Vinsent Van Qoq səhifə 12
Bir neçə həftədən sonra qravürlerin üzünü dəfələrlə köçürərkən, başa düşdü ki, təkmilləşmək istəyirsə, mümkün qədər çox şəkil surəti köçürməlidir, həm de, mütləq usta sənətkarların. Az qalırdı bir il olsun ki, Teodan bir barmaq kağız almırdı, nəhayət, Vinsent öz uğursuz şəkil qalağına baxıb vüqannı boğdu və özü qardaşına məktub yazdı:
"Əziz Teo! Səhv etmirəmsə, bir vaxtlar səndə MiUenin “Çöl işləri” vardı. Zəhmət olmazsa, onları qısa müddətə, poçtla mənə göndər. Məsələ burasındadır ki. mən Bosboomun və Allebenin böyük etüdlərinin üzünü köçürürəm. Əgər sən mənim şəkillərimə baxsaydın, bəlkə də razı qalardın. Hər nəyin varsa, hamısını göndər, məndən nigaran qalma. Əgər bu işi davam etdirməyə İmkanım olsa, necə olursa-olsun, öz yerimi tapacağam. Sənə çəkdiyim şəkildən aralanaraq yazıram, bu işi tezliklə tamamlamağa çalışıram. Xülasə, sağ ol, sağlıqla qal, mümkün qədər qravüriərı tez göndər. Əllərini bərk-bərk sıxıram. Vinsent".
Vinsentdə tədricən daha bır arzu baş qaldırdı - öz işi barədə hər hansı bir rəssamla görüşüb söhbət etmək, nəyin yaxşı, neyin isə pis olduğunu öyrənmək istəyirdi, bu, ona çox vacib idi. O bilirdi ki, çekdikləri rəsmlər çox pisdir, bununla belə, şəkillərin qüsurunu görüb etiraf etmək onun üçün çətin idi. Müəlliflik vüqarından gözləri tutulmamış, yad, özü də ciddi gözə ehtiyacı vardı. Bəs o kimə müraciət edə bilərdi? Bu hətta arzu da deyildi, onun həftələrlə yalnız su və çörəklə dolandığı, qışda isə ona hakim kəsilən
91
aclıqdan daha qüvvətli, əsl aclıq idi. Yer üzündə digər rəssamların, onun kimi insanların mövcud olduğunu daim hiss etmək ona çox vacib idi - yəqin ki, onlar da Vinsentİn Özü kimi sənətkarlıq barədə, onun fikirləşdiyi şeylər barədə baş sındırırlar: rəssam işinə ciddi yanaşanlar bəlkə de onun şəkillərini insafla qiymətləndirərlər, Vinsent bilirdi ki, Maris və Mauve kimi adamlar bütün həyatlarını rəngkarlığa həsr etmişlər. Lakin burada, Borinajda, bu, qeyrimümkün idi. Bir dəfə, yağışlı bir gündə, Vinsent evdə oturub qravürlərİn üzünü köçürərkən birdən möhtərəm Pitersenin Brüsseldə öz emalatxanasında onu necə xəbərdar etdiyini xatırladı: “Ancaq bu barədə mənim həmkarlarıma deməyin”. Bax, Vinsentə bu adam lazımdır! O, naturadan çəkdiyi şəkillərinə baxdı kömürçıxaram, girdə peçin qarşısında ev sa- hibəsini, terrikonda kömüryığan qarım seçdi ve Brüsselə yollandı. Onun cibində üç frankdan bir qeder çox pulu vardı. Ona görə də o, qatarla gede bilmədi. Brüsselədək piyada seksən kilometrə yaxın yol var idi. Vinsent elə həmin gün günortadan sonra yola düşdü, həmin axşamı, bütün gecəni və sonrakı günün çox hissəsini yola sərf etdi. Brüsselə hələ otuz kilometr qalırdı. O, dayanmadan gedə bilərdi, amma gecələməli oldu, köhnə başmaqlan cırıqcırıq olmuşdu, bir tayından barmaqları da