Vinsent van Qoq,səhifə 3
Hər səhər Vinsent sübh tezdən durub Bibliyanı oxuyurdu. Saat beşə yaxın
o, admirallığın həyətinə baxan pəncərədən başım çıxarır, uzun, nizamsız
cərgələrlə həyətə axışan fəhlələrin qara bədənlərinə tamaşa edirdi. Zöyder Zeye
ile gəmilər gedib-gəlirdi, uzaqda, kəndin qurtaracağında Ey körfəzinin o biri
sahilində üzən boz yelkənli qayıqlar görünürdü.
Günəş qalxıb şəfəqləri ilə meşənin üstündəki boz dumanlan əridib yox
edəndə Vinsent pəncərədən çəkilir, səhər yeməyi adıyla bir tikə quru çörək
yeyir, üstündən bir stəkan pivə içir, yeddi saat oturub latın və yunan dillərini
öyrənirdi.
Dörd-beş saatlıq gərgin işdən sonra başı ağırlaşırdı, hərdən isti onu
çaşdırır, fikrini dolaşdırırdı. Ruhi sarsıntılarla dolu olan bütün bu İllərdən sonra
bilmirdi ki, müntəzəm və inadla məşğul olmağa özünü necə məcbur etsin. O,
qrammatikam günəş qürub edənə qədər əzbərləyirdi, elə bu vaxt da Mendes da
Kostanın dərsi başlayırdı. Vinsent adətən onun yanma Böytenkant küçəsi ilə
gedirdi. Kiçik Audözeyds kilsəsini,
litoqrafiya emalatxanaları yerləşən eyri-üyrü küçələrə çıxırdı.
Mendese baxarkən, Vinsent hər dəfə Röyperesin “İ i sus Xristos kimi”
tablosunu xatırlayırdı. Bu, ruhanilərə məxsus dərin çuxura düşmüş, ağıllı
gözləri, artıq nazik sifəti, yumşaq sivri saqqalı olan klassik yəhudi tipi idi.
Axşamtərəfi yəhudi məhəlləsi çox boğanaq olurdu. Yeddi saat yunan və latın
dillərini öyrənməyə sərf edən, daha bir neçə saatını holland tarixi və
qrammatikası üzərində itirən Vinsent Mendeslə şəkillər barədə danışmaq
istəyirdi. Bir dəfə o Öz müəlliminə Marisin “Xaç suyuna salınma” tablosunu
gətirdi.
Mendes “Xaç suyuna salınma” şəklini sümükləri çıxmış zərif barmaqları
ilə günəşin şüalandırdığı hündür pəncərədən düşən İşıq topasının altına tutdu.
- Bu yaxşıdır, - o, xirtdəkdən gələn yəhudi ləhcəsilə dedi. - Burada
ümumi dini ruh əhatə olunub.
Vinsent dərhal yorğunluğu unutdu. O, Marisin yaradıcılığından ruh
yüksəkliyi ilə danışmağa başladı. Mendes sakitcə başını tərpətdi. Axı Vinsente
latın və yunan dillərini öyrətdiyinə görə möhtərəm Strikker ona çoxlu pul
verirdi.
- Vinsent, - o, sakitcə dedi, - Maris əla rəssamdır, amma vaxt keçir, yaxşı
olmazmı ki, işə başlayaq? Siz necə bilirsiniz?
Vinsent razılaşmağa məcbur oldu. İki saatlıq dərsdən sonra evə qayıdanda
o tez-tez ayaq saxlayır, xarratların, dülgərlərin və gəmiqayı- ranlarm işlədikləri
binaların pəncərələrinə baxırdı. Çaxır anbarının qapısı taybatay açıq idi,
adamlar ellərində fənər ora girib-çıxır, qaranlıqda yox olurdular.
Yan əmi bir həftəliyə Xelvoyrta getmişdi. Bir axşam Vinsentin ad-
mirallığın həyətində böyük evdə tək qaldığından xəbər tutan Key ve Vos onun
yanına gəlib onu nahara dəvət etdilər.
- Yan əmi qayıdanadək her axşam bizə gelin, - Key dedi. - Anam xahiş
edir ki, siz hər bazar günü kilsədə İbadətdən sonra bizimlə nahar edəsiniz.
Nahardan sonra hamı kart oynayırdı, Vinsent oynaya bilmədiyindən sakit
bir guşədə oturub Ogüst Qryuzonun “Səlib yürüşlərinin tarix” kitabını
oxuyurdu. Oturduğu yerdən o, Keyi görür, onun çox mənalı, çevik gülüşlərini
izləyirdi. Key yerindən durub ona yaxınlaşdı.
- Siz nə oxuyursunuz, Vinsent xalaoğlu?
Vinsent kitabın adını çekib əlavə etdi:
Key gülümsədi. O həmişə bu qəribə ədəbi müqayisələri qarışdırır.
- Niyə bəs Teys Marisin ruhunda? - Key soruşdu,
- Oxuyun, onda görəcəksiniz ki, müəllifin qayanın üstündə təsvir etdiyi
qədim qəsr, payız meşəsinin qaranlığı, uzaqda qaralan çöllər və ağ atın dalmca
qaçan əkinçi necə də Marisin tablosuna oxşayır.
