Vinsent Van Qoq səhifə 13


20
Vinsent geriyə - Kiçik Vama qayıtmağa hazırlaşanda, möhtərəm Pitersen ona öz köhnə başmaqlarım bağışladı və Borinaja bilet pulu verdi. Vinsent bu pulları nə vaxtsa, əvəzini çıxmaq şərtilə, dostundan yardım kimi qəbul etdi. Qatarda Vinsent özü üçün iki vacib məsələni dərk etdi: Möhtərəm Pitersen bir dəfə də olsa, Vinsentin baş tutmayan ruhani vəzifəsindən söhbət açmadı, onu öz sənət yoldaşı - rəssam kimi qəbul etdi. Peçin qarşısındakı qadın şəkli o qeder xoşuna gəldi ki, onu özündə saxladı, bu isə başlıca qələbədir. “O mənə yol gösterdi, - Vinsent fikirləşdi. - Əgər mənim qaralamalarım onun xoşuna gəlirsə, deməli başqalarının da xoşuna gələcək”. Denilərin evinə çatan Vinsent Teonun göndərdiyi “Çöl işləri”ni gördü, lakin qardaşı ona məktub göndərməmişdi, Pitersenin yanma getməsi Vinsenti o qədər ruhlandırmışdı ki, o, çox böyük həvəslə Millenin qocasının şəklinin üzünü köçürməyə başladı. Qravürlər albomu İlə birlikdə Teo qardaşına iri rəsm vərəqələri de göndərmişdi. Vinsent bir neçe günün ərzində “Çöl işləri”ndən on səhifənin üzünü köçürdü, birinci cildi çəkib qurtardı. Sonra onda çılpaq naturadan çəkmək həvəsi oyandı, Borinajda isə bu vəziyyətdə rəssam qarşısında durmağa razılıq verən bir adam tapılmadı, o, Haaqada Qupil qalereyasının müdiri, köhnə dostu Terstexə yazıb Barqm “Kömürlə məşğələlər” kitabım göndərməsini xahiş etdi. Pitersenin məsləhətini unutmayan Vinsent Kiçik Vamm kənarında ayı doqquz franka bir şaxtaçı koması kirayələdi. Bu dəfə o, en pisini
96
deyil, lap yaxşı koma axtardı. Yonulmamış taxta döşəməli bu evdə iki böyük pəncərə, çarpayı, stol, stul və peç vardı. Bura kifayət qədər geniş idi, lazım olan perspektivi əldə etmək üçün modeldən uzaqlaşmaq olardı. Keçən qış Vinsent hər halda Kiçik Vamda hər evin sahibəsinə, hər uşağa kömək göstərmişdi, indi də heç kəs şəkil üçün onun qarşısında durmaqdan boyun qaçırmırdı. İstirahət günlərində kö- mürçıxaranlar onun komasına doluşurdular, o da öz növbəsində cəld qaralamalar edirdi. Bütün bunlar kömürçıxaranları əyləndirirdi. Onlar Vinsentin arxasına toplaşır, onun necə işlədiyinə maraqla baxırdılar. Haaqadan “Kömürlə məşğələlər” kitab gəldi və düz iki həftə səhərdən axşamadək çalışıb oradakı altmış etüdün hamısının üzünü köçürdü. Terstex ona həmçinin Barqm “Şəkil çəkmək kursu”nu da göndərmişdi. Vinsent onu çox böyük həvəslə öyrənirdi. Vinsentin keçmişdə başına gələn beş fəlakətin beşi də unudulub yaddan çıxmışdı. Yaradıcılıq onun qəlbini sevinclə o qədər doldurur və ona o qədər məmnunluq bəxş edirdi ki, o bunu hətta Allaha xidmət etdiyi günlərdə belə hiss etməmişdi. On bir gün cibində bir santimi belə olmayanda, madam Denidən bir parça çörəyi borc almağa məcbur qalanda, aclıqdan şikayət etmək ağlına belə gəlməmişdi. Belə bir mənəvi qida bolluğu qarşısında mədənin boş və ya dolu olmasının bir əhəmiyyəti vardımı? Bütöv bir həftəni o hər gün səhər üçün yarısında Markass şaxtasına gedir və böyük