Vinsent Van Qoq səhifə 11

19 Vinsent Denigildə bir Qom ağ kağız və yoğun karandaş tapdı, öz qaralamalarını stolun üstünə düzdü və onları yenidən çəkməyə başladı. Barmaqları qatlanmır və onun sözünə baxmırdı, özünün istədiyi cizgiləri heç cür kağıza köçürə bilmirdi. O, karandaşdan çox pozandan istifadə edirdi, bununla bele, bu işdən el çəkmirdi. O qədər aludə olmuşdu ki, qaranlığın nə vaxt düşdüyünü hiss etmədi. Madam Deni qapını döyəndə o təəccübləndi. - Cənab Vinsent, şam yeməyi stolun üstündədir, - madam Deni dedi. - Şam yeməyi! - Vinsent dilləndi, - heç adamın inanmağı gəlmir kt, axşam düşüb! Stol arxasında or-arvad Denilərlə deyib-gülür, səmimi söhbetlər edirdi, onun gözlərində keçmişin parıltısı əmələ gəldi. Denİler mənalı-mənalı birbirinə baxdılar. Şam yeməyini cəld yeyib qurtaran Vinsent üzrxahlıq edib dəriıal öz otağına çəkildi. Neft lampasını yandırdı, şəkillərini divara sancdı və geri çəkildi ki, uzaqdan baxsın.
87
- Pisdir, - o, rəsmlərə diqqətlə baxa-baxa astadan dedi. - Çox pisdir. Bəlkə sabah daha yaxşı çəkə bildim. Vinsent yanar lampanı baş tərəfdən yerə qoyub çarpayıya uzandı. O, heç şey haqqında fikirləşmədən gözlərini rəsmlərdən çəkmirdi, sonra baxışlarını elə oradaca, divardan asılmış qravürlerə çevirdi. Əslində, o bu qravürləri yeddi ay əvvəl Uşaq Salonundan apardıqdan sonra ilk dəfə idi ki, görürdü. Birdən ona elə gəldi ki, şəkillərin xiffətini çəkir. Vaxt vardı Rembrandtın, Millenin, Jül Düprenin, Delakru- amn, Marisin kim olduğunu yaxşı bilirdi. Bir vaxtlar ona mənsub olan gözəl reproduksiyaları, Teoya ve valideynlərinə göndərdiyi bütün litoqrafiya və qravürləri yadına saldı. O, Londonun və Amsterdamın muzeylərində gördüyü gözəl tabloları gözünün qabağına gətirdi, bu sənət əsərləri barəsində fikirləşən, artıq özünü bədbəxt hiss etmiyən Vinsent çox derin, sağlam yuxuya getdi. Arabir çırtıldayan və getdikcə işığı zəifləyən neft lampası, nəhayət, söndü, O, sehər çox erkən, saat üçün yarısında oyandı, özünü gümrah və qıvraq hiss edirdi. Çarpayıdan yüngülcə tullandı, yoğun karandaşlarını və yazı kağızını götürdü, çörəkxanada nazik bir taxta parçası tapdı və Markass şaxtasına tələsdi. Hələ dan yeri sökülməmişdi, yenə də həmin paslı dəmir təkərin üstündə yerini rahatladı və kömürçıxaranla- rın nə vaxt keçib gedəcəklərini gözlədi. O, hər adamdan aldığı İlk təəssüratı yalnız qeyd etməyə çalışır, tələsik cızmaqara edirdi. Bir saatdan sonra, bütün kömürçıxaranlar keçib getdikdə onun vərəqlərində üzləri aydın çəkilməmiş beş fiqur Vardı. Vinsent tələsik eve qayıtdı, yuxanda, öz otağında bir fincan kofe içdi, hava tamam İşıqlaşanadək qaralamalarının üzünü köçürtdü. O, borinaj- lıtarın fiqurlarına özünün çox yaxşı duyduğu, lakin kömürçıxaranlar onun yanından tez ötüb keçdiklərinə görə qaranlıqda tuta bilmədiyi bir qədər qəribə və cazibədar xarakterləri vermək istəyirdi. Bu qaralamalardakı anatomiya düzgün