Vinsent Van Qoq səhifə 6
Hamı dağılışandan sonra Vinsent qapını bağladı, fikirli halda asta- asta
Deninin evinə tərəf getdi. Bu gün axşam onu necə qarşıladıqlarından hiss edirdi
ki, kömürçıxaranlar ona inanırlar, özünə qarşı əvvəlki soyuqluqdan əsər-əlamət
qalmamışdır. “Qara sifətlilər” indi onu qətiyyətlə özlərinə mənəvi mürəbbi
hesab edirdilər! Bu dəyişikliyə səbəb nə İdi? Məsələ, əlbəttə, onda deyil ki, o,
moizə etməyə bina tapmışdı, kömürçıxaranlar buna əhəmiyyət vermirdilər.
Camaatın heç xəbəri də yox idi ki, Vinsent öz vəzifəsinə resmi təyinatı indi alıb
- axı o təzə gələndə öz işləri barədə heç kəsə danışmamışdı. Düzdür, bu gün o,
çox alovla, ilhamla danışırdı, amma onun daxmalarda və başsız qalmış töv-
lələrdəki əvvəlki moizələri də pis deyildi.
Demlərin evində bütün ailə öz rahat otağında yatağa uzanmışdı,
çörəkxanadan isə gündüzdəld kimi iştah açan təzə çörəyin iyi gəlirdi. Vinsent
düz mətbəxin altında qazılmış dərin quyudan su çıxarıb ləyənə tökdü və sabun
ilə güzgü dalınca yuxan getdi. O, gözünü divara dayadı və öz əksinə baxmağa
başladı. Beli, o, səhv eləməyib: Vemeygildə əməlli-başlı yuyuna bilməmişdi.
Göz qapaqlarında və yanaq sümüklərində kömür tozu qalmışdı. Onun kömürə
bulaşmış sifətini, öz yeni məbədini necə işıqlandırdığım atası və Strikker dayı
görə bilsəydi, necə dəhşətə gələcəklərini təsəvvürünə gətirərək gülümsündü.
O, əllərini soyuq suya saldı, köpük əmələ gətirdi, - sabunu Brüsseldən
gətirmişdi, - üzünü yaxşıca sabunlamaq istəyirdi ki, birdən ağlına qəfil fikir
geldi. Yaş əllərini havada saxlayaraq bir daha diqqətlə güzgüyə baxdı: kömür
tozu onun alnının qırışlarında, göz qapaqlarında, yanaq sümüklərində, irəli
çıxmış iri çənəsində qaralırdı.
- Əlbəttə ki, - o, bərkdən dedi. - İndi bildim niyə meni bu qədər səmimi
qarşıladılar. Mən, nəhayət, onlar kimi olmuşam.
Blə beləcə də etdi, üzünü yumadı, ancaq əllərini yaxaladı ve yatağa getdi.
O vaxtdan bəri, Borinajda yaşadığı gündən şaxtaçılardan seçilməmək üçün o,
qəsdən üzünə kömür tozu sürtürdü.
12
Vinsent seher üçün yarısında oyandı, mətbəxdə bir tikə yavan çörək yedi,
üçe on beş dəqiqə qalmış küçəyə çıxdı və Jakla rastlaşdı.
Gecə çoxlu qar yağmışdı. Qar şaxtaya gedən yola qalın örtük çəkmişdi.
Jakla birlikdə çöldən keçib qara borulara və terrikonlara teref gedən Vinsent hər
yerdə qarın üstü ilə tələsən kömürçıxaranların qara
61
fiqurlarına diqqət yetirirdi, uzaqdan onlar sanki öz yuvalarına qaçan nə isə
kiçik qara heyvanları xatırladırdı. Qılıtıc təki kəsən soyuqdan fəhlələr büzüşür,
çənələrini yüngül paltolarının yaxalıqları arasında gizlədirdilər.
Əvvəlcə Jak Vinsenti xüsusi nömrə altında qarmaqlardan çoxlu neft
lampası asılmış otağa gətirdi.
- Yerin altında bir hadisə baş verəndə, - Jak izah etdi, - bu nömrələrlə
bilirlər ki, kim fəlakətə uğrayıb: əgər lampa yerində yoxdusa, deməli sahibi
şaxtadadır.
