İrvinq Stoun - Yaşamaq Yanğısı,Ön söz və Proloq


İRVİNQ STOUN YAŞAMAQ YANĞISI “AVRASİYA PRESS” BAKT-2006

 Bu kitab "İrvinq Stoun Yaşamaq yanğısı " {Bakı, İşıq, i989) nəşri9i əsasında təkrar nəşrə hazırlanmışdır
Ruscadan tərcümə edəni:FərhadQəmbəroğlu

 813.52-dc22 AZE İrvinq Stoun. Yaşamaq yanğısı. Bakı, “Avrasiya press", 2006,456 s.

Bir sıra maraqlı tarixi-bicıqrafik, eserlər müəllifi, tanınmış Amerika yazıçısı İrvinq Stoun un “Yaşamaq yanğısı" sənədli povesti milliyyətcə flamand (hollandiyalı) olan dahi fransız rəssamı Vinsent Van Qoqun keşməkeşli həyatına, bənzərsiz yaradıcılığına həsr olunmuşdur.

Yazıçının böyük ürək yanğısı ilə canlandırdığı Van Qoq obrazı bütöv bir şəxsiyyət olmaqla İnandırıcı və parlaqdır. Müəllifin özünəməxsus təhkiyəsi ilə əsərin bir sıra personajları da tarixi ve psixoloji seciyyə daşıyır ISBN10 9952-421-50-6 ISBN13 978-9952-421-50-7

© “AVRASİYA PRESS”, 2006
 downloaded from KitabYurdu.org

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLIYEVIN “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilib.

ÖN SÖZ
Oxucuya təqdim olunan “Yaşamaq yanğısı” povestinin müəllifi, Amerikanın məşhur publisisti və yazıçısı İrvİnq Stoun 1903-cü ildə SanFransiskoda doğulmuşdur. Kaliforniya universitetini qurtardıqdan sonra müəllimlik etmiş, gəmilərdə stuard olmuş, teatrlarda inzibati işlərdə çalışmışdır. Ədəbi yaradıcılığa isə gənc yaşlarından başlamışdır. Kiçik hekayələr, detektiv rəvayətlər yazmış, çap olunmamış, ancaq Qrinviçdə “Çeni Leyn” teatrında cəmi altı həftə göstərilmiş “Tutqun güzgü” adlı bir pyes də yaratmışdır, Sonralar bir sıra tarixi-bioqrafik əsərlər - Amerika fəhlə hərəkatı xadimləri Yucin Debs, Cek London haqqında, Cessİ Fremont, dahi rəssam Mikclancelo haqqında roman və povestlor, bir sıra başqa əsərlər yazmışdır. Beləliklə, İrvinq Stoun otuzuncuqırxıncı illərin Amerika ədəbiyyatına onun demokratik yaradıcılarından biri kimi daxil olmuşdur. İ.Stouna dünya şöhrətini ilk böyük əsəri olan “Yaşamaq yanğısı” povesti gətirmişdir. Bu povesti yazmaq istoyi İrvinq Stounda otuzuncu illərin əvvəlində, Nyu-Yorkda keçirilmiş Van Qoq əsərlərinin sərgisinə baxarkən doğmuşdur. Həmin sərgi Van Qoqun Avropa və Amerika tesviri sənətində iyirminci əsrin əvvəllərindən başlayıb indiyədək davam edən “apostol” yolu ilə səciyyələnirdi. Yazıçı bu sərgiyə baxıb orada göstərilən tablolardan riqqətə gələrək, demək olar, səfil həyat sürmüş, sağlığında əhatəsində olatı bir neçə həmkar tərəfindən tanınmış və çəkdiyi yüzlərlə rəsm eserindən ancaq bjrcəciyinİ satdıra bilmiş, Ömrünü faciə ile başa vurmuş, yalnız ölümündən sonra dünyanın ölməz sənətkarları ilə bir sırada tutulan dahi rəngkar haqqında getıiş oxucu kütləsinə danışmaq istəmişdir. İrvinq Stoun tarixi-bioqrafik mövzulardan bəhs edən sənətkarlardan yaradıcılıqda sənədlərə və tarixiliyə sadiq qalmağı, hadisələrin şərhində və təsvirində özbaşınalığa yol verməməyi, macəraçılığa əl atmamağı tələb edirdi. O deyirdi ki, bioqrafik roman və ya povest tam obyektiv olmalıdır. Yazıçının yazdığı dövrün ruhuna nüfuz etməsi, ədəbiyyatını öyrənməsi, arxiv sənədlərini tədqiq etməsi hələ azdır, kifayət deyildir. Yazıçı-bioqraföz qəhrəmanlarının yaşadığı və yaratdığı mühiti bilməli, onların olduğu yerlərdə olmalı, şəhərləri və kəndləri öz gözləri ilə görməli, qəhrəmanın qızındığı günəşin altında qızınmalı, gəzdiyi torpaqda gəzməli, onun nəfes aldığı hava ile nəfəs almalıdır. “Yaşamaq yanğısı” povesti üzərində işlərkən İrvinq Stoun məhz belə hərəkət etmişdi. Bu məqsədlə o, rəssamın həyatını və yaradıcılığını diqqətlə öyrənmişdi. Vinscnt Van Qoqun iyirmi il ərzində qardaşı Teodora yazdığı və rəssamı həm yaradıcı, həm də bir insan kimi açıqlayan yeddi yüzdən artıq məktubu (bu məktublar rus dilində iki cilddə 1935 və 1966-cı illərdə çap olunmuşdur) araşdırmış, Van Qoqun gəzib-dolaşdığı məmləkətləri - Hollandiyanı, Belçikanı, Fransam; yaşadığı şəhərləri - Londonu, Borinajı, Brabantı,
4
Etteni, Haaqanı, Nyuenem, Arlı, Sen-Remini, Parisi, Overi çiyni çantalı gəzmiş, onun keçdiyi əzablı yollardan keçmiş, kömür şaxtalarına enmiş, rəssamı görən və tanıyan adamları axtanb tapmış, onların xatirələrini dinləmiş, bır sözlə, Van Qoqun yaşadığı həyatı yaşamağa səy göstərmişdir, Sonralar Stoun özü barədə yazmışdı: “Men Fransanın bütün cənub hissəsini piyada gəzmişəm, Van Qoqun dəli olub psixi xəstəxanada müalicə olunduğu palatada yaşamışam. Nəhayət, Overdə, rəssamın son günlərini keçirdiyi kiçik mehmanxanada qalmış, onun yatdığı çarpayıda yatmışam”. Məlum olduğu kimi, bu araşdırmalar, tədqiqatlar və öyrənmələr İrvinq Stoun a Avropa və Amerika rəngkarlığında yeni yol açmış dahi sənətkar Vinsent Van Qoq haqqında maraqlı bir povest yazmaq üçün zəngin material vermişdir. Ancaq ilk variantını İrvinq Stounun “Bərəkətli torpaq” adlandırdığı bu povest naşirlər tərəfindən rəğbətlə qarşılanmamışdır. Naşirlər onu çap etməkdən inadla boyun qaçırmışlar. Biblioqraflann verdiyi melumata görə, povest birinci dəfə cəmi beş min nüsxə tirajla nəşr olunmuş, tezliklə oxucuların böyük məhəbbətini qazanmış, Amerikanın kitab ticarətində əsl hadisəyə çevrilmiş və onun tirajı sürətlə rekord səviyyəyə qalxmışdır. Povest ilk dəfə 1934-cü ildə Amerikada çıxmış, sonralar dünya xalqlarının iyirmidən artıq dilinə çevrilmişdir. İndiyədək otuz dəfə ingilis, yeddi dəfə fransız dilində, on dörd dəfə alman, yeddi dəfə çex, dörd dəfə macar dilində nəşr olunmuşdur. Bunlardan əlavə, povesti zaman-zaman serb, island, yapon, çin, portuqal, rumın norveç, İsveç, türk, fars dillərinə və Hindistanın üç dilinə çevirib çap etmişlər. Kitab rus dilində İrvinq Stonmın SSRİ-yə gəlişi ərəfəsində — 1961-ci ildə çevrilmiş, 1980-ci ildə isə təkrar çapdan buraxılmışdır. Bu gün oxucuya təqdim olunan “Yaşamaq yanğısı” povesti azərbaycancaya rus dilindən 1980-ci il nəşrindən tərcümə edilmişdir. “Yaşamaq yanğısı” povestinin ölkəmizdə nəşr olunması, altmışıncı illərdə Van Qoqa sovet və xarici sənətşünasların bir sıra tədqiqat əsərləri həsr etməsi, böyük rəssamın yaradıcılığındakı derin humanizmin ve bənzərsiz gözəlliyin iqrar və təsdiq edilməsi, 1971-cİ ilin aprelində mübadilə yolu ile Hollandiyanın Otterlo şəhərindəki Kroller Müller dövlət muzeyindən Van Qoqun tablo və rəsm əsərlərinin gətirilib Moskvada nümayiş etdirilməsi - böyük rəssamın sənətində ancaq sosial etiraz motivləri görüb bütövlükdə bu sənəti danan, onu formalizmdə qınayan vulqar sosioloqlar tərəfindən Van Qoq ətrafında yaradılmış uzun müddətli sükutu pozdu. İrvinq Stoun ədəbi vasitələrdən istifadə edərək, eyni zamanda rəssamın heyatında və yaradıcılığında heç bir təhrifə yol vermədən Vinsent Van Qoqun bitkin və parlaq obrazını yaratmışdır. O, böyük rəngkann torpağa, günəşə, havaya, həyatın gözəlliklərinə, kosmik aləmə vurulduğunu Van Qoq istedadına layiq şəkildə vəsf etmişdir. Ən tələbkar sənətşünaslar belə, kitabda əsas personajın bədii və psixoloji cəhətdən çox real verildiyini etiraf edirlər. Qəhrəmanın taleyinə fesil-fesil, varaq-varaq beləd olan oxucuda Van Qoqun məhəbbətinin Ursula və Key tərəfindən rədd edilib sərgərdan günlər
 5
keçirməsi təəssüf doğurursa, son çörək pulunu kasıb şaxtaçı, toxucu və əkinçilərin ailələrinə xərcləməsi, əyninin paltarım və üstünün yorğanını nəsibsizlarin xəstə uşaqlarına paylaması, sadə insani an təmsil edən Tangi ata və poçtalyon Rulen ilə dostluq etməsi Van Qoqa rəğbət oyadırsa, çirkabdan çıxanb özünə qanuni arvad etdiyi Xristinamn ərinə xəyanət etməsi nifrət hissi doğurur. Van Qoqu tükənməz ehtirasla sevən və bu yolda özünü qurban verməyə hazır olan Marqonun nakam məhəbbəti oxucunun qəlbini sızladır. Arim yandırıcı düzündə Vinsentə eşq elan edən, onun ancaq sənət üçün doğulduğunu təsdiq edən, və Drezdenin, Münhenin ve Berlinin, Moskvanın və Nyu- Yorkun muzeylərini bəzəyəcəyini qabaqcadan xəbər verən Mayyamn təlqinlərinə inanır. Oxucu ağlını İtirmiş Vinsentin öz qulağını kəsib qıza hədiyyə aparmasından məyus olur, dəlilər arasında dolaşıb ümidsizliyə qapılmasına acıyır, nəhayət, çıxış yolunu özünü öldürməkdə görməsinə dərindən kədərlənir. Oxucu doktor Qaşenin ardınca Öz ürəyində “ax, Vinsent, Vinsent, siz nə etdiniz!” sözlərini təkrar etsə də, Van Qoqun cənazəsinin altı nəfər tərəfindən qaldırılıb Uaza çayının sahilində, günəşə boylanım təpədə basdırıldığının şahidi olsa da, bütün povest boyu Vinsentin keçdiyi yol onda sənətkarın ölməzliyinə inam doğurur. Xəyalən Vinsentin sanki bürüncdən tökülmüş heykəlinin rəssamın həyat bulağı kimi ürəkdən sevdiyi günəşin qızılı boyaları altında ucaldığını görür. Oxucu, İrvinq Stounun doktor Qaşenin dili ile dediyi bu sözləri xatırlayır “Vinsent ölməmişdir. O heç vaxt ölməyəcəkdir. Onun məhəbbəti, onun dühası, onun yaratdığı böyük gözəllik dünyanı zənginləşdirərək yaşayacaqdır”. Van Qoqun sağlığında bəyənilməyən yüzlərlə tabloları, şəkilləri, eskizləri indi dünya mədəniyyəti xəzinələrinin - muzeylərin, şəxsi kolleksiyaların qiymətli gövhəri olmuşdur. Sankt-Peterburq Ermitajında ve Moskvada A.S.Puşkin adına təsviri sənət muzeyində Van Qoqun əsrin əvvəllərində alınmış doqquz tablosu nümayiş etdirilir, irvinq Stounun öz povestində yaradılmasını həyəcanla qələmə aldığı məşhur “Arlda qırmızı üzümlüklər” tablosu, Ömrünün axır iki ayını Overdə yaşayıb yaratdığı pannolar və digər rəsm əsərləri arasında "Overdə yağışdan sonrakı mənzərə” şəkli də vardır. “Yaşamaq yanğısı” povestinin yazıldığı və ilk dəfə nəşr olunduğu vaxtdan yarım əsrdən çox keçmişdir. Ancaq bu kitab indi də öz əhəmiyyətini itirməmişdir. O, Qərbi Avropa rəngkarlığı tarixinin incəliklərinə yaxşı bələd olmayan, Azərbaycan dilində istər ixtisas ədəbiyyatının, istərsə də kütləvi ədəbiyyatın yoxluğu üzündən Vinsent Van Qoq haqqında məhdud təsəvvürə malik olan azərbaycanlı oxucuya dahi rəssamın həyatı ve yaradıcılıq yollan haqqında kifayət qədər geniş melumat verir. İbrahim Novruzov 1989 
6 downloaded from KitabYurd

