Vinsent Van Qoq İkinci hissə /səhifə 3


3
 O, gecə-gündüz işləyərək ustalığa yiyələnirdi, öz gələcəyi barədə yalnız ona görə fikirləşirdi ki, Teonun boynunda oturmağa son qoyacaqdı, işi də kamilləşəcəkdi. Şəkil çəkmədən yorulduqda kitab oxumağa başlayırdı. Mütaliədən usananda isə yatağına uzanırdı. Teo bütün artıq pullarını verib Vinsent üçün enqr kağızı, baytarlıq məktəbləri üçün buraxılmış atın, inəyin və qoyunun anatomik şəkillərini alırdı. O, qardaşına Holbeynin “Qrafika nümunələri” kitabından bir neçə şəkil, müxtəlif karandaşlar, qaz lələkləri, sepiya, insan skeletinin maketini göndərmişdi, bununla bərabər ona səylə işləməyi, orta səviyyəli rəssam olmamağı tövsiyə edirdi. Vinsent qardaşına belə cavab yazırdı: “Ne bacarıramsa edirəm, amma men ortabablığa, bu sözün geniş menasında, heç de nifrət etmirəm. Əlbəttə, ortabablığa nifrət rəssamı qətiyyən öz səviyyəsindən yuxarı qaldırmır. Amma səylə İşləmək barəsində sən tamamilə haqlısan. Qavamİnin bizə məsləhət gördüyü kimi: “Qələmə sarılmayan bir gün belə olmamalıdır”.
 114 
 Vinsent getdikcə daha çox dərk edirdi ki, insan fiqurlarım çəkmək ona çox böyük fayda verir, peyzaj üzərində işləməyinə də bilavasitə kömək edir. Vinsent söyüdü çəkərkən ona canlı varlıq kimi baxanda - əslində, axı o elə canlı idi, - bütün fonu yaxşı verməyə nail oturdu, - təkcə bütün diqqəti bu söyüddə cəmləşdirmək və geri çəkilməmək, ağac canlı varlığa çevrilənə qədər işdən aralanmamaq lazım gəlirdi. O, peyzajı çox sevirdi, lakin Qavami, Domye, Dore, De Qru və Felİsyen Ropsun məharətlə çəkdikləri, bəzən öz realizmi ilə insanı heyran qoyduqları həmin janr eskizləri onun daha çox xoşuna gəlirdi. Özünü hər gün naturadan çəkməyə alışdıran Vinsent tədricən qəzet və jurnallar üçün illüstrasiyalar hazırlamağa ümid bağlayırdı; o, müstəqil olmaq, çox çətin ve uzun illər ərzində öz texnikasını təkmilləşdirib rəssamlığın ən yüksək ifadə formasına çatanadək özü-özünü dolandırmaq istəyirdi. Oğlunun əyləncə xatirinə oxuduğunu zənn edən Teodor bir dəfə ona dedi: - Vinsent, həmişə dönə-dönə deyirsən, sənə çox işləmək lazımdır. Bəs niyə vaxtını bu axmaq fransız kitablarına sərf edirsən? Vinsent “Qorio ata” kitabının səhifələri arasına nişan qoyub gözlərini qaldırdı. O, ümidini itirmirdi ki, atası oğlunun ciddi şeylərə necə baxmasını bir gün başa düşəcəkdir. - Bilİrsenmİ, - o, asta-asta sözə başladı, - insanları, janr lövhələrini yaratmaq üçün təkcə şəkil texnikasına yiyələnmək azdır, həm də ədəbiyyatı dərindən öyrənmək lazımdır. - Doğrusu, bunu başa düşmürəm. Əgər yaxşı moizə söyləmək istəyirəmsə, mətbəxə gedib ananın bişirdiyi dilləri necə hisə verdiyinə tamaşa etmək gerek deyil. - Yeri gelmişkən, - Anna-Komeliya söhbetə söz qatdı, - yaxınlarda hisə verdiyim o dilləri səhər