Key səhifəni oxuyarkən Vinsent qız üçün kreslo gətirdi. O, Vİnsentə
baxdı, qızın fikirli göy gözləri getdikcə tünd rəngə çalırdı.
- Beli, - o dedi, - bu Marise oxşayır. Yazıçı ve rəssam müxtəlif va-
sitələrdən İstifadə etsələr də, eyni fikri ifadə edirlər. Vinsent kitabı götürdü və
cəld barmaqlarını səhifədə gəzdirdi.
- Bir baxın, bu sətirləri Mişledə, ya da Karleyldə tapmaq olar!
- Bilİrsinizmİ, Vinsent xalaoğlu, az təhsil görmüş bir adam üçün siz
təəccüb doğuracaq qədər savadlısınız. Siz İndi də çox oxuyursunuz?
- Xeyr, əlbəttə, istərdim, ancaq bacarmıram. Düzünü desəm, indi bu
mənə artıq lazım da deyil, bütün bunları hər kitabdan daha gözəl ve mükəmməl
olan İncildə tapmaq olar.
- Oh, Vinsent, - Key cəld ayağa durub dedi, - bu heç sizə oxşamır.
Vinsent təəccüblə gözlərini ona zillədi.
- Atam sizə fikrinizi toplayıb belə şeylər barəsində düşünməməyi desə də,
siz “Səlib yürüşlərinin tarixi”ndə Teys Marisi axtararkən menim daha çox
xoşuma gəlirsiniz. Ancaq İndi kİf basmış kənd keşişi kimi danışırsınız.
Vos onlara yaxınlaşıb dedi:
- Kartlar paylanıb, Key.
Key ani olaraq Vinsenrin qaşlan altında parıldayan közərmiş kömür kimi
qığılcım saçan gözlərinə baxdı, sonra da ərinin əlindən tutub kart
oynamağa getdi.
4
Mendes da Kosta Vinsentin onunla ümumi mövzularda danışmağı
xoşladığını yəqin etdiyindən həftədə bir neçə dəfə bəhanə tapıb dərsdən sonra
öz şagirdini ötürürdü.
Bir dəfə o, Vinsenti şəhərin en maraqlı hissəsinə apardı. Bura şəhərin
ucqan idi. Vondel parkının yaxınlığındakı Leydən limanından vağzala qədər
uzanırdı. Burada kiçik həyətyanı bağçası olan çoxlu
rayonda sıx idi. Ensiz kanallar küçələri tez-tez kəsirdi.
- Yəqin ki, belə bir yerdə keşiş işləmək çox yaxşıdır, - Vinsent dedi.
- Beli, - Mendes qəlyanını dolduraraq cavab verdi və üçbucaq tənbəki
kisəsini Vinsente uzatdı. - Bu adamlara Allah, din daha vacibdir, nəinki bizim
varlı məhəllələrdə yaşayan dostlarımıza.
Onlar Yaponiyadakı balaca körpülərə oxşayan yüngül taxta körpülərin
üstü ilə gedirdilər. Vinsent ayaq saxladı ve soruşdu:
- Siz bununla ne demək istəyirsiniz, minxer?
- Bu fəhlələrin, - o, əli ilə havanı yüngülcə yararaq cavab verdi, -
həyatları ağırdır. Əgər onlar xəstələnsələr, həkimə verməyə pulları yoxdur.
Əgər bu gün işləməsələr, sabaha çörək pulları olmayacaq, işləri də ağırdır.
Yaşayış yerləri gördüyünüz kimi çox darısqaldır. Ehtiyac ve bədbəxtlik həmişə
qapılarının astanasını kəsdirir. Həyat öz rifahından onlan məhrum eləyib,
onlara təsəlli vermək üçün Allah lazımdır.
Vinsent qəlyanını yandırıb kibriti kanala atdı,
- Bəs o biri məhəllalerdəki adamlar? - o soruşdu.
- Onlar yaxşı geyinirlər, firavan yaşayırlar, qara gün üçün həmişə pullan
var. Onların təsəvvürlərində Allah yer üzündə qurduğu işlərdən tamam razı
qalan varlı bir qocadır.
- Bir sözlə, - Vinsent dedi, - onlar bir qədər kif atıblar.
- Nə daraşırsınız! - Mendes dilləndi, - Mən bunu demirəm.
- Amma mən deyirəm.
Həmin gecə Vinsent yunan kitablarını qarşısına tökdü, gözlərini divara
zilləyib uzun müddət lal-dinməz oturdu. O, Londonun viranə- liklərini,
çirkablarını, dilənçiləri, özünün vaiz olmaq, yoxsullara kömək etmək arzusunu
xatırladı. Sonra o, Strikker dayının məhəllə kilsəsinə gələnləri yadına saldı. Bu
varlı, savadlı adamlar heyatın rifahının dadım və ondan İstifadə etməyin
yollarım bilirdilər. Strikker dayının moizələri çox gözəl idi, onlar həqiqətən də
təsəlli verirdi, lakin onun camaatı arasında təsəlliyə ehtiyacı olan vardımı?
Vinsentin Amsterdamda yaşamağa başladığı gündən yanm il keçmişdi. O,
artıq dərk etməyə başlamışdı kt, səylə çalışmaq, çox çətin kİ, təbii bacarığı
əvəz edə bilsin. Lüğətləri və qrammatikanı bir yana itələyib cəbrə girişdi.