PROLOQ LONDON 1
 - Cənab Van Qoq! Durmaq vaxtıdır! Hələ tamam-kamal ayılmamış Vinsent Ursulanın səsini bir də eşitmək arzusundaydı. - Durmuşam, mademuazel Ursula, - cavab verdi. - Yox, siz hələ ayağa durmamısmız, yenicə qalxırsınız, - qız güldü. Vinsent qızın pillələri enib mətbəxə getdiyini ayaq səslərindən eşidirdi. O, əlləri üstə dikəlib cəld bir hərəkətlə çarpayıdan tullandı. Onun geniş sinəsi, əzələli çiyinləri vardı, elləri iri və qüvvətli İdi. Dərhal geyindi, dolçadan soyuq su əndərib üzünü islatdı və üzqırxanı hazırlamağa başladı. Vinsent hər gün üzqırxma mərasimini yamanca xoşlayırdı - iti ülgücü bakenbardından cəhənginə qədər sağ yanağı ilə üzü aşağı çəkir, sonra üst dodağını, əvvəlcə sağdan, burun pərəklərindən, sonra da soldan, lap axırda sanki qranit kimi möhkəm çənəsini tərtəmiz qırxırdı. O, paltar şkafının üstünə səpilmiş bir qucaq ətirli Brabant otunu və palıd yarpaqlarım götürüb üzünə yapışdırdı. Qardaşı Teo bu yarpaqları və otlan Zyundert yaxınlığından yığıb bura - Londona göndərmişdi. Üzünə söykədiyi otlardan ve yarpaqlardan Hollandiyanın ətrini duyar- duymaz hiss etdi kı, gün başlayıb. - Cənab Van Qoq! - Ursula təzədən qapım döyərək xeyli ucadan səsləndi. - Poçtalyon sizə məktub gətirib. Zərfi açanda anasının xettini tanıdı: “Əziz Vinsent, - oxudu, - göndərdiyim bu kağızda sənə iki kəlmə söz demək istəyirəm”. Üzünü qurul amadığı yadına düşəndə məktubu şalvarının cibinə soxdu, fikirləşdi ki, sonra boş vaxtında Qupilin yanında olanda oxuyar. O, uzun, qalın və sanmtıl-kürən saçlarını dala daradı, qısa boyunluqlu ağ dar köynəyini əyninə geydi, uzun uclan olan qara qalstukunu bağlayıb aşağı düşdü, orada onu səhər yeməyi və Ursulanın təbəssümü gözləyirdi. Ursula Luaye əyalət yepiskopu müavininin dul qadını olan anası ile birlikdə arxa həyətdə fligelde oğlanlara məxsus uşaq bağçası
 9 

saxlayırdı. On doqquz yaşa yenicə qədəm qoymuşdu, üzügüler, irigöz bir qız idi, sanki boyalı qələmlə çəkilmiş incə və uzunsov sifəti biçimli bədəninə yamanca yaraşırdı. Qızın təbəssümünü və şənlənməsini sezən Vinsentin kefi kök idi. Günəşin şəfəqləri altında bərq vuran hansı bir çetirinsə əlvan rəngləri qızın adamı yoldan çıxaran çöhrəsində rəqs edirdi. Vinsent yedikcə Ursula cəld, zərif hərəkətlə nimçələri onun qabağına itələyir, ehtirasla danışırdı. Vinsentin iyirmi bir yaşı vardı, ilk dəfə idi ki, sevirdi. Həyat bütün dolğunluğu İlə onun qarşısında sanki təzəcə açılırdı. Ona elə gəlirdi ki, əgər ömrünün axırınadek beləcə Ursula ilə bir stol arxasında oturub səhər yeməyi yesə, dünyanın ən xoşbəxt adamı olacaq. Ursula Vinsente bir dilim donuz qaxacı, yumurta, bir fincan tünd çay gətirdi. Qız stulda oturdu, boynunun arxasında qıvrılan şabalıd rəngli saçlarını sığalladı, təbəssümünü gizlətmədən onu süzərək tələsə-tələsə duzu, istiotu, yağı, qızardılmış çörəyi onun qabağına qoydu. - Sizin məhəbbət çiçəyiniz get-gedə boy atır, - qız dodaqlarım yalayaraq dilləndi. - Siz qalereyaya getməzdən qabaq ona baxmaq ister- dinizmi? - Hökmən, - cavab verdi. - Siz meni ötürərsinizmi? Demək istəyirəm ki... siz onu mənə göstərərsinizmi, o hardadır? - Bu Vinsent nə qəribə adamdır, çox qəribədir! Məhəbbət çiçəyini Özü əkib, özü də bilmir harada bitir. - Qız adamlarla elə danışmağa adət etmişdi ki, guya yanında heç kim yoxdur. Vinsent çeçədi. Onun İri bədəninə yaraşan hərəkətləri ləng idi, o, Ursula ile söhbət eləmək istəyirdi, ancaq bilmirdi ki, haradan başlasın. Onlar həyətə çıxdılar. Soyuq aprel səhəri olduğuna baxmayaraq, alma ağaclan çiçək açmışdı. Luayenin evi ilə fligelin arasında kiçik meyvə bağı vardı. Bir neçə gün bundan irəli Vinsent burada lalə İlə birlikdə ətirli noxud da əkmişdi. Məhəbbət çiçəyi cücərib torpaqdan baş qaldırırdı. Vinsentle Ursula çö- məltmə üz-üzə oturmuşdular, demək olar ki, onların başlan bir-birinə toxunurdu. Ursulanın saçlan məstedici, güclü ətir saçırdı. - Mademuazel Ursula! - Vinsent dilləndi. - Hə? - Qız başını bir qeder ondan kənara çəkib sual dolu təbəssümlə dindi. - Men... Mən... - Aman Allah, danışın da! - Qız cəld ayağa qalxdı. O, qızla fligelin qapısınadək gəldi.
 10

