Vinsent Van Qoq İkinci hissə /səhifə 1
İKİNCİ KİTAB
ETTEN
Teo Bıüsseldə Vinsentlə bircə gün qaldı, sonra Parisə yola düşdü. Bahargəldi, Brabant düzlərinin əsrarəngiz gözəlliyi adamı heyran qoyur, doğma ev
tannnın yaratdığı cənnətə bənzəyirdi, Vinsent orada velutin adlanan qara cod
velvetdən iş kostyumu, şəkil çəkmək üçün enqr kağızı aldı və ilk qatarla doğma
yurdu Ettenə yollandı.
Anna-Komeliya Vinsentin həyat tərzini pisləyirdi, oğlunu əzabkeş və
bədbəxt görürdü. Teodor isə oğlunu tamam başqa baxımdan pisləyirdi. Əgər
Vinsent onun doğma oğlu olmasaydı, onu asanlıqla rədd edərdi. O, bilirdi ki,
Vinsentin günahkar həyatı Allahın da xoşuna gəlmir, eyni zamanda ehtiyat
edirdi. Əgər o, atalıq borcunu əsirgəsə, onu taleyin axınına buraxsa, Allaha heç
de xoş getməz.
Vinsent hiss etdi ki, atasının saçlan çox ağarıb, sağ gözünün qapağı
ağırlaşıb, daha da aşağı düşüb. İllər sanki onun üzünün bütün cizgilərini
qupquru qurutmuşdu, bu itkilərin heç birini geri qaytarmaq olmazdı. O, saqqal
saxlamırdı, gözləri isə əvvəllər olduğu kimi “Bu menəm” demirdi, əksinə, sanki
soruşurdu: “Bu menemmi?”
Anası Vinsentə əvvəllər olduğundan daha gümrah, daha mehriban
görünürdü, yaşının çoxluğuna baxmayaraq qəddi əyilməmişdi, əksinə, bir qədər
də yaxşılaşmışdı. Üzünün, burun pərəklərinin və dodaqlarının yan-yörəsindəki
qırışlar arasında gizlənmiş təbəssümü sanki insanların bütün nöqsanlarım və
səhvlərini qabaqcadan bağışlayırdı, iri, geniş və xeyirxah sifəti yer üzünün
gözəlliyinə qarşı həmişə açıq idi.
Bir neçə gün bütün ailə boş ciblə gəlmiş, qarşısına heç bir məqsəd
qoymamış Vinsenti zorla yedizdirirdilər, ona hər cür qulluq etdilər. Vinsent
samanla örtülmüş kiçik evlərin səpələndiyi süpürgə kolluğunun talaları
arasında avara-avara gəzir, kəsilmiş şam ağaclarının yan- yörəsində əlləşən
meşeqıranlara tamaşa edir, ətrafında sıx qarağaclar ucalan Protestant kilsəsinin
qarşısındakı çəmənlikdə yerləşən dəyirman və qəbiristanın yanındakı
Rozendala gedən yolla tənbəl-tənbəl var-
108
gəl edirdi. Borinaj tədricən uzaq keçmişdə qalırdı, Vinsent getdikcə sağalıb
möhkəmlənirdi, əvvəlki gücü özünə qayıdırdı, tezliklə yenə də iş onu özünə
çəkdi.
Yağışlı bir gün səhər erkən Anna-Komelİya mətbəxə düşdü və gördü ki,
peç qıpqırmızı közərib, peçin yanında isə Vinsent ayaqlarını şəbəkənin üstünə
qoyaraq oturmuş, dizlərinin üstündə isə, demək olar, yenicə çəkib qurtardığı “İş
vaxtı” şəklinin surətini tutmuşdu.
- A-aa, bu sənsən, oğlum! Sabahın xeyir, - Anna-Komeliya təəccüblə
dedi.
- Sabahın xeyir, ana, - Vinsent nəzakətlə anasının yanağından öpdü.
- Sən bu gün nə tezdən durmusan, Vinsent?
- İşləmək istədim, ana.
- İşləmək?
Anna-Komeliya öncə şəklə, sonra alışıb-yanan peçə baxdı.
- Sən demək istəyirsən peçi yandırmaq istəmisən, eləmi? Amma bundan
ötrü narahat olmağına dəyməzdi.
- Yox, ana, mənə şəkil çəkmək lazımdır.
Anna-Komeliya Vinsentin çiyni üstündən onun çəkdiyi şəklə bir də baxdı.
Ona elə gəldi ki, bu, uşaq əyləncəsidir; axı uşaqlar jurnallardan şəkillərin üzünü
köçürməyi xoşlayırlar.
- Sən bütün ömrünü şəkil çəkməyə sərf etmək fikrindəsən, Vinsent?
- Bəli, ana.
O öz planlan və Teonun ona kömək etməyə razı olduğu barədə anasına
danışdı. Gözlədiyinin əksinə olaraq Anna-Komeliya oğlundan razı qaldı. O,
cəld öz otağına çıxdı, əlində məktub qayıtdı,
- Bizim qohumumuz Anton Mauve - rəssamdır, özü də çoxlu pul qazanır.