vərəqlərdə kömürçıxaranlann - tikanlı kollardan düzəldilmiş hasar boyu cığırla İşə gedən və tutqun kölgələri sübhün toranında bir neçə dəqiqə güclə seçilən arvad və kişilərin şəkillərini çəkirdi. O bu fiqurlar üçün fonu, tutqun səmada güclə seçilən şaxtaüstü tikililəri və posa yığınını götürürdü. Rəsm başa çatanda Vinsent onun üzünü köçürür və məktubla Teoya göndərirdi. Beləliklə, iki ay keçdi. Vinsent gün çıxandan günbatanadək şəkil çekirdi, şəkillərin üzünü isə lampa işığında köçürürdü. Onun qəlbində yenə də her hansı bir rəssamla görüşüb danışmaq, düz yolla gedib getmədiyini aydınlaşdırmaq, arzusu oyandı. Bəzi nailiyyətlər əldə etməsinə - əlinin məharətinin azca artmasına, gözlərinin bir qədər iti olmasına baxmayaraq özünə inamı möhkəm deyildi. Vinsent indi onu öz qanadları altına alan, təkidlə, səbirlə ona böyük sənətin başlanğıcını Öyrədən əsl sənətkarla görüşmək istəyirdi. Bundan ötrii o hər şeyə hazırdı: öz mürəbbilərinin başmaqlannı silib təmizləyər və gündə on dəfə emalatxananı süpürər.
97
Vinsentin cavanlıqdan şəkillərinə məftun olduğu rəssam Jül Breton Kiçik Vamdan yüz yetmiş kilometr aralı Kuryerdə yaşayırdı. Vinsent olan-qalan pulunu biletə xərclədi, bilet qurtardıqdan sonra beş gün de piyada getdi, ot tayalarında gecələdi, şəkillərini ç5rəyə dəyişdi. Vinsent Kuryerin yamyaşıl bağları arasma düşdükdə ve Bretonun qırmızı kərpicdən yenicə tikilmiş əla emalatxanasını gördükdə - bir anda onun bütün cəsarəti əriyib yox oldu. O, iki gün şəhəri dolaşdı, amma bu qeder əlçatmaz görünən ciddi emalatxana qarşısında öz cəsarətsizliyinə üstün gələ bilmədi. Yorulub əldən düşmüşdü, bərk acmışdı, cibində bir santim pulu qalmamışdı, Pitersenin ona bağışladığı başmaqlann da altı nazilib dağılmışdı, o, Borinaja qədər yüz yetmiş kilometr yolun hamısını piyada getdi. Vinsent öz komasına tamam xəstə, əldən düşmüş halda çatdı. Nə pul vardı, nə də məktub. Yatağına uzandı. Şaxtaçı arvadları ərlərinin və uşaqlarının boğazından kəsdikləri cüzi qırıntılarla onu sağaltdılar. Kuryerə gediş-gəlişi zamanı o, dəhşətli dərəcədə anqlamışdı, ovurdlan yenidən batmışdı, dərinə düşmüş tünd yaşıl gözləri qızdırmadan od tutub yanırdı. Lakin xəstəlik zamanı da o, fikir aydınlığını qoruyub saxlayırdı və bilirdi ki, yenə nə isə bir qərara gəlmək vaxtı çatıb. O özü ilə bacara bilmirdi. Necə yaşasm? Müəllim, yoxsa bukinist olsun? Bəlkə yenidən ticarətə qayıdıb şəkil satsın? Harada yaşasın? Ettendə, valideynlərinin yanındamı? Parisdə qardaşı Teo ilə birlikdəmi? Ya Amsterdamda əmiləri ilə? Yoxsa, elə hey təsadüflər dalmca sürünüb, sersən heyat keçirsin, taleyin çaldığı kimi oynasın? Bir dəfə, özünü nisbətən yaxşı hiss etdiyi günlərin birində yastığa söykənərək yatağında oturub Teodor Russonun “Landda çörəkxana” şəklinin üzünü köçürərkən öz-özündən soruşurdu: “Görəsən, bu zərərsiz, lakin onun üçün əziz olan bu məşğuliyyətə çoxmu uyacaq?” Birdən kimsə qapını döymədən açdı ve içəri girdi. Bu, qardaşı Teo İdi.