- Mənim körpələrim indicə buraya gələcək, - Ursula dilləndi. - Bəs qalereyaya gecikmirsiniz? - Xeyr, gecikmirəm. Mən Strendə qırx beş dəqiqəyə gedirəm. Qız bilmədi ki, daha nə desin, ağlına daha heç bir şey gəlmədiyindən elləri ilə boynunun ardındakı pırpız saçlarını oynatmağa başladı. Çox incə, zərif bədəninə baxmayaraq, onun döşləri təəccüblü dərəcədə qabarıq görünürdü. - Uşaq bağçası üçün mənə söz verdiyiniz Brabant şəkli nə oldu? - Qız soruşdu. - Sezar de Kokun tablolarından birinin reproduksiyasını Parisə göndərmişəm. O, şəxsən sizə xatirə olaraq, hemin tablonun üstünü yazıb hədiyyə vermək istəyir. - Oh, necə də gözəl olardı! - Qız əllərini bir-birinə çırparaq yerində fırlanmağa başladı, sonra yenə üzünü ona çevirdi. - Cənab Van Qoq, bəzən siz, sadəcə olaraq, çox cazibədar görünürsünüz, ancaq həmişə yox! Bəzən! Qız düz onun üzünə gülümsədi və çıxıb getmək istədi. Vinsent onun əllərindən yapışdı. - Gecə mən sizə yeni bir ad düşünüb tapmışam. Mən sizi L’ange awcpoupones1 çağıracağam. Ursula başını dala əydi ve şaqqanaq çekib güldü. - L'ange aux pouponesl - Qızın nidası ətrafa yayıldı. - Gedim anama deyim! Qız ellərini Vinsentin əllərindən qopartdı, çiyninin üstündən ona tərəf boylanıb qəhqəhə çəkdi və evə san qaçdı. 2 Vinsent silindri başına qoydu, əlcəklərini götürüb Klenhemrouda san yollandı. Burada, Londonun mərkəzindən uzaqda olan evlər səliqəsiz səpələnmişdi, necə gəldi elə də tikilmişdi. Bütün bağçalarda yasəmən, yemişan ve nefəsotu çiçəkləyirdi. Doqquza on beş dəqiqə işləyirdi. Qupildə isə o, saat doqquzda olmalıydı. Yeyin addımlayırdı. Evlər böyür-böyürə tikildiyindən bir- birinin kölgəsini kəsirdi. O, işə tələsən adamlarla tez-tez üz-üzə 1 Körpələrin mələyi (frans.) 
11

gəlirdi. Rastlaşdığı adamların hamısına səmimi münasibət bəsləyirdi; axı vurğunhığun gözəlliyini onlar da bilir. O, Temzanın sahili ilə irəliləyirdi, sonra Vestmİnister körpüsünü adladı, daha sonra Vestmİnister abbatlığını və parlamentin binasım Ötüb Strend küçəsinə çıxdı, Sauthempton-stritdəkİ on yeddi nömrəli evə döndü, tablolar və estamplar satan London firmasının “Qupil ve kompaniyası” filialı burada yerləşirdi. Qalın xalılar və qırçınlı pərdələrlə bəzənmiş baş salondan keçərkən bir tablo onun diqqətini cəlb etdi. Uzunluğu altı yard olan bu kətan parçanın üzərində balığa, yaxud da əjdahaya bənzər bir şey təsvir olunmuşdu; əjdahanın başı üstündə onu məhv edən insan surəti canlanırdı. Tablo “İblisə qalib gələn Arxangel Mixail” adlanırdı. - Litoqrafiya stolunda sizin üçün poçt bağlaması var, - salonun xidmətçilərindən biri Vİnsentə dedi. Millenİn, Boutonun, Tyomerin əsərləri asılan salonun arxa tərəfindəki otaqda ofort və litoqrafiyalar düzülmüşdü. Sövdələşmələr adətən əvvəlki iki otaqdan bir qədər fərqlənən üçüncü otaqda gedirdi. Bura daha çox iş kontorunu xatırladırdı. Vinsent dünən salonun bağlanmasına azca qalmış axırıncı tablonu almaq istəyən qadının söhbətini xatırladı və ucadan güldü. - Harri, bu şəklə bax, mənim xoşuma gəlmir, sənin necə? - o, ərindən soruşdu. - Bu şəkildəki it keçən yay Braytonda məni dişləyən köpəyə necə də oxşayır. - Qulaq as, əzizim, - Harri dedi, — it neyimizə lazımdır. Mənim sahibəm it üstündə itdən betər hürür. Vinsent başa düşürdü ki, məzmunsuz şeylər satır. Alıcıların çoxu nə aldıqlarını özləri də bilmirlər. Onlar fərsiz, axmaq şeylərə ətək-ətək pul xərcləməyi xoşlayırlar. Görəsən bunun ona dəxli varmı? Ondan yalnız bir şey tələb olunur - estamplarla ticarət çoxlu gelir verməlidir, O, Qupilin Parisdən göndərdiyi bağlamanı açdı. Üzərində Sezarde Kokun imzası olan şəkil vardı: “Vinsent Van Qoqa və Ursula Luayeyə - Les amis de mes amis sont mes - Mən bu gün axşam şəkili Ursulaya verəndə gərək onunla danışam, - dodağının altında mızıldandı. - Bir neçə gündən sonra iyirmi iki yaşım tamam olur, ayda beş funt qazanıram. Daha gözləməyin mənası yoxdur. 1 1 Dostumun dostu menim de dostumdur (/nwts.). 
12

Qupilin balaca, sakit otağında vaxt tez keçirdi. Gün ərzində Vinsent orta hesabla əlli reproduksiya satırdı, o, yağlı boya ve ofortla çəkilmiş şəkillərlə alver etməyi üstün tuturdu, firma üçün belə pul qazanmaq onun ürəyindən İdi. İş yoldaşları ilə münasibəti sazlamağı xoşlayırdı. Onlar saatlarla oturub birlikdə Avropada baş verən hadisələri müzakirə edirdilər. Uşaqlıqdan o bir qədər qaraqabaq olduğundan yoldaşlarından gen gəzirdi. Ətrafdakılara qəribə, hətta bir az da əcaib görünərdi. Ancaq Ursulayla görüş onun bütün varlığını dəyişmişdi. İndi istəyirdi ki, hamının xoşuna gəlsin, hamı onu sevsin; əvvəllər bütünlüklə öz aləminə qapılmışdı, Ursula İsə ona dünyaya yeni gözlə baxmağı, gözəlliyi qiymətləndirməyi öyrətdi, sevincini artırdı. Axşam saat altıda dükan bağlanırdı. Vinsent dükandan çıxanda cənab Obax onu saxladı və dedi: - Əminiz Vinsent Van Qoqdan məktub almışam. O sizin işlərinizle maraqlanır. Mən də dükanın ən yaxşı xidmətçilərindən biri olduğunuzu ona yazmağıma çox şadam. - Lütfkarlığınıza görə minnətdaram, ser! -Minnətdarlığa dəyməz. Yay məzuniyyətindən qayıdıb gələndə vəzifənizi artıracağam - ofortlan və litoqrafiyaları sizə etibar etmək istəyirəm! - Oh, ser, hazırda bu mənə çox vacibdir... Bilirsinizmi men ... mən evlənmək istəyirəm! - Doğrudanmı? He, bax bu yenilikdir! Toyunuz nə vaxtdır? - Yəqin ki, bu yay. - Bu vaxta qədər o, toy barəsində heç fikirləşməmişdi. - Çox yaxşı, cavan oğlan, lap əla. Xidmət etdiyiniz cəmi bir ildir, vəzifəniz böyüyüb. Toy səyahətindən qayıdandan sonra güman edirəm, sizin üçün daha bir şey fikirləşərik. 
13

- Mademuazel Ursula, şəkili aldım, - Vinsent nahardan sonra, stulu kənara çəkib dilləndi. Ursula yaşıl ipəkdən üstünə sapla güllər tikilmiş dəbdə olan paltar geyinmişdi. - Rəssam mənim üçün şəkilin üstünə xoşa gələn bir şey yazıbmı? - Qız soruşdu. - Əlbəttə. Əgər işıq salsanız, şəkli uşaq bağçasın
Qız öpüşü xatırladan tərzdə dodaqlarını marçıldatdı və Vinsentə köndələn baxaraq dedi: - Anama kömək etməliyəm. Bəlkə bu işlə yarım saatdan sonra məşğul olaq? Vinsent öz otağına keçib paltar şkafına söykəndi və uzun müddət güzgüyə baxdı. O öz zahiri görkəmi barədə çox nadir hallarda fikirləşirdi. Hollandiyada bunun heç bir əhəmiyyəti yox idi. Burada İngilislərə diqqət yetirdikdə əmin olmuşdu kİ, onun bütün görkəmi cansıxıcı və kobuddur. Gözləri öz çanağının lap dərinliyində yerləşmişdi, o sanki çatlamış danış arasından baxırdı. Maili alnı hündür görünürdü, baldır sümüyünə oxşayan geniş, düz bumu qabağa çıxmış, qalın qaşları ile iri ağzı arasma sanki güclə pərçim edilmişdi, yanaq sümükləri geniş və güclü, boynu yoğun və qısa idi, iri çənəsi İsə holland İnadcıllığını və iradəsini canlı təcəssüm etdirirdi. O, güzgüdən aralandı, fikirli halda çarpayının qırağına oturdu. Vinsent ciddi, sərt ailədə böyümüşdü. Bu vaxta qədər sevginin ne olduğunu bilmirdi. Heç vaxt qızlara baxmamış, eylənməmişdi də. Onun Ursulaya olan məhəbbətində nə ehtiras vardı, nə də arzu. O, gənc İdi, sadəlövh idi. ömründə birinci dəfə İdi ki, vurulmuşdu. Vinsent saatına baxdı. Cəmi beş dəqiqə keçmişdi. Hələ iyirmi beş dəqiqə gözləməliydi, bu, ona sonsuz görünürdü. Anasının məktubu olan zərfin içiridən qardaşı Teonun məktubunu çıxarıb bir də oxudu. Teo Vinsentden dörd yaş kiçik idi. Haaqada Qupİlin yanında onun yerini tutmuşdu. Vinsentlə Teo atalan Teodor və əmiləri Vinsent kimi uşaqlıqdan möhkəm dostluq edirdilər. Vinsent kitabı götürdü, üstünə bir vərəq kağız qoydu və Teoya məktub yazdı. Paltar şkafının üst gözündən özünün Temzanm sahillərini təsvir edən rəsmlərindən bir neçəsini və Jakenin “Qılınclı qız” reproduksiyasını götürdü, məktubla birlikdə hamısını zərfin içinə qoydu. - Ay Allah! - o, birdən ayıldı. - Mən Ursutam lap yaddan çıxartmışam! O bir daha saata baxdı, gördü ki, on beş dəqiqə gecikir. Darağı qaparaq san, qıvrım saçlannı çətinliklə daradı, stolun üstündən Sezar de Kokun tablosunu götürdü və otaqdan çıxdı. - Men elə fikirləşirdim ki, məni tamam unutmuşunuz, - Vinsent qonaq otağına daxil olanda Ursula ona sataşdı. Qız körpələr üçün kağız oyuncaqlar yapışdırırdı. - Şəkli gətirdiniz? Verin baxım.
 14