çıxmışdı. Bütün qışı Kiçik Vamda geydiyi paltosunu qalın toz basmışdı. Vinsent özü İlə nə daraq, nə də deyişək köynək götürmüşdü, buna görə de səhər tezdən duranda o, soyuq su ilə ancaq üzünü yudu, Vinsent başmaqlannın içinə kartondan içlik qoyub yola düşdü. Eşiyə çıxan barmaqlarını ayaqqabının dərisi bərk sürtürdü, çox çəkmədi ki, barmaqları qanadı. Karton tez sürtülüb töküldü, ayaqlan su- luqladı, sonra da tez partlayan qanlı qabarlar əmələ gəldi. Vinsent acmışdı, susuzluqdan yanırdı, həddindən artıq yorulmuşdu, amma sözlə ifadə oluna bilməyəcək dərəcədə xoşbəxt idi. Axı o, rəssamla görüşə gedirdi! Hele səhərin gözü açılmamış, cibində bir santim pulu olmadığı halda o, Brüsselin ətrafındakı qəsəbəyə daxil oldu. O, Pitersenin harada yaşadığını yaxşı xatırlayırdı, küçədə tələsə-tələsə yeriyirdi. Qarşısına çıxan adamlar onu görəndə kənara çəkilir, ardınca ona baxa- baxa başlannı bulayırdılar. Amma Vinsent heç kəsi eyninə almırdı, Öz qanlı ayaqlarına belə əhəmiyyət vermədən tələsirdi. Zəngə Pitersenin qızı çıxdı. O, Vitısentin çirkli tərli üzünə, qarışıq, pırpız saçlarına, kirli paltarına, palçığa bulanmış şalvarına, qapqara,92
qanı axan ayaqlarına baxıb qışqıra-qışqıra qapıdan qaçdı. Qızının ardınca kandarda görünən möhtərəm Pitersen Vinsenti xeyli diqqətlə süzdü, onu dərhal tanıya bilmədi, sonra keşişin üzü geniş, hərarətli gülüşlə işıqlandı. - Vinsent, mənim balam! - o ucadan dedi. - Səni yenidən görməyimə necə də şadam! İçəri gəlsənə, gel! O, Vinsenti emalatxanaya ötürüb, rahat, yumşaq kresloda oturtdu. Nəhayət, indi, Vinsent öz məqsədinə çataçatda birdən-birə onun əsəbləri zəiflədi, dərhal kəskin surətdə hiss etdi ki, bir tikə pendir çörəklə o, seksən kilometrlik yolu piyada gəlib. Qəfildən donqarlaşdı, çiyinləri əyildi, təngnəfəs oldu. - Yaxınlıqda bir dostumun boş otağı var, Vinsent. Orada Özünüzü qaydaya salıb, yoldan sonra dincəlmək istəmirsiniz ki? - Bəli, əlbəttə, istərdim. Mən ağlıma gətirmirdim ki, belə yorulub əldən düşə bilərəm. Pitersen şlyapasını götürdü və qonşularının maraq dolu baxışlarına məhəl qoymadan Vinsentlə birlikdə küçəyə çıxdı. - İndi sizin üçün yəqin ki, hər şeydən yaxşısı yatıb dincəlməkdir, - o sağollaşarkən Vinsentə dedi. - Sabah saat on ikidə isə bizə nahara gelin. Biz çox şey barəsində danışmalıyıq. Vinsent dəmir ləyənin içində yaxşıca yuyundu, saat altı olmasına baxmayaraq ac qarma yatağa uzandı. Seher saat ona qədər yatdı, yalnız ona görə oyandı ki, boş mədəsində sanki dəmirçi at nallayırdı. O, ev sahibindən ülgüc, daraq, paltar şotkası istədi və səylə bütün paltarını səliqəyə saldı, ancaq başmaqlanna heç nə edə bilmədi Nahar zamanı Pitersen aram-aram Brüssel xəbərlərini danışırdı, Vinsent isə çəkinmədən yeməyin üstünə düşmüşdü. Nahardan sonra onlar emalatxanaya keçdilər. - Oho, görürəm siz az