Vinsent van Qoq - Borinaj,səhifə 2


Strikkerlərin yaşadıqları Keyzersqraxt bulvarı Amsterdamda ən kübar bulvarlar sırasına daxil idi. Amsterdamda dörd kanal boyu uzanan bulvarlardan biri idi. O, limanın cənub hissəsindən başlayıb şəhərin mərkəzində nal kimi əyilərək yenidən şimal tərəfdən ona birləşirdi. Burada hər şey səliqəli, hər şey təmiz idi. Heç yerdə, hətta digər rayonlarda yüz illərdən bəri kanalların suyunu örtən mamırın izi-tozu görünmürdü, Bulvardakı ensiz və möhkəm evlər sırf flamand üslubu ilə tikilmişdi, bu evlər “farağat” komandası ilə səf-səf düzülmüş Puritan qoşunları kimi bir-birinə sıxılmışdılar. Vinsent səhərisi gün Strikker dayının moizəsinə qulaq asıb onun evinə yollandı. Parlaq günəş daim holland səmasında üzən kül rəngli boz buludları qovurdu, bu nadir dəqiqələrdə hava şəfəqlənir, yerə işıq saçırdı. Vinsent tələsmədən gedirdi, onun vaxtı çox idi. O, fikirli halda, kanala qalxan qayıqların suyun axını ilə necə mübarizə etdiklərinə baxırdı. 
33
Bunlar sudan qapqara qaralmış, yastıdibli uzun qayıqlar idi, onların burnu iti, qabağı kimi arxa tərəfi də sivri idi, yük götürən anbarları dərin deyildi. Qayığın burnundan dal tərəfinə qədər üzərində paltar qurudulan ip çəkilmişdi. Ailənin başçısı əziyyətlə, gərgin surətdə əyilərək uzun ağacı suyun dibinə dirəyir, çiynini söykəyib bir neçə addım atır, qayıq isə onun ayaqları altından qabağa sürüşürdü. Kök, enlikürək, qırmızıyanaq arvadı həmişə qayığın dal tərəfində oturur, yöndəmsiz ağac sükanı idarə edirdi. Uşaqlar itlə oynayırdılar, hər beş dəqiqədən bir onlar evi əvəz edən taxta budkaya girirdilər. Möhtərəm Strikkerin evi flamand memarlığı ilə tikilmiş bütün binalar kimi ensiz, üçmərtəbəli uzunsov qülləli idi. Təmtəraqlı naxışlarla bəzədilmişdi, qüllədə pəncərə açılmışdı. Pəncərənin üstündə ucunda dəmir qarmaq olan dirək görünürdü. Villemina xala Vinsentlə görüşdü və onu yemək otağına ötürdü. Divarda Ari Şefferin çəkdiyi Kalvinin portreti asılmışdı, bufetin üstündə gümüş serviz parıldayırdı. Divarlar tünd taxta panellə haşiyələnmişdi. Vinsentin gözləri hələ otağın qaranlığına alışmamışdı, haradansa qaranlıqda ucaboy, qamətli gənc bir qadın peyda oldu, onunla səmimi salamlaşdı. - Siz, əlbəttə, məni tanımırsınız, - onun səsi məlahətli idi, - mən sizin xalanız qızı Keyəm. Vinsent onun əlini sıxdı, uzun aylardan bəri ilk dəfə qadın bədəninin incəliyini və hərarətini duydu. - Biz heç vaxt görüşməmişik, - Key eyni səslə səmimi danışırdı. - Necə də qəribədir, axı mənim iyirmi altı yaşım var, siz isə... Sizin neçə yaşınız var? Vinsent onu diqqətlə süzərək susurdu. O, cavab verməyin labüdlüyünü dərk edənə qədər bir neçə saniyə keçdi. Axmaq vəziyyətdən bir təhər çıxmaq üçün ucadan dedi: - İyirmi dörd. Sizdən az. - O-oo, bəli. Doğrusunu desək, bu o qədər də təəccüblü deyil. Siz heç vaxt Amsterdamda olmamısınız, mən isə Brabantda. Deyəsən, mən pis ev sahibəsiyəm. Xahiş edirəm, əyləşin. O, stulun kənarında oturdu. Elə bu zaman nə isə baş verdi, o, yöndəmsiz, sanki yonulmamış kəndçidən kübar dairələrinə mənsub nəzakətli şəxsə çevrildi. O dedi: - Anamın dəfələrlə sizi evimizə dəvət etdiyi yaxşı yadımdadır. Zənnimcə, Brabant sizin xoşunuza gələrdi. Ora çox gözəldir.
 34