Yaxşısı budur, onu əvvəlcə divardan asım. Lampa haradadır? - Anamın yanında. Oğlan lampanı mətbəxdən gətirəndə qız açıq mavi şərfini güclə onun əlinə dürtdü və xahiş etdi ki, çiyinlərinə salsın. Oğlan şərfə toxunanda bütün bədəni titrədi. Həyətdə çiçək açmış alma ağaclarının ətri gəlirdi. Tamam qaranlıqlaşmışdı. Ursula zərif barmaqları ilə onun cod yundan toxunmuş qara paltosunun qollarına toxundu. Qız səndələdi, oğlanın ellərindən möhkəm yapışdı və öz acizliyinə qəhqəhə çəkdi. Vinsent başa düşə bilmədi ki, adam özü yıxılanda niyə belə şaqqanaq çəkib gülərmiş, qızın qəhqəhəsini eşitmək ona xoş idi. O, fligelin qapısını açıb Ursulaya yol verdi, qız isə onun yanından keçərkən qəşəng sifəti ile yüngülcə Vinsentin üzünə toxundu və oğlanın gözlərinə diqqətlə baxdı. Sanki bu, oğlanın qıza hələ vermədiyi sualın cavabı idi. Vinsent lampanı stolun üstünə qoydu. - Sİz şəkli hardan asmaq istəyirsiniz? - o soruşdu. - Zənnİmcə burdan, mənim stolumun baş tərəfindən. Otaqda azı on beş kiçik stul və stol vardı. Əvvəllər Luayeler ailəsi yay mövsümündə buraya köçərdi. Küncün birində, bir qeder hündür yerdə Ursulamn stolu yerləşirdi. Şəkilin haradan asılması məsələsi barədə münasib yer axtararkən istər-istəməz çiyinləri ilə bir-birinə toxunurdular. Vinsent əsəbiləşirdi. Divara sancmaq istədiyi düyməli sancaqlar hey yerə düşürdü. Qız isə ona baxıb altdan-altdan gülümsəyirdi. - Siz lap ayısınız ki, yaxşısı budur, mənə verin. Qız əllərini başının üzərinə qaldıraraq cəld işə başladı - onun hər bir əzələsi titrəyirdi. O, ustalıqla, həm də sürətlə və bacarıqla işləyirdi. Vinsent dərhal lampanın tutqun işığında onu əlləri üstə götürmək və bircə dəfə möhkəm bağrına basmaqla hər şeyi həll etmək istəyirdi. Amma qız tez-tez oğlana toxunsa da, hər dəfə onun elindən sivişib çıxırdı. O, lampanı qaldırdıqda Ursula şəkilin üzərindəki yazım oxudu. Qız xoşallanaraq elləri ile şmqqa çaldı, ayaqqabılarının dabanlan ile döşəməni döyəclədi. Ursula elə vurnuxur, atılıb düşürdü ki, Vinsent vaxt tapıb onu qucaqlaya bilmirdi. - Deməli, o mənim də dostumdur, elə deyilmi? - Qız elə bil söz çəkirdi. - Men həmişə rəssamla dostluq etmək arzusunda olmuşam. Vinsent söz axtarırdı, o, qıza nə isə səmimi bir şey demək istəyirdi, elə bİr şey ki, ondan sonra qəlbinin dərinlİklərindəkiləri izah edə bilsin, Ursula qaranlıqda dayanaraq göztərile onu təqib edirdi. Qızın 

15 

lampanın şöləsini əks etdirən gözlərində xırdaca qığılcımlar sayrışırdı. Yarımqaranlıq onun üzünün zərif cizgilərinə kölgə salırdı və Vinsen- tin nəzərləri qızın şumal çöhrəsində aydın hiss olunan qırmızı* nəm dodaqlarına sataşanda onun qəlbində nə isə, heç özünün də izah edə bilməyəcəyi təlatüm baş verdi. Çox mənalı bir sükut başlandı. Oğlana elə gəldi ki, Ursula ona tərəf dartılır, ancaq gözləyir, onun etirafından ehtiyat edir. Oğlan bir neçə dəfə dodaqlannı yaladı. - Ursula yana çevrildi, bir balaca dikəlmiş çiyninin üstündən ona baxdı və bağa qaçdı. Vİnsent onunla danışmaq imkanım itirəcəyindən dəhşətə gələrək, qızın ardmca götürüldü. Qız alma ağacının altında ayaq saxladı. - Ursula, qulaq asın... Qız ona tərəf çevrildi və büzüşərək baxdı. Səmada soyuq ulduzlar işıq saçırdı. Ətraf zülmətə bürünmüşdü. Vinsent lampanı fligeldə qoymuşdu. Yalnız mətbəxin bircə pəncərəsi tutqun işıq saçırdı. O, hələ də Ursulamn ətrini duyurdu. Qız öz ipək şərfinə bərk-bərk bürünərək əllərini çiyinlərində çarpazladı. - Siz donmuşunuz? - oğlan soruşdu. - Bəli, yaxşısı budur, evə gedək. - Xeyr, istəməz! Mən... - o, qızın yolunu kəsdi. Qız çənəsini şərfin içərisində gizlədərək, geniş açılmış təəccüblü gözləri ilə ona baxırdı. - Cənab Van Qoq, qorxuram, mən sizi anlaya bilmirəm. -Mon ancaq onu demək istəyirəm... görürsünüzmü... mən... mən... - Xahiş edirəm, sonra danışarıq. Soyuqdan əsirəm. - Elə bilirəm ki, hər şeyi sizə deməliyəm. Bu gün vəzifəmi artırıblar. Məni ofort şöbəsinə keçirirlər. Bİr ildə ikinci dəfədir ki, məni böyüdürlər. Ursula bir neçə addım geri çəkildi, şərfini açdı, soyuğu unudaraq qəflətən dayandı. - Mənə nə demək istəyirdiniz, cənab Van Qoq? Qızın sorğusu buz kimi soyuq İdi, Vinsent isə acizliyinə görə özünü lənətləyirdi. Onu coşduran qarmaqarışıq duyğular birdən səngidi, dərhal da özünü ələ aldı. Qızla söhbətə necə başlamağı götür-qoy elədi, nəhayət, qət etdi: 
16 

- Əslində çoxdan bildiyiniz bir şeydi, Ursula, sizə demək İstəyirəm. Mən sizi varlığımla sevirəm, yalnız o zaman səadətə qovuşacağam ki, siz menim arvadım olacaqsınız. Oğlan hiss etdi ki, sakitliyi və özünü ələ alması qızı heyrətə saldı. Bəlkə elə indi onu qucaqlamaq vaxtıdır? - Sizin arvadınız? - Ursulanm səsi daha gur eşidildi. - Xeyr, cənab Van Qoq, bu mümkün deyil. Oğlan dik təpəni xatırladan alnının aşağısında yerləşən qaşlarının altından qıza teref baxdı, qız da qaranlıqda onun gözlərini aydın görürdü. - Qorxuram ki, mən... men... - Qəribədir, siz heç nə bilmirsiniz. Mən bir ildən artıqdır ki, nişanlıyam. Vinsent bilmədi ki, orada lal-dinməz nə qədər dayandı, nə barəde fikirləşdi, nə hiss etdi. - Nişanlınız kimdir? - o, pərt və qaşqabaqlı halda soruşdu. - He, axı siz onu bir dəfə də olsun görməmisiniz! O, əvvəllər sizin otaqda yaşayırdı. Mənə elə gəlirdi ki, siz bunu bilirsiniz. - Hardan biləydim? Qız ayaqlarının ucunda qalxıb mətbəxə, san baxdı. - Elə zənn edirdim kimsə sizə deyib! - Bunu məndən bütün ili niyə gizletmisinız? Axı bilirdiniz ki, mən sizi sevirəm. - Onun səsində özünü itirməkdən, həyəcandan əsər- əlamət qalmamışdı. - Mən təqsirkar deyiləm ki, siz mənə vurulmuşunuz. Mən istəyirdim ki, biz yalnız dost olaq. - Mən burada olan müddətdə o sizin yanınıza gəlibmi? - Xeyr, o, Uelsdə yaşayır. Yayda məzuniyyət vaxtı bizə gələcək. - Yəni siz onu bir ildən çoxdur görmürsünüz? Yəqin siz onu unutmuşunuz! İndi siz məni sevirsiniz! Artıq nə ağıl, nə də ehtiyat barədə fikirləşmədən kobudcasına qızı tutdu və güclə dodaqlarından öpdü. Bu dodaqların nəmliyi və şirinliyi onun bütün vücudunu titrətdi, qızın saçlarının ətrini yenə də duydu, onda məhəbbətin alovu təzədən baş qaldırdı. - Onu tamam unutmaq lazımdır, Ursula! Mən buna yol vermərəm. Siz mənim arvadım olacaqsınız. Yoxsa men məhv olaram. Ta onu unudub menə gəlməyənəcən Sizdən əl çəkən deyiləm! - Sizə ərə getmək? - o ucadan dilləndi. - Məgər mene vurulan hər adama ərə getməyə borcluyam? Məni rahat buraxın! Eşidirsinizmi! 

