Vinsent Van Qoq səhifə 14
Nəhayət, Teo biş-düşü qurtardı. O, stulunu çarpayıya yaxın çəkdi, yol çantasından qar kimi ağ dəsmal çıxartdı və süfrə əvəzinə onu açdı. Sonra o, paxlanın içinə əməllicə yağ saldı, ilıq bişmiş yumurtaları da ora tökdü və qaşığı əlinə götürdü: - Bax, qoca, - o dedi, - ağzını aç görüm. Allah bilir neçə vaxtdır, insan kimi yemək de yemirsən. - Boşla, Teo, - Vinsent müqavimət göstərirdi. - Mən özüm yeyə bilərəm. Teo yumurtanın sarısını qaşıqla götürdü və Vinsentin bumuna yaxınlaşdırıb dedi: - Ağzım aç, oğlan, yoxsa bu yumurtam düz gözlərinə soxaram! Vinsent yeyib yastığa söykəndi və dərin razılıq hissi ilə köks ötürdü. - Ax, necə ləzzətlidir! - o dedi, — Mən yer üzündə dadlı şeylər olduğunu tamam unutmuşam. Dünyada necə dadlı şeylər varmış. - Daha unutmazsan, mənim balam. - Teo, bildiklərinin hamısını mənə danış. Qupilin işləri necə gedir? Mən yeni xəbərlər həsrətindəyem. - Sən bir az da həsrət çəkməli olacaqsan. Məndə senin üçün elə bir şey var kİ, içən kimi dərhal yatacaqsan. İç və sakitcə uzan, qoy yemək səni əməllibaşlı bərkitsin. - Axı mən qətiyyən yatmaq istəmirəm, Teo. Men danışmaq istəyirəm. Sonra yataram. - Səndən soruşan varmı nəyi istəyirsən, nəyi yox? Senə əmr edirlər. Bax bunu iç, ağıllı ol. Yatıb duranadək mən sənə kartofla gözəl bir bifşteks bişirəcəyəm, yeyən kimi dərhal sağalıb ayağa duracaqsan.
101
Vinsent düz axşamadək yatdı, ayılanda özünü xeyli yaxşı hiss etdi. Teo pəncərənin yanında oturub qardaşının çəkdiyi şəkillərə baxırdı. Vinsent uzun zaman lal-dinməz gözünü ondan çəkmədi, daxilən Özündə rahatlıq ve sakitlik duydu. Teo Vinsentin yatmadığını görəndə, ayağa qalxdı və ürək dolusu güldü. - Di yaxşı! İndi nə təhərsən, Özünü necə hiss edirsən? Yaxşısan - mı? Çox bərk yatmışdın. - Çəkdiyim şəkillər barədə nə deyə bilərsən? Heç xoşuna gələni varmı? - Dayan görüm, əvvəlcə bifşteksi qızdırım. Kartofunu soymuşam, ancaq bişirməyi qalıb. O, peçin yanında qurdalandı, çarpayının qabağına isti su ile ləyən getirdi. - Hansı ülgücü götürüm, Vinsent, mənimkinimİ, ya səninkini? - Məgər üzümü qırxmamış bifşteksi yemək olmaz? - Yox da, bu olmadı ki! Əvvəlcə boynunu, qulaqlarım yumasan, daranmasan bifştekse toxunmaq olmaz. Bu dəsmalı çənənin altına sox. O, səliqə ilə Vinsentin üzünü qırxdı, saçım daradı və yol çantasından çıxartdığı təzə köynəyini onun əyninə geyindirdi. - Əla! - o, bir neçə addım geri çəkilib öz işindən həzz alaraq qışqırdı. - İndi sən Van Qoqa oxşayırsan, oxşayırsan! - Cəld ol, Teo! Bifşteks yanır! Teo yenə də stolu çarpayıya yaxın çəkdi, qalın, dadlı bifşteksi, yağda qızardılmış kartofu və südü stolun üstünə qoydu. - Teo, yəni sən belə fikirləşirsən ki, mən bu bifşteksin hamısını yeyəcəyəm? - Şübhəsiz ki, yox. Yarısını özüm aşıracağam. Di başla görüm. Bİrcə gözlərini bərk-bərk yummaq qalır, onda hər şey lap evdəki, Ettendəki kimi olacaq. Nahardan sonra Teo Vinsentin qəlyanını Paris tütünü ile doldurdu. - Çək, - o dedi. - Düzü, sənə belə şeyi qadağan etmək lazımdır, amma mənə elə gəlir ki, əsl tütün ziyandan çox xeyir gətirər. Vinsent qəlyanı ləzzətlə sümürür, arabir onun ilıq, bir qədər də nəmli çubuğunu yanağına sürtürdü. Teo isə buluda bənzər tüstü laylarını havaya püskürərək fikirli-fikirli divann kələ-kötür taxtalarına baxır və Brabantda öz uşaqlığını görürdü. Vinsent həmişə onun üçün yer üzündə ən yaxın, ən əziz adam olmuşdu, atasından da və anasından
