Rəssamların uğurunun sirləri

Rəssamların uğurunun sirləri

Rəssamlıq "Allah" vergisidir !Bunu unutmayaq.
Nə qədər zəhmət çəksəniz o qədər də faydasını görəcəksiniz.
Gözəl bir kompozisiya yaratmaq üçün əvvəlcə bir neçə eskizlər və etüdlər etmək lazımdır. Rəngləri daha yaxşı hiss etmək üçün çoxlu etüdlər etməyə ehtiyacınız var.
Əgər düşünürsünüzsə ki, "Nəyə görə mən etüd etməliyəm?!"  o zaman mən sizə nümunə olaraq Vinsent van Qoq , Klod Monenin təbiətdə etüd çalışmaları  (Plener) nəticəsində hiss etmə qabiliyyətlərinin inkişaf etməsini göstərə bilərəm.

Rəssamları adi insanlardan fərqləndirən əlamətləri

1. Rəsm çəkənlə rəssamın fərqi : Rəsm çəkmək oxşatmaq deyil,hiss etməkdir və hiss etdikcə də hiss etdirə bilməkdir. Vinsent van Qoq, Klod Mone və başqaları hiss etdikləri üçün onların əsərlərinə baxdıqda sanki biz də özümüzü orada hiss edirik.
2. Rəssamlar adi insanlardan nə ilə seçilirlər? - Baxışlarıyla, hərəkətləriylə sanki daima düşünürlər. Həmişə ağıllarına işlədikləri rəsmlər gələr və hər hansı bir yerini  "necə etsələr daha yaxşı olar"- bunu düşünərək hiss etməyə başlarlar.Hiss etdiklərini dərhal etməyə can atarlar.
3. Uzaqda olsa belə bu hisslər gələrsə çox üzülərlər, həyəcanlanarlar və qəlbləri tez-tez çırpar.
Sizlə danışarlar amma sizi duymazlar.
4. Yaşlı olsalar belə rəsm çəkmək istəyi gələndə sanki bir uşaq kimi həvəslə işləməyə qoyular, işin sanki içinə girərlər.
5. Hiss etdikləri anda bəyənirlər.
6. Rəssamlar duyğusal və həssas olurlar. Hər şeyi bəyənməzlər,hər şeyi hiss etməyə çalışarlar.
7. Rəssamlar  yaradıcılıqdan kənar qaldıqda içinin yanğısını hiss etməsi əsl rəssamlıq hissidir.


Klod Mone - Zanbaqlar



Vinsent van Qoq - Günəbaxanlar

 


Redaktor: Vəfa Xəlilova

 Sizə maraqlı olacağını  düşünürəm  Clod Monenin palitrası .

Popular Posts