17

Yoxsa kömeye çağıraram. Qız dartınıb onun əlindən çıxdı, təngnəfös yola tərəf qaçdı, sanki qaranlıqda əriyib yox oldu. Artırmaya çatanda geri döndü, pıçıltı ilə iki söz dedi: - Axmaq kürən! Bu iki kəlmə oğlanın üzündə güclü şillə kimi səsləndi. 4 Səhər artıq onu heç kim oyatmadı. O, yataqdan könülsüz, süst, ovqatı təlx durdu. Üzünü necə gəldi, səliqəsiz qırxdı, çənəsinin altında cod tüklər qaldı. Ursula səhər yeməyinə gəlmədi. O, Qupilə gedəndə yolda gördüyü adamlarla yenə də rastlaşdı, ona elə gəldi ki, onlar da tamam dəyişiblər. Onlar qəmgin, kimsəsiz adamlar idi, iri addımlada zəhlətökən iş başına tələsirdilər. O, çiçəkləyən söyüdlüyü, yol boyu cərgə ilə düzülmüş şabalıd ağaclarını sezmirdi. Günəşin şəfəqləri dünənkindən də parlaq idi, ancaq elə bil o bunu hiss etmirdi. Gün ərzində o, Enqrin “Anadİomen Venerasf’nın cəmi iyirmi ədPd rəngli nüsxəsini sata bildi. Qupil üçün bu son dərəcə sərfəli idi, lakin Vinsent firmanın varlanmasına olan marağım tamam itirmişdi. Alıcılarla lap səbirsiz rəftar edirdi. Onlar nəinki yaxşı ile pisin fərqinə vara bilmirdilər, həm də əsasən bütün təmtəraqlı, bayağı, mənasız şeyləri seçib alırdılar. Vinsent satıcılarla mümkün qədər gülərüzlə rəftar etsə də, onlar bu cavan oğlanı heç vaxt şən adam hesab etmirdilər. - Van Qoqla™ şöhratli nəsimin gənc nümayəndəsinin kefmə kim belə soğan doğrayıb? — satıcının biri digərindən soruşdu. - Deyəsən yuxudan kal durub. - Görünür, həyəcanı da səbəbsiz deyil. Əmisi Vinsent Van Qoq .Qupillə şərikli sahibdir, Parisdə, Berlində, Brüsseldə, Haaqada və Amsterdamda dükanların yansı ona məxsusdur. Qoca xəstədir, uşağı da yoxdur, hamı danışır ki, bütün varidatını bu cavan oğlana vəsiyyət edib. - Gərək adamın baxtı olsun! - Bu hələ harasıdır. Onun başqa əmisi - Hendrik Van Qoq Brüsseldəki və Amsterdamdakı böyük rəssamlıq mağazalar min sahibidir, üçüncü əmisi - Komelis Van Qoq Hollandiyada en böyük firmanın başçısıdır. Daha hansını deyim! Bütün Avropanı gəzsən, rəssamlıq tabloları xırıd edən tacirlərin arasında Van Qoqların ailəsi kimi varlı 

18

ailəyə rast gəlmək mümkün deyil. Gün gələcək ki, bu kürən dostumuz bütün Avropa incəsənətinə hökmranlıq edəcəklAxşam Vinsent Luayenin yemək otağına girəndə Ursula anası ilə nə barədə isə pıçıldaşırdı. Vinsent qapının astanasında ayaq saxladı, onlar da dərhal susdular, sözləri yarımçıq qaldı, Ursula mətbəxə keçdi. - Axşamınız xeyir, - madam Luaye dindi və onun gözlərində nəsə bir maraq oxundu. Vinsent böyük stolun arxasında tək-tənha oturub şam etdi. Ursulamn vurduğu zərbə onu sarsıtsa da, ümidini tamam qıra bilməmişdi. Yox, o, qızın rədd cavabını qəbul etməyəcək. Ursulanı vadar edəcək ki, həmin adamı unutsun. Vinsent fürsət tapıb qızla söhbət edənə qədər, demək olar, bütöv bir həftə keçdi, Bütün bu günlərdə o, çox az yeyir, pis yatırdı, lakin qəfildən oyanan həyəcan onun süstlüyünü dəyişdi. Qalereyada əvvəlkindən daha az estamp satırdı. Onun yaşıla çalan gözləri indi mavi-kədərli görünürdü. Əvvəlkindən fərqli olaraq, söz tapıb demək ona çətin gəlirdi. Bazar günü, bayram yeməyindən sonra o, Ursulamn dalınca bağçaya getdi. - Mademuazel Ursula, - dedi. - Əgər mən həmin axşam sizi qorxutmuşamsa, günahımdan keçin. Qız başım qaldırıb soyuq nəzərlərlə ona baxdı, oğlanın onun arxasınca gəldiyinə təəccüb etdi. - O-oo boş şeydir, üzr istəməyə dəyməz. Gəlin bunu unudaq. - Sİzlə kobud rəftar etdiyimi məmnuniyyətlə yaddan çıxararam. Ancaq menim her sözüm səmimi və doğru idi. O, Ursulaya yaxınlaşdı. Qız geri çəkildi. - Bunların hamısını deməyin nə mənası var? Söhbəti nahaq təzələyirsiniz. Mən hər şeyi çoxdan unutmuşam. - Qız arxasını ona çevirib cığırla irəlilədi. Oğlan ona çatdı. - Mən bunların hamısını deməliyəm, Ursula. Sizi nə qədər sevdiyimi anlamamış deyilsiniz! Siz bilirsiniz, bütün bu həftəni necə əzab çəkmişəm. Nə üçün məndən qaçırsınız? - Yaxşısı budur evə gedək. Anam qonaq gözləyir. - Ola bilməz ki, siz o adamı sevəsiniz. Belə olsaydı, mən bunu sizin gözlərinizdən oxuyardım. - Bağışlayın, men tələsirəm. Vətəninizə dincəlməyə nə vaxt gedirsiniz? - iyulda, - çətinliklə cavab verdi. 

19 

- Nə yaxşı oldu! İyulda adaxlım menim yanıma gələcək, ona otaq lazım olacaq. - Mən sizi o adama heç vaxt verməyəcəyəm, Ursula! - Bunu başınızdan çıxarın. Yoxsa anam özü sizi otaqdan çıxarar. Vinscnt daha iki ay qızı dilə tutdu. O, uşaqlıqda olduğu kimi təzədən qaradinməz oldu; Ursula ilə birlikdə olmaq ona mümkün deyildisə, onda tək qalmaq istəyirdi ki, qızın haqqında düşünməyə heç kim mane olmasın. Mağaza yoldaşları ilə soyuq münasibətdə idi, Ursulaya məhəbbətinin işığı təzədən söndü: indi, valideynləri onu Zyundertdə tanıdıqları kimi yenidən qaraqabaq olmuşdu. İyul gəlib çatdı, Vinsent məzuniyyətə çıxdı. İkİ həftəliyə Londonu tərk etmək istəmirdi. Vinsentə elə gəlirdi nə qədər ki, Ursula İle bir damın altında yaşayır, qız başqasım sevə bilməz. O, qonaq otağına daxil oldu, Ursula anası ilə orada oturmuşdu. Onlar mənalı nəzərlərlə bir-birinə baxdılar. - Özümlə ancaq bir yol çantası götürürəm, madam Luaye, - o dedi. - Şeylərimin qalanım otaqda saxlayıram. Buyurun, bu da burada ol- mayacağım iki həftənin kirayəsi. - Məncə, bütün şeylərinizi yığışdırsanız, daha yaxşı olan, cənab Van Qoq, - madam Luaye dedi. - Nİyə? - Gələn bazar ertəsindən otağınızı kirayəyə vermişəm. Biz belə hesab edirik ki, siz başqa yerdə otaq tutsanız, daha yaxşıdır. -Biz? O, Ursulaya tərəf dönüb qalın qaşlarının altından ona baxdı. Oğlanın baxışlan heyrətlə dolu İdİ. - Bəli, biz, - anası qızın əvəzinə dilləndi. - Qızımın adaxlısı yazır ki, sizi bu evdə görmək istəmir. Mən bu fikirdəyəm ki, cənab Van Qoq, siz bizim yolumuzu birdəfəlik unutsanız, daha yaxşı olar. S S Teodor Van Qoq oğlunu qarşılamaq üçün Breda stansiyasına gəldi. Onun əynində ağır qara pastor sürtüyü, enli yaxalı jilet, nişastalamnış ağ köynək vardı, hündür miləmil yaxalığın altında banta oxşayan ensiz böyük qara qalstuk diqqəti cəlb edirdi. Vinsentin iti baxışlan atasınm üzündə cəmləşdi, atasında olan iki tanış əlamət yenə də onun gözündən yayınmadı: sağ gözünün qapağı sol gözünə nisbətən xeytİ aşağı 
20 

enərək, demək olar, gözünü yarıya qədər örtmüşdü, ağzının sağ tərəfi ətli olub diqqəti cəlb etdiyi halda, sol tərəfi nazik və quru görünürdü. Gözləri məlul idi, sanki baxışlan adama “hər nəyəmse buyam” deyirdi. Zyundertin sakinləri pastor Teodorun ipək silindr geyinib kasıblara baş çekməyə gəldiyini az görməmişdilər. Ömrünün axırma qeder başa düşə bilmədi ki, həyat nə üçün ona böyük xeyirxahlıq gösterməyib. Bele hesab edirdi ki, ona çoxdan Amsterdamda ve ya Haaqada bir məhəllə kilsəsi verilmeliydi. Zyundertdə məhəllə kilsəsinə mənsub olanlar onu “əziz müəllim” adlandırırdılar, o, təhsil sahibi idi, yumşaq, mərhəmətli ürəyi vardı, ləyaqətli din xadimi idi, Allaha xidmətdən usanmırdı. Balaca Zyundert kəndində iyirmi beş il idi ki, nozerə çaıpmayan sakit həyat sürürdü. Van Qoqların altı qardaşı arasında bircə o, öz ölkəsində ləyaqətli yer tuta bilməmişdi. Vinsentin anadan olduğu Zyundertdəki balaca pastor evi bazar meydanı ve divanxana binası ilə üzbəüz yerləşirdi. Mətbəxin arxasında bağ salınmışdı, orada akasiyalar göyə boylanır, qayğı ilə yetişdirilən gül ləkləri arasında cığırlar ilan kimi qıvrılırdı. Yüngül taxtadan tikilmiş kilsə elə buradaca, bağın yaxınlığında, ağacların arxasında gizlənirdi. Kilsədə adi şüşədən İki balaca qotik pəncərə, taxta döşəmədə yan-yana qoyulmuş bir düjün kobud skamya vardı, divarlara bir neçə manqal yerləşdirilmişdi. Arxa tərəfdəki pillələr köhnə orqan qoyulmuş otağa aparırdı. Burada hər şey çox ciddi və sadə görünürdü, her şeydə Kalvinin ruhu, telimi hiss olunurdu. Vinsentin anası Anna-Komeliya pəncərədən baxır, onları gözləyirdi, araba dayanmağa macal tapmamış o, qapını açdı. Oğlunu çox mehribancasına qucaqlayıb tosqun sinəsinə basdığı ilk andan Anna-Komeliya hiss etdi ki, oğlunda nə isə baş verib. -Myn lievzoon,1 - o pıçıldadı. - Menim Vinsentim. Ananın bəzən mavi görünən, bəzən də yaşıla çalan iri gözləri vardı. Bu ağıllı, mehriban baxışlar hər şeyi görür, heç kəsi həddən artıq məzəmmət etmirdi. Burun pərəklərindən aşağı, dodaqlarının ucuna doğru zərif qırışlar keçirdi, illər ötdükcə ananın çöhrəsində dərinləşən bu qırışlara baxanda adama ele gəlirdi ki, o yüngülcə gülümsəyir. Anna-Komeliya Karbentus atasının “kral cildçisi” titulunu daşıdığı Haaqada anadan olmuşdu. Viliem Karbentusun işlori əla gedirdi, 1 Mənim əziz oğlum (holland dilində)