deyildi, uyğunluq pozulmuşdu, şəkil isə lap gülməli ve yöndəmsiz görünürdü. Bununla belə, kağız üzərində təsvir olunanlar borinajlılara oxşayırdılar, onlan heç kəslə səhv salmaq olmazdı. Öz acizliyinə, bacanqsızlığma özü də mat qalmış Vinsent şəkilləri cırdı, Sonra o, Allebİnin qış günü küçədə isti su, bir də kömür aparan qan təsvir olunmuş qravürləri ile üzbəüz, çarpäyınırı kənarında oturdu və onun üzünü köçürməyə başladı. Qannın xarakterini tutmaq mümkün olmuşdu, lakin nə qədər əlləşib çalışsa da evlərin və küçələrin fonunda fiqurun nisbətini verə bilməmişdi. Vinsent vərəqi
88
yumnılayıb küncə atdı, sonra da Bosboomun səmada qaçışan buludlann fonunda tənha ağacı təsvir edən etüdü ilə üzbəüz stulda oturdu. Burada hər şey sadə görünürdü: ağac, bir ovuc gilli torpaq, yuxanda isə süzən buludlar. Amma Bosboom son dərəcə dəqiq idi, çox zərif görünürdü, Vinsent inandı ki, həddindən artıq təmkin və səbir tələb edən sadə pred- metləri təsvir etmək adətən, hər şeydən çətindir. Səhər hiss olunmadan keçdi. Vinsentin kağızı qurtaranda öz avadanlığını elek-vələk elədi, nə qədər pulu qaldığını dönə-dönə hesabladı. Onun iki frankı vardı, yaxşı kağız və bəlkə də kömür karandaşı almaq ümidi ilə Monsa yola düşdü. Mons on iki kilometr aralıda yerləşirdi. Kiçik Vamta Vam arasındakı hündür təpəni aşanda gördü ki, komalann qapılarından şaxtaçı arvadları ona baxırlar. Özünün adətən “bonjour” dediyi sözə indi ixtiyarsız olaraq “Comment. ça ra?”1 sözlərini də əlavə etdi. Monsa gedən yalnn ortasında olan kiçik şəhər Patyurajda, çörək dükanının pəncərəsində o, qəşəng bir qız gördü. O, dükana girdi və yalnız qıza baxıb zövq almağın xatirinə beş santimə yağlı bulka aldı. Patyurajla Kem arasındakı çöl leysandan sonra yamyaşıl görünürdü. Vinsent qət etdi ki, yaşıl karandaşı olanda bır də buraya gəlib bu mənzərəni çəksin. Monsda o, saya, sarımtıl kağızlı albom, kömür və qurğuşun karandaşlar aldı. Mağazanın yaxınlığında, dükanda qədim qravürlər satırdılar. Heç nə almayacağını çox gözəl bilən Vinsent düz bir saat onların arasında eşələndi. Satıcı da Vinsentle birlikdə qravür- lerə baxmağa başladı, onlar muzeydə gəzir, köhnə tanışlar kimi hər şəklin önündə dayanıb zövq alır, hər tablo barəsində söhbət edirdilər. - Mən sizdən üzr istəyirəm, - qravürlərə doyunca baxdıqdan sonra Vinsent axırda dedi. - Menim qara qəpiyim de yoxdur, sizdən heç bir vərəq də ala bilmərəm. Satıcı qallara məxsus hərəkətlə əllərini başı üstünə qaldırdı, - O-oo, bunun heç dəxli yoxdur! Buraya yenə gəlin, cibinizdə bir santim olmasa da. Vama qeder olan on iki kilometr yolun hamısını Vinsent elə getdi ki, sanki xoş bir gəzintiyə çıxmışdı. Günəş kömür piramidaları ilə diş- diş olmuş üfüqün arxasında gizlənir ve orda-burda süzən buludlann uclarını zərif sədəfi rəngə boyayırdı. Vinsente elə gəlirdi ki, Kemin kiçik daş evləri sanki təbiətin özü tərəfindən yaradılmış sənət əsərləri
