Vinsent van Qoq. səhifə 10.

16
Ertəsi gün Vinsentin yanına bir dəstə yaşlı kömürçıxaran gəldi: - İndi artıq Jak Vemeyin olmadığı bir vaxtda, - hamısı bir ağızdan dilləndi, - biz ancaq sizə etibar edə bilərik, cənab Van Qoq. Deyin, biz nə edək? Biz acından ölmək istəmirik. Bəlkə siz onlan bizim tələbləri- mizlə hesablaşmağa inandırasınız. Onlarla danışın, sonra bizə desəniz İd, İşə çıxmaq lazımdır, biz çıxanq. Yox, desəniz ki, ölün, ölərik. Ancaq sizin sözünüzə baxacağıq, cənab Van Qoq, başqa heç kəsin yox. “Şarbonaj beljik” kontoru boş ve qaranlıq idi. Direktor Vinsenti məmnuniyyətlə qəbul etdi və çox canıyananlıqla dinlədi. - Mən bilirəm, cənab Van Qoq, şaxtaçılar ona görə hiddətləniblər ki, meyitləri qazıb çıxartmamışıq. Qazıb çıxartsaydıq da bir şey əmələ gəlməzdi. Şirkət qərara alıb ki, bu təbəqədən daha kömür istehsal etməsin, o Öz xərcini ödəmir. Bəlkə de bütöv bir ay qazmalı olacaqdıq, bəs nəticəsi? Adamları bir qəbirdən çıxanb o biri qəbirə basdırmağın nə mənası! - Bəs dirilər barədə? Yəni siz, şaxtada əmək şəraitinin yaxşılaşdırılması üçün heç nə edə bilməzsiniz? Yəni onlar bütün ömürləri boyu daim ölüm təhlükəsi altında işləməlidirlər? - Beli, cənab Van Qoq, işləməlidirlər. Təəssüf başqa yol yoxdur. Şirkətin təhlükəsizlik texnikasını təkmilləşdirməyə vəsaiti yoxdur. Fəhlələr bu işdə mütləq uduzacaqlar, onlar heç neyə nail ola bilməyəcəklər, çünki iqtisadiyyatın dəmir qanunları onların əleyhinədir. Hamısından pisi də odur ki, bir
82
həftə də işə çıxmasalar, Markass şaxtası tamam bağlanacaq. Bİr Allah bilir ki, fəhlələr onda nə İle dolanacaqlar. Vinsent tamam ümidsiz halda əyri-üyrü yollarla Kiçik Vama tərəf qayıdırdı. Bəlkə də, Allah bilir, — o, acı-acı öz-özünə deyirdi, -”bİrden o da bilməsə, onda necə olsun?” Ona aydın idi ki, artıq o, kömürçıxaranlara gərək deyil. Vİnsetıt onlara deməlidir ki, yenə də o cəhənnəmə düşsünlər və bir qaral çörəkdən ötrü gün ərzində on üç saat işləsinlər. Daim onları təqib edən ölümlə yenə də üz-üzə dayanmalıdırlar. Yerin təkində ölümdən canlarını qurtaranlar isə vərəmin qurbanı olub yavaş-yavaş sönəcəklər. O nə qədər çalışıb vuruşdusa kömürçıxaranlara kömək edə bilmədi. Hətta Allahın Özü də onlara yardım edə bilmədi. Vinsent Borinaja kömürçıxaranlan Allah yoluna çağırmağa gəlmişdi. Bəs indi görəndə ki, kömürçıxaranlann köhnə düşməni şaxta sahibləri deyil, qadir Allahın özüdür, onlara nə desin? Vinsent kömürçıxaranlara işə çıxmağı məsləhət gördüyü saatda, boyunlarına yenə də köləlik boyunduruğunu keçirməyi söylədiyi dəqiqədə, həmin anda kömürçıxaranlann gözündən düşdü, onlar üçün yararsız oldu. Hətta bundan sonra Yevangeliya komitəsi ona icazə versəydi də, moizə ilə ünsiyyət yarada bilməzdi, Allah kəlamının indi fəhlələrə heç bir faydası yox idi. Allah onlara qarşı amansız İdi, Vinsent isə bu qəddarlığı yumşaltmaqdan aciz idi. Vinsent mahiyyətcə lap çoxdan bildiyi bir şeyi qəfildən anladı. Allah barəsindəki bütün bu danışıqlar, məhkumların soyuq gecənin əbədi zülmətində tənha gəzərək vahimə və ümidsizlik içərisində təsəlli tapdıqları bəlli yalandır, uşaq aldatmasıdır. Allah yoxdur. Axı bu lap sadə bir heqiqetdir. Allah yoxdur, yalnız qarmaqarışıqlıq var, mənasız, qəddar, əzablı, kor, qaranlıq, əzəli xaotik bır aləm var,
17 Kömürçıxarantar işə çıxdılar. Yevangeliya komitəsi Teodor Van Qoqa hər şeyi xəbər vermişdi, o da Vinsentə pul və Ettenə qayıtmaq barədə xahiş dolu bir məktub göndərmişdi. Bunun əvəzində Vinsent öz komasını tərk edib yenidən Denİnin yanma qayıtdı. O, Uşaq Salonuna getdi, ora ile vidalaşdı, divarlardan qravürləri çıxartdı və onları özünün yuxarıdakı otağına köçürtdü.