Hollandiyanın ilk konstitusiyasını cildləməyi ona tapşırdıqda ölkədə şöhrəti daha da artdı. Vinsent Van Qoqun əmisinə ərə getmiş böyük qızı və amsterdamlı, hörmətli pastor Strikkerə ərə getmiş kiçik qızı, necə deyərlər, ela tərbiyə olunmuşdular. Anna-Komeliya xeyirxah qadın idi. Dünyada əlindən pislik gəlməzdi. O, həyatda ancaq zəiflik, aldanma, bədbəxtlik və iztirab görmüşdü. Teodor Van Qoq da xeyirxah adam idi, ancaq o, pisliyin nə demək olduğunu lap yaxşı bilirdi və onun ən kiçik əlamətlərini belə lənətləyirdi. Şam yeməyindən sonra üstündən qab-qacağı yığışdırılmış enli stolun ətrafında bütün ailənin bir yerə toplaşdığı yemək otağı Van Qoqlar evinin mərkəzi idi. Neft lampasının rahat İşığında ailənin bütün üzvləri bura yığışıb vaxtlannı keçirirdilər. Anna-Komeliya oğlu sandan narahat idi, o anqlamışdı, hərəkətlərində sərtlik, kəskinlik duyulurdu. - Nə isə olubmu, Vinsent? - axşam yeməyindən sonra o, oğlundan xəbər aldı. - Gözümə bir təhər dəyirsən. Vinsent gözlərini dolandırıb stolun ətrafında oturmuş Anna, Yelizaveta və Villeminaya tərəf onun bacılan olan bu üç tamamkamal yad qızlara nəzər saldı. - Yox, - dedi, - har şey yaxşıdır. - London xoşuna gəldimi? - Teodor soruşdu. - Əgər xoşuna gəlməyibsə, mən Vinsent əminlə danışaram. O səni Paris mağazalanndan birinə keçirər, Vinsent bərk həyəcanlandı. - Yox, yox, lazım deyil, istəməz, - qətiyyətlə dedi. - Mən Londondan getmək istəmirəm. Mən.,, - Burada o özünü ələ aldı. - Əgər Vinsent emi məni başqa yerə keçirmək istəsə, o özü bunun qayğısına qalar. - Necə istəyirsən, - Teodor razılaşdı. “Hamısı da o qıza görədir. - Anna-Komeliya fikirləşdi. - İndi aydındır, niyə o, belə məktublar yazırmış”. Zyundert ətrafındakı süpürgəliyin tala yerlərində şam ağacları ucalmış, bir dəstə palıd göyə baş qaldırmışdı. Vinsent bütün gününü çöldə keçirir, buradakı çoxlu gölməçələrə baxmaqdan doymurdu. Hərdən şəkil çəkirdi - bu onun yeganə məşğuliyyəti idi; o, bağçada bir neçə qaralama elədi, günortaüstü pəncərədən şənbə bazarını çəkdi, kağız vərəqdə ata evinin qapısını tesvir etdi. Yalnız şəkil çəkəndə o, Ursulanı unudurdu. Teodor həmişə böyük oğlunun atasının yolu ilə getmədiyinə görə deyinirdi. Bir axşam xəstə kəndlinin yanından qayıdarkən hər ikisi 

22

  arabadan enib piyada yola düşdülər. Şam ağaclarının arxasında qıpqırmızı qızaran günəş batmaqda idi, axşam səması gölməçələrdə əks olunurdu, gömgöy süpürgə ilə sapsan qum sanki bir-birini tamamlayır, necə də gözəl görünürdülər. - Menim atam keşiş idi, Vinsent, həmişə bele güman edirdim ki, sen de bu yolla gedəcəksən. - Deyəsən, sənə ele gəlir ki, mən indiki məşğuliyyətimi atmaq istəyirəm? - Men bunu ona görə deyirəm ki, belke özün bir qərara gələsən. Axı sən Amsterdamda Yan dayının yanında yaşaya bilərdin, universitetdə oxuyardın. Möhtərəm Strİkker İsə sənin təhsilinə rəhbərlik etməyə həmişə hazırdır. - Sen mənə Qupilin yanından getməyi məsləhət görürsən? - Yox. Əlbəttə, yox. Əgər sənin üçün orada pisdirsə... Axı hər şey dəyişir. - Şübhəsiz. Lakin mən Qupilden aynlmağa hazırlaşmıram. Onu yola salmağa hər ikisi Breda stansiyasına getmişdi - atası da, anası da. -Məktubu həmin ünvana yazaq, Vinsent? - Anna-Komeliya soruşdu. - Yox, mən oradan köçürəm. - Çox şadam İti, sən Luayegilde yaşamayacaqsan, - atası əlavə etdi. - O ailə heç vaxt mənim xoşuma gəlməyib. Həddindən artıq sirli ailədir. Vinsent tutuldu. Ana öz isti ovcunu onun əlinin üstünə qoydu ve mehribanlıqla dedi, ancaq elə dedi ki, Teodor eşitməsin: - Qem yemə, mənim əzizim. Sən daha yaxşı holland qızı ile xoşbəxt olacaqsan, ancaq gözləmək lazımdır, özünü möhkəm tutanadək. O sənə xoşbəxtlik gətirməyəcək, Ursulam deyirəm, o senin babın deyil. “Görəsən bunların hamısını anam haradan bilir?” - o təəccübləndi. 

23

Londona gələrkən o, Könsinqton Nyu-roudda mebeli bir otaq tutdu. Balacaboy, qoca arvad olan sahibəsi axşam saat səkkizdə yıxılıb yatırdı. Evdə ölüm sükutu hökm sürürdü. Hər axşam o özü ile əzablı mübarizəyə başlayırdı, nə isə güclü bir qüvvə onu Luayegilə çekirdi. O, qapım arxadan cəftə 1 əyir, özüne qəti söz verirdi ki, uzanıb yatacaq. On beş dəqiqədən sonra anlaşılmaz bir qüvvə onu küçəyə itələyirdi ve o da tələsik Ursulagile tərəf addımlayırdı. Evə yaxınlaşarkən sanki onun varlığını hiss edirdi. Belə bir yaxınlıqda ona əlçatmaması əsl işgəncə idi, lakin evdə oturub, heç olmazsa oııun kölgəsinə toxunmamaq, onun gözəgörünməz varlığını duymamaq daha dəhşətli idi. Əzab çəkdiyindən onda qəribə hallar baş verirdi. Başqalarının əzab və əziyyətinə çox həssas olmuşdu, O hər şeyə - saxtalığa, geniş yayılmış biganəliyə, kobudluğa dözə bilmirdi. Onun mağazada qalmasından heç bir fayda yox idi. Alıcılar ondan soruşanda ki, bu və ya digər qravür barədə nə fikirdədir, o, açıq-açığma deyirdi ki, bu sadəcə dəhşətdir ve müştərilər heç nə almayıb gedirdilər. Həyatı və emosional dərinliyi o yalnız rəssamın təsvir etdiyi əzab və əziyyətlərdə görürdü. Oktyabrda mağazaya hündür, krujevalı yaxalıq taxmış dolu bir qadın gəldi, onun yaraşıqlı sinəsini samur xəzi bəzəyirdi, başında mavi lələkli girdə məxmər şlyapa vardı. Qadın xahiş etdi ki, ona yeni şəhər evini bəzəmək üçün bir neçə şəkil göstərsinlər. Vinsent xidmət edirdi. - Mənə sizdə olan ən yaxşı şəkillər lazımdır, neçəyə olur-olsun, qiyməti məni maraqlandırmır. Ölçüləri belədir: qonaq otağında iki enli, bütöv divar var, hərəsi əlli ftıt olar, onların arasında iki pəncərəli bir divar da var. O, qadına Rembrandtın bir neçə ofortunu, Tyomerin Venesiyanın kanalları təsvir olunmuş şəklinin gözəl reproduksiyasını, Töye Marisin bezi əsərlərinin litoqrafik ottisklərini, Koro ve Dobinyİnin muzey lövhələrini təqdim etdi və bunları satmağa çalışarkən yarım gün vaxt itirdi. Alıcı qadın Vinsentın ona göstərdiklərindən en pisini seçir və onun əsl incəsənət nümunələri hesab etdiyi əsərləri ilk baxışdan rədd edirdi. Saatlar bir-birini əvəz edirdi, bu təşexxüslü, sadəlövh, gombul qadın onun gözlərində orta buıjuaziyaya, ümumiyyətlə, bütün tacirlərə məxsus özündən razı və ağıldan kəm adamlar mücəssəməsinə çevrildi. 