işləməmisiniz, elə deyilmi? Divarlarda çoxlu yeni şəkillər var, - Vinsent qeyd etdi. - Bəli, indi mən rəssamlıqdan daha çox ləzzət alıram, nəinki moizələrdən, - Pitersen cavab verdi. - Düzünü deyin, öz əsl işinizdən bu qədər vaxt ayırdığınıza görə vicdanınız sizi narahat etmir ki? - Vinsent təbəssümlə soruşdu. Pitersen güldü. - Siz Rubens barədə lətifəni eşitməmisiniz? O, İspaniyada Hollandiyanın səfiri idi, günortadan sonra həmişə vaxtını kral bağçasında molbert arxasında keçirməyə adət etmişdi. Bir dəfə pərqu
93
geyimli saray adamı, bağın içi ilo gedərkən deyir; “Görürəm, bizim diplomat bəzi rəngkarlıqla eylənir”. Rubens isə cavabında ona deyir: “Xeyr, rəssam bəzən diplomatiya ilə əylənir!” Pitersenlə Vinsent bir-birini başa düşərək baxışıb bərkdən gülüşdülər. Vİnsent öz bağlamasını açdı. - Mən bir neçə cızmaqara etmişəm, - dedi, - sizə göstərməyə üç şəkil gətirmişəm. Lütfen onlar barədə öz fikrinizi menə deyersinizmi? Pitersen üz-gözünü turşutdu, o yaxşı bilirdi ki, təzə başlayan adamın işini təhlil etmək o qədər də asan iş deyildir. Buna baxmayaraq o, şəkilləri molbertə qoydu, kənara çəkilərək diqqətlə baxmağa başladı, Vinsent bir anlığa öz şəkillərinə Pitersenin gözləri ilə tamaşa elədi və acı da olsa anladı ki, onlar necə də vecsiz şeylərdir. - O saat görünür ki, - bir qədər susduqdan sonra Pitersen dedi, - siz naturaya çox yaxın dayanmısınız. Bu, belədirmi? - Bəli, başqa cür də çəkə bilməzdim. Mən əsas etibarilə darısqal şaxtaçı komalarında çekməli olurdum. - Aydındır. Sizin şəkillərinİzdəki əsas səhvlər də bundan ibarətdir. Bəs siz elə bir yer tapa bilməzsinizmi, orada naturadan çekəndə uzaqda dayanmaq mümkün olsun? Sizi əmin edirəm ki, onda hər şeyi daha aydın görərdiniz. - Orada kifayət qədər böyük komalar da var. Mən ucuz qiymətə onlardan birini emalatxana kimi kirayə götürə bilərəm. - Əla fikirdir, - Pitersen yenə də susdu. - Siz heç rəssamlıq oxumu- sunuzmu? Üzləri kvadratlarla çəkmisinizmi? Siz nisbəti gözləyirsinizmi? Vinsent qızardı. - Mən heç nə bacarmıram. Görürsünüzmü, mənə heç kəs, heç nəyi öyrətməyib. Mənə ele gəlirdi ki, sadəcə olaraq qəti qərara gəlmək və çəkmək lazımdır, vəssalam. - Xeyr, xeyr, - Pitersen məyus halda dedi. - Siz hər şeydən əvvəl elementar texnikaya yiyələnməlisiniz, onda iş düz gedər. Verin, mən sizə, bax bu qadın şəklindəki səhvlərinizi göstərim. O, xətkeşi götürdü, fiquru kvadratlara böldü və Vinsentə nisbətin necə pozulduğunu göstərdi, sonra da dayanmadan izah edərək, şəkildəki adamın başını özü yenidən çəkməyə başladı. Təxminən bir saat işlədi, qurtardıqdan sonra bir neçə addım geri çəkildi, şəklə baxdı və dedi: - Bax belə, indi biz, zennimce, fiquru düz çəkdik. Vinsent onunla yanaşı dayanıb şəklə baxdı. Qannın şəkli düzgün çəkilmişdi, nisbətə tam əməl edilmişdi, buna şübhələnmək olmazdı.