yemək lazımdır. Vinsent bu bənzətmənin əleyhinə çıxmadı. - Mən insanın bütün sümüklərini, əzələlərini, vetərlərini diqqətlə Öyrənmədən onun fiqurunu yarada bilmərəm, - o dedi. - İnsanın qəlbində nələr baş verdiyini Öyrənməsəm, sifətini də çəkə bilmərəm. Heyatı təsvir etməkdən ötrü, təkcə anatomiyadan baş çıxarmaq azdır, insanın hisslərini, onun yaşadığı dünya barəsində fikirlərini dərk etmək lazımdır. Təkcə öz peşəsini bilən, başqa heç nəyi öyrənməyə can atmayan bir kəs yalmz səthi rəssam ola bilər. - Ah, Vinsent, - Teodor dərindən ah çəkdi. - Qorxuram sən nəzəriyyəçi olasan. 115
Vinsent yenə də “Qorio ata”m elinə aldı. Teodan Vinsenti həyəcanlandıran bir bağlama gəldi. Orada gələcək İşlərində ona kömək edəcək Kassanın bir neçə kitabı vardı. Vinsent nəzakətlə kitabları vərəqlədikdən sonra Villemİnaya göstərdi. - Mənim xəstəliyimə bundan yaxşı derman olmaz, - o, bacısına deyirdi. - Mən sağalsam, yalnız bu kitabların sayəsində sağala bilərəm. Villemina anasının gözlərinə oxşayan dupduru, aydın gözlərini mehribanlıqla qıyaraq gülümsədi. - Vinsent, doğrudan da elə fikirləşirsən ki, - Parisdən gələn hər şeyə şübhə ilə yanaşan Teodor soruşdu, - kitablarda incəsənət haqqında mülahizələri oxumaqla yaxşı şəkil çəkmək olar? - Əlbəttə. - Möcüzədir, ancaq möcüzədir. - Daha düzü budur ki, oxuduqlanmı işdə tətbiq etməyi bacarmalıyam. Praktika isə ayn məsələdir, kitab kimi onu satın almaq olmaz. Yoxsa bu kitabları əldən qapardılar. Əməklə zəngin olan xoşbəxt günlər tez ötüb keçirdi, yay girmişdi, indi də yağışlar yox, bürkü Vinsenti süpürgəli kolluqlarda dolaşmağa qoymurdu. O, Villeminanın tikiş maşını arxasında şəklini çəkmişdi. Barqın kitabından etüdlərin üçüncü dəfə üzünü köçürtdü, beş dəfə müxtəlif vəziyyətlərdə bel ilə işləyən “Un Becheur"' kişi fiquru çəkmiş, iki dəfə isə səpinçini və süpürgəli qızı təsvir etmişdi. Sonra da kartof- soyan ağ ləçəkli qadın, uzun çomaqlı çoban və nəhayət, xəstə qoca kəndli qələmə alınmışdı. Başını əlləri arasına alıb dizlərinə dirsəklənmiş qoca ocaq başmda stulda oturmuş halda təsvir olunmuşdu. Yerqa- zanlar, səpınçilər, əkinçilər, kişilər və qadınlar - Vinsent hiss edirdi ki, onları həmişə təkrar-təkrar çəkməyə ehtiyac var, kənd həyatına diqqətlə nəzər yetirmək və müşahidələrini kağızda daha ehtirasla canlandırmaq lazımdır. O artıq əvvəlki kimi təbiət qarşısında aciz deyildi, bu ona indiyədək heç vaxt hiss etmədiyi sevinc gətirirdi. Şəhər sakinləri əwəlkİ kimi yenə də Vinsentdən kənar gəzir, ona qəribə adam kimi baxırdılar. Anasının, Villemiamn, hətta atasının özünəməxsus məhəbbətlərini bildirib onu əzizlədiklərinə baxmayaraq Etten sakinlərindən heç kəs Vinsentin qəlbinin dərin guşələrini görə bilmirdi. Onun qəlbi İsə boş və tənha idi, 1 1 Yerqazaa (frans.)