Gecəyarısı Yan əmi gəldi:
- Gördüm otağından işıq gəlir, - vitse-admiral dedi, - qarovulçu bildirdi
ki, sən səhər saat dörddə Admirallıqda gəzişirdin. Gündə neçə saat işləyirsən?
- On iki saat! ~ Yan əmi başmı buladı. Onun üzü getdikcə kədərlənirdi.
Van Qoq nəslində küt və uğursuz adamın olmasi fikri vitse- admirala ağır
gəlirdi, bu fikirlə barışmaq istəmirdi. - Bəs niyə belə çox?
- Ne tələb olunursa, hamısını etmək lazımdır, Yan əmi.
Yan eminin pırpız qaşları dartıldı.
- Yaxşı necə olur-olsun, - o dedi, - mən valideynlərinə söz vermişəm ki,
sənin qayğına qalım. Ona görə də zəhmət çek yat, heç vaxt belə gecəyə qalma.
Vinsent dəftərləri geri itələdi. Ona ne yuxu gərəkdi, nə sevgi, nə mərhəmət, nə
də əyləncə. Ona bu latın və yunan dillərini, cəbri və qrammatikam əzbərləmək
lazım idi ki, imtahanları verib Universitetə daxil olsun, keşiş adına layiq
görülsün, başlasın Allaha xidmət etməyə.
5
Mayın əvvəllərində, Amsterdamda düz bir il yaşadıqdan sonra Vinsent
hiss etdi ki, elmlərə yiyələnmək onun işi deyil. Bu, hələlik faktın etirafı deyildi,
sadəcə olaraq uğursuzluğun təsdiqi barədə anlaq idi, hər dəfə o bu barədə
fikirləşəndə bundan canını qurtarmağa çalışır, beynini daha ağır işlərlə
yükləyirdi.
Söhbət yalnız çətinliklərdən, onların öhdəsindən gəlməyin baca-
rıqsızlığmdan getsəydi o, qətiyyən narahat olmazdı. Lakin onu gecə və gündüz
başqa sual düşündürürdü: məgər o, Strikker dayı kimi ağıllı, tərbiyəli ruhani
pastor olmaq istəyirmi? Əgər o hələ bütöv beş İl hallanmalar, cəbri düsturlar
üzərində baş-beynini yoracaqsa, onda yoxsullara, məzlumlara, mənəvi zülmə
düçar olanlara kömək etmək arzusu necə olsun?
Bir dəfə, mayın son günlərində, dərslər sona yetəndə Vinsent Mendesə
dedi:
- Minxer da Kosta, vaxtınız varmı bir az gəzişək?
Mendes Vinsentin necə iztirab çekdiyini duyurdu, hiss edirdi ki, bu gənc
ne ise bir qərara gəlməlidir.
- Əlbəttə. Menim de ürəyimdən keçirdi. Yağışdan sonra hava o qədər
təmizdir ki, məmnuniyyətlə sizinlə gəzişərdim.
Mendes yun şərfini boynuna doladı, hündür yaxalıqlı qara paltosunu
geydi. Onlar üç yüz il bundan əvvəl Barux Spinozanın qovulduğu sinaqoqun
yanından keçib gedirdilər, bir neçə məhəllədən sonra
qalarkən səsini qaldırmadan dedi:
- O, ehtiyac içində, səfil kimi öldü.
Vinsent cəld ona baxdı. Mendes işin mahiyyətinə, söz düşməmişdən, daha
tez varmağa bacarırdı. Bu adamın qeyri-adi iti ağlı vardı, eşitdiyi hər şey,
görünür şüurunun ən gizli dərinliklərində Özünə yuva sala bilirdi. Yan əmi və
Strikker dayı bambaşqa adamlar idi, onlara nə desən, sanki divara dəyib qayıdır,
ya “hə”, ya da “yox” cavabı verirdilər. Mendes isə mütləq əvvəlcə senin fikrini
öz qədim müdrikliyinin darin quyusuna saldıqdan sonra cavab verəcəkdi.
- Hər halda o, xoşbəxt ölüb, - Vinsent dilləndi.
- Əlbəttə, - Mendes razılaşdı, - o özünü bütünlüklə ifadə edərək nə
yaratdığını gözəl bilirdi. O öz zəmanəsində buna nail olan yeganə adam idi.
- Nə olsun ki, o Özünə qiymət qoya bilirdi. Bəlkə səhv edirdi? Bəlkə
dünya onu rədd etməkdə haqlı idi.
- Bunun heç bir əhəmiyyəti yox idi. Rembrandt yaratmaya bilməzdi. O,
yaxşı çekirdi, ya pis - bu vacib deyildi, amma məhz rəssamlıq onu adam etdi.
Sənətin dəyəri də bundadır, Vinsent. Rəssama özünü təsdiqləməyə imkan verir.
Rembrandt, heyatının mənası, məqsədi hesab etdiyini yaradıb, onun bəraəti də
bundadır. Hətta onun sənətinin heç bir qiyməti olmasaydı belə, öz arzusunu
boğub min dəfə bundan səmərəli həyat sürər, Amsterdamın ən varlı taciri
olardı.
- Tamamilə doğrudur.