24

- Hə, budur, - qadın vüqarla dilləndi, - Deyəsən, men nəbayet, şəkillərin lap yaxşısını seçmişəm! - Əgər siz gözlərinizi yumub barmağınızı qarasına uzatsaydınız, - Vİnsent dedi, - bunlardan yaxşısını seçərdiniz. Qadın məxmər yubkasının ətəklərini yığaraq ağır-ağır qalxdı. Vinsent qadının tarıma çəkilmiş sinəsindən tutmuş krujevalı yaxalıqla örtülü boynunadək necə qızardığını gördü. - Siz!.. - o bağırdı. - Siz... sadəcə qanmaz ve kəndçisiniz. - özündən çıxaraq qapını çırpdı, məxmər şlyapasmdakt lələk acıqlı-acıqlı yelləndi. Cənab Obax qəzəblənmişdi. - Əziz Vinsent, - o başladı, - sizə nə olub? Siz həftə ərzində ən sərfəli alıcını elinizdən buraxdınız, üstəlik onu təhqir də etdiniz. - Cənab Obax, icazənizlə sizə bir sual verim. - O nə sualdır belə? Mənim də sizə bezi sualım var. Vinsent qadının seçdiyi qravürləri bir kənara çəkib əllərini stolun kenarma qoydu. - insan həyatda bircə dəfə yaşayır. Düzünü deyin, bir nəfərin ağılsız, səfeh adamlara zir-zibil şəkilləri satmaqla həyatını boş yerə sərf etməsinə necə haqq qazandırırsınız? Obax heç cavab vermək istəmədi. - Əgər İşlər bu cür getsə, - o dedi, - əminizə yazıb sizi başqa filiala keçirməyi xahiş edəcəyəm. Men sizin ucbatınızdan zərər çəkmək istəmirəm. Əlinin hərəkətilə Vinsent ağır nəfəs alan Obaxı özündən kənar etdi, - Cənab Obax, bu cür zir-zibili adamlara sınmaqla biz bu qədər pulu necə qazamnq? Nəyə görə şəkil almağa imkanı olan by adamların əsl rəssamlıq əsərlərini görməyə gözü yoxdur? Yoxsa, məhz pul onları belə küt eləyib? Niyə sənəti lazımınca qiymətləndirməyi bacaran kasıbların öz yaşayış yerlərini qravürlərle bəzəməyə fartinqləri de yoxdur? Obax nəzərlərini çəkmədən soruşdu: - Bu nədir, sosializm? Evə gələrkən Vinsent stolun üstündən Renanm kitabım götürdü, nişan qoyulmuş səhifəni açdı. “Dünyada düz yolla getmək üçün, - o oxudu, - gərək axıradək özünü qurban verəsən. İnsanın məqsədi, ancaq xoşbəxt olmaqdan ibarət deyil, insan dünyaya yalnız vicdanlı olmaqdan ötrü gəlmir, o, bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı heyata üstün gəlməlidir”

. 25

Milad günündən bir qeder əwəl Luayelər pəncərələrində qəşəng bir yolka qurmuşdular. İki gündən sonra Vinsent Ursulagilin evinin yanında gəzişərkən gördü ki, otaqların hamısında işıqlar yanır və onların qapılarına doğru çoxlu adam gəlir. İçəridən danışıq və gülüş eşidilirdi. Luayelər miladı bayram edirdilər. Vinsent evə cumdu, celd üzünü qırxdı, köynəyini və qalstukunu dəyişdi, təzədən yeyin-yeyin Klephe- mə qayıtdı. Artırmada o, bir-iki dəqiqə dayandı ki, nəfəsini dərsin. Milad günü idi, hər yerdə sevgi, günahları bağışlamaq əhval-ruhiyyəsi duyulurdu. Vinsent artırmaya qalxdı, çəkiclə qapını döydü. O, dəhlizdə tanış ayaq səsləri eşitdi, tanış səs sahibi kimisə qonaq otağından çağırdı. Qapı açıldı. Lampanın işığı onun üzünə düşdü. O, Ursulaya baxdı. Ursula qolları açıq, bəzəkli yaşıl paltarda onun qarşısında dayanmışdı; onun paltarını iri bantlar, bütöv bir krujeva qatı tamamlayırdı. Ursula heç vaxt ona belə gözəl görünməmişdi. - Ursula, - o dedi. Ursulamn üzündən sanki həmin gecə, bağda ona dediklərinin hamısını təkrar edən bir kölgə keçdi. Vinsent onun dediyi sözləri apaydın xatırladı. - Gedin, - Ursula dedi. Qız qapını onun üzünə çırpdı. Ertəsi gün Vinsent Hollandiyaya getdi. Milad günlərində Qupilin alveri daha yaxşı gedirdi. Cənab Obax Vinsent əmiyə qardaşı oğlunun icazə almadan İşdən yayındığını məktubla bildirdi. Vinsent əmi isə qardaşı oğlunu Parisdə Şaptal küçəsindəki əsas rəssamlıq salonuna düzəltməyi qərara aldı.Vİnsent soyuqqanlıqla bildirdi ki, o, şəkil alveri eləməyəcək, buna birdəfəlik son qoyub. Vinsent əminin qəlbi qırılmışdı. O bildirdi ki, yaxasım qırağa çəkir, bundan sonra Vinsentin taleyi üçün heç bir məsuliyyət daşımır. Buna baxmayaraq, milad bayramından sonra o, yumşaldı, adaşını Dordrextdeki Blyusse və Braam kitab dükanına satıcı düzəltdi. O vaxtdan bəri hər iki Vinsentin bir daha bir-biri ilə işi olmadı. Gənc Vinsent Dordrextdə dörd aya yaxın yaşadı. Orada onun üçün nə pis keçirdi, nə de yaxşı. Elə bil heç orada yaşamırdı. Bir şənbə günü o, gecə qatarına minib Dordrextden Audenbosa getdi, oradan da piyada Zyundertə yollandı. Süpürgə kollarının kəskin iyinə bürünmüş soyuq gecənin təmiz havası ilə nəfəs almaq necə də xoş idi. Qaranlığın çoxdan düşməsinə baxmayaraq o, ətrafdakı şamhğı, uzanan bataqlığı 

26

seçə bilirdi. Bu ona atasının kabinetindən asılmış Bodmerin qravürünü xatırladırdı. Səma zil qara idi, arabir buludların arasından ulduzlar sayrışırdı. O, Zyundertdəki kilsənin həyətinə gəlib çatanda dan yeri yavaş- yavaş ağarmağa başlayırdı. Xeyli uzaqlarda körpə cücərtilərlə örtülmüş qaranlıq çöldən torağayların nəğməsi eşidilirdi. Valideynləri başa düşürdülər ki, oğulları kədərli günlər keçirir. Yayda bütün ailə Zyundertin bir neçe kilometrliyindəki balaca Etten şəhərinə köçdü. Teodor orada yenidən keşiş yeri tutmuşdu. Ettendə qarağaclar əkilmiş geniş bir meydan vardı. Buradan xeyli böyük, izdihamlı şəhər olan Bre- daya lokomotivlə getmək olardı. Teodor üçün Ettenə təyinat almaq hər halda irəliyə doğru atılmış bir addım idi. Payız yaxınlaşırdı. Vinsentə yenə də öz həyatını qurmaq lazım idi. Ursula hələ ərə getməmişdi. - Sən orada, o dükanlarda öz yerində deyilsən, Vinsent, - atası deyirdi. - Ürəyin sənə Allaha xidmət etməyi təklif edir. - Bəli, sən haqlısan, ata. - Elə isə niyə Amsterdama, oxumağa getmirsən? - Gedərdim, amma... - Yəni sən ürəyində bele də tərəddüd edirsən? - Yox, ata. Mənə indi bunu izah etmək çətindir. Vaxt ver, fikirləşim. Amsterdamda yaşayan Yan dayı yolüstü Ettendə dayandı, - Mənim evimin qapısı sənin üzünə açıqdır, Vinsent! - o, bactoğ- lusuna dedi, - Möhtərəm Strikker yazır ki, o sənə yaxşı mürəbbilər tapa bilər, - anası əlavə etdi. Ursulamn ona əzab-əziyyət bəxş etdiyi günlərdə o özünü yer üzündəki binəsiblərin ən binəsibi hesab edirdi. O yaxşı bilirdi ki, Amsterdam universitetində alacağı savadı heç yerdə ala bitməz. Van Qoqlar və Strikkerlər onu bağırlarına basarlar, ona yer verərlər, pul verərlər, kitabla təmin edərlər. Lakin o, heç cür qərara gole bilmirdi. Ursula hələ İngiltərədə idi, ərə də getməmişdi. Hollandiyada imkan tapıb onun haqqında heç bir məlumat öyrənə bilməyəcəkdi. O, ingilis qəzetləri aldı, bir neçə elanın ünvanına məktub yazdı, nəhayət, Londona dəmiryolu ilə dörd saat yarımlıq yol olan dənizkənan Ramsheyt şəhərində müəllim düzəldi.

 27 

Mister Stoksun məktəbi ətrafına dəmir çəpər çəkilmiş iri bağlı- bağatlı meydanın ortasında yerləşirdi. Məktəbdə on yaşından on dörd yaşına qədər olan iyirmi dord oğlan oxuyurdu. Vinsent onlara fransız, alman, holland dillərindən dərs deməli, dərsdən sonra oğlanlara nəzarət etməli, şənbə günləri yuyunmaqda onlara kömək göstərməli idi. Bütün bunların müqabilində ona yemək və mənzil təklif edirdilər, bir qara qəpik də vermirdilər. Ramsheyt cansıxıcı şəhər idi, lakin şəhər Vinsentin xoşuna gəlirdi. Vİnsent özü də bilmədən axırda öz əzablarını sevdi, əziz dostu necə sevib oxşayırlarsa, eləcə əzizlədi, ona bəxş edilən daimi dərd, ağn Ur- sularnn həmişə burada, yanında olmasını hiss endirirdi. Madam ki, ona sevdiyi adamla bir yerdə olmaq mümkün deyil, onun üçün harada yaşamağın menası vardımı? O yalnız bir şey arzulayırdı: heç kəs Ursula- tım verdiyi dərdin, kədərin ağır yükünü daşımaqda ona mane olmasın. - Siz mənə bir qədər pul verə bilərsinizmi, mister Stoks? - Vinsent soruşdu, - heç olmazsa tütün və paltar üçün... - Əlbəttə, yox, nəyə görə, - Stoks cavab verdi. - Mən istədiyim vaxt bir qarın yeməyə vo bir de mənzilə müəllim tapa bilərəm. Növbəti şənbə günü Vinsent səhər piyada Londona getdi. Yol uzaq idi. Axşamadək göydən od ələndi. Nəhayət, o, Konterberiyə çatdı. O burada, qədim kilsəni əhatə edən ağacların kölgəsində bir qeder dincəldi. Sonra yola düzəldi, balaca gölməçənin qumlu sahilindəki qa- yınağacı və qarağacların altında gecələdi. Səhər saat dörddə ayıldı, sübh tezdən civildəşməyə başlayan quşlar onu oyatdılar. Günorta o, Çatamın yaxınlığında idi, su basmış çökək çəmənliyin arxasından Temza vo sıx meşəni xatırladan dor ağacları görünürdü. Axşam Vinsent Londonun tanış qəsəbələrinə daxil oldu və yorğunluğuna baxmayaraq Luayelərin evinə tələsdi.Vinsenti yenidən Londona gəlməyə məcbur edən Ursulaya qovuşmaq arzusu Ursulamn evinə çatan kimi onun bütün varlığına hakim kəsildi. Burada, İngiltərədə Ursula hələ otıa məxsus idi, çünki Vinsent onun varlığım hiss edə bilirdi. Ürəyi bərk döyünürdü. Vinsent sakitləşə bilmirdi. O, sözlə İfadəsi mümkün olmayan küt bir ağn hiss edərək ağaca söykəndi. Budur, qonaq otağındakı çıraq söndü, sonra onun yataq otağındakı işığı da keçirtdilər. Ev qaranlığa qərq oldu. İradəsinin gücü ilə Vinsent yerindən 