1 Necəsiniz? (frans.)
89
- çərçivəyə salınmamış qravürlərdir, o, təpəyə qalxanda isə, hiss etdi ki, aşağıda uzanan yaşıl vadi rahatca nəfəs alır. Niyəsini anışdıra bilməsə də, özünü xoşbəxt sayırdı. Ertəsi gün o, Markass terrikonuna getdi, yamaclarını eşələyib qara qızıl qırıntıları çıxartdıqları dağa dırmaşan qızların, qadınların şəklini çəkdi. Nahardan sonra o, Denilərə dedi: - Xahiş edirəm, bir dəqiqəliyə stol arxasında oturun. Men bir şey etmək istəyirəm. O öz otağına qaçıb albom və karandaş gətirdi, öz dostlarının çox oxşar portretlərinin eskizlərini qaraladı. Madam Deni ayağa qalxıb Vinsentin çiyni üstündən alboma nəzər saldı. - Ax, cənab Vinsent! - o, ucadan dedi. - Siz ki, rəssamsınız! Vinsent qızardı. - Siz nə deyirsiniz, - o etiraz etdi. - Bu yalnız əyləncədir. - Xeyr, sadəcə olaraq bu çox oladır, - madam Deni təkid etdi. - Men burda elə bil lap canlıyam. - Doğrudur elə bil! - Vinsent güldü. - Iş ondadır ki, elə bil bir balaca, amma tamamilə yox. O öz yeni məşğuliyyəti barədə evdə valideynlərinin necə münasibət bəsləyəcəklərini çox yaxşı bildiyindən onlara bir kəlmə də yazmamışdı. “Oh, Vinsent yenə də hoqqa çıxarır! Görəsən, nə vaxt ağıllanacaq, nə vaxt əməllibaşlı bir işin qulpundan yapışacaq!’’. Bütün bunlardan əlavə, bu yeni məşğuliyyətin maraqlı bir xüsusiyyəti vardı: bu məşğuliyyət onun özünə aid İdi, başqasına yox. O öz şəkilləri barədə nə danışa, nə də yaza bilirdi. Vinsent ömründə heç nəyi bu şəkillər kimi qısqanclıqla gizlətmirdi: bu şəkillərə yad gözlərin baxacağı fikrini heç ağlına da sığışdırmırdı. Bəlkə onlardakı son ştrİxinə qədər hər şey yalnız dəyərsiz bir dİletantlıqdan başqa bir şey deyil, nə olur-olsun, bu şəkillər onun üçün müqəddəsdir. Vinsent yenə də kömürçıxaranların komasına girib-çıxırdı, amma indi onun əlində Bibliya əvəzinə albom və karandaş vardı. Kömürçı- xaranlar onun gəlişinə əvvəlkindən heç də az sevinmirdilər. Vinsent uşaqların döşəmədə necə oynadıqlarını, ailənin işdən sonra necə şam etdiyini çəkirdi. O öz albomunda Markassı uzun boruları ilə birlikdə, qara çölləri, yarğanın o tərəfindəki şam meşəsini, Patyurajın kənarında yer şumlayan kəndliləri tesvir edirdi. Pis havada öz otağında oturaraq divardan asılmış qravürlərin və bir gün əvvəl özünün çəkdiyi qaralama
90
eskizlerin üzünü köçürərdi. Axşam yatağa uzanarkən o fikirləşirdi ki, eger biriki iş görə bilibsə, demək, gününü hədər keçirməyib. Səhər isə, dünənki yaradıcılıq mostliyİndən ayılanda özünü inandırırdı ki, şəkilləri çox pis, soıı dərəcə pis çəkilib. Tərəddüd etmədən onları bir kənara tullayırdı. Vinsent ona əzab verən sıxıntıdan qurtara bilmişdi, özünü ona görə xoşbəxt hesab edirdi ki, öz bədbəxtliyi barədə bir dəfə də fikirləşmirdi. O bilirdi ki, öz zəhməti ile dolanmağa cəhd etmədən atasının və qardaşının hesabına yaşamaq ayıbdır, ancaq bunu tez unudurdu və özünü tamamilə şəkil çəkməyə həsr edirdi.

downloaded from KitabYurdu.org

Popular Posts