102
da xeyli yaxın. Vinsentin səbəbinə onun bütün uşaqlıq çağları aydın və çox gözəl keçmişdi. Parisdə olduğu bu bir il ərzində o, Vinsentİ tamam unutmuşdu, lakin bundan sonra heç vaxt yaddan çıxarmayacaq. Vinsentsiz onun həmişə nəyi isə çatmırdı. Hiss edirdi ki, onlar ikisi de nə isə bütöv bir tamın ayrı-ayrı hissələridir. Birlikdə onlar öz həyat məqsədlərini daha aydın görürdülər, ayrılıqda isə çıxılmaz vəziyyətə düşürdülər. Birlikdə onlar həyatın mənasını başa düşür, qədrini bilirdilər, təklikdə, Vinsent olmayan vaxtlarda dəfələrlə özözündən soruşurdu bütün bu cəhdlər ve uğurlar nəyə gərəkdir? O istəyir ki, Vinsent həmişə yanında olsun, onda heyat dolğun olar. O, Vinsentə də lazımdır, axı Vinsent hələ uşaqdır. Onu bu uzaq deşikdən çıxarmaq, yenidən ayaq üstə qoymaq lazımdır. Ona anlatmaq gərəkdir ki, vaxtını boş yerə sərf edir, onu hər nə təhər olsa, silkələmək lazımdır ki, yeni məqsəd, yeni qüwe eldə etsin. - Vinsent, - o dedi, - bir-İki gün gözləyək, sən bir qədər özünə gəl, sonra səni evimizə, Ettenə aparacağam. Vinsent bir neçə dəqiqə qəlyanım tüstülətdi və hay vermədi. O, yaxşı başa düşürdü ki, indi hər şeyi lap dəqiq müzakirə etmək lazımdır və bunun üçün de, bədbəxtlikdən, sözdən başqa bir vasitə yoxdur. Neyləmək olar, görünür, o, Teoya öz qəlbini tamam açmalıdır, Onda hər şey qaydasuıa düşər. - Teo, mənim evə qayıtmağımın mənası varmı? Özüm də istəmədən ailəmizin gözündən düşmüşəm, hər halda menə şübhə ilə baxırlar. Buna görə də fikirləşirəm ki, qohumlardan uzaq olsam, meni unutsalar yaxşıdır. Tez-tez məni ehtiras bürüyür, hər dəqiqə axmaq hərəkətlərə yol verə bilərəm. Dilimi saxlaya bilmirəm, səbir etmək lazım gələn yerdə tələsirəm. Bundan ötrü Özümü təhlükəli, heç bir şeyə yaramayan adammı hesab etməliyəm? Zənn etmirəm. Ancaq bu ehtirasın Özünü yaxşı bir işə yönəltmək pis olmazdı. Məsələn, məndə şəkillərə və kitablara qabağıalınmaz bir yanğı var, bütün həyatım boyu oxumaq istəyirəm - bu menə çörək qədər vacibdir. İnanıram ki, sən məni başa düşərsən, - Bu doğrudur, - o cavab verdi. - Doğrudur, bəzən mən çörək pulunu özüm qazanmışam, bəzən də mənə onu dostlarım sədəqə verib. Bu həqiqətdir, bir çox adamların etibarını itirmişəm, maliyyə vəziyyətim çox acınacaqlıdır, gələcəyim isə zülmət kimi qaranlıqdır. Məgər bu, mənim hökmən düşkünləşməyimmi deməkdir? Teo, mən
103
miitləq seçdiyim yolla getməliyəm. Əgər axtarışlar aparmasam, mütaliənin daşını atsam, buna etinasızlıq göstərsəm, bax, o vaxt mən həqiqətən batmış olaram. - Sən mənə nəsə başa salmaq istəyirsən, qoca, əgər işin nə yerdə olduğunu anlayıramsa, qoy Allah mənə qənim olsun. Vinsent yanar kibrit çöpünü tütünə lap 'yaxınlaşdırıb qəlyanı sümürdü. - Mən, - dedi, - ikimizin Reyveykdəki köhnə dəyirmanın yanında gəzdiyimiz vaxtları yaxşı xatırlayıram. Onda biz çox şeyə eyni gözlə baxırdıq. - Vinsent, sen o vaxtdan bəri çox dəyişmisən. - Bu, o qədər de doğru deyil. O vaxt mənim heyatım çox asan və yüngül idi, bu doğrudur, heyata olan baxışıma gəldikdə, heç bir şey dəyişməyib. - Sənin xoşbəxtliyin naminə mən buna inanmaq istərdim. - Sən elə fikirləşmə