Vinsent Van Qoq İkinci hissə /səhifə 2
Yağış tez kəsdi, hava aydınlaşdı və istiləşdi. Vinsent öz molbertini və şəkil çəkmək ləvazimatını götürüb əyaləti qarış-qarış gəzirdi. Hər şeydən çox Seppe yaxınlığındakı süpürgə kolluğunda işləmək xoşuna gəlirdi, amma tez-tez Passevartdakı böyük bataqlığa, su zanbaqlarını çəkməyə gedirdi. Ettendə, hamının bir-birini yaxşı tanıdığı bu balaca şəhərdə adamlar ona şübhə ilə baxırdılar. Buranın sakinləri hələ indiyədək bu şəhərdə qara velvet kostyum geyinən görməmişdilər, yaşlı bir adamın bütün günü əlində karandaş və kağız çöldə veyllən- məsi onları təəccübləndirirdi. Yöndəmsiz və qaradinməz olmasına baxmayaraq, Vinsent atasının məhəllə adamlan ilə rastlaşanda daim nəzakətlə görüşsə də, bu adamlar ondan uzaq qaçmağa çalışırdılar. Burada, əhalisi az olan bu sakit şəhərcikdə, Vinsenti bədheybət və qəribə adam hesab edirdilər. Doğrudan da, onda hər şey qəribə, qeyri-adi idi: onun geyimi, xasiyyəti, san saqqalı, keçmişi barədəki şayiələr, açıq-aşkar avaralığı da, bütün günü çöldə oturub həmişə nəyə isə
111
baxması da. Yerli camaat ona etibar etmirdi. Vinsentin həmyerlilərinə heç bir
zərəri dəyməsə də, onlara bənzəmədiyi üçün hətta ondan qorxurdular. O isə
yalnız bir şeyi arzulayırdı - bu adamlar ona mane olmasınlar. Vinsent heç
təsəvvürünə gətirmirdi ki, Ettenin sakinləri onu elə beləcə xoşlamırlar.
Bir dəfə o, böyük bir vərəqədə şam ağaclarının kəsilməsi şəklini çəkirdi,
ön planda kiçik çayın sahilində tənha ucalan ağacı təsvir edirdi.
Meşəqıranlardan biri tez-tez ona yaxınlaşır, çiyninin üstündən boylanıb şəklə
baxır, mənasız-mənasız gülürdü, sonra da şaqqanaq çəkirdi, Vinsent bu şəkil
üzərində bir neçə gün işlədi, kəndli isə getdikcə daha artıq rişxənd etməyə
başladı. Vinsent kəndçini nə əyləndirdiyini ayırd etməyi qərara aldı.
- Sizcə ağac şəkli çəkmək gülməlidir? - o, nəzakətlə soruşdu.
Meşəqıran cavabında yenə də ucadan qəhqəhə çəkib güldü və dedi:
- Aydın məsələdir ki, gülməlidir. Sən yəqin ki, axmaq adamsan.
Vinsent bir dəqiqəliyə fikrə getdi və xəbər aldı:
- Ağac əksəydim necə, axmaq olardımmı?
Kəndlinin üzü dərhal ciddiləşdi.
- Yox, əlbəttə, yox.
- Bəs mən bu ağaca qulluq etsəydim necə, axmaq sayılardımmı?
- Aydın məsələdir, yox,
- Ağacın barını yığsaydım necə?
- Son sadəcə mənə gülürsən, hə?
- Yaxşı, mən də hamı kimi buradakı ağacları kəsib böyrü üstə yıxsaydım
necə, mənə axmaq deyərdilərmi?
- Niyə ki, ağacı kəsərlər də.
- Deməli, əkmək olar, ona qulluq etmək olar, hətta qırmaq da olar, ancaq
onlarm şəklini çəkmək axmaqlıq sayılır. Bu edalətdirmi?
Kəndli yenə qımışdı:
- Əlbəttə, vaxtını boş şeylərə sərf edən adam axmaq deyil, bəs nədir?
Hamı da deyir, sen səfehsən. Axşam Vinsent heç yerə getmədi, ailə qonaq
otağında böyük taxta stolun arxasında oturmuşdu. Biri məktub yazır, o biri
mütaliə edirdi, qadınlar da tikiş tikirdilər. Qardaşı Kor hələ lap uşaq idi, çox
nadir hallarda danışığa, söhbetə müdaxilə edirdi. Bacısı Anna ərə gedib,
erigildə yaşayırdı. Yelizaveta Vitısentə laqeyd, etinasız münasibət bəsləyir,
özünü elə aparırdı ki, sanki Vinsent heç evdə yox İmiş. Təkcə Viİleminanın
qardaşına ürəyi yanırdı,
112
məmnuniyyətlə onun üçün poza yaradır, onda heç bir qüsur görmürdü. Lakin
qardaşının mənəvi marağına şərik ola bilmirdi.
