vaxt sanmtıl kərpiclərdən hörülmüş
hündür borular günün bütün iyirmi dörd saatını xeyli uzaqlara yayılan ağır, qara
tüstü püskürürdü. Markassın ətrafına kömürçıxaranlann uçuq-sökük komalan
səpələnmişdi, buradaca hisdən qapqara qaralmış, qupquru qurumuş seyrək
ağaclar vardı, hasarlar boyu küllük, zir-zibil, yararsız kömür yığını görünür,
bütün sahədə diqqəti cəlb edən qara piramida şəkilli terril dağı ucalırdı. Bura
çox cansıxıcı yer idi. Burada her şey ilk baxışdan Vinsentə kədərli, baxımsız
görünürdü.
- Buranı əbəs yerə qara ölkə adlandırmırlar, - o öz-özünə dedi.

50

Vinsent geri dönməyə macal tapmamış kömürçıxaranlar şaxtanın
darvazalarında görünməyə başladılar. Əyinlərində kobud nimdaş paltar,
başlarında dəri furajka vardı, qadınlar da kişilər kimi geyinmişdilər.
Bacatəmizləyənlər hamı qapqara idi, bircə işıldayan gözlərinin ağlan kəskin
surətdə seçilirdi. Yalnız indi anladı ki, onları niyə görə qara sifətli adamlar deyə
çağırırlar ve bu, əsassız deyil. Hələ dan yeri sökülməmiş yerin altındakı
zülmətə düşən bu adamların gözlərini İşdən sonra axşam günəşinin tutqun
şəfəqləri qamaşdırırdı. Onlar pis görür, ayaqlarım sürüyə-sürüyə çekir, öz
aralarında tez-tez kobudcasına danışırdılar. Bunlar üzlərinin sümükləri çıxmış,
belləri qoz olmuş, əlləri və ayaqlan anq adamlar idi.
Vinsent indi başa düşdü ki, qəsəbə ona niyə belə boş ve baxımsız təsiri
bağışlayır: Kiçik Vam heç də yarğan boyu səpələnən daxmalardan ibarət
deyildi, yerin altında, yeddi yüz metr dərinlikdə uzanan şəhər - labirint idi;
buradakı əhalinin, demək olar, hamısı günün çox hissəsini elə bu labirintdə
keçirirdi.
9
- Jak Vemey öz ağlı ilə cəmiyyətdə yerini tapıb, - madam Deni şam
yeməyində Vinsentə danışırdı, - qabaqkı kimi, İndi də kömürçıxaranlann dostu
olaraq qalır.
- Məgər cəmiyyətdə öz yerini tutanların hamısı fəhlələrin dostu deyil?
- Xeyr, cənab Van Qoq, hamı yox. Elə ki, bir nəfər Kiçik Vamdan Vama
çıxdı, o artıq her şeyə başqa gözlə baxır. Pul xatirinə o, sahibdən yapışır və
yaddan çıxarır ki, bir vaxtlar özü də kürək cəzası çəkən adamlar kimi şaxtada
taqətdən düşürdü, amma Jak həqİqətpərəst, vicdanlı adamdır. Bizdə tətil olanda
fəhlələr yalnız onu eşidirlər. Ondan başqa heç kimin məsləhətinə qulaq
asmırlar. Ancaq yazığın ömrünə çox qalmayıb.
- Ona ne olub ki? - Vinsent soruşdu.
- Adi işdir - vərəm. Heç bir şaxtaçı bundan yaxasını kənara çəkə bilmir.
Görəsən yazıq yaza çıxa biləcekmi?
Çox çəkmədi ki, Jak Vemey özü də gəldi. Bütün borinajlılar kimi o da
çuxura düşmüş qəmgin gözləri olan alçaqboy, donqar bir kişi idi. Burun
pərekləri və qulaqlarının içi tüklü, qaşları pırtlaşıq idi, başı

