Vinsent van Qoq - Borinaj,səhifə 1

BİRİNCİ KİTAB 
BORİNAJ
1
   Ali rütbəli dəniz zabiti, Hollandiya donanmasının vitse-admiralı İohannes Van Qoq Admirallıq heyətinin uzaq bir guşəsində, ona havayı verilən geniş iqamətgahının artırmasında ayaq üstə dayanmışdı. Qardaşı oğlunun gəlişi münasibətilə o, bayram libasını geyinmişdi, çiyinlərindəki bər-bəzəkli paqonlar par-par parıldayırdı. Əmisinin Van Qoqlar nəslinə mənsub çox iri çənəsi, nəzərə çarpan kobud və dik burnu üstündə qalın qaşları vardı. - Səni görməyimə şadam, - əmisi Vinsenti salamladı. - Mənim uşaqlarım evlənəndən və köçüb gedəndən sonra evim bomboş qalıb. Onlar enli pillələrlə qalxdılar, Yan əmi qapıları açdı. Vinsent otağa daxil oldu, çamadanını döşəməyə qoydu. Böyük pəncərədən admirallığın hər yeri görünürdü. Yan əmi çarpayının kənarında oturdu, o, zərli sapla tikilmiş mundiri müqabilində bacardığı qədər özünü sadə aparırdı. - Sənin oxumağa həvəsini və keşiş olmağı qərara aldığını eşitmək mənə xoş idi, - o dedi. - Van Qoqlar ailəsindən həmişə kimsə bir nəfər Allaha xidmət edib. Vinsent qəlyanını çıxartdı və səylə tənbəki doldurdu, o həmişə fikirləşmək üçün vaxt qazanmağa çalışanda belə edirdi. - Görürsünüz, mən vaiz olmaq üçün dərhal işə başlamaq istərdim, - Vinsent, səndən xahiş edirəm, vaizliyi başından çıxart. Onlar nadan adamlardır, Allah bilir, nə təbliğ edirlər. Yox, mənim balam, Van Qoqlar həmişə universitetdə oxuyublar, keşiş olublar. İndi isə şeylərini yerbəyer et. Nahar saat səkkizdədir. Vitse-admiralın enli kürəyi qapının arasında yox olan kimi, Vinsent yüngül qüssə hiss etdi. Baxışları otağı gəzdi. Çarpayı enli və rahat, şkaf tutumlu idi, alçaq və hamar yazı stolu adamı özünə tərəf çağırırdı. Vinsent nə isə sıxıntı keçirirdi, belə bir hiss həmişə yad adamların arasında olanda onda baş qaldırırdı. O, papağını qamarlayib Dam meydanına qaçdı. Meydanı keçərkən gözəl qravürlər satan yəhudi bukinistlə rastlaşdı. Vinsent qravürləri xeyli qurdaladı, onlardan on üç vərəq aldı, 
32
qoltuğuna vurdu, tələsmədən tünd qatran qoxusunu uda-uda kanalın sahili ilə evə sarı getdi. Vinsent divarları korlamamaq məqsədilə ofortları ehtiyatla sancaqlayarkən qapı döyüldü. Möhtərəm Strikker daxil oldu. O, Van Qoq olmasa da, Vinsentin qohumu idi: Vinsentin xalası ilə evlənmişdi. Strikkeri Amsterdamda ruhani pastor kimi yaxşı tanıyırdılar və ağıllı adam hesab edirdilər. Əyninə yaxşı parçadan çox gözəl tikilmiş qara kostyum geymişdi. Salamlaşdıqdan dərhal sonra keşiş dedi: - Mən Mendes da Kosta ilə danışmışam, o, klassik dillərin ən yaxşı bilicisidir, sənə latın ve yunan dillərini öyrədəcək. Yəhudi məhəlləsində yaşayır, bazar ertəsi saat üçdə ora birinci dərsə gedərsən. Lakin mən, ancaq bunun üçün gəlməmişəm, səni sabaha, bazar gününə, nahara dəvət etməyə gəlmişəm. Xalan Villemina, xalaqızın Key mütləq səni görmək istəyirlər, - Çox şadam. Saat neçədə gəlməliyəm? - Günortaüstü, ibadətdən sonra. Möhtərəm Strikker öz qara şlyapasını və ağır dua kitabını götürəndə Vinsent xahiş etdi: - Zəhmət olmazsa, məndən bütün ailənizə salam yetirin. - Sabaha qədər, - Strikker dedi və çıxdı. 2 

 downloaded from KitabYurdu.org

Ardını oxu2

Popular Posts