Kömürçıxaranlar tələsik lampalarını götürüb qar basmış həyətdən lift
işləyən kərpic binaya qaçırdılar. Vİnsentlə Jak da onlara qoşuldular. Qaldırıcı
qurğu bir-birinin üstündə yerləşən altı hissədən ibarət idi, hər hissədə kömür
doldu vaqonu yuxarı qaldırmaq olardı. Burada iki nəfərə güclə yer qalırdı,
ancaq oraya beş şaxtaçı soxurdular.
Jak usta olduğundan qaldırıcı qurğunun yuxan hissəsi ilə yalnız üç nəfər -
Jak, köməkçilərindən biri və Vinsent düşürdü. Ayaqqabılanmn ucunu liftin
divarına dirəyərək çömbəltmə otursalar da yenə başlan məftilli tavana
toxunurdu.
- Əllərinizi sinənizə sıxın, cənab Vinsent, — Jak dedi. — Əgər divara
toxunsanız, əlsiz qalarsınız.
Zəng çalındı, iki polad birazdan asılmış qaldırıcı qurğu aşağı şütüdü. Bu,
demək olar ki, şaxtanın lüləsindən tutmuş dibinədək olan bütün hissəni tuturdu,
onunla divar arasında bir düyüm qədər məsafə qalırdı. Vinsent təsəvvürünə
gətirəndə ki, ondan aşağı yarım mil dərinliyində qara uçurum açılıb və
texnikanın çox kiçik bir hissəsinin xarab olması ölümlə nəticələnə bilər, onu
qeyri-ixtİyarı titrətmə tutdu. Bu, onun əvvəllər heç vaxt başına gəlmədiyi
qorxulu bir duyğu idi - bu, üzüaşağı, zülmətə doğru sürətlə uçuşdan başqa bir
şey deyildi. O Özünə bununla bele, neft lampalarının çox zəif işıqlandırdığı
qorxunc zülmət düşüncəsinin bütün dəlillərini kütləşdirmişdi.
O öz qorxusunu Jaka etiraf edəndə Jak yüngülcə gülümsədi.
- Sizin duyd tıqlarınızı hər bir şaxtaçı hiss edir, - o dedi.
- Şaxtaçılar, əlbəttə, aşağı düşməyə alışmışlar.
- Xeyr, heç vaxt! Qaldırıcı qurğu qarşısındakı vahimə keçmir. Ondan son
günlərinə qədər hamı qorxur.
- Bes siz Özünüz?
- Düz otuz il şaxtaya düşməyimə baxmayaraq elə men də sizin kimi
qorxuram!
62
Yolun yarısında, üç yüz əlli metr dərinlikdə, qaldırıcı qurğu bir anlığa
dayandı, sonra yenə aşağı şütüdü. Vinsent hiss etdi ki, şaxtanın divarlarından su
damcılayır, bütün bədəni titrədi. O, yuxan baxdı və orada gündüz işığı ulduz
boyda balaca ləkə kimi görünürdü. Aitı yüz əlli metr aşağı düşdükdən sonra Jak
ve Vinsent qaldırıcı qurğudan çıxdılar, kömürçıxaranlar isə aşağı enməkdə
davam etdilər. Vinsent dəmir yol relsləri dü2ülmüş geniş lağım gördü. O,
cəhənnəm istisi gözləyirdi, amma, təəccüblü bu idi ki, ora çox sərin idi.
- Cənab Vemey, buralar bir o qeder də pis deyil! - o, ucadan dedi.
- Ancaq burada heç kəs işləmir. Kömür təbəqələri bu qatda çoxdan
tükənib. Biz burada ventilyasiya qurmuşuq, ancaq aşağıda şaxtaçı lann
vəziyyəti heç de bundan yaxşı deyil.
Onlar lağımla təxminən milin dörddə biri qədər getmişdilər ki, Jak səmtini
dəyişdi.
- Məndən geri qalmayın, cənab Vinsent. Ancaq ehtiyatlı olun, mümkün
qədər çox ehtiyatlı. Əgər siz büdrəsəniz, bəladan yaxanızı qurtara
bilməyəcəksiniz.
O, dərhal harasa baş vurub gözdən itdi, elə bil heç yox imiş. Vinsent bir
addım irəli atıb ayağının altında quyu olduğunu aşkar edəndə pillələri
axtarmağa başladı. Quyu darısqal idi, artıq adam güclə keçə bilərdi. Birinci beş
metri Vinsent asanlıqla düşdü. Sonra üzünü pilləyə çevirməli oldu. Hər yerdən
su damcılayırdı ve pillələri sürüşkən palçıq örtürdü, Vinsent üstünə sıçrayan
damcıları hiss edirdi.