Bacımın göndərdiyi bu məktubu srağagün almışam, bunu bilirsənmi, Mauve
bacım qızı Yet ilə evlənib, o yazır ki, Qupilın yanında İşləyən minxer Terstex
mağazada, Antonun hər cür şəklini beş və ya altı yüz quldenə satır.
- Bəli, Mauve bizim ən məşhur rəssamlarımızdan birinə çevrilir.
- Bəs belə bir şəkil çəkməkdən Ötrü nə qədər vaxt lazımdır, Vinsent?
- Müxtəlif cür olur, ana. Bir tabloya bezən bir neçə gün sərf edirsən,
bəzən də illər,
- Necə, necə illər! ilahi!
Anna-Komeliya bir dəqiqəliyə fikrə gedib sonra soruşdu:
109
Sən adamı elə çəkə bilersenmi özünə oxşasın?- Düzü, bilmirəm. Yuxarıda mendə bir neçə şəkil var. Mən onları senə
göstərərəm.
Vinsent otağa qayıdanda anası ağ mətbəx ləçəyini örtmüşdü, içində su
olan çuqun qazanlarını peçin üstünə qoyurdu. Mətbəxin divarlarına çəkilmiş
ağ-mavi kaşımn parıltısı şaqraq suda əks olunurdu.
- Mən sənə sevdiyin kəsmikli pudinq hazırlayaram, - Anna- Komeliya
dedi. - Yadmdadırmı?
- Heç yadımdan çıxarmı, ana!
Oğlu anasının boynunu kobudcasına qucaqladı. Ana fikirli halda gü-
lümsədi. Vinsent onun böyük oğlu idi, onun sevimlisi idi. Oğlunun uğursuz
taleyi anaya qəm-qüssə gətirirdi.
- Evdə ananın yanında yaşamaq yaxşıdırım? - Anna-Komeliya soruşdu.
- Əladır, mənim əzizim, ~ Vinsent onun bir qədər qırışmış, lakin sağlam
yanağını zarafatla çimdtkləyib cavab verdi.
Anna-Komeliya Borinaj şəkillərini əlinə aldı və diqqətlə onlara baxmağa
başladı.
- Vinsent, bunların sifətlərinə nə olub?
- Heç nə. Necə bəyəm?
- Axı bu adamların üzü heç görünmür!
- Hə! Meni yalnız bədənləri maraqlandırırdı.
- Sən, yeqin ki, adam sifəti çəkə bilirsən, hə? Məncə burauda Ettendə öz
şəklini çəkdirmək istəyən çox qadın tapılar. Bundan gələn qazancla da
dolanmaq olar.
- Hə, bəlkə də. Amma mən əməlli-başlı çəkməyi öyrənənədək onlar
gözləməli olacaqlar.
Ana yumurtanı smdınb tavanın içinə tökdü, dünən özünün hazırladığı
kəsmiklə qarışdırdı. O hər elində yumurta qabığının bir yarısım tutaraq bir
dəqiqəliyə sanki quruyub qaldı, sonra Vinsentə tərəf döndü.
- Sen demək istəyirsən ki, eməlli-başlı çəkməyə başlayanda sənin
portretlərini alacaqlar?
- Iş bunda deyil, ana, - Vinsent karandaşı kağız üzərində csld gəzdirərək
cavab verdi. - Mən, necə lazımdır elə, həqiqətən yaxşı çəkməliyəm.
110
dedi:
- Qorxuram, mən bundan bir şey anlamayam, oğul.
- He, elə mən də, amma hər halda belədir, — Vinsent dilləndi.
Səhər yeməyi zamanı, yumşaq, qızarmış pudinqi yeyərkən Anna-
Komeliya bu söhbeti ərinə çatdırdı. Onun Vinsentin işlərinin ərilə gizlicə
müzakirə etməsi birinci dəfə deyildi.
-Bu, sənə gələcəkdə bir şey vəd edirmi, Vinsent? - atası soruşdu. - Özünə
çörək pulu qazana biləceksənmi?
- 0-OQ, dərhal yox, ata. Men ayağa durub özümü tapanadək Teo menə
kömək edəcək. Yaxşı çəkməyi Öyrənəndə qazancımla dalana bilərəm. Londonda
və Parisdəki həvəskar rəssamlar gündə on-on beş frank qazanırlar, jurnallar üçün
illüstrasiyalar edənlər isə lap çox qazanırlar.
Teodor Vinsentin artıq qarşısına nə isə bir məqsəd qoymasım alqışlayırdı,
bütün bu illərdə olduğu kimi, onun bundan sonra veyil- veyil gəzməyəceyinə
sevinən ata özündə bir yüngüllük hiss edirdi.
- Ümidvaram ki, Vinsent, sən bu işdən möhkəm yapışarsan, onu başa
çatdırarsan, daha bir işdən o birinə vurnuxmazsan.
- Onlara son qoyulub, ata. Daha geri çəkildi yoxdu.