83
Yenə də o, iflasa uğramışdı, indi yekun vurmaq vaxtı idi. Lakin yekun təskinləşdirici deyildi. Onun heç neyi yox idi - nə işi vardı, nə pulu; nə sağlamlığı qalmışdı, nə qüvvəsi; nə düşünmək bacanğı vardı, ne də arzusu; nə ruh coşqunluğu, nə şöhrət axtarmaq niyyəti, başlıcası, heyatının söykənə biləcək dayağı yox idi. Onun iyirmi altı yaşı vardı, beşinci dəfə idi ki, o, müvəffəqiyyətsizliyə uğrayırdı və hər şeyi tezə- dən başlamaq üçün daha özündə qüwe hiss etmirdi. O, güzgüdə özünə baxdı. Üzünü azacıq qıvrım san tük basmışdı. Saçları seyrəlmişdi, ətli dodaqları qupquru qurumuş, nazilmiş, elə bil sapa çəkilmişdi, gözləri isə lap çuxura düşmüşdü, sanki zil qaranlıq mağaralarda itib-batmışdı. Bir vaxtlar hər şeyə qadir olan Vinsent Van Qoq indi limon kimi sıxılmış, büzüşmüş, quruyub qaxac olmuş, meyitə dönmüşdü. O, madam Demdən bir parça sabun istədi, ləyənin içərisində dayanıb təpədən-dırnağadək əməlli-başlı yuyundu. Necə de arıqlamış, üzgün görünürdü, iri, qüvvətli bədəni tamam ərimişdi! Vinsent üzünü səliqə ilə qırxdı, sifətindəki sümüklərin necə yöndəmsiz və yersiz çıxdığım görəndə təəccübləndi. Uzun aylardan bəri ilk dəfə olaraq saçlarını bir vaxtlar daradığı kimi daradı. Madam Denİ ona Öz ərinin üst köynəyini və deyişək verdi. Vinsent geyinib, səliqəli mətbəxə düşdü. O, ər və arvad Denilərlə nahara əyləşdi, şaxtada partlayışdan sonra İsti, ev xörəyi dadmamışdı. Yemək haqqında fikrin özü onda təəccüb doğururdu. Ona elə gəlirdi ki, taxta kəpəyindən hazırlanmış isti sıyıq çeynəyir. Kömürçıxaranlara moizə oxumağın ona qadağan olunduğu barədə heç bir söz demədi, bunu ondan heç xahiş edən də olmadı, görünür, indi onlann moizələrə ehtiyacları qalmamışdı. Vinsent onlarla çox az-az söhbət edirdi. İndi o, ümumiyyətlə, adamlarla nadir hallarda danışırdı. Onlarla üz-üzə gələndə ancaq “salam” deyib ötürdü, vəssalam. Daha kö- mürçıxaranlann komalarına girmir ve onlann həyatı ilə maraqlanmırdı. Fəhlələr sanki nə İsə başa düşüblərmiş kimi dinməz-söyləməz, indiki tələblə razılaşıb heç onun adını belə çəkmirdilər. Kömürçıxaranlar görürdülər ki, Vinsent onlardan gen gəzir, uzaq qaçır, ancaq buna görə onu heç vaxt qınamırdılar. Ürəklərində onun nə çəkdiyini başa düşürdülər. Borinajda isə həyat öz qaydasmda davam edirdi, Vinsent evdən xəbər aldı ki, Key Vosun eri qəflətən rəhmətə gedib. Lakin onda elə güclü ruh düşkünlüyü əmələ gəlmişdi ki, bu xəbər onun şüurunun haradasa lap dərinliyində itib-batdı.