- Bilirəm, Atına xata yazıb, bir neçə dəfə də dəvət eləyib. Hazırlaşıram, yaxın vaxtlarda gedəcəyəm. - Əlbəttə, hökmən gəlin, - Vinsent dedi. O, demək olar Keyə qulaq asmırdı və onun suallarına qeyri-ixtiyari cavab verirdi. O bütün varlığı ilə buz kimi yalqızlıq bulağında uzun zaman iztirab çəkən ehtiraslı kişi yanğısı ilə onun gözəlliyini öz canına hopdururdu. Keyin sifətinin cizgiləri holland qadınlarının əksəriyyətinə məxsus iri olsa da, son dərəcə cilalanmış, pardaxlanmış və incə görünürdü. Onun saçları digər həmvətənləri kimi nə buğda sünbülü təki sarı, nə də qırmızıya çalan sarımtıl idi, zərif qızılı rəng parlaq alov saçan işıq seli ilə çulğaşaraq hərarətli və incə şəfəq yayırdı. O öz sifətini günəşdən və küləkdən qoruyurdu, qədim holland ustalarının tablolarında təsvir olunduğu kimi, onun buxağının ağlığı hiss olunmadan yanaqlarına keçirdi. Onun gözləri gömgöy idi, bu gözlərdə həyat eşqi qığılcımlanırdı, ətli dodaqları yumulmurdu, sanki öpüş üçün bir balaca aralanmışdı. Vinsentin susduğunu görüb soruşdu: - Siz nə barədə fikirləşirsiniz, xalaoğlu? Qayğılı görünürsünüz. - Fikirləşirəm ki, yəqin Rembrandt sizi çəkmək istərdi. Key astadan güldü, gülüşü ürəkdən gəlirdi, səmimi idi. - Rembrandt gərək ki, ancaq çirkin qarıları çəkməyi xoşlayırdı. - Xeyr, - Vinsent etiraz etdi, - o öz qəlblərini qəm və kədər içərisində uyudan, yoxsul, bədbəxt və qəşəng qarıların surətini yaradırdı. Key ilk dəfə olaraq Vinsenti diqqətlə süzdü. Vinsent otağa daxil olanda Key onu belə diqqətlə süzməmişdi, onun ancaq açıq sarı rəngli gur saçlarını, iri və kobud sifətini görə bilmişdi. İndi o, ətli dodaqları, çökəkdə olan yanar gözləri, onun Van Qoqlara məxsus dik alnını, düz ona tərəf yönəlmiş iri çənəsini aydın gördü. - Məni bağışlayın, cəfəngiyyat danışdım, - xalaqızı səssizcə, az qala pıçıltı ilə üzr istədi. - Mən sizin Rembrandt barəsində nə demək istədiyinizi başa düşürəm. Ümidsizlikdən və əzabdan üzləri qırış-qırış olmuş, beli bükülmüş qocaları çəkərkən o, gözəlliyin lap mahiyyətinə varır. - Uşaqlar, siz nə barədə belə ciddi söhbət edirsiniz? - Qapının ağzında görünən möhtərəm Strikker soruşdu. - Biz tanış olurduq, - Key cavab verdi. - Niyə sən mənə demirdin mənim belə mehriban xalaoğlum var, hə? 

35

Yemək otağına ucaboylu, qəddi-qamətli, gülərüz bir kişi də daxil oldu. Key ayağa qalxdı və onu nəzakətlə öpdü. - Xalaoğlum Vinsent, - dedi, - bu da mənim ərim minxer Vosdur. Key otaqdan çıxdı, bir dəqiqədən sonra iki yaşlı, qıvrımsaç bir oğlanla qayıtdı, uşağın baxışları dalğın görünürdü, gözləri anasınınkı kimi göy idi. Key uşağı qucağına aldı. Vos onu da, uşağı da qucaqladı. - Burda, mənim yanımda otur, Vinsent, - Villemina xala dedi. Bir tərəfində Vos, o biri tərəfində Yan dayı oturmuş Key Vinsentlə üzbəüz əyləşmişdi. Əri yanında olan Key Vinsenti unutmuşdu. Yanaqları daha da allanmışdı. Bir dəfə əri yavaşcadan, sakitcə ona nə isə gülməli bir söz dedi, o da dərhal əyilib ərini öpdü. Onların məhəbbətinin titrək dalğaları Vinsenti boğurdu. Həmin bazar günündən sonra Ursulanın vurduğu ağır yara ilk dəfə olaraq haradansa sirli bir dərinlikdən baş qaldırıb onun ruhunu və bütün vücudunu göynətdi. Hamını birbirinə möhkəm tellərlə bağlayan bu balaca ailənin bütövlüyünü gördükdə ona aydın oldu ki, bütün bu qüssəli aylarda sevgi həsrəti onu necə yandırıb yaxırmış və bu sevgiyə qovuşmaq nə qədər çətin imiş. 3 


 downloaded from KitabYurdu.org



Popular Posts