28

tərpəndi, səndələyə-sendeleye getdi. Ursulanm evi arxada qalanda başa düşdü ki, onu yenidən itirdi. Ursula ilə evlənməyi gözünün önündə canlandırsa da, o, Ursulanı uğurlu şəkil alverçisinin arvadı kimi təsəvvür edə bilmirdi. Vinsent onu dözümlü, sadiq vaiz arvadı kimi görürdü, xəyalında onunla əl-ələ verib viranəliklərdə birgə İşləyir, özlərini yoxsullara xidmətə həsr edirdilər. Demək olar ki, hər şənbə o, Londona gedirdi, lakin bazar ertəsi dərslərin başlanması üçün qayıtmaq ona çətin, ağır olurdu. Bəzən o, cümə günü axşam yola düşürdü, bir gün sonra yenə bir gecə yol gedirdi, bunlar hamısı ona göıe idi ki, bazar günü səhər Ursulanm evdən çıxıb toləse-tələsə kilsəyə getməsini öz gözləri ilə görə bilsin. Onun nə çörək almağa qara qəpiyi vardı, nə də bir evdə isti sığmacağa gümanı. Qışda o, soyuqdan donurdu. Bazar ertəsi Ramsheytə qayıdarkən şaxtadan, aclıqdan və yorğunluqdan titrəyirdi. Yalnız həftənin axırında gücünü bərpa etmək müyəssər olur, birtəhər özünə gəlirdi. Bir neçə aydan sonra Vinsent Aylvortda metodik məktəbdə nisbətən yaxşı bir iş tapdı. Məktəb böyük məhəllə kilsəsinin keşişi mister Consa mənsub idi. O, Vİnsenti müəllim götürmüşdü, çox keçmədi onu Özünə kilsədə köməkçi elədi. Vinsentin təsəvvüründə yenə də gələcəyin bütün səhnəsi canlandı. Ursula artıq tez-tez yerini dəyişən vaiz arvadı deyildi, viranəliklərdə de çalışmırdı, o, kənd keşişinin arvadı idi, Vinsentin anasımn atasına kömək etdiyi kimi, o da kilsə işlərində ərinə kömək edirdi. O, artıq Ursulanm necə xoşbəxt olduğunu görürdü, inanırdı ki, onun küt tacirlər aləmindən uzaqlaşmasını, Qupili tərk etməsini və bəşəriyyətin rifahına çalışmasını Ursula bəyənir. Ursulanm toy gününün yaxınlaşması fikrini başından çıxarıb atmağa çalışırdı. Onu - Ursulanm o biri adaxlısım bir dəqiqə belə canlı insan hesab etmirdi. Həmişə ona elə gəlirdi ki, Ursulanm rədd cavabı onda olan hansısa nöqsanın nəticəsidir və bu nöqsandan nə yolla olursa-olsun o, canını qurtarmalıdır. Bəs hansı yol doğrudur, Allaha xidmətdən başqa? Consun məktəbində London yoxsullarının uşaqları oxuyurdu. Bir dəfə Cons Vimentə çoxlu ünvan verdi və onu valideynlərdən təhsil haqqı yığmaq üçün piyada Londona göndərdi. Beləliklə, Vinsent Uaytçepelin viraneliklerində oldu. Bura kəsafət qoxuyurdu, çoxuşaqlı ailələr soyuq, uçuq evlərdə yaşayırdılar, aclıq və xəstəlik onların ağıllı gözlərinin baxışlarından hiss olunurdu. Bir çox ailə başçıları - kişilər burada gizli alveri qadağan olan iylənmiş ət satırdılar. Vinsent cııcmdır

 29

içində soyuqdan əsen, çirkli qab suyuna - yaxantıya bənzər şorba, quru çörək və iylənmiş ət yeyən çoxlu ailələrə rast gəldi. Gecə yanya qədər Vinsent onlann yoxsulluq və ehtiyac haqqında söhbetlərini dinlədi. Londonda olmaq imkanına çox sevindi, çünki qayıdanda Ursulanin evinə baş çəkə bilərdi. Lakin Uaytçepel viranələri onun yaddaşından Ursula barəsindəki fikirləri sıxışdırıb çıxartdı, elə buna görə də Klep- xeme gedə bilmədi. Mister Consa bir fartinq belə gətirmədən Aylvorta qayıtdı. Cümə axşamı, axşam ibadəti vaxtı Cons özünü elə gösterdi kİ, guya kefsizdir və köməkçisinin çiyninə söykəndi, - Bu gün men çox yorulmuşam, Vinsent. Sİz moizəni yəqin ki, yazmısın ız, elə deyilmi? Onlardan birini oxuyun. Görək sizdən necə keşiş çıxacaq, Vinsent həyəcanla kafedraya qalxdı. O, qıpqırmızı qızarmışdı, bilmirdi ki, əllərini haraya qoysun. Səsi dərhal batdı, o, kekələye-kə- kələyə danışırdı, Ustalıqla kağıza yazdığı bitkin sözləri çox çətinliklə yadına salırdı. Lakin o hiss edirdi ki, onun ləng deyilən sözlərinə, yöndəmsiz hərəkətlərinə içindən yarılıb çıxan şad hissləri üstün gəlir. - Siz əla danışırsınız, - mister Cons dedi. - Gələn həftə mən sizi Riçmonda göndərəcəyəm. Xoş payız günü idi. Tezma boyu Aylvortdan Riçmonda getmək gözəl idi. Göy səma, saralmış yarpaqları hələ tökülməmiş hündür şabalıd ağacları güzgü kimi suda əks olunurdu. Riçmonddan mister Consa yazmışdılar ki, gənc holland vaizi onlann xoşuna gəlir. Xeyirxah Cons Vinsentə irəli getməyə şərait yaratmağı qərara aldı. Consun Temem Qrində böyük məhəllə kilsəsi vardı, onun ətrafında hər şeyə şəkk gətirən dindarlar yığışmışdı. Əgər Vinsent Temem Qrində müvəffəqiyyətlə moizə oxusa, onda ona istənilən yerdə kafedra etibar etmək olar. Vinsent öz moizəsi üçün yüz səkkizinci surənin on doqquzuncu ayəsini seçdi: “Mən bu dünyada qəribə bir səyyaham. Sən öz sirlərini məndən gizlətmə”. O, çox sadə ve alovlu danışırdı. Onun gəncliyi, hərarəti, gücü, iri başı, kəskin baxışları - bütün bunlar kilsəyə gələnlərə böyük təsir göstərirdi. Çoxları Vinsentə yaxınlaşır, moizəyə görə ona təşəkkür edirdilər. O, hamının əlini təbəssümlə sıxırdı. Sonuncu adam kilsədən çıxandan sonra o da astaca dal qapıdan sivişib Londona tərəf getdi. Tufan qopdu. Vinsent özü ilə nə şlyapa, nə də palto götürmüşdü. Temzanın suyu, xüsusilə sahillərdə sapsarı görünürdü. Üfüqdə ildırım 

30

çaxırdı, göydə qara buludlar süzür, çəpinə şıdırğı yağış yağırdı. Sümüyünə qədər islanmış Vinsent addımlarını daha da yeyinlətdi. Nəhayət, o, müvəffəq oldu! O özünü tapdı. O öz uğurlarını Ursula- nın ayaqlan altına atacaq, onunla bölüşəcək. Yağış ensiz ağ cığın döyəcləyir, yemişan kollarını silkələyirdi. Uzaqda hansı şəhərse görünürdü, onun qüllələri, dəyirmanları, kire- mid damlan və qotik üslubda tikilmiş evləri Dürerin qravüründeki kimi idi. Vinsent inadla, qətiyyətlə Londona tərəf irəliləyirdi, su onun üzünə çırpır, başmaqlannda loqquldayıtdı. Yalnız axşamüstü o, Lua- yenlerin evinə gəlib çatdı. Şəhərin Üzərinə kül kimi toranlıq çökürdü. Hələ evə çatmamış o, skripkaların avazını, musiqi sədasım eşitdi. Bu, onu təəccübləndirdi, anlaya bilmirdi ki, burada nə baş verib. Bütün ev parlaq işığa qərq olmuşdu. Artırmanın yanında, yağışın altında faytonlar cərgə ilə dayanmışdılar. Vinsent gördü ki, qonaq otağında rəqs edirlər. Yağışdan daldalanan qoca sürücü böyük çətirin altında qozlada oturmuşdu. - Nə olub belə burada? - Vinsent soruşdu. - Deyəsən toydur. Vinsent faytona söykəndi. Su onun sarı saçlarından şırnaqla axıb üzünə tökülürdü. Vaxt keçirdi, nəhayət, qapı açıldı. Ursuta hündür, qamətli bir kişi ilə göründü. Deyib-gülən qonaqlar dəstə ilə evdən çıxırdılar, onlar qəhqəhə çekir, evlənənlərin başına ovuc-ovuc düyü atırdılar. Vinsent faytonun kölgəsinə çəkildi. Ursula əri ilə həmin faytonda oturdular. Faytonçu atlan qamçıladı. Atlar tərpəndi. Vinsent əyilərək faytonun yanı ile qaçdı və üzünü onun yaş pəncərəsinə söykədi. Əri ikİ əli ilə Ursulanı möhkəmcə qucaqladı, dodaqlarını onun dodaqlarına yapışdırıb bərk-bərk öpdü. Fayton uzaqlaşdı. Vinsentin qəlbində heç vaxt sağalmayan nə isə nazik bir şey həmişəlik qınldı. Tilsim smdı. O, bu hadisənin belə asanlıqla baş verəcəyinə hələ de İnana bilmirdi. Güclü yağışın altında o, yenidən Aylvorta qayıtdı, şeylərini yığışdırıb İngiltərəni həmişəlik tərk etdi. 

31 




Popular Posts