21 Vaxt Teonun xeyrinə keçmişdi. İyirmi üç yaşında ikən o, Parisdə şəkil alveri sahəsində, demək olar yaxşı ad-san çıxarmışdı, ona həmkarları da, qohumları da hörmətlə yanaşırdılar. O, kübar cəmiyyətinin bütün incəliklərinə varmışdı; necə geyinməyi, cəmiyyətdə özünü necə aparmağı, nədən danışmağı bilirdi. Teo kənarları ipək tesma ilə tikilmiş, axıra qədər kip düymələnən enli yaxalıqlı sürtük geyinmişdi,
98
çənəsi hündür yaxalığına söykənmiş, boynuna dəbdəbəli ağ qalstuk bağlamışdı. Alnı Van Qoqlara məxsus çox iri idi, saçları tünd-şabalıdı rəngdə idi, üzündə qadınlara məxsus çox zərif cizgiləri diqqəti cəlb edirdi, gözləri fikirli idi, çöhrəsinin ovalı çox qəribə, incə görünürdü. O, komanın qapısına söykənib dəhşət içərisində Vinsentə baxırdı. Cəmisi bir neçə saat bundan əwəl Parisdəki evində idi. Orada onun Lui Filipp üslubunda gözəl mebeli, dəsmalı ve sabunu olan əlüzyuyanı, pəncərələrində pərdələri, döşəməsində xalısı, yazı stolu, kitab şkafları, göz oxşayan lampaları, divarlara yapışdırılmış gözəl kağızları olan mənzili vardı. Vinsent isə çirki axan mələfesiz döşəyin üstündə uzanmış, köhnə ədyala bürünmüşdü. Burada döşəmə və divarlar yonulmamış taxtadan düzəldilmişdi, bütün mebel köhnə stoldan və stuldan İbarət idi. Saçma daraq dəyməmiş Vinsent neçə vaxtdır yuyunmamışdı, üzünü və boynunu cod san tük basmışdı. - Salam, Teo! - Vinsent dedi. Teo özünü çarpayıya tulladı və diqqətlə qardaşının üzünə baxdı. - Vinsent, sena nə olub? Allah xatirinə, de, nə olub? - Heç nə, indi hər şey qaydasındadır. Bir balaca xəstələnmişdim. - Axı bu... Bura ki, heyvan yuvasıdır! Sən yəqin burada yaşamırsan... Bura sənin mənzilindir? ~ Mənimdir. Burada nə var ki? Bura mənim emalatxanamdır. - Oho, Vinsent! - Teo qardaşının saçlarım tumarladı, boğazında ilişən qəhər ona danışmağa mane olurdu. - Ne yaxşı ki, sən burdasan, Teo. - Vinsent, de görüm, sənə ne olub? Sən niyə xəstələnmişdin? Ne olmuşdu? Vinsent Kuryerə səfərindən danışdı, - Belə de, deməli sən lap halsızlaşıb əldən düşmüsən. Yaxşı bəs sonra, sən Kuryerdən qayıdandan sonra necə, aclıq keçirməmisən? Özünü qorumusanmı? - Menə kömürçıxaranların arvadları qulluq edirdilər. - Yaxşı, bəs sən nə yeyirdin? - Teo komaya nəzər saldı. - Sənin ehtiyatın ham? Gözümə bir şey dəymir. - Arvadlar hər gün mənə az-az gətirirlər, əllərindən gələni əsirgəmirlər: çörək, qəhvə, kəsmik, hətta bır parça dovşan əti də. - Bu nə yeməkdir, Vinsent, sen özün bilirsən ki, çörəklə qəhvə adamı sağaltmaz! Niyə sən yumurta, tərəvəz, ət alıb yemirsən?