- Əgər Rembrandtın eserləri bu gün bütün dünyaya sevinc bəxş edirsə, -
Mendes öz fikrini genişləndirməyə başladı, - artıq bunun Rembrandta heç bir
dəxli yoxdur. Onu hətta qəbirdə İncitdiklərinə baxmayaraq o, öz həyatım
büsbütün yaşayıb, öz işini görüb. Onun həyatının kitabı bağlandı və bu, necə də
gözəl kitab idi! Onun şəkillərinin məziyyəti onun ləyaqətində deyil, onun
inadkarlığında və ideyaya seda- qətindədir.
Ey körfəzinin yanında dayandılar, fəhlələrin əl arabalarını qumla necə
doldurduqlarına tamaşa etdilər, sonra da sarmaşıqlı bağ çəpərlərinin arası ile
uzanan darısqal küçələrlə xeyli yol getdilər.
- Bəs cavan adam özünün doğru yol tutub-tutmadığım necə bilsin? Fərz
edək ki, o har hansı bir işi heyatının mənası hesab edir, sonra isə bu işə
yaramadığına emin olur, onda?
parıldayırdı.
- Baxın, Vinsent, boz buludların üzərinə güneşdən necə qırmızı işıq
düşür! - dedi.
Onlar limana çıxdılar. Zoyder Zöyede qürubun fonunda həm gəmilərin dor
ağacları, hem də sahildəki evlər və ağaclar əks olunurdu. Mendes qəlyanını
doldurdu və tənbəki kisəsini Vinsentə uzatdı.
- Mən çəkirəm, mİnxer, - Vinsent dedi.
- Hə, doğrudan da. Bəlkə bənd boyu Zeyburqadək gedək? Yəhudi
qəbiristanı ordadır, menim qohumlarımın qəbirlərinə də baş çəkərik.
Onlar dinməzcə irəliləyirdilər, qəlyanlarından qopan tüstünü külək ətrafa
yayırdı.
- Heç nəyə qəti inam yaratmaq olmaz, Vinsent, - Mendes dedi. - Yalnız
özünüzdə qüvvə və cəsarət toplamalısınız ki, doğru hesab etdiklərinizi həyata
keçirmək mümkün olsun. Ola bilər ki, bu yolda sizin səhviniz də var, amma hər
halda nə etmək istədiyinizi yerinə yetirirsinizsə, bu əsasdır. Sİz ağlınızın
iradəsinə qulaq asmalısınız, bundan nə çıxacağını qoy Allah özü ayırd etsin.
Əgər əminsiniz ki, necə olur- olsun sizin istedadınız ancaq Allaha xidmət işinə
həsr edilməlidir, onda bu inamınız sizin üçün yeganə istiqamət olmalıdır.
Özünüzə inanın və qorxmayın.
- Əgər mən kifayət qədər hazır deyilemse?
- Allaha xidmətə kifayət qədər hazır olmağımı deyirsiniz? — Güclə
sezilən təbəssümlə Mendes bir də soruşdu.
- Xeyr, universitet təhsilli, savadlı kilsə xadimi olmaq üçün kifayət qədər
hazır olmadığımı nəzərdə tuturam.
Mendes heç de Vinsentə məsləhət vermək fikrində deyildi, o yalnız
ümumi şəkildə onunla söhbet etmək istəyirdi, sonra qoy gənc özü- özünə həyat
yolu seçsin. Onlar yəhudi qəbiristanına çatdılar. Burada hər şey sadə idi, hər
yerdə qədim yəhudi dilində yazılmış, ətrafında kəndalaş kolları bitmiş qəbir
daşları görünürdü, orda-burda ləkə kimi hündür sıx ot qaralırdı. Mendesle
Vinsent da Köstlar ailəsi üçün ayrılmış sahədəki daş skamyaya yaxınlaşdılar və
oturdular. Vinsent qəlyanı cibində gizlətdi. Qəbiristan bu axşam adamsız
görünürdü, sakitliyi pozan səs-səmir yox idi.
- Hər kəsin özünəməxsus ne isə bir şeyi olur, özünün təkrarolunmaz
xarakteri, Vinsent, - Mendes valideynlərinin rahat yatdıqları məzarlara baxaraq
dedi. - Əgər insan bununla razılaşırsa, o, nə edirse-
etdirsəydiniz, xarakterinizə görə siz yaxşı satıcı olardınız. Allaha xidmət
etmənizlə də belə. Vaxt gələcək hansı yol seçməyinizdən asılı olmayaraq, siz
özünüzü təsdiq edə biləcəksiniz.
- Əgər men Amsterdamı tərk edib peşəkar keşiş olmasam?
- Bunun əhəmiyyəti yoxdur. Siz Londona gedə bilərsiniz, orada vaiz de
olarsınız, mağazada da qulluq edərsiniz, yaxud da Brabantda kəndçiliklə məşğul
ola bilərsiniz. Nə ilə məşğul olsanız, hər şeyi vicdanla edəcəksiniz. Mən sizin
təbiətinizdə nə isə yaxşı bir şey duyuram, siz əsil İnsan olacaqsınız. Ola bilsin,
bir neçə dəfə müvəffəqiyyətsizliyə uğrayasınız, amma axırda özünüzü
tapacaqsınız, bu, heyatınızın təsdiqi olacaq.
