Molbertin hazırlanma qaydası
Yeni başlayanlar və tələbələrin ən çox ehtiyac duyduğu ləvazimatlardan biri də molbertdir.
Sizə bir az molbertin yaranma tarixçəsindən məlumat vermək istəyirəm.
Molbert ilk dəfə XI-XII əsrlərdə kilsə məbədlərində qurbangah dayaqları (lat. Retabulus) kimi öz tətbiqini tapmışdır.
Şəkildə gördüyünüz özümə düzəltdiyim molbertdir. Dəzgah rəngkarlığı üçün istifadə edilir.
Hazırda üzərində çalışdığım 62 sm x130 sm ölçülərində olan yeni işimi çox rahat üzərində saxlayır.
Aşağı salmaq və ya yuxarı qaldırmaq mümkündür,sadəcə arxadan şurubu boşaldıb və ya sıxmaqla dəliklərə keçirdərək istədiyiniz kimi tənzimləyə bilərsiniz.
Ölçülər
H:165 sm
E: 62 sm
Ara birləşmələri qalınlığı 6,3 sm
Orta taxtanın hündürlüyü 1m 90 sm , qalınlığı 4,3 sm
2 cür molbert var : 3 ayaq və 2 ayaq
3 ayaqlar çox böyük işlər üçün nəzərdə tutulmayıb,dərnəklər üçün idealdır.Yüngül çəkili olurlar.Mağazalardan münasib qiymətə əldə etmək olar .Lakin mağazalarda satılan peşəkar molbertlər isə hər kəsin cibinə uyğun olmur .Tələbəlik illərində və tələbəlikdən sonra da rahat istifadə edəcəyiniz molberti sizlərlə paylaşmaq istərdim.Mən sizə peşəkardan heç də geri qalmıayan, 4-5 dəfə ucuz başa gələn molberti necə düzəldiləcəyinizi öyrədəcəm. İnanıram ki, çox işinizə yarayacaq.Mən də özüm düzəltmişəm 😉
Molbertə lazım olanlar:
Nə vaxt daşımaq lazım olsa şurubları açıb parçalara ayıraraq rahatca daşıya bilərsiniz.
Mən özüm üçün 165x62 ölçülərində etdim.
Belə bir molbertə örnək 130 x130 kətanı rahatca üzərində qoymaq olur.
Təxminən 50-60 manata sizə başa gələcək,amma mağazada satılan malbertdən heç də geri qalmır. Mən özüm bunu istifadə edirəm mükəmməldir .
Palitra stolunu da özünüz yığa bilərsiz çox asandı.
Hər hansı bir sualınız olarsa şərhdə yazaraq vəya əlaqə vasitələrindən istifadə edərək suallarınızı verə bilərsiniz suallarınızı cavablamaqa şad olarıq .
Yazdı: Süleyman Hüseynov
Redaktor : Vəfa Xəlilova