     84
Həftələr ötüb keçdi, Vinsent nə isə hadisələrin fövqündə yaşayırdı - yeyir, yatır, gözlərini boşluğa dikib otururdu. İndi qızdırma onu getdikcə daha az narahat edirdi. O, itirdiyi gücünü toplamağa, kökəlməyə başlamışdı. Amma gözləri əvvəlki kimi, şüşəyə dönmüş meyit gözlərinə oxşayırdı. Yay girdi, qara düzlər, borular, terrikonlar günəşin parlaq şüalan altında şəfəq saçdılar. Vinsent tez-tez gəzintiyə çıxırdı. O haraya getdiyini özü de dərk etmədən, yanyörəsindəkilərə fikir vermədən gedirdi. Yalnız ona görə gedirdi ki, uzanmaqdan, oturmaqdan, bir yerdə durmaqdan yorulub təngə gəlmişdi. Gəzməkdən yorulanda isə, yenə de oturur, ya uzanır, ya da saatlarla ayaq üstə dayanırdı. Əlində olan qəpik-quruşu təzəcə tükənmişdi ki, Parisdən Teodan məktub aldı; qardaşı onu dilə tuturdu ki, Borinajda vaxtını boş-boşuna itirməsin, məktubun arasına qoyduğu pulu götürüb heyatda öz yolunu yenidən tapmaq üçün qəti addımlar atsın, Vinsent pulları madam Deniyə verdi. Borinaj xoşuna gəlməsə də burada qaldı, ona görə ki, getməyə bir yeri yox idi, həm də yerindən debərmək üçün çox böyük səy tələb olunurdu. O, Allahını da itirmişdi, özünü də. İndi o, yer üzündə ən qiymətli adamını - ona daim əziz və yaxın olan, onu Vinsentin arzu etdiyi kimi başa düşə bilən yeganə qardaşını da itirmişdi. Bəli, Teo öz qardaşını tamam unutmuşdu. Vinsent bütün qışı ondan həftədə bir-iki dəfə məktub alardı, bunlar qardaşına maraq dolu geniş, canlı, gümrahlıq təlqin edən məktublar idi, İndi isə məktubun arası kəsilmişdi. Ona qardaşı Teo da inamını itirmişdi, artıq heç nəyə ümidi qalmamışdı. Vinsent tamam tək qalmışdı, son dərəcədə tek, hətta Allah da ondan üz döndərmişdi. Vinsent bu dünyada özünün tənhalığını, canlı meyitə çevrilməsini, nə üçün burada qalmasını başa düşmürdü.
18
Yayın ardınca payız hiss edilmədən gəldi. Borinaj m onsuz da az olan göylüyü solub məhv oldu, lakin Vinsentin daxilində nə isə oyanmışdı. O hələ də Öz həyatına ayıq baxa bilmirdi, amma başqalarının həyatı onu maraqlandırmağa başlamışdı. Vinsent meylini kitablara salmışdı. Mütaliə ona həmişə qəribə bir sevinc gətirirdi, indi İsə o, başqalarının qələbəsi və məğlubiyyəti, kədəri və sevinci barədə oxuyarkən şəxsi fəlakətini unudurdu.