- Çox sağ olun, minxer da Kosta. Bu söhbət menə çox kömək etdi!
Mendes soyuqdan büzüşmüşdü. Onların oturduqları daş skamya
buza dönmüşdü, günəş çoxdan dənizin arxasında gizlənmişdi. Ayağa qalxdılar.
- Gedək, Vinsent, - Mendes dedi.
downloaded from KitabYurdu.org
o, admirallığın həyətinə baxan pəncərədən başım çıxarır, uzun, nizamsız
cərgələrlə həyətə axışan fəhlələrin qara bədənlərinə tamaşa edirdi. Zöyder Zeye
ile gəmilər gedib-gəlirdi, uzaqda, kəndin qurtaracağında Ey körfəzinin o biri
sahilində üzən boz yelkənli qayıqlar görünürdü.
Günəş qalxıb şəfəqləri ilə meşənin üstündəki boz dumanlan əridib yox
edəndə Vinsent pəncərədən çəkilir, səhər yeməyi adıyla bir tikə quru çörək
yeyir, üstündən bir stəkan pivə içir, yeddi saat oturub latın və yunan dillərini
öyrənirdi.
Dörd-beş saatlıq gərgin işdən sonra başı ağırlaşırdı, hərdən isti onu
çaşdırır, fikrini dolaşdırırdı. Ruhi sarsıntılarla dolu olan bütün bu İllərdən sonra
bilmirdi ki, müntəzəm və inadla məşğul olmağa özünü necə məcbur etsin. O,
qrammatikam günəş qürub edənə qədər əzbərləyirdi, elə bu vaxt da Mendes da
Kostanın dərsi başlayırdı. Vinsent adətən onun yanma Böytenkant küçəsi ilə
gedirdi. Kiçik Audözeyds kilsəsini,
36
Köhnə və Cənub kilsələrini dolanıb dəmirçixanalar, çəllək sexləri vəlitoqrafiya emalatxanaları yerləşən eyri-üyrü küçələrə çıxırdı.
Mendese baxarkən, Vinsent hər dəfə Röyperesin “İ i sus Xristos kimi”
tablosunu xatırlayırdı. Bu, ruhanilərə məxsus dərin çuxura düşmüş, ağıllı
gözləri, artıq nazik sifəti, yumşaq sivri saqqalı olan klassik yəhudi tipi idi.
Axşamtərəfi yəhudi məhəlləsi çox boğanaq olurdu. Yeddi saat yunan və latın
dillərini öyrənməyə sərf edən, daha bir neçə saatını holland tarixi və
qrammatikası üzərində itirən Vinsent Mendeslə şəkillər barədə danışmaq
istəyirdi. Bir dəfə o Öz müəlliminə Marisin “Xaç suyuna salınma” tablosunu
gətirdi.
Mendes “Xaç suyuna salınma” şəklini sümükləri çıxmış zərif barmaqları
ilə günəşin şüalandırdığı hündür pəncərədən düşən İşıq topasının altına tutdu.
- Bu yaxşıdır, - o, xirtdəkdən gələn yəhudi ləhcəsilə dedi. - Burada
ümumi dini ruh əhatə olunub.
Vinsent dərhal yorğunluğu unutdu. O, Marisin yaradıcılığından ruh
yüksəkliyi ilə danışmağa başladı. Mendes sakitcə başını tərpətdi. Axı Vinsente
latın və yunan dillərini öyrətdiyinə görə möhtərəm Strikker ona çoxlu pul
verirdi.
- Vinsent, - o, sakitcə dedi, - Maris əla rəssamdır, amma vaxt keçir, yaxşı
olmazmı ki, işə başlayaq? Siz necə bilirsiniz?
Vinsent razılaşmağa məcbur oldu. İki saatlıq dərsdən sonra evə qayıdanda
o tez-tez ayaq saxlayır, xarratların, dülgərlərin və gəmiqayı- ranlarm işlədikləri
binaların pəncərələrinə baxırdı. Çaxır anbarının qapısı taybatay açıq idi,
adamlar ellərində fənər ora girib-çıxır, qaranlıqda yox olurdular.
Yan əmi bir həftəliyə Xelvoyrta getmişdi. Bir axşam Vinsentin ad-
mirallığın həyətində böyük evdə tək qaldığından xəbər tutan Key ve Vos onun
yanına gəlib onu nahara dəvət etdilər.
- Yan əmi qayıdanadək her axşam bizə gelin, - Key dedi. - Anam xahiş
edir ki, siz hər bazar günü kilsədə İbadətdən sonra bizimlə nahar edəsiniz.
Nahardan sonra hamı kart oynayırdı, Vinsent oynaya bilmədiyindən sakit
bir guşədə oturub Ogüst Qryuzonun “Səlib yürüşlərinin tarix” kitabını
oxuyurdu. Oturduğu yerdən o, Keyi görür, onun çox mənalı, çevik gülüşlərini
izləyirdi. Key yerindən durub ona yaxınlaşdı.
- Siz nə oxuyursunuz, Vinsent xalaoğlu?
Vinsent kitabın adını çekib əlavə etdi:
37
Çox gözəl kitabdır, mən deyərdim ki, bu, Teys Maris ruhunda yazılıb.Key gülümsədi. O həmişə bu qəribə ədəbi müqayisələri qarışdırır.