99
- Bütün bunları almaq üçün hər yerdə olduğu kimi, Borinajda da pul lazımdır. Teo çarpayıda oturdu. - Vinsent, Allah xatirinə, məni bağışla! Mən bilmirdim. Mənim bütün bunlar barədə heç təsəvvürüm də yox İdi. - Boşla, qoca, sən mənim üçün bacardığını etmisən, özü də artıqlaması İlə. Özümü əla hiss edirəm. Bir neçə gündən sonra ayaq üstə duracağam. Teo əllərini gözlərinin üstünə çəkdi, sanki ona baxmağa mane olan toru gözlərindən silmək istəyirdi. - Yox, yox mən başa düşmürdüm. Fikirləşirdim ki, sən... Mən heç nə bilmirdim. Vinsent, men heç nə bilmirdim,,. - Ah, boş şeydir. Bütün bunlar gərəksizdir. Parisdə işlər necədir? İndi hara gedirsən? Ettendə olmusanmı? Teo ayağa qalxdı. - Bu lənətə gəlmiş qəsəbədə mağaza varmı? Burada bir şey almaq olar? - Yalnız Vamda, aşağıda təpələrin arxasında var. Yaxşısı budur, sən stul götür, əyləş. Seninlə danışmaq istəyirəm. Aman Allah, düz iki ildir kı, bunlar davam edir! Teo Vinsentin üzünü astaca tumarladı. - Hər şeydən ewəl mən sənin otağını Belçikada tapılan ən yaxşı yeməklərle dolduracağam. Aclıq çəkmisən, Vinsent. Sənin bəlan bundadır, sənə bu qızdırmadan yaxa qurtaran yaxşıca dərman verərəm, yumşaq yastıqda uzanıb yatarsan. Allah, kərəminə şükür! Yaxşı ki, gəldim. Mən bilsəydim ki... Sakit uzan, mən gələnə qədər tərpənmə. O, çıxdı. Vinsent karandaşı götürüb yenə de “Landda çörakxana” şəklinin üzünü köçürməyə başladı. Yarım saatdan sonra Teo iki oğlan uşağı ilə qayıtdı. O, bir neçə mələfə, yastıq, bir yığın banka və içərisində yeməli şeylər olan bağlamalar gətirdi. O, təmiz, serin mələfələri çarpayıya sərdi ve Vİnsenti uzanmağa məcbur etdi. - İndi isə de görüm, bu peçi necə yandırım? - o öz qəşəng sürtu- kunu çıxanb qollarım çırmalayaraq soruşdu. - Bax, orada kağız və çırpı var. Əvvəlcə onları alışdır, sonra üstünə kömür at. - Kömür! Sən buna kömür deyirsən? - Teo terrildən seçilmiş çirkli qırıntılara baxaraq təəccübləndi.
100
- Bəli, bizdəki yanacaq belədir. Dayan görüm, mən sənə peçi necə yandırmağı göstərim. Vinsent yataqdan qalxmaq istəyərkən, Teo ona tərəf atıldı ve qışqırdı: - Senin başın xarabdır, nədir! Farağat uzan, özün də tərpənmə, yoxsa mən sənə yaxşı bir kötək ilişdirərəm! Vinsent son aylar ərzində ilk dəfə gülümsündü. Gülüş onun qızdırmalı gözlərinin parıltısını itirdi. Teo küpələrdən birinə iki yu- murta atdı, o birisinə paxla qoydu, üçüncüsünə təzə sağılmış süd tökdü ve dəmirin üstündə çərəyi qızdırmağa başladı. Vinsent Teonun qolla- nnı lap yuxarı çırmalayıb peçin qabağında necə qurdalanmasına göz qoyurdu və yalnız bir duyğu, qardaşının yenə də onun yanında olması, ona hər cür yeməkdən daha qiymətli İdi.

downloaded from KitabYurdu.org

Popular Posts