51

çoxdan dazlaşmışdı. Eşidəndə ki, Vinsent kömürçıxaranların taleyini
yüngülləşdirmək üçün göndərilən vaizdir, o, kədərli bir ah çəkdi.
- Ah, ilahi, - o, Vinsentə dedi, - bizə o qedər adam kömək etməyə çalışıb
ki... amma heç nə deyişməyib. Halımız zərrə qədər də yaxşılaşmayıb.
- Deməli, Borinajda yaşamaq ağırdır? - Vinsent soruşdu.
Jak bir az susdu, sonra cavab verdi:
- Mən özüm pis yaşamıram. Anam mənə oxumaq da öyrədib, buna görə
də usta olmuşam. Vama gedən yolun üstündə balaca kərpic evim var, qazancım
da yeməyimizə çatır. Şikayətlənməyə haqqım yoxdur.
Jak söhbətini kəsdi, öskürəyi gücləndikcə boğulmağa başladı; Vinsentə elə
gəlirdi ki, onun yastı sinəsi gərginlikdən bu dəqiqə partlayacaq. Bir neçə dəfə
qapının dalına keçdi, öskürüb bəlğəmi tüpürdü, sonra yenə də isti mətbəxdə öz
yerində oturdu, qulaqlarından və bumundan çıxan tükləri asta-asta
dartışdırmağa, qaşlarını didişdirməyə başladı.
- GÖrürsünüzmü, cənab, mən yalnız iyirmi doqquz yaşımda usta ola
bilmişəm. Ciyərlərim artıq o vaxtadək korlanmışdı. Amma son illəri o qədər də
pis yaşamamışam. Kömürçıxaranlar isə... - O, madam Deniyə çəpəki nəzər salıb
soruşdu: - Necə bilirsiniz, mən onu Anri Dekrukun yanma apanmmı?
- Əlbəttə, apar. O, bütün həqiqəti olduğu kimi, necə varsa bilsə pis olmaz.
Jak Vemey Vinsentə tərəf döndü və üzr istəyirmiş kimi dilləndi:
- Necə olursa-olsun, cənab, hər halda mən ustayam, onlara da hörmət
etməliyəm. Anri özü sizə bu barədə danışar.
Vinsent Jakla küçəyə çıxdı, gecənin soyuq havasını ciyərlərinə çəkə-çəkə
yarğana tərəf getdilər. Buradakı evlər çox miskin, taxtadan bir otaqlı idi. Plansız
və səliqəsiz halda yarğanın enişi boyu dar küçələr əmələ gətirmişdi: bu çirkabın
və qarmaqarışıqlığın içərisindən yalnız burada yaşayanlar yol tapa bilərdi. Jakm
ardınca addımlayan Vinsent elə hey daşların, tirlərin, zibil qalıqlarının üstünə
çıxırdı. Yarğanın dibinə çatmamış onlar Dekrukun evinin qabağında ayaq
saxladılar. Daxmanın arxa tərəfində, kiçik pəncərədən işıq gəlirdi. Onlar qapını
döydülər, səsə Dekrukun arvadı çıxdı.
Dekrukların koması başqalarının komasından heç nəylə fərqlənmirdi.
Döşəməsi torpaqdan, damı mamırdan idi, divara pərçimlənmiş kötüklərin
arasındakı dəlmə-deşiklərdən gələn küləyin qarşısını almaq üçün həsirlə
kəpitkələmİşdilər. Künclərdəki çarpayıların birində üç

52

uşaq yatırdı. Bütün avadanlıq girdə peçdən, taxta stoldan, skamyalardan,
stuldan, üstündə bir neçə çuxur, kassa və küpə olan divardan asılmış yeşikdən
İbarət idi. Dekruklar heç olmasa arabir ət yeməkdən ötrü Borinajın bütün
sakinləri kimi dovşan və keçi saxlayırdılar. Keçi uşaq çarpayısının altında
yatırdı, dovşanlar ise peçin dalındakı bir qucaq otun üstündə özlərinə yer eləyib
xumarlanırdılar.
Dekrukun arvadı qapının üst tayını açıb baxdı ki, gələnlərin kim olduğunu
ayırd etsin, sonra isə Jak ilə Vinsenti evə buraxdı. O da ərinin işlədiyi
qazmcaqda işləyirdi, onlar hələ evlənməmişdən xeyli qabaq kömür dolu kiçik
vaqonları nəzarət postuna daşıyan vəzifəsində İşləyirdilər. Qocalıb taqətdən
düşmüş, solğun benizli bu qadının hələ heç iyirmi altı yaşı tamam deyildi.
Jakla Vinsent içəri daxil olanda, çoxdan sönmüş peçin yanında oturan
Dekruk stuldan qalxdı.
- Nə yaxşı oldu, - o, belini dikeldərek Jaka dedi. - Çoxdandır bizə
gəlmirsən. Səni görməyimə çox şadam. Dostunla birlikdə xoş gəlmisən,
Dekruk həmişə lovğalanırdı ki, Borinajın bütün sakinlərindən bircə o,
şaxtada ölməyəcək. “Men qocalıb öz çarpayımda Öləcəyəm, - o tez-tez
deyərdi, - şaxta meni öldürə bilməz, mən ona can vermərəm”. Onun başının sağ
tərəfində sıx saçlarının arasından getdikcə dazlaşan kvadrat şəkilli iri yer
qızarırdı. Həmin qızartı bir dəfə şaxtaya enərkən qaldıncı qurğunun qırılıb ağır
daş kimi yüz metr dərinlikdə onun iyirmi doqquz yoldaşını həlak etdiyi
hadisədən yadigar İdi. Dekruk dörd yerdən sınmış ayağını hiss ediləcək
dərəcədə çekirdi, bir dəfə də qazıncaqda dayaqlar uçmuş, Dekruku beş gün
altında saxlamışdı. Sağ böyüründə, qara, cod köynəyinin altından gözə çarpan
şiş qızarırdı: bu, onun sınmış üç qabırğası idi, əməllicə yerinə salınmamışdı, -
bir dəfə mədən qazının partlayışı onu vaqonlara çırpmışdı. Heç nəyi vecinə
almayan, dalaşqanlığı ilə seçilən iradəli Dekruk İpə- sapa yatmayan adam idi.
O, haqsızlığa dözmədiyindən həmişə şaxta sahibləri barəsində nə ise kəskin
sözlər danışırdı, buna görə də onu ən ağu:, çətin kömür çıxardllan qazıncaqlara
göndərirdilər. Dekruk üçün nə qədər ağır olurdusa, o da sahibkara qarşı daha
artıq qızışırdı, gözəgörünməz, gizli, yaxud hər yerdə mövcud olan düşmənlərə
qarşı getdikcə alovlanırdı. Yumru çənəsinin böyüründə olan batıq onun çox da
böyük olmayan sifətini əyri gösterirdi.
- Beli, cənab Van Qoq, - o bildirdi, - bura gəlməkdə səhv eləməmisinİz.
Burada, Bormajda bizi heç qul yerinə də qoymurlar, bizi