- Niyə bəs Teys Marisin ruhunda? - Key soruşdu,
- Oxuyun, onda görəcəksiniz ki, müəllifin qayanın üstündə təsvir etdiyi
qədim qəsr, payız meşəsinin qaranlığı, uzaqda qaralan çöllər və ağ atın dalmca
qaçan əkinçi necə də Marisin tablosuna oxşayır.
Key səhifəni oxuyarkən Vinsent qız üçün kreslo gətirdi. O, Vİnsentə
baxdı, qızın fikirli göy gözləri getdikcə tünd rəngə çalırdı.
- Beli, - o dedi, - bu Marise oxşayır. Yazıçı ve rəssam müxtəlif va-
sitələrdən İstifadə etsələr də, eyni fikri ifadə edirlər. Vinsent kitabı götürdü və
cəld barmaqlarını səhifədə gəzdirdi.
- Bir baxın, bu sətirləri Mişledə, ya da Karleyldə tapmaq olar!
- Bilİrsinizmİ, Vinsent xalaoğlu, az təhsil görmüş bir adam üçün siz
təəccüb doğuracaq qədər savadlısınız. Siz İndi də çox oxuyursunuz?
- Xeyr, əlbəttə, istərdim, ancaq bacarmıram. Düzünü desəm, indi bu
mənə artıq lazım da deyil, bütün bunları hər kitabdan daha gözəl ve mükəmməl
olan İncildə tapmaq olar.
- Oh, Vinsent, - Key cəld ayağa durub dedi, - bu heç sizə oxşamır.
Vinsent təəccüblə gözlərini ona zillədi.
- Atam sizə fikrinizi toplayıb belə şeylər barəsində düşünməməyi desə də,
siz “Səlib yürüşlərinin tarixi”ndə Teys Marisi axtararkən menim daha çox
xoşuma gəlirsiniz. Ancaq İndi kİf basmış kənd keşişi kimi danışırsınız.
Vos onlara yaxınlaşıb dedi:
- Kartlar paylanıb, Key.
Key ani olaraq Vinsenrin qaşlan altında parıldayan közərmiş kömür kimi
qığılcım saçan gözlərinə baxdı, sonra da ərinin əlindən tutub kart
oynamağa getdi.
4
Mendes da Kosta Vinsentin onunla ümumi mövzularda danışmağı
xoşladığını yəqin etdiyindən həftədə bir neçə dəfə bəhanə tapıb dərsdən sonra
öz şagirdini ötürürdü.
Bir dəfə o, Vinsenti şəhərin en maraqlı hissəsinə apardı. Bura şəhərin
ucqan idi. Vondel parkının yaxınlığındakı Leydən limanından vağzala qədər
uzanırdı. Burada kiçik həyətyanı bağçası olan çoxlu
38
evlər vardı. Bu evlərdə taxta-şalban zavodunun fəhlələri yaşayırdılar, əhali burayonda sıx idi. Ensiz kanallar küçələri tez-tez kəsirdi.
- Yəqin ki, belə bir yerdə keşiş işləmək çox yaxşıdır, - Vinsent dedi.
- Beli, - Mendes qəlyanını dolduraraq cavab verdi və üçbucaq tənbəki
kisəsini Vinsente uzatdı. - Bu adamlara Allah, din daha vacibdir, nəinki bizim
varlı məhəllələrdə yaşayan dostlarımıza.
Onlar Yaponiyadakı balaca körpülərə oxşayan yüngül taxta körpülərin
üstü ilə gedirdilər. Vinsent ayaq saxladı ve soruşdu:
- Siz bununla ne demək istəyirsiniz, minxer?
- Bu fəhlələrin, - o, əli ilə havanı yüngülcə yararaq cavab verdi, -
həyatları ağırdır. Əgər onlar xəstələnsələr, həkimə verməyə pulları yoxdur.
Əgər bu gün işləməsələr, sabaha çörək pulları olmayacaq, işləri də ağırdır.
Yaşayış yerləri gördüyünüz kimi çox darısqaldır. Ehtiyac ve bədbəxtlik həmişə
qapılarının astanasını kəsdirir. Həyat öz rifahından onlan məhrum eləyib,
onlara təsəlli vermək üçün Allah lazımdır.
Vinsent qəlyanını yandırıb kibriti kanala atdı,
- Bəs o biri məhəllalerdəki adamlar? - o soruşdu.
- Onlar yaxşı geyinirlər, firavan yaşayırlar, qara gün üçün həmişə pullan
var. Onların təsəvvürlərində Allah yer üzündə qurduğu işlərdən tamam razı
qalan varlı bir qocadır.
- Bir sözlə, - Vinsent dedi, - onlar bir qədər kif atıblar.
- Nə daraşırsınız! - Mendes dilləndi, - Mən bunu demirəm.
- Amma mən deyirəm.
Həmin gecə Vinsent yunan kitablarını qarşısına tökdü, gözlərini divara
zilləyib uzun müddət lal-dinməz oturdu. O, Londonun viranə- liklərini,
çirkablarını, dilənçiləri, özünün vaiz olmaq, yoxsullara kömək etmək arzusunu
xatırladı. Sonra o, Strikker dayının məhəllə kilsəsinə gələnləri yadına saldı. Bu
varlı, savadlı adamlar heyatın rifahının dadım və ondan İstifadə etməyin
yollarım bilirdilər. Strikker dayının moizələri çox gözəl idi, onlar həqiqətən də
təsəlli verirdi, lakin onun camaatı arasında təsəlliyə ehtiyacı olan vardımı?