Nəhayət, Vİnsentlə Jak quyunun dibinə çatanda, uzaqdakı qazıncaqlara
aparan uzun darısqal yolla əlləri üstdə sürünməli oldular. Onun qarşısında
tryumdakı kimi, yonulmamış taxta dirəklər bərkidilmiş cərgə-cərgə çuxurlar
uzanırdı. Hər qazıncaqda beş nəfər işləyirdi - ikisi külünglə kömürü yanr,
üçüncüsü kürəkleyir, dördüncüsü kiçik vaqonlara yükləyir, beşincisi onları relsli
dar yollarla itələyib aparırdı.
Fəhlələrin əynində tamam toza və çirkə bulaşmış kətan paltar vardı.
Kömürü belindəki kətan sarğı nəzərə alınmazsa, tamam lüt olan bir oğlan uşağı
yükləyirdi, vaqonları isə bir qayda olaraq digər kömürçıxaranlar kimi qapqara,
əyinlərində cod köynək olan qızlar itələyib aparırdılar. Tavandan daim əhəngli
ərp əmələ getirmiş su damcılayır- dı. Qazmcaqlar balaca lampalarla
işıqlandırılırdı, neftə qənaət etmək üçün kömürçıxaranlar piltələri lap axıradək
yandırırdılar.
Heç bir ventilyasiya yox idi. Kömür tozu havada heykəl kimi dayanmışdı,
Derinlikdəki hərarətdən adamlardan qara zolaqlarla tər
63
axırdı. Birinci qazmcaqlarda kömürçıxaranlar ayaq üstə işləyirdilər, Vinsent
irəlilədikcə hiss edirdi ki, başının üstündəki tavan getdikcə aşağı enir və adamlar
külüngü dirsəkdən tutaraq uzanmış vəziyyətdə işləyirdilər. Kömürçıxaranların
qızmış bədənlərinin hərarətindən qa- zıncaq daha da istiləşirdi, havada qatılaşan
isti kömür tozu isə ağızlarına dolurdu.
- Bu adamlar gündə iki frank yarım qazanırlar, - Jak Vinsentə dedi, - bu da
o şərtlə ki, nəzarət mənteqəsindəki inspektor kömürün keyfiyyətini bəyənmiş
olsun. Beş il əvvəl onlar üç frank alırdılar, o vaxtdan muzdu ilbəil azaldırlar.
Jak qazıncaqda dayaqlan nəzərdən keçirdi, — şaxtaçı ilə ölüm arasında
dayanan yeganə maneəyə işarə edərək fəhlələrə dedi:
- Dayaqlarınız çox pisdir. Dirəklər zəif vurulub. Tavan uçanda birdən
ayılacaqsınız, - onda da gec olacaq.
KÖmürçıxaranlardan biri, arteldə başçı vəzifəsi tutan cavab əvəzme yeyin-
yeyin elə söyüşlər yağdırdı ki, Vinsent ancaq bir neçə söz başa düşdü.
- Bax, bizə bu dayaqlan bərkitməyə görə pul versələr, o, səs-küy salmağa
başladı, — onda necə lazımsa, elə də bərkidərik. Biz buna vaxt sərf eləsək onda
kömürü nə vaxt doğrayarıq? İstəyirsən yerin altında öl, istəyirsən evdə acından
öl, eyni şey deyilmi?
Yeraltı yolun axınnda yeni quyu meydana çıxdı. Burada heç pillə də yox
idi. Süxur uçub kömürçıxaranları basmasın deyə, quyunun eninə bir-birindən
azca arah dirək bərkidilmişdi.
Jak Vinsentin lampasım götürüb belindən asdı.
- Ehtiyatlı olun, cənab Vinsent, - o dedi, — ayağınızı başıma qoymayın,
yoxsa aşağı millənərəm.
Dirəkləri ayaqlanyla çox çətinliklə axtanb tapdı, ellərilə çirkli divardan
yapışdı və hər ikisi qaranlıq quyunu beş metrə qədər aşağı endi.