 116 
Amma vaxt ötdükcə kəndlilər onu sevdilər, ona etibar etməyə başladılar. Vinsent kəndlilərlə onların becərdikləri torpaq arasında nə isə bir oxşarlıq tapırdı. Məhz bunu da öz şəkillərində əks etdirməyə çalışırdı. Bu şəkillərə baxarkən, onun qohumları çox zaman torpağın haradan başlandığım, kəndli fiqurunun harada qurtardığını deyə bilmirdilər: Vinsent bu cəhətlərin onun tablolarında necə alındığını özü de başa düşmürdü, lakin hiss edirdi ki, şəkillər əslində uyğundur, bu da kifayət edir. - İnsanı və torpağı bir-birindən ayıran kəskin xətt lazım deyil, — o, bir axşam təsadüfən onun işi ilə maraqlanan anasına dedi. - Bütün bunlar torpağın bir-birinə keçən, bir-birindən ayrılmayan müxtəlif formalarıdır, onlar aynlmaz olur, bu isə mahiyyətcə vahid olan iki formadır, bu formaları bir-birindən ayırmaq, demək olar, qeyri-mümkündür. Anası bu qərara gəldi ki, hələ de evlənməyən Vinsentin bütün qayğılarım öz üzərinə götürməli, onun müqəddəratını özü həll etməlidir. - Vinsent, - ana bir səhər oğluna dedi, - xahiş edirəm, saat ikidə evdə olasan. Sen menə yox deməzsən ki? - Heç vaxt, ana. Nə olub ki? - Biz qonaq gedəcəyik. Vinsent çaşıb qaldı. - Ana, mən vaxtımı boş yerə sərf edə bilmərəm! - Necə yəni boş yerə? - Axı men şəkil yaratmaq istəyirəm, orada isə çəkiləsi bir şey yoxdur! - Sən səhv edirsən. Ettenin bütün kübar qadınları orada olacaq. Vinsent qapıya çəpəki nəzər saldı. Ona bircə an lazım idi ki, o evdən qaçıb uzaqlaşsın. Çox çətinliklə özünü ələ aldı, Özünün qonaq gedə bilməyəcəyinin səbəbini anasına başa salmağa çalışdı, Vinsent sözləri çox çətinliklə seçirdi. - Necə sənə deyim, ana, - o başladı, - ziyafətlərdə olan bu qadınlarda xarakter yoxdur, menə isə xarakter lazımdır. - Boş şeylərdir! Onlann əla xarakterləri var. Heç vaxt eşitməmişəm ki, bir kəs onlardan pis şeylər danışsın. - Əlbəttə, anacan, əlbəttə. Mən ancaq demək istəyirdim ki, onlar hamısı bir-birinə oxşayırlar. Keçirdikləri həyat sanki onları bir biçimdə töküb. - Yaxşı, tutalım belədir, mən ki, onlan əziyyətsiz ayırd edə bilirəm.
117 
 Bəli, əzizim, bilmirəm səni necə başa salım. Onların hamısının heyatı o qədər yüngüldür ki... çöhrələrinə maraqlı heç bir şey həkk olunmayıb. - Men səni anlamıram, oğlum. Axı sən çöldə-bayırda rast gəldiyin hər hansı bir fəhləni, ya da kəndlini çəkirsən. - Bəli! - Bunun sənə xeyri nədir? Onlar ki, kasıb-kusublardır, özləri də heç nə alıb eləməzlər. Amma şəhər xanımları Öz portretlərinə yaxşı pul verirlər. Vinsent bir əlilə anasını qucaqladı, o biri elilə de onun çənəsindən yapışdı. Anasının mavi gözləri o qədər aydın, o qədər mehriban idi ki, bu gözlərdə o qədər incəlik və məhəbbət vardır ki... Eh, görəsən niyə bu baxışlar oğlunun qəlbinə nüfiız edə bilmir? - Əzizim, - o, astadan dedi, - xahiş edirəm, heç olmazsa mənə bir azca inan. Nə etmək lazım olduğunu men çox gözel bilirəm, bir qeder səbir elə, mən müvəffəqiyyət qazanacam. Bəlkə senə elə gəlir ki, mən faydasız bir iş görürəm, qoy gəlsin, onu da bil ki, əvvəl-axır şəkillərimə görə mənə pul verəcəklər, men çox yaxşı qazanc eldə edəcəyəm. Anna-Komeliya Vinsemti, oğlunun özünün istədiyi kimi başa düşməyə çalışırdı. O, dodaqları ilə Vİnsentin san cod tüklərinə toxundu və bir vaxtlar Zyundertdəki həmin həyəcanlı günlərdə ana bətnindən ayrılan yumağa bənzər titrək çağanı xatırladı. İndi onun qucaqladığı həmin körpə güclü, kobud kişi olmuşdu. Onun ilk övladı ölü doğulmuşdu, Vİnsentin isə dünyaya gəlişini xəbər verən tələbkar qışqırıqları ananın sevincinə, hədsiz şükranlığına səbəb olmuşdu. Anna-Komeliyamn Vinsentə olan məhəbbəti gözünü dünyaya açmamış ilk övladının qəmi, Vİnsentin ardınca doğulan diger uşaqların sevinci ilə rövnəqlənmişdi. - Sən yaxşı oğlansan, Vinsent, - o dedi. - Bildiyin kimi də et. Sənə nə lazım olduğunu özün yaxşı bilirsən. Mən, ancaq sənə kömək etmək istəyirəm. Həmin gün çölə şəkil çəkməyə getmək əvəzinə Vinsent bağban Pit Kaufmandan şəkil çəkmək üçün onun qarşısında durmağı xahiş etdi. Onu uzun müddət dilə tutmalı oldu, nəhayət, Pit razılaşdı. - Nahardan sonra bağda, - o dedi. Vinsent bağa çıxanda Pitin əynində bazar günləri geydiyi kostyumunu gördü, əl-üzünü yuyub, daranıb onu gözləyirdi.