Vinsentin Amsterdamda yaşamağa başladığı gündən yanm il keçmişdi. O,
artıq dərk etməyə başlamışdı kt, səylə çalışmaq, çox çətin kİ, təbii bacarığı
əvəz edə bilsin. Lüğətləri və qrammatikanı bir yana itələyib cəbrə girişdi.
Gecəyarısı Yan əmi gəldi:
- Gördüm otağından işıq gəlir, - vitse-admiral dedi, - qarovulçu bildirdi
ki, sən səhər saat dörddə Admirallıqda gəzişirdin. Gündə neçə saat işləyirsən?
39
Neçə gəldi. On bir, on iki saat.- On iki saat! ~ Yan əmi başmı buladı. Onun üzü getdikcə kədərlənirdi.
Van Qoq nəslində küt və uğursuz adamın olmasi fikri vitse- admirala ağır
gəlirdi, bu fikirlə barışmaq istəmirdi. - Bəs niyə belə çox?
- Ne tələb olunursa, hamısını etmək lazımdır, Yan əmi.
Yan eminin pırpız qaşları dartıldı.
- Yaxşı necə olur-olsun, - o dedi, - mən valideynlərinə söz vermişəm ki,
sənin qayğına qalım. Ona görə də zəhmət çek yat, heç vaxt belə gecəyə qalma.
Vinsent dəftərləri geri itələdi. Ona ne yuxu gərəkdi, nə sevgi, nə mərhəmət, nə
də əyləncə. Ona bu latın və yunan dillərini, cəbri və qrammatikam əzbərləmək
lazım idi ki, imtahanları verib Universitetə daxil olsun, keşiş adına layiq
görülsün, başlasın Allaha xidmət etməyə.
5
Mayın əvvəllərində, Amsterdamda düz bir il yaşadıqdan sonra Vinsent
hiss etdi ki, elmlərə yiyələnmək onun işi deyil. Bu, hələlik faktın etirafı deyildi,
sadəcə olaraq uğursuzluğun təsdiqi barədə anlaq idi, hər dəfə o bu barədə
fikirləşəndə bundan canını qurtarmağa çalışır, beynini daha ağır işlərlə
yükləyirdi.
Söhbət yalnız çətinliklərdən, onların öhdəsindən gəlməyin baca-
rıqsızlığmdan getsəydi o, qətiyyən narahat olmazdı. Lakin onu gecə və gündüz
başqa sual düşündürürdü: məgər o, Strikker dayı kimi ağıllı, tərbiyəli ruhani
pastor olmaq istəyirmi? Əgər o hələ bütöv beş İl hallanmalar, cəbri düsturlar
üzərində baş-beynini yoracaqsa, onda yoxsullara, məzlumlara, mənəvi zülmə
düçar olanlara kömək etmək arzusu necə olsun?
Bir dəfə, mayın son günlərində, dərslər sona yetəndə Vinsent Mendesə
dedi:
- Minxer da Kosta, vaxtınız varmı bir az gəzişək?
Mendes Vinsentin necə iztirab çekdiyini duyurdu, hiss edirdi ki, bu gənc
ne ise bir qərara gəlməlidir.
- Əlbəttə. Menim de ürəyimdən keçirdi. Yağışdan sonra hava o qədər
təmizdir ki, məmnuniyyətlə sizinlə gəzişərdim.
Mendes yun şərfini boynuna doladı, hündür yaxalıqlı qara paltosunu
geydi. Onlar üç yüz il bundan əvvəl Barux Spinozanın qovulduğu sinaqoqun
yanından keçib gedirdilər, bir neçə məhəllədən sonra
40
Zeyestraatda Rembrandtın köhnə evini gördülər. Mendes köhnə ev arxadaqalarkən səsini qaldırmadan dedi:
- O, ehtiyac içində, səfil kimi öldü.
Vinsent cəld ona baxdı. Mendes işin mahiyyətinə, söz düşməmişdən, daha
tez varmağa bacarırdı. Bu adamın qeyri-adi iti ağlı vardı, eşitdiyi hər şey,
görünür şüurunun ən gizli dərinliklərində Özünə yuva sala bilirdi. Yan əmi və
Strikker dayı bambaşqa adamlar idi, onlara nə desən, sanki divara dəyib qayıdır,
ya “hə”, ya da “yox” cavabı verirdilər. Mendes isə mütləq əvvəlcə senin fikrini
öz qədim müdrikliyinin darin quyusuna saldıqdan sonra cavab verəcəkdi.
- Hər halda o, xoşbəxt ölüb, - Vinsent dilləndi.
- Əlbəttə, - Mendes razılaşdı, - o özünü bütünlüklə ifadə edərək nə
yaratdığını gözəl bilirdi. O öz zəmanəsində buna nail olan yeganə adam idi.
- Nə olsun ki, o Özünə qiymət qoya bilirdi. Bəlkə səhv edirdi? Bəlkə
dünya onu rədd etməkdə haqlı idi.