Aşağıda daha bir kömür layı qalmışdı, şaxtaçılar burada sadə bir çala belə
aça bilməmişdilər. Adamlar bu layda kömürü bilavasitə dar və ensiz yeraltı
yolda dizi üstə, bükülmüş bellərini tavana dirəyərək doğrayırdılar. Yalnız indi
Vinsent başa düşdü ki, yuxarıdakı qazıncaqlarda nisbətən genişlik və sərinlik idi;
burada isə gur qalanmış peçlərin yaratdığı isti vardı, hava o qədər kəsif idi ki,
sanki onu bıçaqla kəsib doğramaq olardı. Adamlar ağır nəfəs alırdılar, qovulub
əldən salınmış heyvanlar kimi şişmiş quru dillərini eşiyə çıxararaq ləhliyə-
lehlİye ağzı açıq işləyirdilər, onlann bədənləri kömürün hisi ilə örtülmüşdü,
tamam
64
çirk içində idilər. Bu dəhşətli istiyə düşən Vinsent fikirləşdi ki, hətta tamaşaçı
kimi de o, burada bir dəqiqə belə davam gətirə bilməz. Halbuki,
kömürçıxaranlar ağır fiziki işlə məşğul olur və Vinsentdən min dəfə artıq
əziyyət çəkirdilər, lakin onlara bir saniyə belə nəfəslərini dərmək olmazdı. Əgər
işi dayandırsalar tələb olunan qədər vaqonu kömürlə doldura bilməyəcək və İki
frank yarımdan əlləri çıxacaq.
Vinsent və Jak iməkləyə-iməkləyə dar yeraltı yolla süründülər, vaqonlara
yol vermək üçün tez-tez divara sıxılırdılar. Burada yeraltı yol yuxarıdakından
da dar idi. Vaqonları lap balaca qızlar itələyirdilər, onlara on yaşdan çox
vermək otmazdı. Ağır vaqonları itələmək üçün bütün zəif güclərini toplamalı
idilər.
Yolun qurtaracağında vaqonların burazla düşürüldükləri yerdə demir
doşənəkli yumalayıcılar vardı.
—Gedək, cənab Vinsent, — Jak dedi. — Lap aşağı düşək, yeddi yüz
metrə, siz orada dünyanın heç bir yerində görə bilməyəcəyinizi görəcəksiniz.
Onlar yumalayıcı vasitəsilə otuz metrədək sürüşdülər və iki relsli yolu
olan geniş lağıma gəlib çıxdılar. Yarım mil yol getdikdən sonra, lağım
qurtardıqda dar deşikdən içəri girdilər və yaxın günlərdə qazılmış quyunun
yanına çıxdılar.
- Bu da təzə lay, - Jak izah etdi. - Ən qorxunc təbəqə, dünyanın heç bir
şaxtasında belə cəhənnəm tapmaq olmaz.
Jakla Vinsentin dayandıqları yerdən on iki dar lağım ayrılırdı. Jak on-
lardan birinin içinə girdi və Vİnsenti çağırdı: “Dalımca gelin!” Vinsent ilan
yuvasına oxşayan bu deşiyə çiyinlərini güclə soxdu ve İlan kimi qıvrıla-qıvrıla
qamı üstündə süründü. Vinsent ondan üç düyüm aralı sürünən Jakın ayaqlarım
görmürdü. Lağımın cemi yarım metr hündürlüyü, dörddə üç metr eni var idi.
Bu lağımın başlanğıcından hiss edilirdi ki, hava çatışmır, bura lap cəhənnəm
idi. Nəhayət, onlar, demək olar, adam boyu hündürlükdə dayana biləcəkləri
tağlı mağaraya girdilər. Bura tamam qaranlıq idi, yalnız bir qədərdən sonra
Vinsent divarda maviyə çalan dörd ləkə gördü. O, təpədən-dırnağa qədər
islanmışdı, kömür tozu ile qanşan tər damcıları alnından axaraq gözlərini
bulaşdınrdı. Vinsent böyük məmnunluqla ayağa qalxıb qəddini düzəltdi. O,
sürünəndə az qalırdı boğulsun və indi ağzını açıb acgözlüklə havanı udurdu,
lakin onun ciyərlərinə hava deyil, ona əziyyət verən, onu yandıran od, duru alov
axırdı. Vinsent indi Markassın ən dəhşətli yeraltı mağarasında orta əsrlərə
məxsus qorxunc işgəncə kamerasında idi.

65
downloaded from KitabYurdu.org