85
Hava imkan verən kimi o, çölə çıxır və bütün günü orada mütaliə edərdi, yağış yağanda öz otağına girib yatağında uzanar, yaxud da Denİnİn mətbəxindəkİ kresloda oturub saatlarla kitabdan ayrılmazdı. Belelikle o, özü kimi mübarizəyə qoşulan yüzlərlə adi adamların həyatına, onlann kiçik qələbələrinə və böyük məğlubiyyətlərinə vaqif olardı, həm də qarşısında yavaşyavaş nə isə bir məqsəd görünməyə başlayırdı. İndi o öz-özünə dönə-dönə eyni şeyi təkrar edib: “Mən uğtırsuzam! Uğursuz! Uğursuz!” demirdi. Özünü tez-tez suala tuturdu: “İndi men ne etməliyəm? Mən nəyə daha çox yararam? Bu dünyada mənim əsl yerim hardadır?” Əlinə keçən hər kitabda o, necə olacağına, nəyə can atacağına cavab axtarırdı. Evdən yazırdılar ki, onun keçirdiyi həyat dəhşətlidir; atasının dediyinə görə, Vinsent avaranın biri olub, hamı tərəfindən qəbul edilmiş ədəb və əxlaq qaydalarına meydan oxuyur. Nəhayət, nə vaxt yenidən bir işin qulpundan yapışacaq, işləməyə başlayıb özünə çörək pulu qazanacaq, cəmiyyət üçün yararlı adam olacaq, yer üzündə ümumi əməyə öz payını verə biləcək? Vinsent özü də bu suallara cavab axtarırdı. Nəhayət, o, mütaliədən təngə gəldi, artıq elinə kitab ala bilmirdi. Məğlubiyyətinin ilk həftələrində o, həddindən artıq sarsılmış, yorulmuşdu, onun qəlbində heç bir hissə yer qalmamışdı. Sonralar yenə də o öz hisslərini və fikirlərini mütaliə İlə sanki boğurdu. Demək olar, tamamilə sağalmışdı, ele bil aylarla daxilinə dolmuş iztirablar axını birdən-birə üzə çıxmış və coşaraq onun bütün vücudunu təzədən dərd-qəmlə, ümidsizliklə bürümüşdü. Ağlının kəsdiyi dəlillər artıq onu sakitləşdirmirdi. O, heyatının ən ağır dəqiqələrini, ən ağır çağlarını yaşayırdı və bunu özü də dərk edirdi. Hiss edirdi ki, özündə nə isə qiymətli bir şey var, anlayırdı ki, dünyada sonuncu səfeh, axmaq deyil, o, bir heç deyil, o, insanlara az da olsa xeyir verə bilər. Amma necə? Adi rəsmi vəzifəyə yaramırdı, qabiliyyəti çatan hər şeyi sınaqdan çıxarmışdı. Yoxsa o, ancaq uğursuzluğa, əzabamı məhkum olunub? Doğrudanmı onun ömrü artıq sona çatıb? Bu suallar onun beynində üsyan edirdi, ancaq onlara cavab tapa bilmirdi, Vinsent sanki yuxulu vəziyyətdə yaşayırdı. Qış yaxınlaşırdı. Tez-tez hirslənən atası pul göndərməyin arasını kəsirdi; Vinsent Denigildə yeməkdən də imtina edir, ac qalırdı. Belə vaxtlarda Teonun
86
vicdanı dözmür, ona Ettendən azacıq pul göndərirdi. Sonra Teonun da hövsələsi tükəndi, bu zaman qəflətən valideynlik qayğısım əsirgəməyən atasının ona köməyi çatırdı. Arada elə vaxtlar olurdu ki, Vinsent günaşırı yeməyə məcbur olurdu. Bir dəfə, aydın noyabr günlərindən birində Vinsent Maıkass şaxtasının yanında, fikirsiz, boş-boşuna veyllənirdi, sümükləri yıxmış dizləri əsirdi, paslı dəmir çarxın üstündə oturdu. Darvazadan qoca kö- mürçıxaran çıxdı, qara kepkasını gözlərinin üstünə basmışdı, əllərini ciblərinə soxmuşdu, çiyinləri əyilmişdi, sümükləri çıxmış dizləri əsirdi. Bu adam nə isə Vinsentin diqqətini cəlb etdi. O, fikirləşmədən, heç bir məqsəd güdmədən, elini cibinə salıb karandaş qınğı və evdən gələn məktubu çıxartdı, cəld zərfin o biri özünə qara düzdə gəzişən kiçik insan fiqurunu çəkdi. Sonra o, zərfin içindən atasının ona göndərdiyi məktubu çıxartdı - vərəqin bir tərəfi təmiz idi. Bir neçə dəqiqədən sonra, şaxtanın darvazasında daha bir kömürçıxaran göründü, on yeddi yaşlı bir gənc idi. O, qocadan hündür, qamətli idi, kərpic divar boyu, dəmir yollarına tərəf addımlayanda çiyinlərinin cizgilərində nə isə bir gümrahlıq hiss olunurdu. Oğlan gözdən itənədək Vinsent bir neçə dəqiqə nə isə qaralayıb kağıza çəkdi.

downloaded from KitabYurdu.org

Popular Posts