53

heyvan hesab edirlər. Səhər saat üçdə Markass şaxtasına düşürük, növbə
ərzində, ancaq nahar edəndə on beş dəqiqə dincəlirik, sonra yenə də gündüz saat
dördədək əlləşirik. Ora qaranlıq, təndir təki istidir. Biz çılpaq işləyirik, hava
kömür tozu, zəhərli qazla doludur, nəfəs almaq mümkün deyil! Qazmcaqda
kömürü parçalayanda qəddin elə əyilir ki, heç dikələ də bilmirsən, hər şeyi dizi
üstə çöküb əyilmiş vəziyyətdə görürük. Oğul- uşaqlarımız da səkkiz-doqquz
yaşından şaxtaya gedirlər. On iki yaşına çatmamış hamısı da qızdırmalı, vərəmli
olurlar. Əgər bizi mədən qazı boğmasa, ya da qaldırıcı qurğu əzməsə, - o,
barmaqları ilə qızaran dazına toxundu, - biz qırx yaşına ancaq çatırıq, sonra da
vərəmdən gəbəririk. Vemey, düzünü deyin, sözlərimdə yalan yoxdur ki?
O, yerli ləhcə ilə elə əsəbi halda danışırdı ki, Vinsent onu çətinliklə başa
düşürdü. Gözləri hirsindən qaralsa da çənəsinin böyüründəki batıq onun üzünə
qəribə bir ifadə verirdi.
- Nə yalan ola bilər, canım, - Jak təsdiq etdi.
Dekmkun arvadı uzaq küncə çəkildi ve çarpayıya oturdu. Neft lampasının
tutqun şöləsi onun üzünü güclə işıqlandırırdı. Ərinin dediklərini min dəfə eşitsə
də, diqqətlə qulaq asırdı. İllərlə itələdiyi, sonu görünməyən kömür vaqonlan, üç
uşaq, həsirlə kepitkelenmiş komada soyuq qış günləri onu ram və laqeyd
etmişdi.
Dekruk şikəst ayağını sürüyə-sürüyə Vinsentə lap yaxınlaşdı:
—Onun müqabilində biz nə alırıq? Bir otaqlı daxma, bir də o qədər yemək
ki, külüngü əldə saxlamağa heyimiz çatsın. Yediyimiz nədən İbarətdir? Bır
parça çörək, üzsüz kəsmik, bir də qara qəhvə. İldə bir- iki dəfə ağzımız ətə çata￾çatmaya. Onlar hər gün bizdən əlli santim kəssələr, acından ölərik. Onlar üçün
kömür çıxarmağa gücümüz çatmaz, məhz buna görə də aylığımızı azaltmırlar.
Biz Allahın hər verən günü ölümlə üz-üzə gəlirik! Naçaqlayan kimi, cibimizə
bir frank belə qoymadan boynumuzun ardından vurub qovurlar, biz de acından
it kimi gəbəririk, dul arvadlarımıza və yetimlərimizə isə qonşular baxırlar.
Səkkiz yaşından qırx yaşınadək, düz otuz iki il dünya işığı görmədən yerin
altında oluruq sonra isə haradasa, elə buralarda, bu yaxınlarda həmişəlik,
ezabsız və eziyyetsız yenə də torpağın altında - qəbirdə.

54


downloaded from KitabYurdu.org

Popular Posts