- Bunun heç bir əhəmiyyəti yox idi. Rembrandt yaratmaya bilməzdi. O,
yaxşı çekirdi, ya pis - bu vacib deyildi, amma məhz rəssamlıq onu adam etdi.
Sənətin dəyəri də bundadır, Vinsent. Rəssama özünü təsdiqləməyə imkan verir.
Rembrandt, heyatının mənası, məqsədi hesab etdiyini yaradıb, onun bəraəti də
bundadır. Hətta onun sənətinin heç bir qiyməti olmasaydı belə, öz arzusunu
boğub min dəfə bundan səmərəli həyat sürər, Amsterdamın ən varlı taciri
olardı.
- Tamamilə doğrudur.
- Əgər Rembrandtın eserləri bu gün bütün dünyaya sevinc bəxş edirsə, -
Mendes öz fikrini genişləndirməyə başladı, - artıq bunun Rembrandta heç bir
dəxli yoxdur. Onu hətta qəbirdə İncitdiklərinə baxmayaraq o, öz həyatım
büsbütün yaşayıb, öz işini görüb. Onun həyatının kitabı bağlandı və bu, necə də
gözəl kitab idi! Onun şəkillərinin məziyyəti onun ləyaqətində deyil, onun
inadkarlığında və ideyaya seda- qətindədir.
Ey körfəzinin yanında dayandılar, fəhlələrin əl arabalarını qumla necə
doldurduqlarına tamaşa etdilər, sonra da sarmaşıqlı bağ çəpərlərinin arası ile
uzanan darısqal küçələrlə xeyli yol getdilər.
- Bəs cavan adam özünün doğru yol tutub-tutmadığım necə bilsin? Fərz
edək ki, o har hansı bir işi heyatının mənası hesab edir, sonra isə bu işə
yaramadığına emin olur, onda?
41
Mendes çənəsini paltosunun yaxasından çıxartdı, onun qara gözləriparıldayırdı.
- Baxın, Vinsent, boz buludların üzərinə güneşdən necə qırmızı işıq
düşür! - dedi.
Onlar limana çıxdılar. Zoyder Zöyede qürubun fonunda həm gəmilərin dor
ağacları, hem də sahildəki evlər və ağaclar əks olunurdu. Mendes qəlyanını
doldurdu və tənbəki kisəsini Vinsentə uzatdı.
- Mən çəkirəm, mİnxer, - Vinsent dedi.
- Hə, doğrudan da. Bəlkə bənd boyu Zeyburqadək gedək? Yəhudi
qəbiristanı ordadır, menim qohumlarımın qəbirlərinə də baş çəkərik.
Onlar dinməzcə irəliləyirdilər, qəlyanlarından qopan tüstünü külək ətrafa
yayırdı.
- Heç nəyə qəti inam yaratmaq olmaz, Vinsent, - Mendes dedi. - Yalnız
özünüzdə qüvvə və cəsarət toplamalısınız ki, doğru hesab etdiklərinizi həyata
keçirmək mümkün olsun. Ola bilər ki, bu yolda sizin səhviniz də var, amma hər
halda nə etmək istədiyinizi yerinə yetirirsinizsə, bu əsasdır. Sİz ağlınızın
iradəsinə qulaq asmalısınız, bundan nə çıxacağını qoy Allah özü ayırd etsin.
Əgər əminsiniz ki, necə olur- olsun sizin istedadınız ancaq Allaha xidmət işinə
həsr edilməlidir, onda bu inamınız sizin üçün yeganə istiqamət olmalıdır.
Özünüzə inanın və qorxmayın.
- Əgər mən kifayət qədər hazır deyilemse?
- Allaha xidmətə kifayət qədər hazır olmağımı deyirsiniz? — Güclə
sezilən təbəssümlə Mendes bir də soruşdu.
- Xeyr, universitet təhsilli, savadlı kilsə xadimi olmaq üçün kifayət qədər
hazır olmadığımı nəzərdə tuturam.
Mendes heç de Vinsentə məsləhət vermək fikrində deyildi, o yalnız
ümumi şəkildə onunla söhbet etmək istəyirdi, sonra qoy gənc özü- özünə həyat
yolu seçsin. Onlar yəhudi qəbiristanına çatdılar. Burada hər şey sadə idi, hər
yerdə qədim yəhudi dilində yazılmış, ətrafında kəndalaş kolları bitmiş qəbir
daşları görünürdü, orda-burda ləkə kimi hündür sıx ot qaralırdı. Mendesle
Vinsent da Köstlar ailəsi üçün ayrılmış sahədəki daş skamyaya yaxınlaşdılar və
oturdular. Vinsent qəlyanı cibində gizlətdi. Qəbiristan bu axşam adamsız
görünürdü, sakitliyi pozan səs-səmir yox idi.
- Hər kəsin özünəməxsus ne isə bir şeyi olur, özünün təkrarolunmaz
xarakteri, Vinsent, - Mendes valideynlərinin rahat yatdıqları məzarlara baxaraq
dedi. - Əgər insan bununla razılaşırsa, o, nə edirse-
42
etsin axırda hər şey yaxşı olur. Əgər siz şəkil satıcısı kimi fəaliyyətinizi davametdirsəydiniz, xarakterinizə görə siz yaxşı satıcı olardınız. Allaha xidmət