Vinsent gün ərzində çöldə etdiyi qaralamaları stolun ortasında dayanan san
örtüklü iri lampanın parlaq işığında təzədən canlandırırdı. Teodor oğlunun eyni
fiqurları on dəfələrlə çəkdiyinə, narazı halda bir-birinin ardınca kənara atdığına
tamaşa edirdi. Nəhayət, pastor dözə bilmədi.
- Vinsent, - o, stoldan oğluna tərəf əyilərək dedi, - heç elə olubmu kİ,
çəkdiyin tamam alınsın?
- Yox, - deyə Vinsent cavab verdi.
- Qorxuram, sən böyük bir səhv edəsən.
- Elədiyim səhvlərin sayı-hesabı yoxdur, ata. Sen məhz neyi nəzərdə
tutursan?
- Mənə elə gəlir ki, sendə istedad olsaydı, əgər sən, doğrudan da, bir
rəssam kimi doğulsaydın, onda hər şey necə lazımdırsa, elə ilk dəfədən alınardı.
Vinsent çəkdiyi şəklə baxdı - dizləri üstə oturaraq torbaya kartof yığan
kəndli şəklinə. Vinsent kəndlinin əlinin cizgilərini nə qədər çalışırdısa, heç cür
tapa bilmirdi.
- Bəli, ata, ola bilsin, bu, elə sən deyən kimidir.
- Bax, mən də deyirəm, heç bir nəticə əldə etmədən eyni şeyi yüz dəfə
çəkməyin mənası yoxdur. Səndə anadangəlmə qabiliyyət olsaydı, onda sən
istədiyinə cızma-qarasız, dərhal nail olardın.
- İlk vaxtlarda natura həmişə rəssama müqavimət göstərir, ata, - Vinsent
karandaşı əlindən buraxmadan cavab verdi. - Əgər mən bu işə ciddi
girişmişəmsə, onda müqavimətə üstün gəlməliyəm, naturaya təslim
olmamalıyam. Əksinə, daha əzmlə çalışmaq, çətinliyə qalib gəlmək lazımdır.
- Güman etmirəm, - Teodor dedi. - Qəzəb heç vaxt xeyirxahlıq
doğurmur, pis iş də yaxşını.
- İlahiyyatda bəlkə de bu belədir. Sənətdə isə yox. İncəsənətin özünün
qanunları var.
- Mənim oğlum, sən yanılırsan. Rəssamın işi ya pis, ya da yaxşı ola bilər.
Iş pisdirsə, o, rəssam deyil. O bunu lap əvvəldən başa düşməlidir və vaxtını boş
yerə sərf etməməlidir.
- İşi pis alınsa da, əgər rəssam xoşbəxtdİrsə, onda necə?
Teodor Allah tərəfindən bütün deyilənləri səylə fikrində götürqoy etsə də, bu suala cavab tapa bilmədi.
113
- Yox, — Vinsent dedi, — şəkildə kəndlinin sol elinin yöndəmsiz halda
havada qalmasına səbəb olan kartof torbasını pozdu. - Mahiyyətinə görə,
təbiətlə əsl rəssam həmişə həmrəy olublar. Bəlkə də, təbiətin rəssama ram
olmasınadək uzun illərin qovğası və səyi lazım gəlsin, ancaq ən axırda, hətta ən
pis sayılan bir iş belə yaxşı olacaq, əmək özünü doğruldacaq.
- Bəs axırda zay iş alınsa necə? Bax bu torbalı oğlanı neçə gündür
çəkirsən, bir məna çıxmır. Təsəvvürünə gətir, birdən sən onun üstündə illərlə
əlləşdin, bundan yaxşı edə bilmədin?
Vinsent çiyinlərini çəkdi.
- Bu qumardır, ata, rəssam da riskə gedir.
- Uduş belə fisqə dəyirmi?
- Uduş? Hansı uduş, ata?
- Pul. Cəmiyyətdə mövqe.
Bütün bu söhbət ərzində Vinsent ilk dəfə olaraq gözünü kağızdan çəkib
atasının üzünə baxdı, çox diqqətlə baxdı, sanki qarşısında tamam yad bir adam
oturmuşdu.
- Axı biz deyəsən bu barədə söhbət eləmirdik, sənətdən danışırdıq, - o
dedi.
downloaded from KitabYurdu.org