ki, Teo, mən faktları danıram. Mənim heç bir günahım yoxdur, məni yalnız bir şey narahat edir - necə edim ki, insanlara lazım olum. Doğrudanmı, mən özümə faydalı bir iş tapa bilərəm? Teo stuldan durdu, neft lampası ilə əlləşdi və nəhayət, onu yandırdı. Bir stəkan süd töküb: - İç, - dedi, - mən istəmirəm, sən yenə də zəifləyib eldən düşəsən. Vinsent südü elə yeyin içdi ki, az qaldı çeçəsin. Dodaqlannı silməmiş yenə dilləndi. - Bizim sirli fikirlərimiz həyatda öz ifadəsini tapa biləcəkmi? Ola bilsin senin qəlbində gur alov atəş saçsın, amma qızınmağa gələn olmasın. Keçib gedənlər yalnız borudan azca tüstü çıxdığını görəcək və öz yollarına davam edəcəklər. De, ne etmək olar? Bu daxili alovu qorumaq, əzizləmək, qızınmaq üçün kimsənin bura yaxınlaşacağı vaxtı səbirlə gözləmək lazımdırım? Teo stuldan keçib çarpayıda əyləşdi. - Bilirsən, İndi menim xəyalımdan nə keçdi? - o, soruşdu. - Yox, bilmirəm, - Reysveykdeki köhnə dəyirman. - Yamanca gözəl idi... o dəyirman... Düzdür? - Düzdür. - Eh, bizim uşaqlığımız da gözəl idi.
104
- Sən mənim uşaqlıq çağlarımı unudulmaz eləmisən, Vinsent. Mənim bütün ilk xatirələrim səninlə bağlıdır. Uzun müddət hər ikisi susdu. - Vinsent, məncə sən başa düşürsən - dediyim hər kəlmə valideynlərimizin tapşırığıdır, özümdən düzəltmirəm. Məni buraya göndərdilər ki, səni dilə tutum, Hollandiyaya qayıdasan, yaxşı bir işə düzələsən. Tapşırıblar ki, seni bir qədər məzəmmət edim. - Hə, Teo, onların dediklərinin hamısı tamam həqiqətdir. Ancaq onlar başa düşmürlər ki, mən niyə belə edirəm, bilmirlər ki, gördüyüm bu işlər menim bütün həyatım üçün ne qədər vacibdir. Düzdür, mən düşkünləşmişəm, əvəzində sən irəli getmisən. Əgər indi heç kəs məni sevmirsə, əvəzində səni sevirlər. Elə buna görə də mən xoşbəxtəm. Bunları sənə səmimi qəlbdən deyirəm, həmişə də deyəcəyəm. Amma çox istərdim ki, sen mənim şəxsimdə islaholunmaz bir avara görməyəsən. - Gel bunu unudaq. Əgər bütöv bir il sənə məktub yazmamışamsa, bu, yalnız diqqətsizlik üzündəndir, məzəmmət deyil. Mən sənə inanırdım, əl-ələ tutub Zyundert çəməni iy indəki hündür otların arası ilə gəzdiyimiz vaxtlardan inanırdım. Elə indinin özündə də sənə az inanmıram. Mən yalnız sənin yanında olmaq istəyirəm, bilirəm onda sən hər nə etsən də axın yaxşı olar. Vinsent bir vaxtlar Brabantda olduğu kimi, şən, ürək dolusu güldü. - Sən necə da xeyirxahsan, Teo. Birdən Teo nə isə etmək ehtirası ilə coşdu. - Qulaq as, Vinsent, gəl elə indidən, təxirə salmadan, hər şeyi həll edək. Mənə elə gəlir, sənin bütün düşüncələrinin arxasında nəyə isə nail olmaq istəyi, sənə xoşbəxtlik və uğur gətirəcək bir şey etmək arzusu gizlənir. De görüm, qoca, sənin arzun, diləyin nədir? Son il yarımda Qupil və onun kompaniyası iki dəfə mənim maaşımı artırıb, tndi mənim o qədər pulum var ki, hara xərcləyəcəyimi bilmirəm. Nəyə isə nail olmaq istəyirsənsə, köməyə ehtiyacın varsa, əgər həyatda öz işini tapmısansa, açığını de, biz bir növ şirkət yarada bilərik. Sən tərəfdən əmək olar, mən tərəfdən isə kapital. Əlin gətirəndə də sən mənim kapitalımı faizi ilə birlikdə qaytara bilərsən. Düzünü de, sənin heç bir planın yoxdur? Sen, yəqin, bütün heyatın boyu, gələcəkdə nə ile məşğul olacağını çoxdan qərara almısan! Vinsent Teonun İndicə pəncərənin yanında durub nəzərdən keçirdiyi qalaq-qalaq şəkillərə göz yetirdi. Onun sifətini təəccüblü bir gülüş bürüdü, sonra inamsızlıq