94
Amma bu, kömiirçıxaranm arvadı, terril yığan, Borinaj sakini deyildi. Bu, adi bir qadın İdi, yerə əyilmiş vəziyyətdə əla çəkilmiş bir qadın şəkli İdİ. Bir kəlmə kəsmədən Vinsent molbertə yaxınlaşdı, peçin qarşısındakı qadm şəklini düzəldilmiş şəklin yanma qoydu və yenə də Pitersenin çiyninin ardında durdu. - Hm, - Pitersen fikirli halda dedi. - Mən sizin nə demək istədiyinizi başa düşürəm. Mən bunu bütün qaydası ilə çekmişəm, amma o, xarakterini tamam itirib. Onlar uzun müddət yanaşı dayanaraq molbertə baxdılar. - Vinsent, siz bilirsinizmi, - Pitersen qəfildən dedi. - Peçin yanındakı o qadın heç də pis deyil. Doğrudan pis deyil, şəklin texnikası isə dəhşətdir, heç bir nisbət gözlənilməyib, üzünə Allah bilir ki, ne olub. Əslində, deyəsən üzü heç yoxdur. Amma siz nəyi isə nəzərdə tutmuşunuz. Nəyi isə, mənim başa düşə bilmədiyim bir şeyi. Bəs siz özünüz necə, başa düşürsünüzmü, Vinsent? - Yox, başa düşmürəm. Men sadəcə olaraq onu necə görmüşəmsə, elə də çəkmişəm. Pitersen molbertə yaxınlaşdı. Peçin qabağındakı qadm şəklini ortaya çəkib düzəltdiyi şəkli molbertdən çıxartdı və zənbilə tulladı. - Etiraz etmirsiniz ki, - o, Vinsentdən soruşdu. - Axı mən onsuz da onu korlamışam. Pitersenlə Vinsent oturdular. Pitersen bir neçə dəfə ne isə demək istədi, amma söz tapa bilmədi, susdu. - Vinsent, - o, nəhayət, dedi, - men Özüm-özümə təəccüblənirəm, amma etiraf etməliyəm, bu qadın, demək olar, mənim xoşuma gəlir. Əvvəlcə o, mənə çox dəhşətli göründü, amma onda ürəyəyatan nə isə bir şey var. - Siz niyə özünüzə təəccüblənirsiniz? - Ona görə ki, bu mənim xoşuma gəlməməlidir. Burada heç şey düz deyildir, son ştrixədək! Əgər siz heç olmazsa bir az rəssamlıq məktəbində oxusaydınız bu qaralamanı cırardınız və hər şeyi təzədən başlayardınız. Ancaq hər halda qadın məni ne isə həyəcanlandırdı. And İçirəm ki, men onu haradasa görmüşəm. - Bəlkə siz onu Borinajda görmüsünüz? - Vinsent sadəlövhlüklə soruşdu. Pitersen Vinsente iti bir nəzər saldı ki, ciddi və ya zarafat etdiyini ayırd etsin.
95
- Beli, ola bilsin, eledir ki, var. Axı siz onu simasız vermisiniz. Bu her hansı bir qadın deyil, ümumiyyətlə, Borinaj sakinidir. Vinsent, siz şaxtaçı qadınların lap ruhunu, lap qəlbini tutmuşunuz, bu isə şəkil çəkməyin düzgün texnikasını bilməkdən yüz dəfə vacibdir. Bəli, sizin çəkdiyiniz qadın mənim xoşuma gəlir. O, mənə nə isə deyir. Vinsent həyəcanından titrəyirdi. Axı Pİtersen təcrübəli rəssamdır, professionaldır... Şəkil doğrudan da xoşuna gəlirsə, bunu ona bağışlamağı xahiş etsəydi!.. - Siz onu mənə bağışlayarsınızmı, Vinsent? Məmnuniyyətlə bu şəkli divardan asardım. Mənə elə gəlir ki, biz bu qadınla mehriban, səmimi dost olacağıq.
downloaded from KitabYurdu.org