 118 
- Bir dəqiqə! - o, həyəcanla dilləndi. - Mən stul gətirim. Sonra başlaya bilərsiniz. O, alçaq stulu gətirdi və uzunboy adam kimi dümdüz oturdu, ele bil fotoaparat qarşısında oturmuşdu. Vinsent ixtiyarsız qəhqəhə çəkdi. - He, Pit, - dedi, - men səni bu bərbəzəkdə çekə bilmərəm. Pit təəccüblə özünü nəzərdən keçirdi. - Nədir kı, məgər şalvarım qaydasında deyil. Lap təzədir. Cemi bir neçə dəfə, bazar günləri geymişəm. - Bilirəm, - Vinsent cavab verdi. - Elə pisi də budur. Mən səni köhnə iş paltarında, dırmıqla İşləyərkən çəkmək istəyirəm. Onda hər cizgi canlı görünər. Mənə sənin dirsəklərini, dizlərini, işlətdiyin beli görmək lazımdır, İndi İsə ancaq kostyumunu görürəm. Bel barədə eşitdikdə Pit inad etdi. - Köhnə şalvanm çirkdir, həm də cırıq-cırıqdır. Məni çəkmək istəyirsənsə, bu vəziyyətdə çək. Vİnsentin yenə da çölə gedib yer qazmaqdan belləri əyilmiş kəndlilərin şəklini çəkməkdən başqa əlacı qalmadı. Yay qurtarırdı, o başa düşürdü ki, müstəqil öyrənə biləcəyi hər şeyin sonu çatıb. O yenə də özündə hər hansı bir rəssamla dostluq yaratmaq və yaxşı emalatxanada işləmək arzusu duydu. Beli, əsl rəssamların tablolarına baxmaq, rəssamların necə işlədiklərinə tamaşa etmək onun üçün vacib idi - onda o öz qüsurlarını başa düşər, ne etmək lazım gəldiyini qərara alardı. Teo öz məktublarında onu Parisə çağırırdı, amma Vinsent dərk edirdi ki, belə bir addım atmaq onun üçün hələ tezdir. Peşəkar sənətkar olmaq üçün onun gördüyü işlər hələlik həddindən artıq kobud, həddindən artıq yöndəmsiz İdi. Haaqaya isə bir neçə saatlıq yol vardı, sözsüz orada ona Qupilin mağaza müdiri minxer Terstex və qohumu Anton Mauve kömək edərlər. Bəlkə, yaxşı olardı, uzun sürən əziyyətli şagirdliyinin sonrakı mərhələsini Haaqada keçirsin. O, məktubda Teodan məsləhət istədi, qardaşı cavabında ona yol pulu göndərdi. Haaqaya köçməzdən əvvəl, Vinsent Terstex və Mauvenİn ona necə münasibət bəsləyəcəklərini, ona kömək etməyə razılıq verib- verməyəcəklərini Öyrənməyi qərara aldı; əgər olmasalar, onda başqa bir şəhərə gedəcəyini qət etdi. O, dəyişək paltarları ilə birlikdə şəkillərini də səliqə ilə çamadanına yığışdırdı. Cavan əyalət rəssamlarının ənənələrini yaşadan paytaxta yola düşdü.
 119
 downloaded from KitabYurdu.org
Van Qoq un əsərlərindən


Popular Posts