105
duyuldu, daha sonra çöhrəsində gizlədə bitməyən bir sevinc alışdı. Heyrətlə baxışlarını qaldırıb ağzını araladı, gözləri isti günəş şüalan altında günəbaxanlar kimi açıldı. - Bu nə böyük xoşbəxtlikdir! - o, astadan dilləndi. - Mən elə məhz bunu demək istəyirdim, amma bacarmırdım. Teo da şəkillər yığınına baxdı. - Men sənin nə arzuladığını çoxdan bilirdim, - o dedi. Vinsent sevincindən titrəyirdi, o, elə həyəcan keçirirdi ki, sanki derin, uzun bir yuxudan ayılmışdı. - Teo, sən bunu məndən daha tez başa düşdün! Mən bu barədə heç fikirləşməyə cürət etmirdim. Mən qorxurdum. Əlbəttə kİ, mənim öz peşəm var, mən bu işdən əl çəkən deyiləm. Bütün ömrüm boyu özüm də bilmədən bu eşqlə yaşamışam. Mən Amsterdamda və Brüsseldə oxuyarkən gördüklərimi sonsuz məhəbbətlə kağızda eks etdirmək, çəkmək istəyirdim. Ancaq əl-qol atmağa qorxurdum. Qorxurdum ki, bu mənim əsl işimə mane olar. Əsl iş! Men necə də kor imişəm! Son illər daxilimdə üzə çıxmağa can atmaq İstəyən nəyə isə müqavimət göstərirdim, mən bu həvəsi öz daxilimdə boğurdum. Budur bax, mənim iyirmi yeddi yaşım var, həm də heç nə etməmişəm! Gör mən nə qədər axmaq və kor olmuşam! - Qem yemə, Vinsent. Sən öz enerjinlə, qətiyyətinlə hər hansı bir həvəskardan min dəfə çox şey edə bilərsən. Qabaqda senin hələ bütöv bir hoyatm var. - Hər halda, heç olmazsa bir on ilim var. Bu müddətdə men dəyərli bir şey etməyə macal taparam. - Əlbəttə, taparsan! Ürəyin harda istəsə, orada da yaşaya bilərsən: Parisdə, Brüsseldə, Amsterdamda, Haaqada. Özün qərara gəl, haranı istəyirsən seç, mən hər ay senə pul göndərərəm. Bəlkə bunun üçün uzun illər sərf etməli oldun, ruhdan düşmə, sən özünə inandığın kimi, mən də sənə inanacağam. - Oh, Teo, bütün bu dəhşətli aylar ərzində mən nə isə axtarmışam. Həyatımın əsil məqsədini, menasını axtarıb tapmağa çalışmışam, bu məqsədin nədən ibarət olduğunu isə anlamamışam. Amma indi, bunu anladığım zamanda bir daha ruhdan düşməyəcəyəm. Başa düşürsənmi, Teo, bu nə deməkdir? Bu qədər mənasız keçən illərdən sonra, nəhayət, mən özümü tapmışam! Mən rəssam olacağam! Men rəssam olmaya bilmərəm. Bax, elə buna görə əvvəllər məndən heç bir şey alınmırdı, men öz yerimdə deyildim, indi ıse heç vaxt menə xəyanət etməyəcək
106
bir iş tapdım. Oh, Teo, nəhayət, zindanın qapılan açıldı, bu qapılan mənim üzümə sən açdın, sən, qardaş! - Heç kəs daha bizi ayını bilməz, Vinsent! Biz indi təzədən bir yerdəyik, doğrudurmu? - He, Teo, özü de ömürlük. - İndi İsə dincəl və tez sağal. Bir-iki gündən sonra, vəziyyətin yaxşılaşan kimi səni Hollandiyaya, ya Parisə, ya da hara istəsən ora apararam, Vinsent bir sıçrayışla çarpayıdan otağın düz ortasına atıldı. - Cəhənnəm olsun bir-iki gün! - o qışqırdı. - Gel elə indi ggdək! Brüsselə gedən qatar axşam doqquzda yola düşür. O, həyəcanla pal-paltarını geyinməye başladı. - Sən bu gün heç yerə gedə bilməzsən, Vinsent. Sən xəstəsən. - Xəstəsən, xəstəsən! Bu gündən xəstəliklə qurtardıq! Bütün həyatım boyu özümü İndikindən yaxşı hiss etməmişəm. Tez ol, Teo, biz on dəqiqəyə stansiyaya çatmalıyıq. Bu gözəl mələfələri de çantaya at, yola çıxaq!downloaded from KitabYurdu.org